Kaliforniya dağlarında Qarabağda döyüşə hazırlanan erməni yaraqlıları - ŞOK
Oxunub: 8350
29 May 2016 | 22:23
Kaliforniya dağlarında Qarabağda döyüşə hazırlanan erməni yaraqlıları  - ŞOK
“Qərb” dediyimiz aparıcı dünya dövlətlərinin, xüsusilə, ABŞ-ın müsəlman-türk aləminə, o cümlədən Azərbaycana qarşı çoxölçülü standartlarla yanaşmasına ən bariz nümunə həmin dövlətlərin Qarabağ məsələsinə münasibətidir. Rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan, yəni işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələri respublikamızın tərkib hissəsi kimi qəbul edən bu ölkələr, digər tərəfdən, rəsmi və qeyri-rəsmi formada işğalçı Ermənistana, üstəlik, onun nəzarətində olan qondarma, separatçı “DQR” rejiminə də yardım göstərir. İl ərzində azı bir neçə dəfə Avropa ölkələrinin, Avropa Birliyi, Avropa Şurası kimi qurumların, eləcə də də ABŞ-ı  təmsil edən dövlət, parlament, mədəniyyət xadimləri, jurnalistlər və s. Azərbaycan dövlətinin bütün xəbərdarıqlarını qulaq ardına vuraraq  işğal altındakı Xankəndində “rəsmi” qonaq olurlar.  İndiyədək  ABŞ-ın 44 ştatı “erməni soyqırımı”nı, 7 ştatı isə “DQR”-in müstəqilliyini tanıyıb. Bu gün orta əsrlərdən bəri  torpaqlarımızı işğal etmiş olan  və daim ermənilərə arxa duran, Qarabağın işğalında da öz for-postu Ermənistana dəstək verən  Rusiya ərazisində erməni terrorçularının  və yaxud “PKK”  yaraqlılarının təlim bazalarının olması  haqqında hər hansı bir xəbər Azərbaycan xalqında təəccüb doğurmaz. Amma  ABŞ dövləti ərazisində Türkiyə və Azərbaycana qarşı döyüşməyə hazırlanan erməni silahlı birləşmələrinin hazırlıq keçməsi barədə informasiyaların səslənməsi çaşdırıcı fakt hesab oluna bilər. 

Amerika dağlarından Türkiyə və Qarabağa...


Bəli, erməni diasporuna  məxsus saytlarda, eləcə də Türkiyə və Rusiyanın KİV-dəki materiallardan bəlli olur ki, hazırda ABŞ-ın dağlıq ərazilərində  keçmişdə Amerika ordusunda xidmət keçmiş zabitlərin rəhbərliyi ilə  “ASALA”-ya bənzər yeni bir terror qurumu təlim keçir.  ABŞ-dakı erməni diasporunun  təşkil etdiyi bu hərbiləşmiş təşkilat  "Amerika Erməni Legionu”, yaxud “Neo-ASALA”(“Yeni ASALA”) adlanır. Təşkilatın  internet (ttp://americanarmenianlegion.com/)  səhifəsində onun missiyası, quruma qəbul qaydaları haqqında  məlumat verilir. Buradan xeyli bilgi və onlarla foto əldə etmək mümkündür. Lakin qurumun facebook səhifəsi olsa da, giriş məhduddur.  

Erməni legionlarının tarixindən...


Erməni tarixçiləri Roma imperiyasından üzü bəri əksər imperiyaların ordularında ayrıca erməni legionları olduğunu iddia edirlər. Hətta Yerusəlimin (Qüdsün) işğalı ilə nəticələnmiş Səlib yürüşlərində iştirak etdiklərini də dilə gətirirlər. Tarixi mənbələrdən məlum olur ki,  ermənilər müxtəlif iri dövlətlərin  “ov tulası” qismində  I və II  Cahan savaşları dönəmlərində də  hərbi birliklər yaradıblar.  

Fransa Erməni Legionu da türklərə qarşı savaşıb...

Məsələn, 1916-cı ildə Türkiyəyə qarşı savaşan Fransa ordusunun tərkibində erməni legionu olub. Həmin qurum erməni mənşəli Misir siyasətçisi,  “erməni soyqırımı”nın tanınması üçün canfəşanlıq edən Poqos Nubarın təşəbbüsü ilə yaradılmışdır. Kiprdə yerləşən erməni legionuna Osmanlı Türkiyəsində yaşayan erməniləri də cəlb etmək planlaşdırılırdı. 

Britaniya, Fransa və Rusiya arasındakı gizli müqavilədə erməni legionları məsələsi...


Ermənilərin çoxüzlülüyünü, vətəndaşı olduqları dövlətə qarşı xəyanətkarlığını və “erməni soyqırımı”nın türk-müsəlman düşmənləri tərəfindən qondarıldığını isbatlayan diqqətəlayiq bir  tarixi fakt da  Yaxın Şərqdəki keçmiş Osmanlı torpaqlarının imperialistlərin nüfuz dairələrinə bölünməsinin əsasını qoyan, daha sonra Sevr müqaviləsinin bazasını təşkil etmiş 1916-cı ildə Böyük Britaniya,  Fransa və Rusiya arasında məxfi olaraq imzalanmış  Sayks-Piko müqaviləsindəki bir məqamdır. Orada deyilir:

“1. Erməni könüllüləri nə Fransada, nə də digər Avropa cəbhələrində deyil, yalnız və yalnız Asiya Türkiyəsində öz əsrlik düşmənlərinə qarşı savaşaraq torpaqlarını azad etməlidir. 2. Müttəfiqlərin qələbəsindən sonra Fransa öz idarəçiliyi altında ermənilərə muxtariyyət verəcək...”.
I Cahan savaşı zamanı Türk-İslam düşmənlərinin çağırışı ilə hətta Amerikada yaşayan ermənilər də gəmilərlə Fransaya, oradan isə Misir və Kiprdə yaradılmış hərbi düşərgələrə gəlir və Osmanlıya qarşı  döyüşürdülər.

Amerikada erməni legionunun əsası 1917-ci ildə  qoyulub...

Erməni mənbələrində  hələ 1917-ci ildə Amerikada  yaradılan  erməni legionu haqqında da məlumatlar var. Nyu-York, Çikaqo, Vaşinqton və s. yerlərdən  gələn   ermənilər Nyu-Yorkda legiona üzv olur, Nyu-Cersi ştatında isə təlimlər keçirdilər.

2011-ci ildə MİT ABŞ-dakı erməni legionu haqqında informasiya əldə etdi 

Yeni Amerika Erməni Legionu haqqında söz-söhbətlər  media vasitələrində hələ 2007-ci ildən gözə dəyir. Dünyanın aparıcı KİV-lərində isə bu haqda ilk informasiyalar  2011-ci ilin 11 Sentyabr olaylarından sonra yayılmağa başladı.  Birinci xəbəri Türkiyədə tanınmış yazar Abdurrahman Şimşek 19 sentyabr 2011-ci il tarixli “Sabah” qəzetində yaydı. Jurnalist Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT ABŞ-da yaradılmış erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştatın ABŞ-da ermənilərin ən çox yaşadığı yer olduğu hamıya bəllidir ”“ S.L.) yaxınlığında qurulan xüsusi düşərgədə təlim keçirlər. “Sabah”  qəzetinin Özəl İstihbarat Bölümünün  əldə etdiyi bilgi və  fotolardan  silahlı örgütün 2011-ci ilin 11 sentyabr olaylarından bəri  fəaliyyət göstərdiyi ortaya çıxır. “Legion, tam bir əsgəri nizam  içində bombalı sui-qəsddən tutmuş kəskin nişancılığa(snayper), komandolukdan fonetik əlifbayadək bir çox mövzularda təlimlər keçir...” Bu barədə "www. americanarmenianmilitia.com" internet səhifəsində də ətraflı təhlillər təqdim olunduğu bildirilir. Fotolardan bəlli olur ki, təlimlərə kişilərə yanaşı, erməni qadınlar da  qatılır...


Türkiyə XİN Ağ Evə xəbərdarlıq edib

Qəzetin yazdığına görə, 1000-ə yaxın üzvü olan Amerika Erməni Legionu Kaliforniyanın dağlıq bölgəlerində tapanca, tüfəng, snayper (kəskin nişancı) tüfənği və ağır silahlarla atəş təlimi keçən bir örgütdür. “Türkiyə ölkənin milli təhlükəsizliyini təhdiq altında qoyan legionun fəlaiyyətlərini  önləmək için istihbarat əməliyyatları ve diplomatik hücumlara start verib.  Milli İstihbarat Təşkilatı (MİT) örgütün çalışmaları haqqında bilgilər toplayıb. Türkiyədə gözlər yalnız “PKK”-nı izləməkdə ikən səssiz ve gizli təlim fəaliyyətləri yürütən örgütün çalışmaları da deşifrə  edildi. Türkiyə Xarici İşlər Nazirliyi  ABŞ rəsmilərini qeyri-qanuni  fəaliyyət göstərən silahlı gruplarla bağlı xəbərdarlıq etdi. Əğər  erməni silahlı qruplaşmasına qarşı qanuni tədbirlər görülməzsə, nota vermək də daxil  bir sıra diplomatik addımlar  gündəmə gələ bilər”.  

Tələt Paşanın qatilinin fotosu fonunda dayananlar “Biz terrorçu deyilik” deyirlər....

“Sabah” qəzetini n yazarı 2011-ci ilin payızında BMT-nin tədbirində iştirak etmək  üçün Amerikaya yollanacaq  Baş nazir Ərdoğanın  da mövzunu gündəmə gətirməsinin gözlənildiyini də  vurğulayaraq belə davam edir: 
 “...“New-ASALA” çərçivəsində fəaliyyət göstərən erməni grupları  qondarma soyqırım iddialarını davamlı olaraq gündəmə gətirmək məqsədiylə internet yayınlarında erməni  şüarları yazılmış özəl təqvimlərin nəşrinədək  bir sıra təbliğat işlərinə  girişiblər. Bu məqsədlə   2007-ci ildə nəşr edilmiş iki ayrı təqvimdə “Daşnaksütyun” Partiyası mənsublarının da aralarında olduğu erməni yaraqlıları və tarixi şəxsiyyətlərin fotoları vardır. Nə qədər  ironik olsa da, əlindən silahı düşürməyən və kamplarda  komando təlimi verilen örgütün internet saytında  "Silaha ve silahlı mücadiləye qarşıyıq!" və "Bizlər mafiya, gangster və ya terrorçu deyilik!" kimi sülhsevər deyimler də yer alır...”  A.Şimşək bu mesajların tamamilə bir  fırıldaqdan ibarət olduğunu yazır: “...Çünki saytın elə giriş səhifəsində “Kalaşnikov”  avtomatla poza göstərən legion üzvlərinin fotoları gözə çarpır. “Neo-ASALA”cıların “Erməni soyqırımının memarı” adlandırdıqları Tələt Paşanın 1921-ci ildə erməni  terrorçu  Sogomon Tehleryan tərəfından  Berlində qətlə yetirilməsini   anladan bir  rəsm önündə də dayanan bir legion üzvünün də fotosu diqqəti çəkir...”

Amerika Erməni Legionuna İsrail də dəstək verib? 

Türkiyəli jurnalist  yazır ki, “NEO-ASALA” grupları  ABŞ-dan savayı  Rusiya və Livanda da örgütlənir.  Və ən maraqlısı,  “Sabah” qəzeti 2010-cı ilin məlum “Mavi Mərmərə”  böhranından  sonrakı dönəmdə Türkiyə ilə münasibətləri  pozulan İsrailin də “Neo-ASALA” projesini pərdə arxasından dəstəkləməsi barədə bəzi bilgilərin də olduğunu önə çəkib... 
 
“PKK”-nın məhv ediləcəyi təqdirdə ortaya çıxarılacaq alternativ terror qurumu...


“Türk xüsusi xidmət orqanlarının araşdırmlarından bəlli olur ki,  “Yeni ASALA” Türkiyənin  regionda yüksələn güç olaraq önə çıxmasını istəməyən  beynəlxalq  aktyorları “PKK”-nın tam məhv ediləcəyi halda “B” planı  çərçivəsində ortaya çıxarılacaq yeni bir terrör örgütü olaraq hazırlayırlar... 

“Neo-ASALA”-nın Yaxın Şərqdə də bazaları var”¦

“...“Sabah”  Ã–zel İstihbarat Bölümü  dövlətin istihbarat məlumatlarından   Amerika Erməni Legionunun silahlı təlim bazalarının adlarını da təsbir edib. Burada asfalta bomba qoymaq, uzaqdan idarə olunmaqla istənilən obyekti partlatmaq, nişançılıq, bütün silah növlərindən istifadə etmək  və əlbəyaxa döyüş kimi təlimlər  verilir.   Ermənilərin  Yaxın Şərqdə təlim gördüyü kamplar isə bunlardır: Bourj Hamoud, Fanar, Baabda, Roumieh, Anjar, Bekaa, 

Zıgorta ve Suriya...”  


Qəribədir ki, “Sabah” qəzetindəki materilın nəşrindən keçən son 4 il ərzində  Amerika Erməni Legionu barəsində nə rəsmi, nə qeyri-rəsmi səviyyədə önəmli xəbərlərə rast gəlinmir. Yalnız 2014-cü ildə Türkiyədəki milliyyətçi təşkilatlardan biri  - Əsassız Erməni İddilarıyla Mücadilə  Dərnəyi(ASİMDAR) “Neo-ASALA” barədə xəbərdarlıq etmişdi.

Amerika Erməni Legionundan yazan erməni Rusiya və Fransa tərəfindən təqib edilir?

Nəhayət, 2015-ci ilin dekabrında Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqacanyan fəxrlə ABŞ-da yaradılan erməni legionu ilə bağlı xəbər yazdı.  

Moderator.az yeni terrorçu qurum barədə yazan erməni jurnalistin kimliyi ilə də maraqlanıb. Bu həmin V.Agacanyandır ki, son illər  Xankəndində nəşr olunan baş redaktoru olduğu “Tretya sila plyus”(“Üçüncü qüvvə plyus” ) qəzetində “DQR”-in separatçı rejimini  sadə ermənilərə qarşı zülm etdiyinə, korrupsiyaya qurşandığına görə kəskin tənqid edir. Və bu səbəbdən 2015-ci ilin yazından rejim rəhbərliyi tərəfindən qəzeti bağlanıb,  özü isə təqib və təzyiqlərə məruz qalır. O, hətta Şuşa türməsində də bir müddət yatıb.  Maraqlıdır ki, erməni jurnalist müxalif mövqeli mediaya qarşı təzyiqlərin təşkilinə görə Rusiya “FSB”-ni və Fransa XİN-i  daha  çox qınayır. Onu da öyrəndik ki,  bir neçə gün öncəki yazılarından birində “DQR”-in ləğv olunaraq işğal altındakı ərazilərimizin Ermənistana birləşdirilməsini daha uyğun görən jurnalisti mühacirətdə olan, adını çəkmədiyimiz Azərbaycan jurnalistlərindən biri də fəal müdafiə edir...  

“Neo-ASALA”ya dəniz piyadaları təlim keçir...


V.Agacanyan yazır: “ABŞ-dakı ermənilərdən təşkil olunan Amerikanın Erməni Legionu (American Armenain Legion) müxtəlif növ silahlardan atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda hər biri 5 nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib...”

Bu haqda informasiyaları erməni diasporunun KİV-lərindən götürdüyünü bildirən  erməni müəllif vaxtilə“erməni soyqırımı”ndan sonra müdafiə məqsədilə  yaradılmış bu legionu Türkiyəyə, həmçinin, bütün türklərə qarşı unikal hərbi birlik kimi təqdim edir. Guya bu legion “ermən soyqırımı” nın təkrarlanmaması üşün yaradılıb.... “Legionun tərkibini ABŞ-dakı erməni icması müəyyən edir. Türkiyə bu legiona görə ABŞ tərəfinə narazılığını bildirib...”
ABŞ-dakı erməni legionu Azərbaycanda da terror planlaşdırıb?

Tanınmış araşdırmaçı-yazar Ənvər Börüsoy bir neçə il öncə Amerika Erməni Legionu barədəki yazısında deyir:”Həmin qruplar 2015-ci ildə "erməni soyqırımının 100 illiyi” münasibətilə Türkiyə, İraq, Krım, Azərbaycan, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda geniş miqyaslı terrorları gündəmə gətirmək üçün hərəkətə keçəcəklər”. Yazar erməni mənbələrinə istinadla  qeyd edir ki, erməni örgütləri dünyanın harasında türklərə məxsus inkişaf mərkəzləri varsa, həmin yerlərdə terror əyləmlərini törədəcəklər. “Amerika Erməni Legionu “ASALA”-nın bənzəri olaraq bu addımları atacaqdır. Ermənistan dövlətinə qarşı olan bütün ölkələrdə bu yeni örgüt özünün müqəddəs missiyasını icra edəcək...”

Legiona üzv olmaq istəyənlərə “Daşnaksütyun” arayış verməlidir...


“Amerika Erməni Legionu, sadəcə, Ermənistanı qorumaq uğrunda deyil, həm də ABŞ-ın daxili və xarici düşməni olan güclərə qarşı istənilən savaşlarda iştirak edəcəklər. İndiki məqamda erməni legionu Kaliforniya ştatında snayper qruplarını da yaradıbdır. Kiçik mobil qruplar şəklində fəaliyyət göstərəcək örgüt "Neo-ASALA” da adlandırılır. Örgütə ən azından 17 yaşı olan erməni vətəndaşlar üzv ola bilərlər. "Neo-ASALA”da iştirak etmək istəyən ermənilər “Daşnaksütyun” Partiyasından arayış təqdim etməlidirlər. Legiona daxil olan ermənilər xüsusi təlim mərkəzlərində əsasən 2 və ya 5 nəfərlik əməliyyat qrupları şəklində hazırlıq təlimlərini keçirlər...”
Yeni “ASALA” Rusiyada da örgütlənir
Araşdırmaçı qeyd edir ki, "Neo- ASALA” tərəfdarları Livanın Beyrut, Rusiyanın Krasnodar və Rostov vilayətlərində yaşayan erməniləri də bu strateji hədəflər üçün səfərbər ediblər. Diaspor və iş adamlarının maliyyə dəstəyi ilə hazırlanmış xüsusi hərbi düşərgələrdə təlimlərdə erməni gənclərini  Türkiyə və Azərbaycandan intiqam almaq istiqamətində zombiləşmə siyasətinin təlqin olunması proqramlarına da geniş yer verilir.  ABŞ-ın Kaliforniya, Los-Anceles, Nyu-York, Virciniya, Ohayo ştatlarındakı ermənilərə məxsus mərkəzlərin apardığı təbliğatlarda bildirilir ki, bu ölkənin Orta Şərq dövlətlərində yerləşən hərbi birliklərinin tərkibində müsəlman xalqlarına qarşı əməliyyatlarda daha qəddarcasına iştirak etmək hər bir erməninin milli borcudur”. 

Ermənistanda da hazırlıqlara başlanıb

Ə.Börüsoy Ermənistanın özündə də ABŞ-da formalaşan yeni terror təşkilatına dəstək vermək üçün hazırlıqlar getməsi barədə materiallar əldə edib. “..."Sardarapat” Erməni Könüllüləri (Qarabağda ən qəddar savaşları aparmış veteranların birliyi) Təşkilatının sədri Alek Yeniqomşyan: "Hal-hazırda keçmiş könüllü döyüşçülərin (terrorçuların) çoxunun həyat şəraiti dözülməz şəkildədir. Bizlər də "Neo-ASALA”nın təşəbbüslərini müdafiə edirik. Əsas odur ki, erməni diasporu bizim dəstələrin maliyyə problemlərinə dəstək versinlər” tipli açıqlamalar vermişdir”. 

“Melto Melkonyan” fondundan dəstək...

“ASALA”-nın Orta Şərqdəki ən böyük liderlərindən biri olmuş, Qarabağ uğrunda savaşlar dönəmində Azərbaycan Ordusu tərəfindən xüsusi əməliyyatlar nəticəsində məhv edilmiş məşhur terrorçu Melto Melkonyanın şərəfinə  yaradılmış  xüsusi  fondun maliyyə dəstəyilə ABŞ-da fəallaşan və “Neo-ASALA” kimi qəbul edilməkdə olan "Amerika Erməni Legionu” haqqında reportajlarla dolu olan məqalələr toplusunu və şəkil albomlarını nəşrinə başlanıldığı da vurğulanır. “Həmin yazılarda və foto albomlarda “Daşnaksütyun” Partiyası, ABŞ-dakı erməni diasporuna məxsus "ARF”, "AAA”, "ANCA”, "JCAG” və digər təşkilatların apardıqları yeni təbliğatların ideya məzmunu yer alımışdır. Digər tərəfdən, ermənilərə məxsus "Horizon TV” və "Asbarez” qəzetinin Neo-ASALA-nı, yəni "Amerika Erməni Legionu”nunu təbliğ etmələri də sıradan bir olay deyil. 
Ermənistan və erməni diaspor təşkilatlarının əsas informasiya və təbliğat şəbəkələri hesab edilən janfedayi.com, cilicia.com, kzv.org, khov.com, karamlan.com, kaprep.com, lvtinc.com, holyland.org, asalaonline.com, armenian.com, omaintools.com/asalaonline.com tipli internet saytları da “Neo-ASALA”-nın, "Amerika Erməni Legionu”nunun təbliğatına başlayıblar...”  

“Neo-ASALA”ya Şərqdə də dəstək verən dövlətlər hansıdır?

"Amerika Erməni Legionu”nun yaradılmasının ideoloqlarından biri olan Movses Movsisyan qeyd edir ki, bizlər bütün dünya üçün qaranlıq bir təşkilat kimi mövcuduq. Ancaq, erməni xalqı arasında heç zaman qapalı siyasət doktrinasını qəbul etməmişik. Bizim aparacağımız intiqam siyasətini terror kimi qəbul etmək olmaz. Çünki erməni xalqı lap şeytanla da olsa, işbirliyi yaratmaqla bütün dünya türklərindən intiqam almalıdır. Bu sırada indi bizə nəinki Qərbdə, eləcə də Şərqdə də bir sıra dövlətlər dəstək verirlər...”


Ağ Ev və Pentaqon “Neo-ASALA”-ya xeyir-dua verib?

Bəs ABŞ kimi “demokratiya beşiyi” sayılan və daim qanunların aliliyinin qorunması ilə öyünən bir ölkədə “ASALA” tipli örgütlər necə fəaliyyət göstərir? Axı bunlar  qeyri-qanuni silahlı birləşmələr hesab edilir. Və bildiyimizə görə, heç bir Amerika qanunu kimlərinsə sərbəst şəkildə silahlı birləşmə yaradaraq hər hansı bir ərazidə təlim keçməsinmə icazə vermir. Hətta  ABŞ Konstitusiyasının 8-ci maddəsinin 1-ci hissəsində heç bir ştata  dinc dövrdə  hərbi birləşmələr və ya hərbi gəmilər saxlamağa izn verilmir. Bəs Ağ Ev, Pentaqon, MKİ və s.  Klaforniya meşələrində erməni silahlı birləşmələrinin varlığına necə göz yumur? Heç bir mənbədə Amerika Erməni Legionunun hansı  hüquqi əsaslarla fəaliyyət göstərdiyinə dair  bilgiyə rastlamadıq. Burada 3 variant var:

1. Erməni diasporu xətti ilə yayılan bütün belə məlumatlar  ABŞ dövləti ilə Türkiyə və Azərbaycan əlaqələrinə pəl vurmaq məqsədi daşıyan  və Rusiyaya da sərf edən dezinformasiyadır.
2. Amerika Erməni Legionu həqiqətən mövcuddur.  Ancaq rəsmi şəkildə ABŞ ordusu tərkibində hansısa xüsusi təyinatlı qurum kimi fəaliyyət göstərir.
3. ABŞ dövləti və Pentaqon, sadəcə, ölkə ərazisində Erməni Legionunun varlığına göz yumur.  Yəni,  yeni “ASALA”-ya xeyir-dua verib.Və doğrudan da bu təşkilatı xüsusən Türkiyəyə qarşı yeni təzyiq vasitəsi kimi hazırlayır.... 
İnanaq ki, 1-ci variant doğrudur. Yəni bunlar bir dezinformasiyadır. Ancaq  öncə dediyimiz kimi, “Sabah” qəzeti Amerika Erməni Legionunun yaradılması haqqında məlumatı MİT kimi ciddi bir kəşfiyyat və təhlükəsizlik qurumundakı mənbələrə istinadla yaydığını iddia edir... 
İnşallah, hadisələrin gedişi yaxın zamanlarda bir sıra həqiqətləri də ortaya çıxaracaqdır.  

Sultan Laçın
Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?