"Ədəbiyyatımız yosun basmış Tundranı xatırladır"
Ədəbiyyat
Oxunub: 5882
30 Jun 2016 | 16:49
Niyə Azərbaycan yazarları ölkə sərhəddinin hüdudlarından kənarda tanınmırlar? Sizcə bunun üçün nə çatmır və ya nə etmək lazımdır?

Moderator.az bu sualla qələm əhlinə üz tutaraq rəngarəng cavablar alıb, tanınmış yazarların fikirləri ilə siz də tanış olun:


Əsəd Cahangir, tənqidçi: "Azərbaycanın yeni yazarları hələ dünyanın dilini bilmir. Daha çox 80-70 yaşlı qocaları çevirirlər dünya dillərinə. Dünya da bu qocaların dilini bilmir. Bu qocalar əksərən 60-cı illərin dili ilə danışırlar. Ona görə dünya oxucu və ədəbiyyatı ilə dil tapa bilmirik. Bu zamanın yazarı çevrilməlidir dünya dilinə. Bu zamanın yazarı təqdim olunmalıdır dünya oxucusuna. Yarım əsr bundan əvvəlin yazarı yox". 


Əkbər Qoşalı, yazıçı-publisist: "Bu bir qədər köhnə sualdır ”“ hətta öz qüvvəsini xeyli dərəcədə itirmiş də sayıla bilər. “Ölkə hüdudlarından qıraq” sınırlaması qonşulardan başlanır ”“ bəyəm qardaş Türkiyədə, öz Güney Azərbaycanımızda, Gürcüstanda, Rusiya Federasiyasında, Xəzərin o tayında, habelə vaxtı ilə bir ittifaqda olduğumuz başqa respublikalarda, eləcə də, yaxın-uzaq ölkələrdə Azərbaycan şair və yazıçılarını heçmi tanımırlar? ”“ Tanıyırlar axı. ”“ Bir yazarımız bir coğrafiyada, o biri yazarımız başqa coğrafiyada yaxud biri az, biri çox tanınır, əlbəttə. O başqa məsələ ki, arzu etdiyimiz, bəlkə haqq etdiyimiz səviyyədə tanınmırıq. Bu gerçəkliyə də nə dövlət, nə də bir sıra ictimai birliklərimiz, bəzi yazarlarımız özləri biganə deyil. Əslində, burda iki-üç məsələni fərqləndirmək olar: 1) yaxşı əsər olsun ”“ o əsər gec ya tez özünə meydan bulacaq; 2) yazarın işi yazmaqdır, yazılanların təbliği, çevrilməsi ilə ixtisaslaşmış qurumlar məşğul olmalıdır; 3) bu məsələ dövlət siyasəti səviyyəsində dərin münasibət görməlidir. 
Başqa təmayüllü yanaşma isə 2 bəndlə yığcamlaşdırıla bilər: 1) əsər, kitab para qazandırmalıdır ”“ onu dünya miqyasına çıxaran hüquqi ya fiziki şəxs, öz maraqlarının təmininə zəmanət görməlidir; 2) respublikamızın tərcümə təsərrüfatına cavabdeh qurum və quruluşlar xarici dillərdən bizim dilə çevirmə işlərinə ayrdıqları enerjiyə ekvivalent, öz əsərlərimizin də xarici dillərə çevrilməsi qayğısına qalmalıdır (və bu zaman ədalət prinsipi, universal yanaşma, xəlqi maraqlar önplana çıxmalı, şəxsi, dostanə davranışlar ən azı ertələnməlidir)”¦
Dövlət siyasəti elədir ki, burada maddi maraq deyil, mənəvi, mədəni-ideoloji maraq önplana çıxır. Sonuc etibarı ilə, belə nəcib yanaşma da, gələcəkdə mədəni(yyət) turizm(i), brendləşən adlar, təşkil olunan adlı şölənlərə qatılım və s. şəklində öz maddi yönünü, təsdiqini bulur”¦ 
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaranması, bax, bu sadaladığımız məsələlərə, bu tip suallara cavab (yaxud cavablardan biri) kimi qəbul edilə bilər. Mədəniyyət-Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, milli donor institutlarımızın dəstəyi ilə işıq üzü görən (təşkil olunan) çevirmələr, gün üzü görən kitablar və s. bu rahatsızlıqlara biganə qalınmadığının örnəkləri deyilmi?
Təkrarçılıq olmasın, görülən işlərdən daha artığına ehtiyacımız var, əlbəttə. Mən sizin sualda “”¦“Nobel Ödülü” almamışıqsa, yazıçı-şairlərimizin əsərləri xaricdə kütləvi tirajla, dəfələrlə nəşr olunmayıbsa, yeni nəsil yazarlarımız xarici aləmə geniş planda çıxmayıbsa”¦” nidalı alt-sualını görürəm”¦ Demək istərdim, zamanla bu nidalar, suallar, ədatlar və ədalar öz nöqtəsinə qovuşacaq (inş.). Nə bədgüman olalım, nə də əlimizi işdən soyudalım”¦"

Aqşin Yenisey, şair: "Dünyada tanınmaq üçün, sadəcə, bu haqda düşünməmək lazımdır. Vaxtımız bu suala cavab axtarmağa xərcləndiyindən yazmağa çatmır. Ancaq yazı prosesini həyat tərzinə keçirməklə uğur qazanmaq olar. Dünya özü bilər, kimi oxuyacaq, kimə isə sadəcə mükafat verəcək".

Rəbiqə Nazimqızı, şairə: "Bunun səbəbləri çoxdur. Əvvəla, bütün dünyada ədəbiyyata maraq azalıb. İngilis Şekspiri tanımırsa, bizi dünəndən tanımayacaq. Bu heç. O ki qaldı bizdən asılı səbəblərə ilk növbədə qeyri-adi mətn, peşəkar tərcümə, redaktə və yaxşı maliyyə lazımdır. Üstəgəl təbliğat-piar".

Rüstəm Behrudi, şair: "Siz niyə elə fikirləşirsiniz ki, tanımırlar. Elə bu yaxınlarda mənim Leyspiqdə alman dilində “Meşədə darıxan ağac” kitabım çap olunub. Kitab haqqında rəylər çap olunub. Dünyanın bir çox dillərində çap olunan yazılarım var. Ancaq bu da danılmaz faktdır ki, Azərbaycan ədəbiyyatı lazımi səviyyədə xaricdə çap olunmur. Bu təkcə əsərlərin bədii dəyərindən asılı deyil, həm də texniki şərtlərə bağlırır. Yaxşı tərcüməçiyə maddi vəsaitə bağlı səbəblər də var. Mən elə fikirləşirəm ki, bir az da zamana ehtiyac var".

Rasim Qaraca, yazıçı: "Bunun üçün demokratik idarəetmə çatışmır. Dövlətin mədəniyyət məsələlərini idarəetməsi mənə görə yanlışdır. Yazıçılar siyasiləşib, tərəf tutmağa məcbur ediliblər. Sovetlərdən qalma "yazıçıya nəzarət etmə mexanizmi" hələ də işləkdir. Bütün bunlar ədəbiyyat proseslərini iflic edir, fikir ideya yüksəlişinə zərbə vurur. Ədəbiyyatımızın xaricdə tanınması üçün Avropadakı standartlara uyğun Tərcümə Mərkəzi yaradılmalı, xarici naşirlər, tərcüməçilər təşviq edilməlidir. Mexanizm sadədir, amma bürokratik yanaşma buna imkan vermir".

Ayaz Arabaçı, şair: "Bunun üçün ədəbiyyata arzu olunan qədər dövlət dəstəyi çatmır.Bir para dəstəyi olanlar isə istedadsız və əhəmiyyətsiz yazarlardır.Onlar da ədəbiyyatın ağzında eybəcər şəkildə titan diş kimi parıldayır,və kimlər üçünsə xüsusi əhəmiyyətə malikdir.Yalançı və mənasız təntənələrlə ölkə hüdudlarını aşmaq olmaz. Bir sözlə bəlğəmli sinələrdən öskürəkdən başqa heç nə hasil olmaz. Ədəbiyyatımız yosun basmış Tundranı xatırladır".

Emin Piri, şair: "Bizdə kim qırağa çıxa bilmir ümumilikdə Azərbaycan ədəbiyyatı haqqında geriliyi göstərən ifadələr işlədir. Nəsr dünya ədəbiyyatı prosesindən geri qalsaq da bu poeziyada əksinədir. düzdü, bəzi isetdadlı insnaların kənara çıxması üçün inzibati və maddi çətinliklər var. Amma bu da qırağa çıxa bilmərik anlamına gəlmir. Sadəcə kənara çıxanlar Azərbaycan ədəbi mühitində o dərəcədə ciddi imzalar olmadığından başı aşağı geri göndərirlər".

Kənan Hacı, yazıçı: "Son vaxtlara qədər Azərbaycan ədəbiyyatının belə bir problemi vardı. Amma son bir neçə il ərzində Azərbaycan ədəbiyyatının dünyada təbliğ edilməsi üçün xeyli işlər görülüb. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu sahədə çox böyük işlər görür. Bu, danılmazdır. Çox qısa bir zamanda biz bunun nəticələrini görəcəyik. Dünya ədəbiyyatı bizim dilə tərcümə olunduğu kimi, Azərbaycan yazıçılarının da əsərləri xarici dillərə tərcümə olunur və bu proses davamlı olaraq həyata keçirilir. Yaxın gələcəyə baxanda mən çox nikbinəm".

Fərqanə Mehdiyeva, şairə: "Məncə tanınırlar. Xarici ölkələrdə kitablar çıxır təqdimatlar olur. Xarici ölkələrdə çıxan dərgilərdə yazıçı və şairlərimizin şeirləri dərc olunur. Ən çox təbliğata ehtiyac var Bir də xarici ölkələrdə tədbirlər olanda həmişə eyni adamlar getməməlidi. Hər dəfə müxtəlif yazarlar gedib ölkəmizi təmsil etməlidi...Mən çıxış yolunu bunda görürəm".

Şəbnəm Karslı, yazar: "Bunun üçün öncə o yazarın ölkə sərhədləri daxilində tanınması lazımdır. Vətənində heç olmasa hər 10 evdən birinə kitab aldıra bilməsi lazımdır. Oxucuya həsrətlə növbəti kitabının nəşrini gözlətməsi lazımdır. Çox şey lazım deyil, sadəcə çox yaxşı yazmaq lazımdır. Mənim əlimdə imkan olsa, hansı yazarın kitabını xaricdə tanıtmaq istərdiniz sualına, heç kimin deyərdim. Yaxşı oxucuyam, zəngin mütaliəm var və əminliklə deyirəm ki, bu gün xaricə çixaracaq, dünyaya təqdim edəcəyimiz nəsr numunəsi hələ ki yoxdur".

Varis Yolçiyev, yazıçı: "Mən yazarlarımızın ölkə sərhədlərindən kənarda tanınmaması fikri ilə qəti razı deyiləm. Bu gün Çingiz Abdullayevin detektiv qəhrəmanlarını bir çox ölkə oxucuları tanıyır, Anarın nəsri xaricdə təkrar təkrar çap olunur. Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı beynəlxalq miqyasda əsl ajiotaj yaradıb. Elə bu günlərdə sosial mediada Türkiyənin Mardin bölgəsindən olan Eyüp Doğanın paylaşdığı bir fikrə də diqqətinizi cəlb etmək istəyirəm - "Mənə ədəbiyyatı sevdirən Azərbaycan yazarı Elçinin əsərləri olmuşdur." Bu gün Azərbaycan cəmiyyətinin, mediasının ədəbiyyata biganə yanaşması ədəbi uğurlarımızı sadəcə kölgədə qoyur. Özümlə bağlı da bir neçə faktları deyim - Amerikada, Türkiyədə, Rusiyada və Özbəkistanda nəşriyyat hesabına kitablarım çıxır. Hal-hazırda qitənin ən böyük prodüsser mərkəzlərindən biri ilə çalışıram. Rusiyada 5000-dən artıq namizəd arasında Beynəlxalq Moskva Ədəbi Mükafatının qısa siyahısına daxil olaraq nüfuzlu "Klassiklər və müasirlər" seriyasından çap olunan "Yanvarın 13 günü" kitabım hal -hazırda Avropanın böyuk kitab mağazalarında satılır, "Metamorfoza" romanım ABŞ və Kanadada müvəffəqiyyətlə satışdadır, Özbəkistanda son tirajım fantastik həddə - 126 000 olub. Türkiyədə çıxan "Son məktub" romanım dövriyyədə olan 50 000 klassik və müasir dövr romanını əharə edən "Ən populyar kitablar" reytinqində 52-ci pilləyədək yüksəlib. Quba soyqırımından bəhs edən "Xrizantema dəstəsi" adlı hekayəm Ümumdünya Dağ Yəhüdiləri Konqresinin rəsmi internet səhifəsində "oxunması məsləhət görülən ədəbiyyat" guşəsində yer alıb. Böyük Britaniyanin Birmingem Universiteti və Almaniyanın Halle kitabxanaları fondunda bir neçə kitabım var. "77-ci gün" romanım Türkiyənin Yozqat Bozok Dövlət Universitetində 2014-cü ildə dərs vəsaiti kimi təsdiqlənib. "Qu quşu rəqsi" hekayəm Rusiya Yazıçılar Birliyinin "2015-ci ilin seçmə nəsri" almanaxına daxil ediıib. 2016-cı il üçün "3+1" hekayə toplum YUNESKO-nun və Slavyan Ədəbiyyat Festivalının təsis etdiyi Adam Mitskeviç medalının, "21 esselər" toplum isə Antuan Sent de Sent Ekzüpiri adına beynəlxalq mükafatın nominantıdır. "Göydən yıxılan mələk" kinossenarim ənənəvi The Hollywood reporter kinossenari müsabiqəsinə dəvət alıb. Sərhədlərimizdən kənarda ədəbiyyatımızın kifayət qədər tanınmasını sübut edən bir məlumatı da qeyd edib.mövzuya nöqtə qoyuram. Şərqi Avropanın ən böyük ədəbi portalı hesab edilən Rusiyanın Proza.ru portalındaki "Yaş əsgər çəkmələri" hekayəm düşmənlərimizi nə dərəcədə hiddətləndiribsə dərcinə qadağa qoyulmasına nail olmaq üçün minlərlə erməni əsərdən şikayət edib. Çünki sözdən qüvvətli silah yoxdur. Təbii ki, digər yazarlarımızın da sözügedən mövzularda müəyyən uğurları var, amma cəmiyyətimiz və media bu uğurları gündəmə az gətirir. Sadəcə, ədəbiyyata diqqəti azacıq artırmaq lazımdır".

Dilqəm Əhməd, yazıçı: "Əvvəla ölkə sərhədindən kənara çıxmaq üçün dünya dilində, yəni ingilis dilində yazmalısan. Əgər ingilis dilini bilmirsənsə, mükəmməl tərcüməçi ilə işləməlisən. Azərbaycan dilli ədəbiyyatla dünyaya necə çıxmaq olar? Heç Azərbaycan dili ilə Türkiyəyə, İrana çıxmaq olmur. Bunu qəbul etmək lazımdır. Əlbəttə ki, əvvəlki illərlə müqayisədə xeyli yaxşı yazıçılarımız, şairlərimiz var ki, dünyada qəbul edilən dərgilərdə çap olunmalı, ən yaxşı nəşriyyatlar onların əsərlərini çap etməlidir. Bunun üçün isə yazıçılar yaxşı naşirlərlə, menecerlərlə çalışmalıdırlar. Ortaq iş görülməlidir. Amma bizdə yazıçılar kasıbdır, naşirlər isə ancaq öz ciblərini güddüklərindən bu işdə maraqlı deyillər. Tərcümə mərkəzlərimiz isə hələ də dərk edə bilmədiyim bir səbəblə Çe Qevaranın gündəliyini çap edir. Biz üçüncü dünya ölkəsi olduğumuz üçün dövlət, şirkətlər müəyyən kampaniyalar, təkliflər irəli sürməlidir. Məsələn, ədalətli yarışma keçirilsin, qalib gələn əsər tutaq ki, dövlət hesabına dünyada tanıdılacaq və s. Üstəlik Avropa məkanına çıxmadan öncə bizim əsərləri oxuyacaq başqa məkanlar da var. Məsələn, İran, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Orta Asiya. Ən azından bu məkanlardan da başlamaq olar. Mən inanıram ki, yaxın bir neçə ildə Avropada Nərmin Kamal, Seymur Baycan, Əli Əkbər kimi yazıçılarımız geniş kütlə tərəfindən tanınacaq. O ki qaldı öz pulu ilə əsərlərini dünya dillərinə tərcümə edənlərə, bu boşuna əməkdir, Qərbdə əslində belə şeylərə pis baxırlar".

Aybəniz Əliyar Kərimova, şairə: "Bizim kənar ölkələrdə yaşayan kifayət qədər tanınmış yazıçı və şairlərimiz var. Onların bəxti onda gətirib ki, talelərini başqa dövlətdə davam etdiriblər. Əlbəttə ki, bunun, Vətənini sevən bir qələm adamı üçün kədərli tərəfləri də olmamış deyildir. Yenə də qeyd etmək lazım gəlir ki, Azərbaycanlı olan istedadlı yazarlarımız çoxdur. Qaldı ki, niyə Azərbaycanın daxilində istedadlı qələm adamları tanınmır, bu, bizim bəlamızdır. Bizim təmsil olunduğumuz birliklər istedad sözünü leksionlarından çıxarıblar. Daha çox imkanlar məsələni həll edir. Tərcüməçilikdən başlayaraq müəyyən yerlərdə nəşrlər və təqdimatlar insanın öz öhdəsinə düşürsə, təbii ki, özünə dəyər verən heç bir yazıçı bunu öz hesabına etməyəcək, ya da etməyə gücü çatmayacaq. Beləcə də kənarda da ancaq zəif nəzm və nəsr nümunələri təbliğ olunacaq. Sabahımızı və ədəbiyyatımızı düşünərək sonda demək istərdim ki, Azərbaycanın bu formada tanınması heç birimizə uğur gətirməz".

Elçin Aslangil, şair: "Bizim ən böyük problemimiz, tərcümə ilə bağlıdır. Nəşr olunan yeni əsərlər dünya ədəbiyyatının gedişatını izləyən yerli naşirlər tərəfindən tərcümə etdirilməlidir. Məncə bizim özəl nəşriyyatlar bu işdən yaxşı gəlir də əldə edə bilərlər. Xarici nəşriyyatlar və dərgilərlə əlaqələr qurulmalıdır. Dünaya çıxardacağımız yaxşı nəsr əsərlərimiz çox azdır. Amma Azərbaycan şairlərinin şeirlərini alnıaçıq, üzü ağ bir şəkildə dünya oxucularına təqdim etmək mümkündür. Yenə deyirəm yaxşı tərcümə, güclü maliyyə bazası olan nəşriyyat, nəşriyyatların xarici ədəbi dərgilərlə əməkdaşlığı, xaricdə keçirilən kitab sərgilərində şairlərimizin və yazarlarımızın başqa dillərə çevrilmiş kitablarını sərgiləmək hər hansısa bir yazıçımızın, şairimizin Azərbaycan hüdudlarından kənarda tanınmasına tranplin rolunu oynaya bilər. Mən belə düşünürəm".


Leyla Namazova
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır