Vuçiç Kosovodakı gərginliyə görə bu ölkəyə səfərini LƏĞV ETDİ 
786
31 May 2023 | 06:26

Vuçiç Kosovodakı gərginliyə görə bu ölkəyə səfərini LƏĞV ETDİ 

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovonun şimalında və Metoxiyada vəziyyətin gərginləşməsi səbəbindən Bratislavaya səfərini ləğv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Vuçiç rəsmi “İnstagram”vasitəsilə verib. 

“Bratislavaya səfərimi və Slovakiyanın əsas şəhərinə iki günlük səfərimi ləğv etdim, çünki xalqımın yanında olmaq mənim üçün daha vacibdir”, - deyə Serbiya rəhbəri qeyd edib. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər