“Müsəlman ölkələrində, o cümlədən İranda islahatlar həmişə yarımçıq qalıb"
Oxunub: 4939
30 Jun 2016 | 01:13
“Müsəlman ölkələrində, o cümlədən İranda islahatlar həmişə yarımçıq qalıb

Bir zamanlar İranın Azərbaycandakı səfiri olmuş Afşar Süleymaniylə söhbətimizin bu qədər maraqlı alınacağını gözləməzdim. Amma alındı. Etiraf edim ki, Afşar bəy mənim bütün suallarımı diplomatiyanın imkan verdiyi çərçivədə kifayət qədər səmimi cavablandırdı.

Təcrübəli İran diplomatının Azərbaycan-Türkiyə-İran əlaqələrindən tutmuş, İran-Rusiya müttəfiqliyinə, cənub qonşumuzun milli azlıqlar siyasətinə qədər bir çox məsələlər barədə Strateq.az-a verdiyi müsahibəni Moderator.az oxucularına təqdim edirik:


-Afşar bəy, İran prezidenti Həsən Ruhani bu yaxınlarda İran konstitusiyasının 15-ci maddəsinə əsasən, ölkədə milli məktəblərin açılmasına başlanacağını bildirmişdi. Konstitusiyanın 15-ci maddəsi nələri ehtiva edir?

-Konstitusiyanin 15-ci maddəsi deyir ki, fars dili İranın rəsmi dilidir və butun rəsmi yazılar  fars dilində olmalıdır və eləcə də məktəblərdə və universitetlərdə  butun dərsliklər fars dilində tədris olunmalıdır. Amma eyni zamanda ölkə vətəndaşlarının ana dilləri də məktəblərdə tədris edilə bilər. Bu maddə konkret olaraq hökümətin boynuna qoymayıb ki, ana dillərinin məktəblərdə tədrisinə birbaşa şərait yaratsın və bunu icra etsin. Amma Ruhani seçki kampaniyasında seçicilərə söz vermişdi ki, bu maddənin icrası üçün lazımi göstərişlər verəcək və bu istiqamətdə İranda yaşayan xalqların tələblərinin yerinə yetirilməsi üçün addımlar atacaq. Bunun üçün də o, İranın Xatəmi vaxtı milli təhlükəsizlik naziri olmuş Yunisini özünə müavin seçdi. Hər halda, bu 3 il ki, Ruhaninin vaxtından keçir, dilin tədrisi məsələsi öyrənilib və sizin işarə etdiniz qərar ortaya çıxıb. Amma söhbət milli məktəblərin açılmasından yox, sadəcə ana dillərin tədrisi üçün mərkəzlərin qurulmasında gedir. Yəni bu mərkəzlər yaranarsa, ancaq dilin ədəbiyyatı və qrammatikası tədris olunacaq və başlanğıc olaraq yalnız Azəri türkcəsi və kürd dili, azərilər, yaxud türklər və kürdlər yaşayan rayonlarda tədris olunacaq. Mənim fikrimcə, bu proses həm uzun çəkəcək, həm də bu mərkəzlərin yaradılmasına çoxlu vəsait lazım olacaq. Amma bu addım tam olaraq 15-ci maddəyə də uyğun deyil. Çünkü bu maddədə söhbət məktəblərdə ana dilinin tədrisindən gedir. Hazır məktəblər varkən, başqa mərkəzlərin açılmasına və əlavə büdcəyə də ehtiyac yoxdur. Sadəcə  ibtidai məktəbin 1-ci sinfindən  orta məktəbin sonuna qədər  hər sinifdə dillərin, o cümlədən Azərbaycan dilinin tədrisi təşkil oluna bilər. Bunun üçün dərsliklərin və müəllimlərin hazırlanmasına start vermək üçün lazımi tədbirlərin görülməsi lazımdir ki, gələn ildən tədrisə başlansın.

 

-Bildiyimə görə, 15-ci maddə konstitusiyaya yəni salınmayıb. İran İslam İnqilabının ilk dövrlərindən bu maddə mövcuddur. Bəs, bu günə qədər nə üçün bu maddə "gözəgörünməzliyi"ni qoruyurdu?

 

-Əlbəttə, elədir, bu maddə 1980 -ci ildən konstitusiyada var, sadəcə 8 il İraq-İran muharibəsi və hökumətlərin, müxtəlif orqanların  fərqli düşüncələri, İslam Şura məclislərinin dəstəkləməməsi bu maddənin indiyədək icra olunmamasına səbəb olub.

 

-İranın indiki hakimiyyətinin mövqeyinin zaman-zaman dini rəhbərliklə ayrıldığı müşahidə olunur. Ruhani hakimiyyətinin başlatdığı islahatlar yarımçıq qala bilərmi?

 

-İnkişaf etməyən və hələ inkişaf yolunu keçən ölkələrdə,  özəlliklə də müsəlman ölkələrində, o cümlədən İranda  ümumiyyətlə islahatlar həmişə yarımçıq qalıb. Ən azından, məşrutiyyət inqilabından başlayaraq Müsəddiqin milli hərəkatıyla və İslam inqilabıyla davam edən islahatlar müxtəlif daxili və xarici səbəblər ucbatından yarımçıq kəsilib və bu proses həm İranda, həm də islam dünyasında və o olkələrdə ki, siyasi və iqtisadi azad rəqabət  zəif gedir, davam edəcək. O cümlədən də bəzi Asiya, Amerika, Afrika ölkələrində, hətta Çində və Rusiyada...

Dini rəhbərlə prezident arasında olan fərqli mövqelərə və fikirlərə gəldikdə, bunu deməliyəm ki, əslində dini rəhbər ifadəsi, məncə, düzgün deyil, Çünki konstitusiyaya əsasən, dini  rəhbər ölkənin birinci şəxsidir və bütün qüvvələr birbaşa və dolayısıyla ona tabedir və onun nəzarətindədir.

 

-Dünya mətbuatında İran dini rəhbərinin yaxın zamanlarda dəyişdirilməsi ehtimalı da tez-tez gündəmə gətirilir. Allah hər kəsə şəfa nəsib etsin, bu ehtimalın reallaşacağı təqdirdə, dini hakimiyyətin də islahatçıların əlinə keçməsi mümkündürmü və bu islahatları daha da sürətləndirə bilərmi?

-Əlbəttə ki, ömür Allah əlindədi və rəhbərin də səhhəti yerindədir, amma konstitusiyaya əsasən, belə durumlarda  Xübrələr Məclisi yəni  rəhbəri seçməlidir. Necə ki, keçmiş rəhbər  rəhmətə gədəndən sonra həmin məclis indiki rəhbəri 27 il öncə seçdi. Xübrələr məclisinin tərkibinə baxınca, sizin dediyiniz proqnozu ən azından indidən vermək olmaz.

-İranın son zamanlar Yaxın Şərqdə fəallığı gözdən yayınmır. Maraqlıdır ki, Türkiyə də eyni coğrafiyada əks-qütbdə yer alır. Bölgənin iki böyük yerli gücünün Yaxın Şərq məsələsində ortaq mövqeyə gəlməsi, təbii ki, məzhəb müharibələrini də qismən səngidə bilər. İran bu sahədə hansısa addımlar atırmı? Siz təcrübəli diplomat kimi tərəflərə nə tövsiyyə edərdiniz?

 

-Əslində İranla Türkiyə arasında yalnız Suriya məsələsində fərqli mövqelər var, başqa məsələrdə o qədər də fərqli mövqelər sərgilənmir, ən azindan fərqli düşüncələrin və fərqli istiqamətlərin iki tərəfli əlaqələrə mənfi təsirinin qarşısını ala biliblər və əlaqələri daha artıq iqtisadi əməkdaşlıqlara yönəldiblər. Məncə, iki tərəf də bu istiqməti daha da artiq gücləndirməlidirlər və region məsələlərinə daha real baxaraq, davamlı məsləhətləşmə aparmalıdırlar. İslam dünyasını bu durumdan çıxarmaq üçun və dostluqları gücləndirmək üçün başqa ölkələrlə də bu işi davam etdirməlirdilər. İqtisadi faktorlar, o cümlədən enerji faktoru bu məsələdə onəmli rol oynaya bilər. Məsəl üçün, Türkiyənin bir güclü şirkəti İran gazının Ərəbistana satılmasi üçün vasitəçi ola bilər və müştərək bir şirkət yarada bilərlər ki, bu proyekti irəli aparsınlar. Çünki Ərəbistan 2030 -ci ilə qədər plan hazırlayıb və bu istiqamətdə İranın və Türkiyənin müsbət rolu ola bilər. Beləliklə, iqtisadi əlaqələrin  güclənməsi İslam ölkələrini də gücləndirər, savaşlar dayanar, inkişaf tempi artar, güclü olkələr qarşısında söz sahibi ola bilərlər. Əlbəttə, bunun üçun daxildə demokratiyanın inkişafı və xarici siyasətdə birlik və rasional siyasətlər yürütmək lazımdır.

