"Yeni nəsildə tərifə daha da asilik yaranır..."
Oxunub: 4946
24 Jun 2016 | 00:39
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, çoxşaxəli yaradıcılığa malik şair-qəzəlxan, dramaturq və çoxsaylı kinossenarilərin müəllifi İlqar Fəhmi Moderator.az saytına geniş müsahibə verib:

- Ədəbi mühitə gəlmənizdə sizə təkan verənlər olubmu? 

- Mənim yaradıcılıq fəaliyyətim 30 yaşından sonraya təsadüf edir. 90-cı illərin sonlarında əruzla-qəzəllə məşğul idim. Mənim əsas məhsuldar dövrüm 2004-cü ildən bəridir. Yəni, son 10 ili əhatə edir. Bir işə başladıqda onu bütün ruhumla etməyə çalışıram. Gördüyüm işlər də ssenaristlərin, rejissorların diqqətini çəkirdi. Sizə onu deyim ki, yaradıcılığımın əsas hissəsi, səhnələşdirilmiş əsərlərimdən 5 dəfə çoxu işıq üzü görməyib. Yarım qalan, başlamayan və s. əsərlərim çoxluq təşkil edir. Heç bir ideya məni öz ardınca sona qədər apara bilmir. Mən hər şeydən tez bezən, səbrsiz insanam. İşlərimi sürətlə görüb bitirməyə üstünlük verirəm. Roman və povestləri ən gec 2-3 aya sona çatdırıram. Bu həm də mənim xarakterimlə bağlıdır, çox düşünüb tez icra edənəm. Bəzən əsərlərimi yazanda sona yaxın bezirəm və bitirmək üçün fikrimi konkretləşdirib, yığcam ifadə edirəm. “ Aktrisa”, “Akvarium” kimi əsərlərim də bu qəbildəndir. İşin dərinliyini bilən insanlar mənə həmişə deyirlər ki, sən əsərin əvvəlini çox geniş götürüb ətraflı şərh edirsən, sona yaxın həvəsdən düşdüyün və bitirməyə çalışdığın hiss olunur. Mənim yazmadıqlarım, yazdıqlarımdan çoxdur. Ədəbi sahədə mənə təkan verənlər çox olub. İstər əruz yaradıcılığımda, istərsə də digər işlərimdə Rüstəm Samit, Hacı Valid, Hacı Mail mənə dəstək olublar.  Yazıçılar Birliyinə gəldikdən sonra Anar müəllimin özü mənim kitabım çıxanda məqalə yazmışdı, kitabın ön sözündə Fikrət Qoca fikrini bildirmişdi, şeirlərimi oxuyub bəyənmişdi. Mənim haqqımda Çingiz Abdullayev də yazıb. Bunlar məndə böyük məsuliyyət yaradıb. Bizdə böyüklərə hörmət çox olub, ağsaqqallar bir gənci bəyənirsə həmin adam güvəni boşa çıxarmamaqçün əlindən gələni edib. Amma yeni nəsildə tərif daha da asilik yaranır, özündən razılıq formalaşır. Deyilən sözə layiq olmaq lazımdır, bizim nəsil belə idi. İnamı doğrultmaqçün əlimizdən gələni edirdik. Təriflənəndə bizi vahimə basırdı. Bizi həvəsləndirmək üçün çox çalışırdılar, Haci Mail bizə çox dəstək olurdu. Mən indi də beləyəm. Söz deyiləndə məsuliyyət hissi artır. 


- Siz özünüz necə, gənc yazarlara dəstək olursunuzmu? 

- Bax, mən o işdə bir az passivəm. İşlərin çoxluğu, tədbirlər, təqdimatlar, yaradıcılıq gənc nəslə qayğı göstərməyə imkan vermir. Bizə qayğı çox idi, təəssüflər olsun ki, biz o qayğını hazırkı nəslə ötürə bilmirik. Çalışıram dəstək olum, amma çox da çatdıra bilmirəm. Bizim vaxtımızda hörmət çox idi, ilk kitabımı Fikrət Qoca özü təqdim etmişdi. Təqdimatını özü keçirmişdi. Hətta Həsən Həsənovun pyesi səhnələşdirilirdi, lakin Fikrət Qoca mənim tədbirimi apardı. Bu bizə olan diqqətin nəticəsi idi. Biz özümüzdən sonrakılara o diqqəti ayıra bilmirik. Mən əruzla məşğul olan zamanlarda yazdığımız qəzəli bizə beyt-beyt, misra”“misra başa salırdılar, saatlarla səhvlərimizi izah edirdilər. Amma bizim buna səbrimiz çatmır. 

- Yazıçılar İttifaqındakı fəaliyyətiniz yaradıcılığınıza mane olurmu? 

- İşlər çoxdur, kino, veriliş, serial, burdakı işlər, bir sözlə başımız yaman qarışıq olur. Yaradıcılığıma mane olmur, sadəcə insan kimi çox yüklənirik. 


- Klassik dünyanın aurasında olan bir insansınız. O enerji qatından ayrılıb, təşkilati işə pərçimlənmək sizə nə dərəcədə mənfi təsir edir? 

- Əksər hallarda gördüyümüz işlərin nə dərəcədə faydalı olduğunu bilirik. Mən bir iş gördükdə uğur qazanacağımı, yaxud qəbul olunacağımı düşünmürəm. İstədiyimi reallaşdırıram, oradan hər hansı maraq güdmürəm. İnsan fərdi məninin, eqosunun tələblərinə tabe olmamalıdır, onun dalınca getməməlidir. İrfani hisslər buna ziddir. Eqosentrizimdə qalib olan insanlar irfan aləmində məğlubdurlar. 

- Klassik dünyanın enerjisinə bürünən insan hər zaman çəkisizlik halında olur. Bu çəkisizlik  halı sizi harada qoruyur, yaradıcılıqda, yoxsa təşkilati işlərdə? 


- Hər ikisində qoruyur. İnsanın qəlbindəki uğur qazanmaq duyğusu təmin olunmadıqda onlarda bir depressiya halı yaranır. Bax belə durumlarda çəkisizlik halı məni qoruyur. Mənim marağım uğur qazanmaq, adımın çəkilməyi, beynəlxalq səviyyədə çıxış etmək və s. deyil. Əsas nə etmək istədiyimə əmin olmaqdır. Təbii ki, hamı uğur əldə etməyə can atır. Ancaq məndə öncəlik bundan ibarət deyil. Yaradıcı insanlar əsərləri qəbul olunmadıqda, şöhrət qazanmadıqda ruhdan düşür. Bunlar mənə xas xüsusiyyətlər deyil. Məni oxumasalar da, tanımasalar da narahatlıq yaratmır. Son zamanlarda əsərlərimi bir yerə topladım 14 cild çıxdı. Heç təbliğatını da etmirəm. Onlardan 8-i “Hədəf” nəşriyyatında çap olundu. 6-sı isə inşallah payıza qədər çapdan çıxar. 

- Bu gün klassik dünyamızdakı ruhi yaddaşa xəyanət cəmiyyətə nə dərəcədə zərbə vurdu? 


- XX əsrdə bütün dünya xalqları arasında qərb modelinə keçmək haqqında fikirlər var idi. Buna mütərəqqi hal kimi baxılırdı. Amma bu elə də asan olmadı, xalqlar 1000 illik yaddaşını qurban vermək niyyətində deyildi. Milli-dini düşüncə tərzimizə olan basqı bu gün İslam ölkələrində radikal dini meylə yönəlməkdə özünü göstərdi. Bunun hamısı o təzyiqlərin nəticəsi idi. 60-70-ci illərdə Türkiyə, Əfqanıstan, Misir və bu kimi digər ölkələrə təzyiq nəticəsində onlarda etiraz, yaxud özünəqapanma halları başladı. Son zamanlarda terror təşkilatları yaranıb, 60-70-ci illərdə İslam terrorizmi, milli terrorizm deyilən bir şey yox idi. Bütün bunlar milli düşüncəyə vurulan zərər idi. Azərbaycana hər zaman dini düşüncələri üçün sıxışdırılan insanlar qaçıb gəlmişdilər. Bəhailər və başqalarını buna misal göstərə bilərik. Bizim ölkədə heç bir milləti dini düşüncəsinə görə incitmir, narahat etmirlər. Tarix boyu təhlükəsizlik baxımından bura sığınanlar çox olub. Dini düşüncələrinə görə Rusiyanın özündən malakanları ölkəmizə köçürdülər. Biz 1500 il ermənilərlə birgə yaşamışıq, onları qırmaq istəsək nə mane ola bilərdi. Azərbaycan xalqının qanında vəhşilik, məhv etmək yoxdur. Biz tolerant millətik. Bütün ölkələrdə ayrı-ayrı dini təbəqələr bir-birini sıradan çıxarıb, amma bizdə bunlar yaşanmayıb. Burada praqmatizm və mərhəmət anlayışı ortaya çıxır. Uzun illər Osmanlılar müxtəlif xalqlarla birgə yaşayıb. Onları istəsə ölkəsindən qova da bilərdi. Lakin buna ehtiyac duyulmayıb.

(ardı var)

Elmin Nuri
Kəmalə Yusifli
Oxşar xəbərlər
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO