Azərbaycan mediası ilə bağlı zaman-zaman ictimai müzakirəyə çıxarılan məsələlərdən biri medianın dövlət maraqlarını hansı səviyyədə qoruması, bu maraqlara nə dərəcədə sadiqlik sərgiləməsidir. Məlumat üçün qeyd edək ki, bəzi media ekspertləri medianın dövlət maraqlarını qorumağa borclu olmadığını iddia edir. Onların fikrincə, medianın əsas vəzifəsi yalnız obyektivlik prinsipinə əməl etməkdir və mediadan yalnız bu tələb edilə bilər. Maraqlıdır, mediamız dövlət maraqlarını yetərincə qoruyurmu? Ümumiyyətlə, media dövlət maraqlarını qorumağa borcludurmu?
Moderator.az-a
açıqlama verən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət
Babaoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Postmodernist
cəmiyyətlərdə media əlahiddə bir institut kimi səciyyələndirilməlidir. Bunun
üçün cox ciddi əsaslar var. Birincisi ona görə ki, hazirki mərhələdə media təkcə
informasiya vasitəsi deyil, həm də yumşaq gücdür .İkinisi ona görə ki, internet
resurslarını da nəzərə alsaq, media artıq dördüncu hakimiyyət deyi, ikinci
hakimiyyətdir.Yəni birinci legitim siyasi hakimiyyətdən sonra təsir imkanıarına
görə ikinci yerdə durur. Belə olan halda hər bir ölkənin, o cümlədən Azərbaycanın
milli mediası onun dövlət maraqlarına xidmət etməlidir.
Cox yaxşi
haldır ki, bizim milli informasiya məkanımız idarə olunandır və milli
mediamızın fəaliyyətinin cazibə mərkəzi kimi milli maraqlarımız müəyyənləşdirilibdir.
Bunun üçün biz media məkanımızı idarə edənlərə borcluyuq.
Əgər belə olmasa idi, media yumşaq güc kimi olkəmizdə dğıdıcı vasitəyə çevrilə
bilərdi. Mən düşünürəm ki, media mütləq dövlət maraqlarına xidmət etməlidir.
Əks təqdirdə, informasiya cəmiyyətində media dovlət maraqlarına xidmət etməsə nə
milli dövlət qalar, nə də milli media. Düşünürəm ki, medianin müasir dünyada
yerini və rolunu obyektiv qiymətləndirənlər üçün mənim bu fikrim heç də təəccüblü
deyil. Bəzi ekspertlərin fikirlərinə gəldikdə isə deməliyəm ki, məncə medianin
informativ funksiyasını ideallaşdırmaq doğru deyil. Dövləti bütün funkusional
dovlət qurumları qədər ictimai institutlar, o cümlədən media strukturları da
qorumalıdır. Mütləq qorumalıdır. Çünki dovlət milli möcudluğumuzu qoruyan cox
mühüm sosial - siyasi təsisatdır. Unutmaq olmaz ki, hazırda dünyada mövcud olan
altı minə qədər xalqdan yalnız iki yüzə qədərinin dövləti var. Dövlət milli sərvətdir,
dövləti olmaq böyük xoşbəxtçilikdir, onu qorumaq isə, xüsusən indiki beynəlxalq
şəraitdə, hamımızın, ilk növbədə də elə medianın borcudur”.
Seymur Əliyev