“Getdikcə dini kəbinlə qurulan ailələrin sayının artması bizi narahat edir”
Oxunub: 1859
27 Jun 2016 | 16:19
“Getdikcə dini kəbinlə qurulan ailələrin sayının artması bizi narahat edir”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda müxbirimizin suallarını cavablandırıb.

(Tanıtım: Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Mərkəzi 1989-cu ildə yaradılıb. Müstəqillik dövründə qadınların hüquqlarını qorumaq üçün yaradılan ilk təşkilatdır. İndiyədək qadınların hüquqlarının qorunması istiqamətində təşkilat tərəfindən onlarla layihə həyata keçirilib. Həmçinin qadınların dini maarifləndirilməsi məsələsi də təşkilatın gündəmindədir.)
 
- Novella xanım, ölkə qadınlarının hansı hüquqları pozulur? Mərkəzinizə edilən müraciətlər daha çox nə ilə bağlıdır?

- Bu gün Azərbaycan qadınının bir çox hüquqları pozulur, təhsil ala bilmir, işləməyinə icazə verilmir, erkən yaşda ərə verilir, şiddətə məruz qalır, döyülür, boşandıqdan sonra problemləri olur və sair. Bizə gələn ərizələr işdən qovulma, evdən qovulma, uşaqların əlindən alınması ilə bağlıdır. Həmçinin qadınların ailədə təzyiqə, şiddətə məruz qalması ilə bağlı da bizə şikayətlər daxil olur. Radikal dinçilik ailədə məişət zorakılığına təsir göstərir. Bizə gələn məlumatlarda göstərilirdi ki, onlar evdə qəribə qanunlar tərtib edirlər. Radikal dinçilər ailədə şiddətə məruz qoyurlar qadını. Çox belə faktlar var, qadın addımbaşı cəzalandırır, döyülür, evə qapadılır.

- Dini radikalizmin qadın hüquqlarının pozulmasına hansısa təsiri varmı?

- Çox radikal dinçilər bizə müraciət etmirlər. Ancaq problemlər barədə məlumatlar alırıq. Bir-iki dəfə müraciət olub. Mənim ən yaxın dostlarımın qızları radikal dindarlara ərə gediblər, sonra boşanıblar. Evdə ailə başçısı radikal dindar idi, televizora baxmağa belə icazə vermirdi, kinoya aparmırdı, küçəyə çıxmağa qoymurdu, çox pis münasibətləri vardı. Qız həkim idi, müasir ailədə böyümüşdü, ailəsi də dinə inanan və dini qəbul edən ailə idi. Amma qurduğu ailədə həmin dediyim şərtlərə uyğunlaşa bilmədi. Quranda radikalizm yoxdur. İslama radikalizm gətirməklə bütün dünyada biabır edirlər. Quranda tərəqqi var. Bu il multukulturalizmdən danışılır. Bu kimi məsələlər məhz Qurandan götürülüb. Yəni bütün dinlərə münasibət normal, insanlara münasibət normal olmalıdır. Quranda insan haqqları var. Dini radikallaşdıran insanlar özlərinin hegemonluğunu göstərmək isrəyirlər. Bu gün radikal islamçılar başqa dinlərin nümayəndələrindən daha çox öz din qardaşlarını öldürürlər. 

Radikal İslama keçənlər İslam dinini biabır edirlər. Azərbaycanda radikal dinin gəlməyinə, vəhabiliyin, digər təriqətlərin gəlməsinə səbəb həm də savadsızlıq, təhsilsizlik, dini bilgisizlikdir. Regionlarda layihələr həyata keçirərkən istəyirik  qadınlara dini, dinin mədəniyyətini başa salaq. Qadına Quranda göstərilən, verilən hüquqlardan danışırıq. Qadınla bağlı dinimizdə, Quranda qadına olan hüquqlar, ədalət Azərbaycan məhkəmələrində yoxdur, qəbul olunmur. Quranda qadına mülkiyyətin verilməsi, uşaqların verilməsi, süd pulu kimi məsələlər bu gün məhkəmələrdə mübahisələndirilir. Quranı yaxşı bilən insanlar, yaxşı qavrayan, qəbul edən insanlar Azərbaycanda çoz azdır. İslamın mədəniyyətini öyrənmək lazımdır. Quranda 500 yerdə yazılıb ki, ancaq oxumaqla nəyəsə nail ola bilərsən. Quranın ayələrində yazıb ki, oxumaq lazımdır. Bu gün Bakıda Nardaran qəsəbəsini götürək. Qız uşaqları oxumur. İndiyə qədər bir qız uşağı universitetə qəbul olunmayıb. Monitorinq etmişik, heç son illər oğlan uşaqları da qəbul olunmayıblar. 

Radikalizm dinə olan hörmətsizlikdir. Qurana olan hörmətsizlikdir. Mən belə başa düşürəm. Bütün dini kitablardan Quran daha demokratikdir, digər dinlərdən demokratik olanı, radikalizmdən uzaq olanı əslində İslamdır.  Daha mütərəqqi din islamdır. Onu biz təbliğ edə bilmirik, məni narahat edən odur. Hazırda İŞİD-in, Hizbullah, Taliban kimi terrorçu təşkilatların ortalığa çıxması İslamı gözdən salmaq üçündür. Baxmayaraq ki, digər dinlərdə daha çox radikalizm var, dini kitablarında daha çox radikallıq var, qadınlara o qədər hüquqlar verilməyib, amma görüntüdə əksinədir. İslamda dini radakalizm ona gətirib çıxarır ki, bu kimi ölkələrdə təhsilli qadın görəndə xaricilər təəccüblənirlər. Deyirlər ki, sizin ölkədə qadınlar danışa da bilirlər. Dini radikalizm ona gətirib çıxarır ki, müsəlman dövlətlərinə münasibət pisdir.

- Deyirsiniz ki, digər dini kitablarda qadın hüquqları çox deyil. Quranda isə daha mütərəqqidir. Xristian ölkələri, Avropa ölkələri problemi sanki həll ediblər və radikallıqdan uzaqlaşıblar. Bizdə olan məsələlər onlarda gündəmdə deyil. Sizcə, indiki zamanda İslam ölkələrində qadın hüquqlarının birbaşa dini planda önə çıxması nə ilə bağlıdır?
 
- Bu, savadsızlıqdan, dini bilməməkdən irəli gəlir. Biz yetmiş il rusların, Sovetin əsarətində qalmışıq. İslam qadağan olunub. Onun üçün də rayonlara gedəndə görürük ki, toplumun İslamdan xəbərləri yoxdur, anlayışları yoxdur. Qurandan anlayışları yoxdur. Ona görə də hər gələn təriqət beş-üç manata onları öz tərəfinə çəkə bilir. İnsanlarda bilik yoxdur. Onun üçün pulla kimisə öz tərəfinə çəkə bilərlər. İsraildə pulla dinə bir adam yaxın düşə bilməz. Onların dini anlayıb qəbul edilən dindir, bir səhifəni təhrif etməyiblər, dəyişməyiblər. Onlarda dini, dini kitabı hamı öyrənir, uşaqdan böyüyə hamı oxuyur, dinə hörmət var. 

Yetmiş ildə mədəniyyəti, din mədəniyyətini bizdən alıblar. Maraqlananda görürük ki, regionlarda radikal təriqətlərə qoşulanlar daha çox maddiyyata, pua görə bu addımı atıblar. Biz dinlə bağlı da layihələr həyata keçiririk. Həmçinin digər layihələrdə dindən, qadın hüquqları din kontekstində diqqətə çatdırılır, insanları maarifləndirməyə çalışırıq. 

- Lider qadınların ölkədəki bu problemin həll olunmasında rolu nədən ibarət ola bilər?

- Biz qadınlarla regionlarda, ucqar kəndlərdə tədbirlər keçiririk. Oraya gəncləri də dəvət edirik. Dinin mədəniyyətini, nə olduğunu, tolerantlığı başa salırıq. Vəziyyəti dəyişmək üçün illər lazımdır. Dini, Quranı, peyğəmbəri qəbul etmək üçün ciddi işlərin görülməsi vacibdir. Quranı biz indiyədək toplum olaraq dərk edə bilməmişik. 

- Azərbaycan qadını ərəb qadını kimi müti deyil. Sizcə, İslam modeli bizə uyurmu? 

- Əgər qurandan götürsək, çox uyur, uyğundur. Şəriət qanunlarını radikallaşdırıb bizə sırımasalar, tətbiq etməsələr, Qurandan irəli gələn məsələlər bizə çox uyğundur. Quran deyir ki, açıq olun, yalan danışmayın, sərbəst olun oxuyun, dürüst olun. 

-Bunlardan niyə istifadə etməyək? Başı bağlamaq indi dəbə düşüb. Buna hörmətlə yanaşıram, amma onun ürəyindən dərk edib qəbul edənlərə. 

- Bizdə adət-ənənələri dinlə qarışdırmaq kimi məsələlər var. Məsələn, cəmiyyətdə qadının özündən yaşca çox böyük olan kişi ilə evlənməsinə pis baxmırlar, qəbul edirlər. Bu münasibətləri dində Həzrəti Məhəmmədin Həzrəti Ayişə ilə evliliyi ilə müqaqisə edirlər. Amma digər tərəfdən götürsək, peyğəmbərimiz özündən 15 yaş böyük Həzrəti Xədicə ilə də evlənib. Bu, peyğəmbərin bizə sünnətidir, bizə örnəkdir ki, qadın özündən kiçik kişi ilə də evlənə bilər. Bizdə bu, qəbul olunmur. 

-Deyirlər ki, o, peyğəmbərdir, ona olar. Bu adət-ənənələrin dinlə qarışdırılmasını necə izah edərdiz?

- O, həm də insan haqlarıdır. Qadının haqqıdır, hüququdur. Həmin insanlardan soruşmaq lazımdır ki, siz peyğəmbərdən çoxmu bilirsiniz? Həm də bu təpki ən çox qadınlardan gəlir. Qadınlar buna daha pis baxırlar. Hesab edirəm ki, insan haqqıdır. Qadın kiminlə istəsə, ailə qura bilər, bu, onun seçimidir. Qadının öz haqqıdır. Seçimi özü etməlidir, yaxşı, ya pis. Bunu dinlə qarışdırmaq olmaz. İkinci dünya müharibəsi dövründə bizdə boşanmış, yaşca böyük qadınların ərə getməsi normal hal idi. Qadınların yenidən ailə qurması normal qəbul olunurdu. 

Bir müddət əvvəl Balakəndə seminarda idik. Bələdiyyə sədri dedi ki, bilirsinizmi, hazırda ailələr qız uşağı dünyaya gətirmək istəmirlər, bir neçə il sonra oğlanlar evlənməyə qız tapmayacaqlar. İndi isə əksinə, bir kişinin bir neçə qadınla dini kəbinlə yaşaması faktları var ki, bu kimi evliliklər qəbulolunmazdır. Dinlə də yanaşsaq, bir ailəni saxlaya bilməyən, hüququnu pozan kişi ikincisini necə saxlayır? Bu, alınmır. Hər bir halda qadının hüququ pozulur.

- Ölkədə dini kəbinlə qurulan ailələrin, münasibətlərin sayı artır. Bu, qadna hansı problem yaradır?

- Hazırda ciddi problemlərdən biri erkən nikahların artmasıdır. Bu zaman da rəsmi nikah mümkün deyil, dini kəbinlə ailələr qurulur. Hətta 30 yaşından sonra qadınlar rəsmi deyil, dini nikaha üstünlük verməyə başlayıblar. Bu, qadınların günahıdır. Çünki səhəri gün problemlər yaranır, bizim kimi təşkilatlara üz tuturlar. Uşağa aliment ala bilmirlər, evdən pay ala bilmirlər, hətta uşağa atalıq ala bilmirlər. Amma qanunla nikaha girsələr, bu problemlər yaranmaz. Dini kəbin qadının hüququnu pozur. Rəsmi nikah olmadan onu etmək olmaz. Getdikcə dini kəbinlə qurulan ailələrin sayının artması bizi narahat edir. Bu cür faktların artması Azərbaycan qadını üçün çətinlik yaradır. Qadınların çarəsiz qaldığını göstərir. Onlar ayrılarkən, evdən məhrum olurlar, aliment almaqda çətinlik olur, ciddi problemlər yaranır. Bu, daha çox erkən yaşda ərə verilən qızlarla bağlı görünür. Bu tipli evliliklərdə ata-ana da məsuliyyət daşımalıdır. Bələdiyyə də, polis də, rayondakı məmurlar məsuliyyəti olmalıdır. 

- Azərbaycan qadını dini  radikalizmin fəsadlarından qurtulmaq üçün nə etməlidir?

- Ancaq təhsillə bundan qurtulmaq olar. Maariflənməklə, İslama münasibəti dəyişməklə, radikalizmin nə olduğunu ortalığa çıxarmaqla durumu dəyişmək olar. Buna görə vətəndaş cəmiyyətinin də, dövlətin də buna çalışması lazımdır. 


Yazı “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin “Dini radikalizmin gender bərabərliyinə etdiyi mənfi təsirlərin azaldılması” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb. Müsahibədə “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyinin rəhbəri Günay Hüseyn ekspert qismində iştirak edib.(musavat.com)
Oxşar xəbərlər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...