Heydər Əliyevin arzuladığı ali məktəb - Sensasion çıxış...
Oxunub: 9176
20 Jun 2016 | 23:39
Heydər Əliyevin arzuladığı ali məktəb  - Sensasion çıxış...
Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar...


Dahi şəxsiyyətlərin nitqləri həmişə maraqla izlənilib. Dahilərin bioqrafiyalarını vərəqləyəndə mən həmişə onların təhsil və elmlə bağlı fikirlərini axtarıram. Bu dəfə çox maraqlı bir nitqlə tanış olmaq imkanı qazandım. Nitqin aktuallığını və böyük maraq kəsb edəcəyini nəzərə alıb, onun bir hissəsini oxucuların  diqqətinə çatdırmağı özümə borc bildim.  Bu nitq Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyevin söylədiyi  məşhur nitqdir. O, bu universitetin hansı zərurətdən yaranmasından tutmuş, böhran dövrünü, milli təhsil sistemimizdə bu universitetin yeri və rolu barədə danışıb: 

“Məsələn, əgər Bakı Dövlət Universitetini götürsək, bəli, universitet sistemi keçmişdə, çar Rusiyası vaxtında mövcud olmuşdur. O universiteti yaradarkən yeni bir şey icad olunmamışdı. Sadəcə, Azərbaycanın o vaxtkı imkanları çərçivəsində müəyyən fakültələr yaranmış, həmin fakultələrin də istiqamətləri artıq əvvəlki dövrlərdə müəyyənləşdirilmişdir. Yaxud Tibb Universitetini götürsək, heç bunu araşdırmağa ehtiyac yoxdur. Tibb qədim dövrdən tibbdir, insanların müalicəsidir. və tibb ali məktəbləri keçmişdə çox əsrlər dünyanın müxtəlif ölkələrində, o cümlədən çar Rusiyasında mövcud olmuşdur. Demək, bu ənənə müəyyən qədər davam etdirilmişdir. Ancaq Azərbaycan İqtisad İnstitutu yaradılır. Hansı İqtisad İnstitutu? Bəlkə bizim iqtisadçılar da, tarixçilər də məsələnin bu cəhətinə heç o qədər də diqqət etməyiblər. 
Təsadüfi deyil ki, ilk dəfə Ticarət və Kooperasiya İnstitutu yaranıb, sonra İqtisad İnstitutu olubdur. Çünki Sovet hakimiyyəti vaxtında keçmiş iqtisadiyyatdan, keçmiş iqtisadi sistemdən, quruluşdan imtina edilmişdir. Ona görə də təhsilin, elmin yaranması, prosesi o vaxt, Sovet hakimiyyəti vaxtında yaranan iqtisadi sistemi əks etdirməli idi. Bu iqtisadi sistemin özü hələ tam yaranmamışdı və onu yaratmaq da asan deyildi. Yaradırdılar. Bütün bunlara görə də də hesab edirəm ki, bizim İqtisad İnstitutu bu baxımdan keçmişdə bir az bəşıbəlalı institut olubdur. Çünki onun kökü olmayıbdır.
 

Hansı iqtisad? Sonra, 1930-cu ildə ona gəlib çıxdılar ki, bunun əsasını siyasi iqtisad təşkil edir. Sosialist iqtisadiyyatının, ya məlum olan siyasi iqtisadiyyatın əsas kökləri də artıq hamıya məlumdur. Hesab edirəm ki, bu, institutun belə ardıcıl surətdə lazımi səviyyədə inkişaf edə bilməməsinin obyektiv səbəblərindən biridir”. 

Heydər Əliyev İqtisadiyyat elminin paradiqmalarının müəyyənləşmədiyi bir vaxtda iqtisadiyyat yönümlü ali məktəbin formalaşmasının qeyri-mümkünlüyünü  olduqca dəqiq təsvir edib. Bununla yanaşı o, bu ali məktəbin yaradılmasından sonra baş verən hadisələr haqqında maraqlı mülahizələr irəli sürüb: 

“Mənim yadımdadır, Dövlət Universiteti, başqa institutlarla tanış olurdum. Bəzi yerlərə tələbələrin çox axını var idi. Yaxud da deyirdilər ki, kim hara ərizə verə bilmirsə, daxil ola bilmirsə, gedin, ona ərizə verin. Bu, keçmişdir. Bizim dövrümüzdə də, yəni şəxsən mənim Azərbaycanda rəhbər olduğum dövrdə də biz çalışdıq ki, İqtisad İnstitutu başqa institutların səviyyəsinə gəlib çatsın. Mən etiraf etmək istəyirəm ki, biz buna nail ola bilmədik. Çünki burada bəlkə də öz ixtisasını bilməyən, müəllimlik vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən, yaxud başqa məqsədlər güdən ayrı-ayrı qüvvələr var idi, toqquşmalar, çəkişmələr, intriqalar var idi. Ancaq biz 1970-ci illərdən çalışdıq ki, bu institutu lazımi səviyyəyə qaldıraq və onu qaldıra da bildik. 1980-ci illərdə artıq bu institut yüksək səviyyəyə qalxmışdı. Ancaq sonra yenə həm institutun daxilində, həm də onun ətrafında bəzi mafioz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar - dəhşətli bir vəziyyət idi.Mən o illər Moskvada işləyirdim. Amma bu sədalar mənə gəlirdi. Bu işi öz şəxsi mənafeləri üçün edənlər anlamırdılar ki, artıq Azərbaycana qarşı Dağlıq Qarabağ probleminin meydana çıxarılması üçün cürbəcür hərəkətlər başlanan vaxt, Azərbaycana qarşı təzyiqlər göstərilən vaxt onlar bu əməlləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zərər gətirir, onu ləkələyirdilər. Təbiidir ki, nöqsanlar var idi, yazılan ərizələrdə müəyyən həqiqətlər də var idi. Amma iftiralar, yalanlar da çox idi. Ancaq bizim xalqımız, millətimiz, alimlərimiz, elm adamlarımız bu məsələləri öz aralarında araşdırıb qərar qəbul edə bilməzdilərmi? Moskvaya kisələrlə anonim məktublar göndərirdilər. Əli Abbasov burada dedi. Ancaq o hadisə Azərbaycan üçün çox dəhşətli bir hadisə oldu. Bura hansısa komissiya gəlmişdi, yoxlamışdılar və iş o yerə çatmışdı ki, Azərbaycanın bu institutunun məsələsinə Moskvada ən yüksək səviyyədə baxılırdı.
O vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdində Partiya Nəzarət Komitəsi var idi, bütün belə işlərə baxırdı. O, ancaq çox böyük dövlət və partiya əhəmiyyəti olan işlərə baxırdı. Bu məsələ gedib oraya çıxmışdı. Mən orada işləyərkən bu şeylərin bəzilərindən xəbərim olmamışdı. Yəni onlar bunu məndən gizlətmişdilər. Baxmayaraq ki, mən Siyasi Büronun üzvü kimi, yaxud SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin bütün ali təhsil sisteminə, orta təhsil sisteminə və peşə təhsili sisteminə rəhbərlik edirdim. Amma bunu məndən gizlətmişdilər.
Günlərin birində bu məsələni Siyasi Büronun iclasına çıxardılar. Xırda bir məsələ, Siyasi Büroya yaraşmayan bir məsələ, - Mərkəzi Komitənin təlimatçısı buna baxa bilərdi. Bəli, təklif verildi ki, Azərbaycanda İqtisad İnstitutu bərbad vəziyyətdə olduğuna görə bağlansın. SSRİ-nin ali təhsil tarixində bu ilk hadisə idi ki, belə bir qərar qəbul olunmuşdu. Başa düzdünüzmü, bu, olubdur. 1987-ci il idi. Mən onda çox acıdım. Ancaq hər şey həll olunmuşdu. Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, azərbaycanlılar. Ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlər. Bu, Azərbaycanın ali təhsili üçün böyük ləkə oldu. Bu ləkəni də Azərbaycana yaxan burada həmin bu işlərlə məşğul olan insanlar oldular.
Mən bayram günü bəlkə də bunu deməməliydim. Ancaq mən həqiqəti sevən adamam. Mənim əlimdə başqa bir fürsət olmayacaq ki, sizinlə bir də görüşüm, bunu deyim. Mən bunu deyirəm və güman edirəm ki, Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdir, bəziləri professordur, bəziləri filandır, filandır. Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın.
Biz gərək millətimizi qoruyaq, xalqımızı qoruyaq. İndi bu sözlər daha da aktualdır. Çünki indi biz müstəqil ölkəyik, müstəqil dövlətik. Millətimiz inkişaf edir. Mən bu salona baxıram. Mən o illərdə də belə salonlar görmüşəm. Amma burada kimi görürəm, hamısı azərbaycanlı, hamısı bizim millət. Mən bununla fəxr edirəm. Bizim, o cümlədən mənim də fəxr etməyə çox əsasımız var. Ancaq bu gün mən sizinlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız var. Mən bununla fəxr edirəm. Bu, böyük nemətdir. Gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq”.

Heydər Əliyev son dərəcə maraqlı çıxışına bu sözlərlə yekun vurub:

“İqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq. Siyasi iqtisadı beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.

Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.

Heydər Əliyev bu möhtəşəm nitqini 13 iyun 2002 - ci ildə söyləyib. Onun arzularının həyata keçməsini təkcə bir faktla diqqətə çatdırmaq istəyirəm: 14 iyun 2016-cı ildə “QS Quacquarelli Symonds LTD” dünya üzrə ali təhsil müəssisələrinin reytinqini aparan təşkilat inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasını açıqlayıb. Reytinq regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.


Etiraf etmək lazımdır ki, İqtisad Universiteti bu uğurlara son dövrlər imza atıb. Zənnimcə universitetin bu cür inkişafında Heydər Əliyevin məşhur nitqindəki tezislərin əvəzsiz rolu olub. Bu nitq həm də onu göstərir ki, böyük dövlət xadimi Heydər Əliyev milli ali təhsil sistemimizin mövcudluğu ilə fəxr etməklə, hamımızı bu istiqamətdə məsuliyyətli olmağa çağırıb.  

Etibar Əliyev, təhsil eksperti
Oxşar xəbərlər
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO