Partlayış zavoddakı yeyintinin ört-basdır edilməsi cəhdidir? - Nazir dindirilir...
Oxunub: 16784
02 Aug 2016 | 11:10
Partlayış zavoddakı yeyintinin ört-basdır edilməsi cəhdidir?  - Nazir dindirilir...

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışın nəticələri tam aradan qaldırılmayıb. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra zavodun fəaliyyəti iflic olub.

Şahidlərin sözlərinə görə, “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzi döyüş baş vermiş ərazini xatırladır. Mərkəzin inzibati binalarının bir çoxu dağılıb, dağılmayan binaların fasadları partlayışdan sonra qəlpə “yağışı”nın təsiri altında dağınıq vəziyyətə gəlib, pəncərələr çərçivəsindən qopub. 

ANAMA partlayışdan sonra mərmi başlıqları yığır


Hazırda mərkəzin ərazisi də daxil olmaqla zavodda və təxminən 2 kilometrlik ərazidə ANAMA mütəxəssisləri dəhşətli partlayışdan sonra ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar. Aldığımız məlumata görə, təmizləmə prosesi bir neçə ay sürə bilər. Bu da təsadüfi deyil. Partlayış zamanı 20-25 kiloqram ağırlığında olan mərmi başlıqları bir neçə yüz metr hündürlüyə qalxaraq yüksək sürətlə yerə çırpılıb. Bir çox mərmi başlıqları 1 metrə qədər torpağın dərinliyinə girib. Mütəxəssislər minaxtaranlarla həmin mərmi başlıqlarını axtarıb tapır, qazıyıb çıxarır və təhlükəsiz ərazilərə aparırlar. 

Partlayışı araşdıran Dövlət Komissiyası növbəti dəfə toplaşdı


Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi həmin komissiya avqustun 1-də növbəti dəfə toplaşıb. Şirvan İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da qatıldığı komissiya hadisənin baş verməsi səbəblərini və şəraitini araşdırmalı, onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirib həyata keçirməlidir. 


Komissiyanın iclasında hansı qərarlar qəbul edilməsini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan suallarımızı Y.Eyyubovun köməkçisinə yönəltsələr də, suallarımıza cavab ala bilmədik. Şirvan İcra Hakimiyyəti ilə əlaqə saxlayıb  komissiya üzvü olan Mərdan Camalova partlayışdan sonra yaranan sualları ünvanlamaq istədik. İcra başçısı Bakıda Dövlət Komissiyasının iclasında olduğundan 1-ci müavini Samid Abıyevlə əlaqə yarada bildik.  S.Abıyev bildirdi ki, Dövlət Komissiyası iclası keçirilsə də, hələ ki komissiyanın işi haqda heç bir məlumat verilməyib. S.Abıyev zavodun fəaliyyətinin bərpası ilə bağlı suala “bu haqda heç nə deyə bilmərəm, işlərin bərpası üçün tədbirlər görülür” cavabını verib. Əlavə edib ki, zavodun ətrafında hazırda ANAMA təmizləmə işləri aparır. 

Partlayışda yanmış qadının iş yeri niyə dəyişdirilib? 


Bu arada redaksiyamıza partlayış zamanı faciəvi şəkildə dünyasını dəyişmiş 2 övlad anası İlhamə Əsgər qızı Nuriyeva haqda məlumat daxil olub. Həmin məlumata görə, İ.Nuriyeva partlamamış, vaxtı ötmüş sursatların utilizasiya mərkəzinin yerin altındakı bunkerində çalışırmış. Olay baş verən gün onun iş yeri mərkəzin yerin üzərində yerləşən sexinə dəyişdirilib. Günortadan sonra sexdə baş verən partlayışda İ.Nuriyeva və Ağamir Allahyar oğlu Məmmədov dünyalarını dəyişiblər. 

Sex rəisi partlayışdan az əvvəl zavoddan qaçıb? 


Ötən sayımızda hərbi zavoddakı müəmmalı partlayışdan sonra xəstəxanaya gətirilən yaralı işçilərin oradakı sexin rəisi Salamat Hüseynovun adını çəkməklə baş verənlərdə onu günahlandırmaları haqda məlumatların olduğunu yazmışdıq. Qeyd etmişdik ki, bu məlumatları yoxlamaq, müvafiq qiymət vermək prokurorluq orqanının işidir. Redaksiyamıza daxil olan digər bir məlumatda S.Hüseynovun partlayışdan az əvvəl zavoddan qaçdığı bildirilir. Qeyd olunur ki, S.Hüseynov partlayışdan əvvəl zavodun qarşısındakı yolla qaçarkən zavodun mühafizəçiləri onu saxlayıb hara getdiyini, niyə qaçdığını xəbər alıblar. Həmçinin qeyd olunur ki, partlayışdan sonra bu məqam istintaqçılar tərəfindən araşdırılır. S.Hüseynovun istintaqçılara partlayışa görə şokda olduğu səbəbindən zavoddan qaçdığını söyləməsi də gələn məlumatlar sırasındadır. Onun partlayışdan az əvvəl partlayışın baş verəcəyindən xəbər tutaraq qaçması da maraq doğurur. Belə nəticəyə gəlmək olar ki, sex rəisi partlayışın baş verəcəyini bilib və işçilərdən əvvəl qaçıb. Hər halda, istintaq bu məqamlara aydınlıq gətirməlidir. 


Müdafiə Sənayesi Nazirliyinin “qaynar xətti” partlayışdan sonra “donub”


Şirvan şəhərində bir il fərqlə 2 hərbi zavodda baş verən partlayışların baş vermə səbəbləri nədənsə ölkə ictimaiyyətinin diqqətinə çatdırılmır. Müdafiə Sənayesi Nazirliyi (MSN) də öz tabeliyindəki zavodlarda baş vermiş bu dəhşətli olayların araşdırılmasında maraqlı görünmür. 2015-ci il iyulun 6-da Şirvandakı hərbi təyinatlı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi 1 il 20 gün ərzində partlayışdan sonra yaranan suallara cavab vermədi. “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış oldu. 26 iyul 2016-cı ildə “Araz” zavodunda 2 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə bağlı nəticələnən olay meydana gəldi. Bu olaydan 1 həftə ötməsinə baxmayaraq MSN rəsmiləri bilavasitə partlayışın səbəbləri haqda məlumat verməyə tələsmirlər. Ötən gün MSN-in 012 539 24 53 nömrəli telefonuna, 012 510 63 47 qaynar xətt nömrəsinə bir neçə dəfə zəng etsək də, dəstəyi qaldıran olmadı. “Araz” zavodunun 012 418 96 75 nömrəli telefonuna isə cavab verən olmadı. 

Partlayış “Araz” zavodundakı yeyintinin ört-basdır edilməsi cəhdidir? 



“Araz” zavodundakı partlayışda iki versiya var, təhlükəsizlik və ya yeyintinin ört-basdır edilməsi cəhdi".

Bunu Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıqov AzadlıqRadiosu-na deyib.

Onun fikrincə, zavodda bu, ikinci partlayış olduğundan yeyinti məsələsi ilə bağlı versiyaya daha çox inanır: “Yeyintini partlayışla silmək olar. Nəzərə alsaq ki, bu, artıq ikinci partlayışdır, deməli, ikinci versiyanın yaşama hüququ daha güclüdür. Ötənilki partlayışın səbəbləri barədə heç bir məlumat verilmədi. Bilinmədi, nədən olub, niyə olub? Kimi tutdular, kimi işdən azad elədilər, məsuliyyət kimin üzərində qaldı? Bu dəfə də komissiya yaradılsa belə, həqiqət barədə ictimaiyyətə məlumat veriləcəyinə inanmıram”.

Özəl mənbələrdən musavat.com-a daxil olmuş məlumata görə, “Araz” zavodunda baş vermiş partlayışla bağlı istintaq tədbirlərinin miqyası genişləndirilib. Belə ki, mənbəmiz deyir ki, müdafiə sənayesi naziri Yavər Camalov istintaqda dindirilib. Həmçinin onun hakimiyyətin siyasi rəhbərliyi tərəfinfən ciddi danlandığı barədə məlumatlar yayılıb. 
İstintaqa cəlb olunanlar sırasında adı keçən bir başqa məmur isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. Son 1 ildə onun rəhbərlik etdiyi rayonda iki hərbi zavodda partlayışın baş vermə səbəbləri araşdırılarkən, başçının ifadəsinin alınması istintaqçılar üçün müəyyən ipucları verə bilər...

  

Xatırladaq ki, Yavər və Mərdan Camalovlar qardaşdırlar. Onların hər ikisi Şirvan (keçmiş Əli Bayramlı) rayonunda anadan olub. Camalov qardaşlarının ciddi biznes imperiyasının olduğu barədə dəfələrlə yazılıb. Yavər Camalov iqtidarda ən varlı, imkanlı nazirlərdən sayılır. 

İyulun 26-da baş vermiş partlayışdan sonra MSN-in yaydığı rəsmi məlumatlardan birində bildirilirdi ki, utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib. 

Hazırda iş üzrə araşdırmalar davam etdirilir. “Araz” zavodundakı partlayış faktına görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 


Ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı. 

Zavodundakı sexlərin birində baş vermiş partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüş, sexdə işləyən digər 19 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi. Bu cinayət işinin başlanması haqda məlumat verilsə də, nəticəsi haqda xəbərlər gizli saxlanılır. (musavat.com)
Oxşar xəbərlər
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”