 

-Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin İranla münaqişəsi regionda İsrailin mövqeyini daha da gücləndirir. Artıq sionist politoloqlar açıq etiraf edirlər ki, son zamanlardakı fəaliyyətlərilə "qonşularla 0 problem" məsələsini həll ediblər. Bütün bunlar isə islam dünyasının bir-birinin qanına susaması müqabilində baş verir. Niyə islam ölkələrini idarə edənlər bu mənzərəni görə bilmirlər?

 

-İslam dünyasında demokratiyanın olmamasi və liderlərin milli maraqlardan çox, öz şəxsi maraqlarının düşünmələri bunun əsas səbələrindəndir.

 

-Rusiya-İran münasibətlərinin perspektivinə nəcə baxırsınız? Bu gün iki ölkə regionda müttəfiq kimi çıxış edirlər. Amma fakt budur ki, ən azından, enerji maraqları baxımından bu iki ölkə həm də rəqibdirlər. Bu rəqabət gələcəkdə münasibətləri korlaya bilərmi? Belə bir ehtimal varsa, o zaman İranın öz perspektiv rəqibini gücləndirməsi nə qədərcədə doğrudur?

-Ümumiyyətlə, İranın Amerikayla və Qərblə əlaqələrinin olmamasi, yaxud zəif olmasi və Rusiyanın da həmin  ölkələrlə  problemli əlaqələri bu iki ölkəni  yaxınlaşdırıb. Amma dediyiniz kimi, heç vaxt bu iki ölkə müttəfiq olmayıb və ola da biməzlər. Enerji rəqabəti ciddi problem olsa belə, yoluna qoya bilər. Rusiyanın əsas nigarançılığı İranın Qərbə yönəlməsi və regionda güclənməsi, özünün isə zəifləməsi ehtimalıdır.

 

-Azərbaycan-İran münasibətləri sizi qane edirmi?

 

Təbii ki, İran-Azərbaycan əlaqələri heç vaxt qaneedici olmayıb. Əlbəttə, Xatəminin prezidentliyin dövründə bu əlaqələr daha yaxşı olub, indi isə Əhmədinejad zamanıyla müqayisədə yaxşıdı, amma heç vaxt tam imkanlardan istifadə olunmayıb.

 -İran-Türkiyə əlaqələrinin möhkəmlənməsində Azərbaycan nə kimi rollar oynaya bilər və bunu oynayırmı?

 

İran, Azərbaycan, Türkiyə iqtisadi və enerji, mədəniyyət və turizm sahələrində əlaqələrini gucləndirsələr, xalqlarımızın, eyni zamanda regionda sabitliyin və inkişafın xeyrinə olar. Bu əlaqələr həm də  təhlukəsizlik və regional əlaqələrinin inkişafina gətirib çıxarar.

 

-İran Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ola bilərmi? Çin və digər Asiya ölkələri ilə iqtisadi əlaqələr perspektivi İranın Qərbə yönəlməsi ehtiyacının aradan qaldırılmasında nə kimi rol oynamaq imkanına malikdir? Sizcə, İran üzünü hansı istiqamətə tutmalıdır?

-Əslində Sanxay üzvlərilə İran arasında xarici siyasət məsələlərində və dini baxışlarda fərqli mövqelər var. Onlar istəmirlər, İranın daimi üzv olmasına ki, Amerika və Qərb qıcıqlana bilərlər. Eyni zamanda  istəmirlər, Amerika onlara desin ki, Fələstini və Livan Hizbullahını dəstəklədiyinə gorə İrana sanksiyalar tətbiq etmişik və siz necə onunla birləşmək istəyirsiz? Təbii ki, onlar buna getməzlər. Bu səbəbdən də onlar İranın üzv olma prosesini uzatmaq istəyəcəklər ki, onu əllərində saxlasinlar və Amerikadan bəhrələnsinlər. Digər tərəfdən, Şanxay ölkələri İran hökümətinin  dini xarakterindən çəkinirlər. Mənim fikrimcə, İran xarici siyasətində balans yaradılmadır və bütün ölkələrlə mill maraqların təmin olması məqsədilə əlaqələrini normallaşdırmalıdır və hansı ölkə daha artıq milli maraqlara xeyir verir, onunla əlaqələrini gücləndirməli və möhkəmləndirməlidir.

Söhbətləşdi: Heydər Oğuz

Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 06:59
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb