"Bu günə kimi heç bir gizli işbirliyində olmamışam"
Oxunub: 3790
29 May 2016 | 12:33
Yazıçı-publisist, hüquq müdafiəçisi Mehriban Vəzir Moderator.az -a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Salam, Mehriban xanım, nə var nə yox, necəsiniz?

- Çox sağ olun, hamı kimi birtəhər keçinə bilirik. Necə olmağımız bəllidi.

- Yazı adamlarının ruhu bir az da havaya bağlı olur, günəşə, işığa, nura çox həvəs göstərirlər, sizcə bu il yay niyə belə gecikir?

- Çox gözlənilməz sual oldu. Bu sualın cavabını bilmirəm. Yay niyə belə gecikir, həqiqətən, yay niyə gəlmir? Nə deyim, demək gəlmir ki, gəlmir.

- Bir mahnı var ey, “Zindana yaz gec gəlir”, bəlkə odur, yəni bunnan bağlı ola bilirmi?

- (Gülür) Zindandayıq deyirsiniz, eləmi?

- Məmləkətin indiki durumuna baxanda, bu bənzətmədə bir həqiqət varmı sizcə? Tərs kimi də bu “Formula -1”-lə bağlı bütün şəhər dəmir barmaqlıqlar arasına, dəmir konstruksiyalar içərisinə salınıb, ətrafa bir baxın hələ ?

- Həqiqət payı var məncə ... (pauza), var. Əslində indi ölkəmiz həqiqətən ... (pauza).

- Bəlkə bu yayın gecikməsinin, dənizimizin “kruqom-beqom” hasara alınaraq camaatın üzünə qapadılması ilə də bir əlaqəsi ola bilərmi, yəni buna Allahın işi kimi baxmaq olarmı?

- Allahın varlığına və işlərinə inanan bir adamam. Nə deyim, bilmirəm, bu, Onun işidi ya yox, ama bir şeyi bilirəm ki, Allahın hər şeydən xəbəri var.

- O zaman, yəqin ki, sizin Milli Şuradan çıxarılmağınızdan da Allahın xəbəri var. Son vaxtlar ölkənin mətbu və siyasi gündəmi sizin adınızın ətrafında yerindən bir az oynadı sanki. Miili Şuradan sizi niyə çıxartdılar ki?

- Bu barədə az öncəki yazımda bir az ətraflı danışmışdım, amma sizə də məmnuniyyətlə deyə bilərəm. Milli Şuraya bir ilə yaxındır ki getmirdim. Özüm özümü çıxarmışdım.

- Baxın, yazdıqlarınız öz yerində, amma mən istiyirəm ki, əsil səbəbi deyəsiniz ki, əslində bu olayın gerçək səbəbini soruşmaq istədim.

- Yəqin deyirsiniz ki, çox da uzaqdan gəlməyim və konkret bu məsələdən danışım eləmi?

- Bəli, konkret olaraq ordan çıxarılmanızın gerçək səbəbini deyin, əlbəttə bunu bilirsinizsə. Yazdıqlarınız haqda artıq cəmiyyət kifayət qədər məlumatlıdır, o tərəf də öz arqumentlərini cəmiyyətə çatdıra bilib. Siz isə indi aysberqin görünməyən tərəfindən danışın, ya da, belə deyək ki, olanların pərdə arxasına ayna tutmağa çalışın.

- Əslində, Milli Şuranın təmsilçisi sayılmırdım. Çünki, çoxdan bu qurumun işlərində və tədbirlərində iştirak eləmirdim. Bu biri yandan da düşünürəm ki, yalançıya və böhtançıya inandılar. Məndən ya çağırıb, ya da dəvət eliyib, heç olmasa telefon açıb, bir kəlmə soruşmadılar ki, bu nə məsələdir? Və tələm-tələsik belə bir qərar verdilər. Verdilərsə, verdilər və mənim də bununla bağlı heç bir etirazım yoxdur.

- Xəbəri alandan sonra, Cəmil müəllimlə danışdınızmı ki, nə baş verir, niyə baş verir?

- Heç kimlə heç nə danışmadım. Yəni, mənim heç kimə veriləcək sualım yox idi. Təbii ki, heç kimdən də hansısa cavabı gözləmirdim. Çünki işin mahiyyətini bilirəm.

- Mən də bayaqdan, “bilirəm” dediyiniz o mahiyyəti soruşmaq istiyirəm, nədir o mahiyyət? Bəlkə bu bir bəhanəydi, düşdü əllərinə.

- Bəlkə bəhanə də demək olardı, amma bəzi nüaslar bunu istisna eliyir.

- Yazınızda bir şeyi də demişdiniz ki, Cəmil müəllimə, Milli Şuranın partiya kimi idarə olunmasından narahatlığınızı bildiribsiniz.

- Bu, bir il qabaqkı söhbətdir, yəni ötən bir ilə yaxın müddətdə Milli Şuranın tədbirlərinə və Koordinasiya Mərkəzinin iclaslarına getməməyimin, qatılmamağımın səbəbi də məhz bu idi. Milli Şura son zamanlar bir komanda şəklində idarəetməyə meyllənir, bir xor oxumağa səy göstərirdi. Yəni mən, dediyim kimi, heç kimin tətikçisi deyiləm, heç kimin iç savaşına, şəxsi və ya fərdi davasına qarışmıram. Mənim savaş hədəflərim özüm üçün aydındır, bəllidir və özüm üçün də burda hər hansı şübhəyə yer yoxdur. Milli Şurada mən, sadəcə olaraq bir ictimai fəal olaraq iştirak etmişəm və ümumi hədəflərimiz uğrunda mübarizə aparan müəyyən çevrələrə, gücümün yetdiyi qədər güc qatmaq üçün qoşulmuşam. Amma mən heç kimin fərdi və ya partiya tələblərini icra edəcək biri deyiləm.

- Məsələ ortalığa çıxan kimi verdiyiniz açıqlama da var idi, sonradan yazınızda da dediniz ki, seçkilər düzgün keçirildi, amma ədalətsiz oldu. Bu fikrin bir açıqlaması varmı, yəni düzgün keçən seçki necə ədalətsiz ola bilir ki?

- Bilirsinizmi bu necə olur? Siz gözünüzün qarşısına demokratik ölkələrdə keçirilən seçkiləri gətirin. Bir var seçki, bir də var seçki öncəsi vəziyyət, seçki ilə bağlı fəaliyyət. Məsələn, demokratik dünyada artıq bununla bağlı qaydalar müəyyən olunub. Tarixi təcrübədə, seçki öncəsi fəaliyyətlərdə aşırı gücdən istifadə kimi bir çox pozuntular və fəsadlar olub deyə, insanlar, cəmiyyətlər və dövlətlər burda müəyyən qaydalar tətbiq etməyə məcbur olublar. Məsələn, o qaydalarda deyilir ki, seçki fəaliyyəti zamanı bu qədər vəsaitdən, bu qədər də gücdən artıq istifadə eləmək olmaz. Bunu da seçkiyə quşulan fərdlərin, ya da təşkilatların hamısı qəbul edir. Tutaq ki, bu qayda onu nəzərdə tutur ki, siz seçkidə istirakçı olaraq 50 min manat vəsaitdən istifadə edə bilərsiniz, amma faktiki olaraq 50 milyondan istifadə eləmisiniz. Baxın, burada da həmin pozuntu olub. Yəni pozuntu seçki öncəsi durumda baş verib. Amma seçkini gedişində heç bir pozuntu yoxdur və normal səsvermə keçirilib. Yenə də deyirəm, pozuntu əvvəldə olub və tutaq ki, obrazlı şəkildə desək, əlli min əvəzinə əlli milyondan istifadə məsələsi var. Baxın, bizim barəsində danışdığımız seçkidə də baş verən budur, seçkinin özü demokratik idi. Seçki gününün prosedurları və seçki prosesində qanunlar pozulmamışdı. Amma ondan öncəki durum xeyli suallar doğururdu. Yəni, vətəndaş cəmiyyətinin bir koalisiyasında, ya da birliyində seçki, partiyaların, hərəkatların gücü hesabına qazanılmışdı. Bax, problem də bu idi, ədalətsizlik də burda idi. Vətəndaş cəmiyyətinin o qədər mənim kimi fərdi təmsilçiləri var ki, onların arxasında nə partiya dayanır, nə də hərəkat. Amma buranı zəbt eliyən və o “50+1”-lə qazandıq deyənlərin hərəkatları var, partiya təmsilçiləridirlər, siyasi çevrələri təmsil eliyirlər və bütün bu çevrələrdən dəstək alıblar. Təsəvvür eliyin ki, indi orda qalib gələnlərdən biri üçün, sözünə hörmət elədiyim dörd nəfərdən təkcə mənə zəng gəlib və xahiş eliyiblər ki, filankəsə səs verim. Eyni zamanda mənə zəng vurduran bu adamların özləri neylədilər, daim mənə səs verən adamların ayağına getdilər və onları atalarının goruna and verdilər ki, Mehribana səs vermə. Bunu da ona görə etmişdilər ki, əgər orada daim səs alan mənim kimi üç-dörd nəfər səs alsa, bunların planları pozular və “50+1” səs ala və yaxud şuranı ələ keçirə bilməzdiər. Yəni belə bir ədalətsizlikdən söhbət gedir.

- O şuranı ələ keçirməkdə məqsəd nədir ki, yəni orda nə var ki, oranı elə ciddi-cəhdlə ələ keçirmək istəyirlər?

- Bilirsiniz, ora əslində bir güc mərkəzidir, böyük bir koalisiyadır, beynəlxalq aləmdə təmsil olunur, ölkədə gedən proseslər, xüsusilə də mədən sənayesində şəffaflıqla bağlı gedən proseslərdə bu koalisiya söz sahibidir, eyni zamanda da hökumət, hasilatçı şirkətlər və vətəndaş cəmiyyətinin üçünün birgə memorandumu olan mötəbər bir qurumdur. Təbiidir ki, belə mötəbər bir qurumda söz sahibi olmaq, buranı siyasi müstəvi kimi istifadə etmək istəyənlər var. Amma bilirsiniz, bütün bu mübarizələr həddində olanda normaldır, insanlar həmişə bəlli bir düzənə çıxmağa, `strateji yüksəklikləri`götürməyə çalışırlar. Amma bundan bir az insafla, vicdanla istifadə eləmək lazımdır, həriscəsinə deyil. Ancaq burada məhz siyasi hərislik baş verdi. Vətəndaş cəmiyyətimizin liderləri içərisində normal rəqabətə, sağlam seçkiyə çox böyük zərər verən, ictimai mühiti çirkləndirən, dəstəbazlıq yaradan adamlar var, təəssüfki.

- Arada bir dord yüz min məsələsi də var idi, o nəydi, araşdıra bildinizmi, kim vermişdi o qədər pulu, kimə vermişdi?

- Bu dörd yüz min məsələsinin araşdırılmasını bilirsiniz ki, ilk dəfə mən ortaya atdım. Mən buna ilk dəfə Oqtay Güləliyevin Milli Şuraya verdiyi raportda rast gəldim, daha doğrusu bu raport mənim poçtuma gəldi, çünki, bildiyiniz kimi, mən də o şəbəkənin üzvü idim. Orda, həmin “dörd yüz min”, “50+1”, “monitorinq qrupunun üçdə ikisini zəbt etmək” kimi məsələlərə rast gəldim və bunu koalisiyanın keçmiş koordinatoruna yazaraq izahat istədim. Izahat istədim ki, bu dörd yüz min nə məsələdir, kim alıb, kim verib, kim xərcləyib, hara xərcləyib və sair. Bunu həm də ona görə etdim ki, bu dörd yüz minin içində keçmiş şura üzvlərinin, keçmiş namizədlərin adları hallanır. Eyni zamanda da mən və mənim kimi 20 nəfər namizədin adı. Bununla bağlı açıqlama tələb etdim. Amma bu işi quran siyasi hərislər daha çox onu vurğulamağa çalışırlar ki, guya mən səs ala bilmədim deyə, cığallıq edirəm. Mən səs ala da bilərəm, almaya da bilərəm, söhbət ondan getmir. Mən, siz qaliblərin bu qələbəni necə qazanıldığını ortaya qoyan özünüzün raportuna rast gəlmişəm və onun hesabını soruşuram. Soruşuram; dörd yüz mini kim alıb, kim yeyib, gerçəkdən də belə bir şey olubsa isbat edin, cavab verin. Nə bilirsiniz açın qoy ictimaiyyət də bilsin ki, kim nə işlə məşğul olur. Hal-hazırda koalisiyanın monitorinq qrupu bu məsələni araşdırmaqla məşğuldu. Nəticəsi də nə olacaq, görəcəyik.

- Sizin də artıq sabiq üzvü olduğunuz Koordinasiya Mərkəzinin Fb-də gizli qrupu var haa...

- O qrup gizli deyil...

- Qapalı deyək...

- Bəli, 16, ya da 20 nəfərlik qapalı qrup var.

- Sizə irad tuturlar ki, əvvəlcədən əldə olunan razılaşmaya görə həmin qrupa gələn yazılar, xəbər və ya məlumatlar qrupdan kənara çıxmamalı olduğu halda, Mehriban Vəzir ümumi razılaşmanı pozub. Hətta səhv etmirəmsə, sizin Milli Şuradan çıxarılmanızın motivinə də bu məsələni yatırıblar.

- Gəlin belə deyək, bəli, mən bu iradı qəbul edirəm. O qrupda olan məktubu kənara çıxardığım üçün, mənə irad tuta bilərlər. Bu çox normal bir şeydir. Amma o qrupda mən neçə ildir ki varam və orda başqa yazışmalarımız da olub. Hətta bizin münasibətlərimizin, Milli Şuranın işində iştirakımın dayandırılmasına səbəb olan yazışmalar da olub. Həmin yazışmalarla, söhbətlərlə, səbəblərlə bağlı heç bir müsahibə verməmişəm, heç yerdə nəsə yazmamışam. Yəni ictimailəşdirməmişəm. Ayrıca da, mən, kiminsə şəxsi həyatına aid olan nəyisə açıqlamamışam. Rast gəldiyim bu məktub sırf MHŞT koalisiyasının iç işlərinə aid idi və bu koalisiyanın içində yer alan insanlara, koalisiyanın fəaliyyətinə böhtan atılmışdı. Eləcə də siyasi çevrələrin Vətəndaş cəmiyyətinin işlərinə müdaxilə edərək idarəetməni ələ keçirilməsi təsvir edilirdi. Gəlin, olun mənim yerimə, buna göz yuma bilərdinizmi? Ama yenə də deyirəm ki, bu şəbəkəyə aid olan məktubu digər şəbəkədə işıqlandırmağa görə mənə irad tutula bilər və bu iradı qəbul edirəm. Bu iradınızda haqlısınız, amma siz deyin, mən bir seçim önündə qalmışam, ya bu böhtana şərik olmalıyam, "dörd yüz min" oyununda iştirak etdiyimi qəbul edib susmalıydım, ya da ki, bu o bir şəbəkədən başqa şəbəkəyə açıqlama verməyim haqda iradı qəbul etməliyəm, necə davranmalıydım? Mən bu böhtana şərik olmuram. Susmuram. İzah tələb edirəm. Bunu seçdim. Bu seçimi isə ideal hesab edirəm. Çünkü vicdanlı seçimdi. Adıma və statusuma layiq seçimdi. Çünkü bu günə kimi mən heç bir seçki oyununda, heç bir siyasi oyunda, heç bir gizli işbirliyində olmamışam. Ona görə, bu deyilənləri qəbul edə bilmərəm.

- Bütün bunlar aydındır, amma təkcə bu da deyil məncə. Sizi Milli Şuradan uzaqlaşdırılmağınızın daha başqa səbəbləri də olmamış deyil, amma bildiyiniz bir şeylər varmı və bu haqda nəsə demək istəyirsinizmi?

Sərdar Əlibəyli

Davamı var...
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı