Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bəzi xəstəliklərdən dünyasını dəyişənləri basdırmaq olmaz, nəşi yandırılmalıdır: “Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər”.
Moderator.az Siyavuş Novruzovun bu fikirləri ilə bağlı tanınmış şair Aqşin Yeniseyin fikirlərini öyrənib.
Aqşin Yenisey bildirib ki, meyitlə necə rəftar etməyin indiyədək bir çox üsulları sınanıb: “Məsələn, atəşpərəstlər o vaxt ölənləri aparıb uca qayaların başına qoyurmuşlar, bu qayalara "Sükut qüllələri" deyirdilər. Quşlar, böcəklər meyiti sümüklərinəcən yeyib bitirəndən sonra mərhumun sümüklərin küpə yığıb torpağa basdırırmışlar. İndi də dünyada meyitləri yandırmaq, kimyəvi yolla əritmək, basdırmaq kimi üsullar tətbiq edilir. Cüzamın, vəbanın tüğyan etdiyi dövrlərdə də meyitləri kütləvi halda yandırırdılar, yaxud betonla izolyasiya olunmuş kütləvi qəbirlərdə basdırırdılar. Yəni Səyavuş bəyin təklifi yeni deyil, dərin bir ənənəyə söykənir. Sözsüz ki, bu gün dünya taun kimi kütləvi və qarşısıalınmaz epidemiyalar yoxdur, amma belə bir təhlükə yaranarsa, mütləq meyitlər canlıların həyatına təhlükə törətməməlidir. Bəzi insanlar dini inancı-filanı nəzərdə tutub buna qarşı çıxa bilər, amma onlara demək lazımdır ki, vaxtilə onlar kimi ancaq ölünü, o dünyanı düşünənlər insanın cərrahiyyə yolu ilə müalicəsinə də qarşı çıxırdılar və buna görə adi appendisit xəstəliyindən nə qədər insan olürdü”.
Rəşad