Hay ver mənə cənab leytenant! - General olmaq istəyirdi, şəhid oldu
Oxunub: 7635
31 May 2016 | 18:00
Hay ver mənə cənab leytenant!  - General olmaq istəyirdi, şəhid oldu

...Əmisi Seymur İsgəndərovun qucağında maddım-maddım  insanlara boylanan, sinəsinə taxılan ulduzun bir oyuncaq olduğunu zənn edən 10 aylıq Elman bala... Sən nə biləsən ki, o adi bir ulduz deyil... Nə biləsən ki, bu, 95 şəhidimizin hər biri kimi Azərbaycanın həsrətində olduğu  Qələbə və Qalibiyyət məqamını bizə bəxş edən cənab leytenant Elnur İsgəndərova Vətən qarşısında, torpaqlarımızın azadlığı uğrunda canından keçdiyi üçün verilən “Vətən uğrunda” medalıdır. Körpəm, balam, övladım... Sən hələ bilmirsən ki... o sarışın gözəl Məlakə ananın yaddaşında nələr qoyub gedib atan Elnur. Sən hələ bilmirsən ki, nənən Gülnar müəllimə, baban İsgəndər müəllim atanın ətrini səndən almaq istəyirlər...

Ancaq biləcəksən... Böyük oğlan olanda, məktəbə gedəndə, dərs oxuyanda, insanlarımızın qibləgah yeri olan Şəkidəki Şəhidlər xiyabanına gedəndə biləcəksən ki, atan Elnur İsgəndərov azərbaycanlılara Qələbə sevincinin  bir damla dadını verib. Tamı dodağımızda qalıb. Şirinliyi dodaqlarımızı, qəlbimizi çat-çat edib.

Sən hələ bilmirsən ki, may ayının sərin bir gecəsində qapınızı döydüyüm zaman, evinizdə hüzn var idi. Nənən Gülnar, bibin Sevinc, əmin Seymur, anan Məlakə xatirəyə çevrilmiş qəhrəman atandan danışdılar... Biləsən atanın “Sarı gəlin” deyib sevdiyi, könlünün sevgili-məhbubu olan  anan Məlakə nələr danışdı. İndi yazıram. Böyüyəndə oxuyib biləcəksən ki, sinəsini “Vətən uğrunda” medalına meydan edən qəhrəman oğlumuzun yadigarısan.



“Mən elə bilirdim sənsiz ölərəm”

Qarşımda barmaqlarının xınası getməyən bir gəlin oturub. Qaynanasına “ana” deyib sığınıb. Sağında-solunda görmək istədiyi, nəfəsini hiss etmək istədiyi yarısı, ömrünə ömür-gün yoldaşı ola bilməyən sevgisindən, istisindən doymadığı əri haqqında indi xatirələr danışır. Bu sarışın gözəl  sakit, mülayim səslə elə sağlığında olduğu kimi danışır  Elnurdan. Xəbəri yoxdur dünyadan, bir özüdür, bir də  Elnur:

“Martın 27-si idi. Pul kartını da mənə verdi. Kodunu da yazdı. Qəribə sözlər danışırdı. Evdə, həyatda özümü necə aparmaq lazım olması barədə sözlər deyirdi. Əlimlə tez-tez ağzını tuturdum ki, eyyyyyy... belə demə... Ancaq o yenə tapşırıqlar verdi. Dedi “güclü ol, heç vaxt zəif olma”. Hələ oğlumuz dünyaya gəlməzdən əvvəl deyəndə ki, “mənə bir şey olsa, sən neylərsən?!”. O zaman cavab verirdim ki, “sənsiz həyat nəyimə gərəkdir”. Uşağımız doğulandan sonra da bir-iki dəfə belə soruşdu. Bu dəfə, “ölərəm” demədim, dedim ki, axı oğlumuz var, onu böyütməliyik. Ancaq Elnur mənə dedi ki, “sənə bir şey olsa, mən ölərəm”. Bir məşhur şeir var, indi onu tez-tez xatırlayıram:


Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.

27-si martda yola saldım... Günorta üstü yenə zəng vurdu. Evə  bazarlıq etmək üçün nə lazım olduğunu soruşdu. Dedim ki, bəs getmədin? Cavab verdi ki, sabaha qaldı... Elə sevindim ki... Allahım həmin günü də bizə bir yerdə qalmaq üçün möhlət veribmiş. Onunla keçirdiyim hər saatı ömrümə Allahdan hədiyyə, sevinc payı sayırdım. Keçib uşaqla oynadı, mətbəxdə yemək hazırlayırdım. Yataq otağına keçəndə gördüm ki, oğlum çarpayının bir tərəfində, Elnur da o biri tərəfində qollarını geniş açıb elə rahat, elə şirin yatıblar ki...  Həmin gün gedib hərbi şəhərcikdə qonşumuz olan dostu ilə görüşmək istədi. Qoymadım. Yalvardım ki, heç yerə getmə, yanımızda otur. 28-i səhər tezdən yol çantasını hazırladım. Qapıdan ötürəndə, xeyli arxasınca baxdım, dönüb gəlib, bir də vidalaşdıq, dedi ki, “dua elə ki, getməyim”...

Sonra telefonla  mesaj yazdı: “Mən gedirəm... Özünüzə yaxşı baxın...”.   Həmin axşam ana gəldi bizə - qaynanam Gülnar müəllimə. Başımız uşağa qarışdı. Aprelin 1-nə kimi telefon zənglərimiz olurdu. Ancaq hadisələrdən xəbərimiz yox idi”.



Birdən uzaqlara baxdı Məlakə. Gözlərində işıq gördüm. Üzünə təbəssüm də qondu. Gülümsəyə-gülümsəyə söhbətinə davam etdi: 

“Hərbi formanı elə xoşlayırdı ki, leytenant idi axı... geyinib güzgünün qabağında özünə baxardı. Mən də qısqanırdım güzgüyə... Deyirdim ki, kimin üçün elə fors edirsən? Deyirdi ki, “bax gör, məndən general olar?!”. İndi o leytenantın xəyalı durur gözlərimin önündə və tez-tez sevdiyi “Cənab leytenant” mahnısını xatırlayıram:

Barıt qoxulu o yollar, o yollar 
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli bir zabit mundiri 
Bir cüt ulduzlu, aylı paqonlar.

Hay ver mənə cənab leytenant 
Hay ver mənə leytenant. 
Xoş müjdəli bir savaşdan 
Pay ver mənə leytenant!”.

Gəlini danışdıqca  xırda-xırda hıçqırıqlarla ağlayan ananın göz yaşlarını görmək, onları seyr etməyin necə çətin olduğunu əslində qələmlə də yazmaqda çətinlik çəkirəm. Göz yaşları içərisində şəhid anası Gülnar müəllimə də söhbətimizə qoşuldu:



“Elnur təlimlərdə olanda, mən adətən  Bakıya gedib gəlinin yanında qalırdım. Elnurun toyunun  ab-havası hələ şəkilməyib bu həyətimizdən... Hələ toydan qalan izlər, xatirələr var evimizdə.   “Vağzalı”nın səsi hələ də qulaqlarımdadır. Atası İsfəndiyar 11 saylı Şəki şəhər məktəbində idman dərsi deyib, mən də 7 saylı məktəbdə sinif müəlliməsi işləmişəm. Üç övlad böyütmüşdük.  Neylədiksə, Elnuru hərbçi olmaq istəyindən çəkindirə bilmədik. Sonda da sinəsini düşmənə sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, “general olacağam, mənimlə fəxr edəcəksən”.  Bu hadisəni, yəni ermənilərin torpaqlarımızda yenə də qan tökmələrini təsadüfən televizordan eşitdik.  Elnurun telefonuna zəng çatmayanda isə narahat da olmadıq. Biz bilməzdik ki, onlar da həmin cəbhədədirlər. Narahatçılığımız var idi, bütün vətən haqqında, ancaq Elnur ağlımıza da gəlmirdi. Aprelin 3-u yenidən Bakıdan Şəkiyə qayıdanda gördük ki, həyət adamla doludur. Sonradan bildik ki, Elnurdan xəbər yoxdur, onun haqqında xəbər gözləyirlər”.

Bacılar yanar ağlar

Sevinc də hərdən söhbətimizə  qoşulurdu. Qardaşı bacı kimi kimsə sevməz, mənim anam rəhmətliyin 3 qardaşı 1941-45-ci il Böyük Vətən müharibəsindən qayıtmamışdı.  Anam çoxlu bayatı bilirdi. Qardaşlarını xatırlayanda, bu bayatını deyərdi: 

“Bacılar yanar ağlar,  
Qardaşın anar, ağlar.
Dönər ağ göyərçinə,
Yollara qonar ağlar”.

Sevinc İsgəndərovaya danışanda  anamın bayatısını xatırladım:



“Qardaşımın toyunu 2014-cü ilin avqust ayının 3-də etdik.  Bu həmin vaxtlar idi ki, ermənilərin təxribatı nəticəsində yenidən təmas xəttində atəşkəs pozulmuşdu. Həmin döyüşlərdə Vətənimiz 15 şəhid verdi. Onların bir neçəsini Elnur da tanııyırdı. Hətta zəng vurub bizə dedi ki, gələ bilməsə, toyu bəysiz etsinlər. Ara sakitləşəndə 1 həftəliyə gəldi. Qardaşımın toyunu çaldırdıq. Ancaq  hərbçi dostlarının heç biri gəlməmişdi. Hamısı vəziyyət gərgin olduğundan döyüş bölgəsində idilər. Qardaşımın sarışın qızlardan xoşu gəlirdi. Məlakəni də anamla birlikdə  görüb bəyənmişdilər.

Qardaşım öz peşəsini çox sevirdi.  Bir neçə dəfə Müdafiə Nazirliyi tərəfindən  “Fəxri diplom” və medallara layiq görülmüşdü. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu. 2010-cu ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirdi. 2010-cu ildən 2011-ci ilə qədər  Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit ixtisas kursunun dunləyicisi oldu. Kursu bitirəndən sonra hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində  xidmət etdi. 2011-ci ildən 2012-ci ilin ortalarına kimi Xüsusi Təyinatlı Qüvvələr kursunu biitirib, 2014-cü ildən isə N saylı hərbi hissəyə Xüsusi Təyinatlı Qrup komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. 

Hərbi xidmətdə göstəriciləri nəzərə alındığından son dəfə Xüsusi Əməliyyat Briqadasının Xüsusi Əməliyyat taborunun qrup komandiri müavini vəzifəsinə təyin  edilmişdi. Qardaşım Elnur İsgəndərovu bu səviyyəyə çatdırmaqçün dövlət özü nə qədər xərc çəkmiş, vəsait xərcləmişdi. 2-5 aprel döyüşlərində görün bir neçə-neçə Elnur kimi cəsur və hazırlıqlı oğullarımız qurban getdi. Onların hər biri bir tabor əsgərə bərabər idi. Gör bir Ordumuz kimləri itirdi, belə igidlərlə ancaq qalib gəlmək olardı. Görəsən yenə də yetişəcəkmi onlardan. Vaxt azalır, Vətən torpaqlarını azad etmək zamandır. Gözləmək bizə yaraşmaz. İstəmirəm ki, qardaşımın qanı yerdə qlasın.  Elnur  evə gələndə toy-bayram olurdu. Anam mətbəxdən çıxmırdı. Zarafatla  qardaşım Seymur da, mən də deyirdik ki, “ay ana, bu nə fərqdir qoyursan bizə?”. Anam deyirdi ki, “ay uşaq, Elnur hər vaxt evdə olmur, siz həmişə yanımdasınız. Sizi istədiyim vaxt görə bilirəm”... 
Aprelin 10-na kimi hər gün telefonuna zəng etdik. Cavab vermədi qardaşım, o mənim zənglərimi cavabsız buraxmazdı. Hər bayramda, ad günümdə təbrik edərdi məni. Susurdu qardaşımın telefonu. Qardaşım şəkil paylaşmağı sevməzdi. Onunla eyni ildə ailə quran bir dostunun hələ övladı olmamışdı deyə, bizə də oğlu Elmanın şəklini paylaşmağa icazə vermirdi. Deyirdi ki, dostundan ayıbdır”.



Şəhidin qardaşı Seymur İsgəndərov:  

“Alənin böyük oğluyam. Atam o hadisədən sonra özünə gələ bilmir. 70 yaşı olsa da, bu hadisə onu lap qocaltdı, taqətdən saldı. O xəbər çıxan gündən yollarda qaldıq. Qardaşımın cansız bədənini yalnız aprelin 10-u Qırmızı Xaç Cəmiyyətinin vasitəsilə gedi ala bildik. O bir kəşfiyyatçı idi. O bir zabit idi. Həmişə könlündə Vətən gəzdirirdi. Bu torpaq üçün hər zaman canından keçməyə hazır idi. Və istəyinə də nail oldu. Nəslimizi-kökümüzü bir daha şərəf-şan yiyəsi etdi. Qardaşımla və Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizlə fəxr edirəm.  Aprelin 11-i günü qardaşımı sevdiyi Vətən torpağına əmanət etmək üçün qapımıza bütün Azərbaycan gəlmişdi.  Dostları da, qardaşımın dəfnindən sonra Oğuz-Şəki yolunun girəcəyi ilə üzbəüz dayanan dağ silsiləsinin zirvəsinə çıxıb, Azərbaycanın üçrəngli bayrağını oraya sancdılar. Elnurun şəklini də o zirvəyə əmanət edib, adına “Elnur zirvəsi” dedilər!”.

Sevinc İsgəndərova qardaşı haqqında Şəki bələdiyyəsinin qəzetində çıxan bir məqaləni də bizə vermişdi. O qəzetdə  Elnur İsgəndərovun  tarix müəllimi Bahar Cabbarovanın şəhid şagirdi haqqında xatirələri dərc edilmişdi. Müəllimə onu belə xarakterizə edib:

“İndi cənab leytenant kimi çağrılan Elnur İsgəndərov məktəbimizdə oxuyanda təmkinli, az danışıb, çox sual verən, çox öyrənən bir şagird idi. Yaşıdları  kompüter və telefonla oyun oynayanda, o Türk dünyasının qüdrətli hökmdarları, xaqanları, sərkərdələri haqqında bilgilər əldə etdi.  Hun İmperatoru Mete xanın öz torpağını qorumaq, onun bir qarışından keçməmək mücadiləsindən və mübarizəsindən, qəhrəmanlığından xəbər tutdu. XI sinifdə oxuyanda “Ayağa dür Azərbaycan” şerini əzbərləmişdi.  Dedi ki, “müəllim mənim ruhuma bu şeir uyğun gəlir”.  Xocalı faciəsinin baş verməsinin 12 illiyini xatırlayan günmüzdə Elnur əynində əsgər platarı, əlində avtomat monoloq söylədi. Sözünün sonunda  yağı tapdağı altında olan torpaqların azad olunması uğrunda şəhid olmağı arzuladı... O zaman  bu and 16 yaşı olan savadlı bir məktəblinin arzusu və ilk əsgər andı idi”.



Şəki şəhərindəki 21-ci rayon, Əlişir Nəvai küçəsindəki 10  saylı evdə  dünyaya gəlib, bir məhəllənin, bir məktəbin, sonra bir taborun tanıdığı oğlan, dönüb Azərbaycanın dillər əzbəri oldu. Bu məqaləni yazmağa hazırlaşarkən, şəhid xanımı Məlakə gəlin mənə bir yazı göndərdi.  Yazdı ki, “bu qaynanamın Elnura məktubudur. Sizinlə olanda danışa bilmədiklərini indi yazıb”. Bir şəhid anasının əlləri əsə-əsə oğlu haqqında yazdıqları  sətirlərdəki ağrını ölçmək üçün hələ ki, dünyada heç bir meyar yoxdu. Gülnar müəllimə mənə deyə bimədiklərini belə ifadə etmişdi: 

“2011-cü ilin dekabr ayında Elnur mənə zəng etdi.  Dedi ki, “ana məndən 6 ay xəbər tuta bilməyəcəksiniz. Ancaq narahat olmayın. Buralardayam. İnşallah salamat qayıdacağam. Mənə hər gün dua et, xeyir-duanı əksik etmə. Mən özüm Sizə zəng edəcəyəm”. 
Bu bizim üçün nə qədər ağır olsa da, gözlədik.  Bütün ailə üzvlərimizə tapşırdım ki, zəng edib, uşağımın dərsini pozmasınlar. Yoxsa ki, işdə bizə görə üzünə söz gələr. 2012-ci ilin iyun ayında Elnur zəng edib Şəkiyə gəldiyini dedi. Görüşdük. Evimizdə də bayram idi, Elnur da elə  sevincli görünürdü. Səbəini  soruşanda  dedi ki, “mən Xüsusi Təyinatlı Qüvvələr qrupuna keçmişəm”. Bir ana kimi mənim üçün nə qədər çətin və ağır olsa da, onun sevincinə sevinməyə bilməzdim. Elnur öz arzusuna çatmışdı. Ancaq sən demə bu Elnurun əbədiyyətə qovuşmaq arzusunun başlanğıcı idi”.

Sabah Elnurun gözünün ilk ovu, 5 ay üzünü gördüyü oğlu Elmanın anası Məlakənin doğum günüdür. 25 yaşı olacaq. Elnursuz qeyd etməyəcək. Bu yazını  Elnurun adından əbədi xatirə kimi Məlakə İsgəndərovaya hədiyyə edirəm.  Məlakə elə bil ki,  Nüsrət Kəsəmənlinin bi şerini də sənə Elnur yazır:

Ümidimi qopardılar,
Günəşimi apardılar.
Ürəyinə baxan olsa
Məni orda tapardılar.
Sarı gəlin.                 
Yollarımı qar alıbdır.
Bir səbəbi var, alıbdır.
İlk məhəbbət məktubları
Saçın kimi saralıbdır,
Sarı gəlin.

Səninlə söhbət edəndə özün dedin ki, Elnur sənə “güclü ol, heş vaxt zəif olma” deyirmiş. Bir də ki, sənin gözlərindən bir damla yaş tökülməsinə razı olmazdı, Elnur, ay Sarı gəlin...







Oxşar xəbərlər
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
16:02, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - FOTO
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı