Bütün elmlərin əsası İslamdır... -ARAŞDIRMA
Gündəm
Oxunub: 5480
29 May 2016 | 22:16
Bütün elmlərin əsası İslamdır... -ARAŞDIRMA


Elm! Nədənsə bu söz deyiləndə yadıma müsəlmanlar düşür.Siz məni qınaya bilərsiniz ki,niyə məhz müsəlmanlar? Məgər onlardan əvvəl və sonra və ya müasir dövrümüzdə elm əhli elmi kəşflər edən qeyri müsəlmanlar yoxdur? Onların elmi kəşflərinin müsəlmanlara nə kimi aidiyyatı var?

İradlara cavab

İradlara cavab olaraq demək istəyirəm ki və mənim dəyişməz iddiam budur ki,yer üzündə olan bütün elmlərin(hətta müasir elmi kəşflər də bura daxildir) əsası müsəlmanlara qayıdır.Əgər biz keçmiş tarixi insafla araşdırsaq görərik ki,müasir dövrümüzdə olan bir çox elmlərin əsasını müsəlmanlar qoymuşdur.Mən bir neçə nümunə göstərməklə fikrimi subut etməyə çalışaram.

Riyaziyyat

Riyaziyyatda müsəlmanların xidmətləri o qədər çoxdur ki,onların bu sahədəki xidmətləri bugünkü Avropada böyük bir heyranlıq doğurmuşdur.Paris İslam İnstitunun keçmiş professorlarından olan Jak(Jacques) Risler deyir:“İntibah dövrümüzün müəllimləri müsəlmanlardır.” Gauter isə :“Yalnız cəbri deyil,digər riyaziyyat elmlərini də Avropa müsəlmanlardan almış olduğu kimi,bugünkü qərb riyaziyyatı,həqiqətən də İslam riyaziyyatından başqa bir şey deyildir”deyərək tarixi həqiqəti etiraf etmişdir.Hər şeydən əvvəl,rəqəmləri Avropalılara öyrədən müsəlmanlar olmuşdur.Təəssüf ki,işlədilməsi çətin olan Roma rəqəmlərini buraxıb Hind rəqəmləri deyilən bu rəqəmləri Avropa,müsəlmanlardan bir neçə əsr sonra əldə etdi.İlk dəfə Cənubi Afrikada müsəlman müəllimlərindən dərs alan səyyah Pizalı Leonardo Fibonnacci,1202-ci ildə yazdığı əsərində islam rəqəmindən istifadə etmişdir.Sıfırdan ilk dəfə istifadə edən Xarəzmi,cəbrin təməlini qoymuş, “Əl-Cəbr vəl-Muqabələ”adı altında ilk cəbr kitabını yazmışdır.Həmin kitabın adı olan Əl-cəbr,qərb aləminə algebra deyə cüzi bir tələffüz dəyişikliyi ilə keçmişdir.Xarəzminin yenilikləri əsasən bundan ibarət idi:O,ilk dəfə olaraq,riyazi tənlikləri sadələşdirmək üçün tənliyin bir tərəfindəki kəmiyyətləri əks işarə ilə tənliyin o biri tərəfinə keçirməyi təklif etmişdi.Yəni “bərabər” işarəsindən sağda yerləşən bütün “müsbət” riyazi kəmiyyətlər “mənfi”işarə ilə sol tərəfə keçə bilər və əksinə.Xarəzmi bu üsulu “cəbr” adlandırmışdır.Həmçinin,o,subut etmişdir ki,tənliyin hər iki tərəfindəki bərabər kəmiyyətlərini ixtisar etsək,tənlik yalnız sadələşər və cavabı dəyişməz.Bunu isə Xarəzmi “muqabələ”adlandırmışdır.Miladi XII əsrdə kitab ərəbcədən latın dilinə tərcümə edildikdən sonra,avropalılar da bu riyazi əməliyyatlar barədə təsəvvür əldə etdilər.O zamandan etibarən,cəbr elmi avropalaşdırılaraq, “algebra” adlandı.Xarəzmi bir və iki dərəcəli tənliklərin həllini vermiş,kvadrat tənliklərin iki kökü olduğunu göstərmişdir.O,həndəsədə çox işlədilən və çevrə uzunluğunun diametrə nisbətini bildirən “Pi” ədədi üçün 3,1416 ədədini müəyyən etmişdir ki,bu da müasir hesabatların nəticələrinə xeyli yaxındır.Maraqlıdır ki,riyaziyyatın əsas terminlərindən sayılan “alqoritm” sözü “əl-Xarəzmi” adının latınlaşdırılmış variantıdır.

Bu riyaziyyatçılardan biri də Sabit ibni Qürrədir.Sabit mürəkkəb nisbətlər nəzəriyəsinin əsaslandırılması problemi ilə məşğul olan ilk şərq riyaziyyatçısı sayılır.Sabit ibni Qürrə ilk dəfə olaraq,həndəsi kəmiyyətlər üçün də “vurma” və “bölmə”, “hasil” və “qismət” terminlərini işlətmişdir.Onun ən diqqətə layiq çalışmaları düz və maili silindirin,ellipsin və ellips seqmentinin hesabatlarına aiddir.O silindirin ən böyük və ən kiçik kəsiklərini araşdırmış,silindir səthinin iki müstəvi kəsiyi arasında qalan hissəsinin sahəsinə aid teoremləri isbat etmiş,parabolik seqmentin ikiqat və fırlanma paraboloidinin üçqat böyüdülməsi məsələsini həll etmişdir.(İslam Tarixi 3-cü hissə səhifə 410. Natiq Rəhimov 2006)

Riyaziyyat sahəsində Avropaya müəllimlik edən müsəlman alimlərindən biri də Bəttanidir.Jak Rislerə görə triqonometriyanın həqiqi icadçısı Bəttanidir.Sinusu da kəşf edənlər müsəlmanlardır.Keçmiş

müsəlmanlar sinusa ceyb deyirdilər.Avropalılar isə bunu tərcümə edərkən sinus adlandırmışlar.Müsəlmanlara görə,hesabın mövzusu ümumi olaraq rəqəmlər,onların təbiəti,növləri,kombinə edilməsi,dörd əməl(toplama,çıxma,vurma,bölmə)üsullarıdır.

Fizika

Fizika elmində də müsəlmanların üstün xidmətləri olmuşdur.Əhməd ibn Musa,”Ə la Nizamlar” adlı əsərində 100-ə qədər avtomatik nəzarət sistemli alətin təsvirini vermişdir.Digər müsəlman alimi,Əbdül İzz İsmail əl-Cəzəri isə,Kitabul-hiyəl adlı möhtəşəm əsəri ilə kibernetikanın qurucusu olmuşdur.Fərabi səsin fiziki izahını vermişdir.İbn Qərarə ilk torna dəzgahını quraşdırdı.İlk uçuş təcrübəsini İsmail Cövhəri həyata keçirtsə də,özünün ölümü ilə nəticələndi.Hazərfən Əhməd Çələbi isə qəzasız bəlasız uçmağa nail oldu.Təyyarənin ilk təcrübələrini 880-ci ildə İbn Firnas adında bir islam alimi etdi.Quş tükü və parçalardan istifadə edərək düzəltdiyi təyyarə ilə uzun vaxt səmada qaldı və süzərək yerə endi.Qərb aləmində isə yalnız,Rayt qardaşların 1903-cü ildə təyyarə ilə uça bildiklərinə şahid oluruq.

Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini bu gün hamı deyir.Halbuki,Razidən Biruniyə,hətta Xazəniyə qədər,İslam alimlərinin,yerin cazibə qüvvəsi ilə əlaqədar çalışmalar etdikləri göz qabağındadır.(“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 8-9)

Professor i.Həqqi,öz əsərində(İslam mütəfəkkirləri ilə qərb mütəfəkkirləri arasında müqayisə səh 17)yerin cazibə qüvvəsinin isbatının Nyutondan çox-çox əvvəl Razi tərəfindən kəşf edildiyini ifadə edir.

Kimya

Kimya dedikdə də Cabir ibni Həyyan yada düşür.Onun kimyada açdığı cığır,Priestley və Lavoisierdən heç də aşağı deyildir,hətta daha da mühum sayılır.Kordano onu dünyanın 12 dahisindən biri sayır.Cabir,bir neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı çalışmalar nəticəsində bir çox sulfat turşusu kəşf etmiş və ixtiraları ilə məşhur olmuşdur.Həkim olduğu qədər də böyük bir kimyaçı olan Razi də sulfid turşusu,saf spirt əldə etmişdir.Bəşir Brantdan əvvəl fosfuru kəşf etmişdir.Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişdir.Havan topu,Sultan Fatehin(1432-1481) kəşfidir.İlk raketi də düzəldənlər də müsəlmanlardır.(“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 9)Qədim Misir,yəhudi,Babil,Çin,hind və yunan alimləri qızıl əldə etmək vasitələrini öyrənmək üçün uzun əsrlər boyunca baş sındırmışdılar.Cabir ibni Həyyan öz əsərlərində kimyanı danmasa da,hər halda,primitiv usullarla qızıl almağın əleyhinə çıxırdı.O,hər hansı maddəni yalnız özünəməxsus xususiyyətlərdən məhrum edib öldürəndən sonra,onu digər maddəyə çevirməyin mümkünlüyünə inanırdı.Cabir ibni Həyyanın əsas çalışmaları paktiki kimya sahəsindədir.O,xurafatdan uzaq,real təcrübələrə əsaslanan yeni kimya elminin banislərindən sayılır.Avropanın cəhalət girdabında boğulduğu bir əsrdə Cabirin elmi fəaliyyəti ümumdünya əhəmiyyətə malik idi.Sonralar qərb alimləri onun kitablarını oxuyaraq tədqiq etmiş və bir çox elmi kəşflərə nail olmuşdular.Cabir öz yaradıcılığı ilə qərbin elmi intibahına yol açmışdır.Elə buna gorədə bəzi müsəlman alimlərinin dediyi kimi,orta əsrlərdə Cabiri xristianlar müsəlmanlardan daha yaxşı tanıyırdılar.(Qərbdə o “heber,”əsərləri isə “heber traktatları,”kimi məşhur idi.) Cabir ibni Həyyanın elmi məhsuldarlığı barədə fantastik rəqəmlərə rast gəlmək olar.Bəzi tədqiqatçlar onun yalnız kimya sahəsində 500 kitab müəllifi olduğunu yazırlar.

Qısa olaraq Viardotun ifadəsi ilə desək;“Müsəlmanların kimyaya xidmətləri,riyaziyyatdakı təsirlərindən heç də az deyildir.” Bəli,müsəlman alimlərin kəşf və çalışmaları müasir kimyanın bünövrəsini təşkil etdi.

Astronomiya

Araşdırdıqda görürük ki,Astronomiya müsəlman alimlərin ən çox məşğul olduqları bir sahə olmuşdur.İslam ölkələrinin demək olar ki,böyük şəhərlərinin hər birində rəsədxanalar var idi.Müsəlmanlar yüksək təcrübə və incələmələr nəticəsində əldə etdikləri nailiyyətlərlə elm dünyasına əsrlərcə gediləcək yol göstərdilər.Müsəlman alimləri Tixo Braqe,Kopernik,Qaliley kimi bir çox qərb alimlərinə də ilham mənbəyi olmuşdular. Jak Risler müsəlmanların intibah dövrünə necə təsir etdiklərindən bəhs edərkən belə deyir: “Müsəlman astronomlar,riyaziyyat elmləri səviyyəsində intibah dövrümüzə müsbət təsir etdilər.”

Müsəlmanlar bu elmin inkişafına böyük əhəmiyyət vermişlər.Digər tərəfdən bu elmi sadəcə bir nəzəriyyə olmaqdan çıxarıb,rəsədxanalar təsis edərək öz bilik və təcrübələrini tətbiq etmişlər.Bağdad,Qahirə,Kordova,Marağa,Səmərqənd,Buxara və digər İslam mərkəzlərində təsis edilən rəsədxanalar bu elmi daha da inkişaf etdirmişdir.

Müsəlman alimləri,tul(başlanğıc meriadından uzaqlıq)dairələrini hesablamışlar,yeri ölçmüşlər,yerin kürə şəklində olduğunu kəşf etmişlər.Bir çox zayiçələr(ulduzların müəyyən vaxtlardakı yerlərini və hallarını göstərən cədvəl.Buna zeyc və zic də deyirlər.)hesab cədvəlləri düzəltmiş,üstürlab(Əvvəllər ulduzların hərəkətlərini və uzaqlığını hesablamaqda işlədilən bir alət növü)alətindən istifadə etmişdilər.Ayın hərəkətində bəzi librasiya növünü ilk aşkar edən musəlman alimi Buzcanidir.

Bəttani günəş ilinin uzunluğunu hesablamış,ulduzların bir çoxunun yerini təsbit etmişdir.Günəş ləkələrindən ilk bəhs edən yenə müsəlmanlardır.Müsəlmanlar ,sabit ulduzlara dair cədvəllər tərtib etmişdilər.Əbdurrəhman Əs-Sufinin bu barədə bir əsəri vardır.Həmin alim çəkdiyi şəkilli xəritələrində mindən çox ulduz göstərmişdir.(min deyiləndə məqsəd min ədədinin özü deyil.Çoxluğa işarədir.Bu ərəblərə xas olan xususiyyətdir,lakin tərcümə zamanı min olduğu kimi yəni ədəd kimi,qeyd olunub.) (“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 7)Bəttani illik presessiyasının(yer kürəsinin həm öz oxu,həm də günəş ətrafında fırlanmasından yaranan mürəkkəb hərəkəti)qiymətini Ptolemeye nisbətən (36”)daha dəqiqliklə (54,5”)hesablamışdır (müasir hesabatlar nəticəsində 50,3” olduğu müəyyən edilmişdir)Bəttani ilin 365 gün 5 saat 46 dəqiqə 24 saniyə olduğunu dəqiqliklə müəyyən etmişdir.O,sinus,tanges və kotankens anlayışlarını riyaziyyata daxil etmiş ilk alim sayılır.Bətttani keçmiş alimlərin astronomik hesabatları üzərində düzəlişlər də aparmışdır.

Biologiya

Müxtəlif fikir və elm adamların təbiətin,xüsusilə canlı varlıqların yaranması və inkişafının öyrənilməsinə çalışmışlar.Həmin elm adamlarından ilk dövrlərəd(VIII əsr)diqqəti cəlb edəb alim Ən-Nəzzamdır.Daha sonra onun tələbələrindən Əl-Cahiz ümumi biologiya və zoologiya mövzusunda diqqətəlayiq fikirlər söyləmişdilər. “Kitabul-Həyəvan”adlı əsəri,həm zoologiya həm biologiya baxımından mühum yer tutur.Sonralar X əsrdə başda Əl-Biruni,İbn Sina və İxvani Səfa olmaqla bir çox alimlər biologiya sahəsində mühum fikirlər irəli sürmüşlər.Xüsusən Əl-Biruninin “Kitabul Malil-Hind” və “Kitab əl-Asar əl-Baqiyə”adlı əsərlərində ümumi biologiya ilə əlaqədar məlumatlara çox rast gəlinir.Daha sonra IX və X əsrlərdə yetişən digər alimlərdən əd-Dinavərinin “Kitabun-Nəbat,”İbn Küteybənin “Uyunul-əxbar,” və İbn Vəhşiyyənin “Kitabul-Filaha” adlı əsərlərində ümumi bologya ilə bağlı çox dəyərli məlumatlar vardır.Şərq İslam dünyasında biologiya ilə məşğul olan alimlərdən bəhs edərkən Ən-Nəzzamın nəzəriyyəsini deməmək haqsızlıq olardı.Ən-Nəzzamın bu günkü təkamül nəzəriyyəsinə oxşar bir nəzəriyyənin ilk təməlini qoymuşdur.Bu onun Kumun(gizlilik),Zuhur(aşkarlıq) və Tədaxul nəzəriyyəsidir.Nəzzama görə,varlıq və onun əmələ gəlməsi,təkamül nəticəsində olmuşdur.Belə bir nəzəriyyə elm tarixində ilk dəfə ortaya atan da o olmuşdur.Bəziləri hər nə qədər təkamül nəzəriyyəsinin kökünü qədim yunan

fəlsəfəsinə,xüsusilə İyonlulara və Aristotelə aparıb çıxarsalar da,bu doğru deyildir.Çünki,“İdeal of Nature”nin müəllifi Vudsidenin də dediyi kimi,Yunan fəlsəfəsində haqqında danışılan şey,varlığın bir haldan başqa bir hala bir dəfə dəyişməsidir,təkamülləşməsi deyildir.Məsələn,Aristotel də bir varlıq qüvvə halından fel halına,yəni statik vəziyyətdən dinamik,yoxluqdan sadəcə varlığa keçir,fəqət bir varlığın vaxt ərzində fasiləsiz dəyişməsi yoxdur.(daha geniş məlumat üçün “Cosmological Evolutionism İn İslamic Thought “ adlı əsərə muraciət edin)Təkamül nəzəriyyəsinin ilk dəfə yaradılması Nəzzamın adı ilə bağlıdır.Nəzzamın fikirləri,onun məşhur tələbəsi əl-Cahiz tərəfindən bir daha elmi şəkildə əsaslandırılmışdır.Nəzzamın daha çox fəlsəfi mahiyyətli fikirləri,əl-Cahiz ilə birlikdə bioloji sistem təşkil edir.Əl-Cahiz “Kitabul-Həyəvan” adlı əsərində heyvanların yaşayışı və təkamüllərdən bəhs edir.Onların psixologiya və sosiologiyasını incələyir.Adı çəkilən əsərində əl-Cahiz,Lamarck və Darəin kimi müasir təkamülçülərdən tam on əsr əvvəl,onların təkamül nəzəriyyələrindən daha bir mükəmməl və ideal bir fikir irəli sürmüş,ətraf mühitin təkamüldə böyük rol oynadığını,təbiətdə təbii bir seleksiya olduğunu daha gözəl bir şəkildə ifadə etmişdir.Darvinin materialist və mexaniki təkamül fikrinə qarşı,əl-Cahiz toxunduğumuz kimi,ideal bir fikir ortaya atmışdır.Beləki,təkamülün səbəbi biləvasitə Allahdır və təbiətə belə bir qanunu o qoymuşdur.O,nəzəri olaraq biləvasitə Allahın,istərsə meymunu insan,insanı da meymun edə biləcəyini açıqca ifadə etmişdir.(Prof.Mehmet Bayraqtar “İslamda Bilim və Texnologiya Tarixi” səh 172-174)

Botanika

Botanika ilə əlaqədar ilk çalışmalar və əsərlər,VIII əsrdən etibarən ortaya çıxmağa başlamışdır.Cabir ibni Həyyan,Əbu Nadir ibn Şumeyl və Əbu Zeyd Əl-Ənsari Bəsrədə,İbnul-Siqlit də Kufədə botanika ilə məşğul olan mühüm alimlər olmuşlar.Eyni əsrdə Əbu Səid əl-Əsmainin “Kitabul-Nəbat vəş-Şəcər”adlı əsəri çox məşhur botanika kitablarındandır.Məşhur botanikaçılardan (IX əsr)Zəkəriyyə əl-Razini,İbn Cülcülü,Əli ibn Abbas əl-Məcusini və Əli ibn Rəbban ət-Təbərini də misal göstərmək olar.Böyük müsəlman alimi Biruni çalışmalar və sınaqlar etmiş,xüsusilə bəzək bitki və çiçəkləri üzərində çalışmışdır. Həmçinin İslam mütəfəkkəri İbn Sina öz “Şəfa” kitabında bitgilərə xüsusui yer ayırır.Əndəluslu alimlərdən xüsusilə İbn Baccə “Kitabul Təcribətəyn”adlı əsərində bitkilərin tibbi faydalarına toxunmuş, “Kitab fil-Nəbat”adlı əsərində isə,bitkilərin fizologiyası ilə məşğul olmuşdur.Daha sonra XII əsrin sonlarında İbn Baytar əl-Qafiki bitki anatomiyası ilə maraqlanan alimlər arasında xüsusi yer tutur.Orta əsrin ən böyük botaniki və əczaçısı ibn Baytarın 1400-ə qədər bitki və dərman anladan kitabları XVI əsrə qədər bütün dünya alimlərinə bələdçi rolunu oynamışdır.İbn Əvvam əkinçilik kitabı ilə orta əsr boyunca elm dünyasına özünü tanıtmışdır.Botanika mövzusunda Biruni bitki çiçəkləri üzərində xüsusi çalışmaları ilə diqqəti çəkir.



Biruni,çiçəklərin taç yarpaq sayının 3,4,5,6 və 18 olduğunu,7 və 9 taç yarpaqlı heç bir çiçəyin normal şəraitdə olmadığını təcrübədən keçirtmişdir.Bitki çiçəklərinin yarpaq sayının ədədi aritmatik silsiləyə yox,həndəsi silsiləyə uyğun olduğunu söyləmişdir. Bitkilər və ağaclar arasında sevgi və nifrət vardır.Bəzi bitkilər və ağaclar bir-birlərini sevir,bəziləri də yox.Məsələn,İbn Vəhşiyyə, “Nəbatların Əkinçiliyi”adlı kitabında belə yazır: “Surətləri arasında oxşarlıq olan tərəvəz bitkiləri bir-birinə kömək edərlər,simpatiya hiss edərlər və yaxşı inkişaf edərlər.Halbuki bir-birləri arasında oxşarlıq olmayanlar,əksinə bir-brinə antipatiya hiss edərlər,bir-birlərini zəiflədir və inkişafına mane olurlar.(ibn ”“Əvvam, “kitabul-Filaha”(tərc.)J.J. Clement-Mullet,Paris-c 1,səh 518)

Eyni fikirlər,yüz illər sonra,bəzi İtalyan Piza universitetinin botanikaçıları tərəfindən bu günlərdə yeni bir nəzəriyyə imiş kimi ortaya çıxarılmışdır.İtalyanların, müsəlmanların fikirlərinin təsirində qaldıqlarını söyləmək heç də çətin deyil.Apardığım araşdığım zamanı maraqlı bir faktla da rastlaşdım.Beləki, İbnul-Əvvamın “Kitabul-Filha” adlı əsəri 1802-ci ildə Banqueri tərəfindən İspaniya dilinə və 1864-cü ildə Klement-Mullet tərəfindən Fransız dilinə tərcümə olunub və böyük rəğbətlə qarşılanıb.

Zoologiya və baytarlıq

Müsəlman alimləri (VIII əsr)zoologiyada da öz sözlərini demişdir.Mən burada Əbi Nadir İbn Şumeylin,əl-Əsmainin,Əbu Xatim əs-Sicistaninin adını çəkə bilərəm.Elmi zoologiya isə ən-Nəzzam və əl-Cahiz ilə başlayır.Əl-Cahizin “Kitabul-Həyəvan”əsəri zoologiya sahəsində çox məşhur bir əsərdir.Bu Zoologiya elmi üçün və Zoologiya haqqında yazılan bir çox (bəlkə də hamısı)kitablara müqəddimə rolunu oynadı.Yalnız heyvanların fiziki və bioliji quruluşu deyil bu əsər,eyni zamanda heyvan sosiologiyası və psixologiyasına da toxunan ilk əsərdir.Bu baxımdan da həmin əsər digərlərindən fərqlənir və böyük əhəmiyyət kəsb edir.Daha sonra Kindi zoologiya ilə maraqlanmış və bu barədə bəzi əlyazmaları olsa da bu bizə gəlib çatmayıb.İbn Qüteybə “Uyunul-Əxbar”kitabında zoologiya xüsusi yer tutur.İbn Sina “Şəfa”kitabında,Biruni,İbn Baccə və İbn Rüşd müxtəlif əsərlərində heyvanlardan bəhs ediblər.Miladi XIV əsrdə zoologiya mövzusunda ensiklopedik əsərlər yazılmağa başlanır.Bunların ən başında Əli ər-Rəsul adlı yəmənli bir alimin “Kitabul-Əqval”adlı əsəri durur ki,o,zoologiya və baytarlıqla əlaqədar çox gözəl elmi məlumatları əhatə edir.Heyvanlarla bağlı Dəmirinin(“Həyatu-Həyəvan”) kitabında da zəngin məlumatlar var.Dəmiri 1069 heyvan üzərində sınaq və təcrübə apararaq bunun nəticələrini öz kitabında qeyd etmişdir.Dariminin müasirlərindən olan əd-Diməşqi və ən-Nüveyri mühüm zooloqlardandır.Əl-Cildakinin Durat əl-Qəvvas kitabı Əhməd ibn Yəhya əl-Ömərinin “Məsalikul-Əbsar”kitabı,əl-Kalkaşandinin “Sübh Aşa” kitabı zoologiya ilə əlaqədar müxtəlif fəsilləri əhatə edir.Digər tərəfdən yuxarıda təsvir edilən əsərlərin çoxu heyvan xəstəlikləri və çarələriylə əlaqədar olsalar da,Baytarlıq sahəsində dərin çalışmalar aparan alimlər İbn Baytar və İbnul-Munzirindir,digər mühüm baytarlar isə Əli ibn Rəbban ət-Təbəri,İsa ibn Əli və ibn Bəhtişudur.

Əkinçilk və heyvandarlıq

Şübhəsiz ki əkinçilik,insanlıq tarixi qədər qədim tarixə malikdir.Linkun araşdırmalara görə,torpağı ilk işləyən Hz Adəmin oğlu Cabirdir.Hindistanda əkinçiliyin,Brahmanın əl işi olduğuna inanılır.Qədim Misirdə ilk əkinçilk dərsi deyənin adının İsis oldugu nəql edilir.Həmçinin qədim yunanlara əkinçiliyi öyrədənin Diana olduğu bildirilir.

İslam inancında isə,əkinçiliyin Hz Adəm ilə başladığı deyilir.Hədis rəvayətçisi Məsudi,Adəmin yer üzünə endiyində,özü ilə otuz növ ağac fidanı gətirdiyini qeyd edir.Digər tərəfdənMustafa əl-Qəzvini də,buğdanın insana Mikayıl(ə) tərəfindən gətirilərək qidasını həmin toxumdan təmin edəcəyini və torpağa əkiləcəyini öyrətdiyini söyləyir.

Əkinçilik və heyvandarlıq elmi,zoologiya,botanika və geologiya elmlərinin tətbiqi və texnikası qəbul edilə bilər.Bir çox müsəlman alimi təbiət elmlərini nəzəri cəhətdən tədqiqi,bir qismi də həmin nəzəriyyələrin praktikası ilə məşğul olmuşdular.Bitkilərin əkilməsi,torpağın əkinçiliyə hazırlanması,biçin zamanlarının təsbiti,tarlaların sulanma növləri,heyvanların bəslənməsi və işlədilmələri ilə əlaqədər mövzularda bir çox əsərlər yazılmış və təcrübələr edilmişdir.Əkinçilik və heyvandarlıq elmi ilə məşğul olan alimlərin çoxu Əndəluslu müsəlmanlardır.Əkinçilik haqqında olan əsərlərdən biri Əbu Həsənil-Qurtubi tərəfindən yazılmışdır.O,Kitabul-Ənvasında,müxtəlif əkinçilik prosesləri haqqında təqvim hesabına aid məlumatlar verir.Başqa bir əkinçilik alimi Əbu Ömər ibn Həccacil-İşbilidir.Bu müsəlman alim də bir çox əsərlər yazmışdır;onların ən məşhuru “Kitabul-Muğnidir”.

Mən bu siyahını uzadaraq digər elmlər barəsində də yazmaq istərdim lakin,nəzərə alsaq ki bu yazılanlardan bir kitab əmələ gələr onda məsələ aydın olar.Bu araşdırma zamanı digər bir maraqlı faktla da rastlaşdım.Sən demə Amerikanın kəşfi də müsəlmanlara aid imiş.Bəlkə də siz bunu mənim təəssüfkeşliyimdən qaynaqlandığını fikirləşərsiz lakin,hər halda bu haqda tapdığım məlumatı sizlə bölüşəcəyəm.

Biruni əsrlərcə əvvəl Amerikanın varlığından bəhs etmişdir.Piri Rəis belə “Kitabı-Bəhriyyə”sində,Amerikanın varlığından,çox əvvəl bəhs etmişdir.”Vasco da Qama”ya (1450-1524),dünya səyahətində (XV əsr) bir müsəlman dənizçi yol göstərmişdir.

İdrisi(1100-1166),hələ 800 il əvvəl,zəmanəmizin dünya xəritələtinə bənzər xəritələr çəkə bilmişdir.Piri Rəisin Amerika xəritəsi də möhtəşəmdir.Hələ Mursiyəli İbrahimin,Piri Rəisdən 52 il əvvəl çəkdiyi Aralıq dənizi xəritəsi,bugünkü ölçülərlə tamamən uyğunlaşır. (“Bilime yön verən İslam alimləri”(önsöz) c 1,səhifə 9.)

Xristofor Kolumb Amerikanın varlığını müsəlmanlardan ,xüsusilə İbn Rüşdün kitablarından öyrəndiyini qeyd edir.(İslam mədəniyyəti Bakı 2003-Hacı Arif Heydəroğlu səhifə 220)

...Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meriadını Qrinvinç meriadınından 34-35 qərbədir...

Qrinvinç meriadınından 34-35 dərəcə uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Rokç burnundan keçir.Bu nə deməkdir?

Məlumdur ki,Amerikanın kəşfi 1492-ci ilin 12 oktyabrından başlamışdır.Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərdə tərtib edilmişdir.Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yalnışlıq var,ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur.

...Amerikanı kəşf edən Xristofor Kolumb özü Nəsirəddin Tusi (1201-1274)tərəfindən götürülmüş başlanğıc meridianın ondan qabaq qəbul olunduğunu çox qətiyyətlə göstərir...(H.Məmmədbəyli, “Nəsirəddin Tusi” Bakı,gənclik,1968,səh.200-202)

Bu sözlərdən sonra sizdə belə bir sual yaranar ki,yaxşı əgər bu elmlərin ilk qurucuları müsəlmanlardırsa bəs onda kitablardan oxuduğumuz Pifaqor teoremi,Geylüssak təcrübəsi,Nyuton qanunları,Arximed qanunları və avropalı alimin adını daşıyan bir neçə teorem və təcrübə vardır.Bəs nəyə görə müsəlman adı daşıyan bir tək qanuna vəya teoremə rast gəlmirik?Nə üçün?

Son dərəcə məntiqli və haqlı bir sualı bu şəkildə cavablaya bilərik.Doğrudur Pifaqor teoremini Pifaqor,Geylüssak təcrübəsini Geylüssak,Arximed qanunlarını Arximed tapmışdı.Lakin görəsən bu elmlərin əsli əsası hardan gəlir?Görəsən bizim işlətdiyimiz,toplama,vurma,çıxma,bölmə,iki məchullu üçməchullu bərabərlikləri,cəbri,triqonometriyanı,sıfır anlayışını,Pi(П-3,14)sayını və xüsusən də bu istifadə etdiyimiz rəqəmləri(1-2-3-4...)kim tapmışdır? Bilməliyik ki,bütün bunları müsəlman alimləri tapmışdır.

Qahirədə Əbdüləzizin tikdirdiyi Fatimi kitabxanası dünya kitabxanalarının ən gözəli,ən mükəmməli idi.Bu kitabxana 6500-ü riyaziyyat,1800-ü fəlsəfi mövzulara aid əsərlərlə birlikdə 1.600.000 cildlik kitabdan ibarət idi.Vaxtilə İslam mədəniyyətinin paytaxtı sayılan Əndəlus(İspaniya)kitabxanalarına nəzər salaq.Orda vəziyyət necə idi? Bu sualın cavabını dahi Fransız fiziki Pyer Küridən dinləyək o,deyirdi: “İspaniyadan bizə 30 kitab qaldı,onlarla atomu parçaladıq.Əgər yandırılan 1.000.000 kitabın yarısı bizə qalsaydı,çoxdan kosmosda ulduzlar arasında səyahət edərdik.”

Fransad Eyfel qülləsi tikilmiş,yanına isə Eyfelin böyük bir heykəli qoyulmuşdur.Sanki “bu qülləni mən tikdim” deyə öyünür.Amma memar Sinan 100 ədəd Eyfel ilə müqayisə olunmayacaq dərəcədə əzəmətli,möcüzəvi Süleymaniyyə,Səlimiyyə məscidlərini inşa etmişdir.Ancaq bu əsərlərin heç bir yerinə “Sinan” kəliməsi belə yazılmamışdır.Elə əsil ucalıq,əsil böyüklük də elə bundadır.

Bu vaxta qədər biz müsəlmanlara bildirilməyən,heç bir kitablarda adarı belə keçməyən,dünya şöhrətli alimlərdən Ekvatorun uzunluğunu hesablayan Sabit ibni Kurra müsəlmandır.Günümüzdə istifadə edilən foto aparatları ümumiyyətlə kameraların əsas iş prinsiplərini ixtira edən İbnul Heysəm müsəlmandır.İşığın kürəvi güzgülərdə əks etməsilə əlaqədar öz adı ilə məşhur olan “Əl-Hazən” məsələsi yenə ibn Heysəmə aiddir(Əl ”“Hazən:İbn Heysəmin Avropadakı adı).Onluq kəsir sistemini kəşf edən Qiyasəddin Cəmşid müsəlmandır.Tarixi məsəl olmaqdan çıxarıb ona fəlsəfi məna qazandıran ilk elm adamı ibn Xaldun müsəlmandır.İlk dəfə xərçəng əməliyyatı aparan Əli ibn Abbas müsəlmandır.İlk dəfə göz xəstəlikləri haqqında əsər yazan tibb alimi Əli ibn İsa müsəlmandır.Gözlə əlaqədar ilk kitabı yazan və göz həkimlərinə yol göstərən islam alimi Huneyn ibn İshaq müsəlmandır.İlk dəfə katarakt əməliyyatı keçirən həkim Əmmar müsəlmandır.Qərb aləminə müalicə metodlarını öyrədən Əli ibn Rizvan müsəlmandır.Cüzamın səbəbini və onun müalicə yollarını 900 il əvvəl açıqlayan həkim ibn Cəssar müsəlmandır.Vəbanın yoluxucu bir xəstəlik olduğunu elmi şəkildə sübut edən İbn Xətib müsəlmandır.Zamanın ən böyük həkimi olan və tibb sahəsində bir ensiklopediya yazan məşhur mütəfəkkir ibn Rüşd müsəlmandır.Əsərləri Avropada əsrlərcə oxudulan həkim İbn Zöhr müsəlmandır.Avropalılardan üç əsr əvvəl kiçik qan dövranını kəşf edən tibb alimi İbnun Nəfis müsəlmandır.Vərəm mikrobunu R.Koşdan 150 il əvvəl kəşf edən Kambur Vəsim müsəlmandır.Cərrahlığı müstəqil elm halına gətirən böyük operator Zəhravi müsəlmandır.

Heç şübhə yoxdur ki məqalədə adı keçməyən digər elm sahələrində də müsəlmanların rolu əvəzsizdir.Lakin, onların hamısını qeyd etmək imkan xaricindədir. Və sonda bunu da untumayaq ki,peyğəmbərimizin (s) dediyi kimi; “Hər bir şeyin bir yolu vardır,cənnətin yolu da elmdir.”

İlahiyyatçı yazar /Mahir Şəkərov.
Oxşar xəbərlər
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi