"Qadın şıltaqlığından zövq almağı bacarmayan kişi daha niyə yaşayır?"
Oxunub: 5655
26 May 2016 | 09:37
Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”
Karl Popper

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/137756.html
III Bölüm. Kədərin göz yaşı

(Davamı)


Rəssam: Elə mən yazıram. Yazmasam, yazmırsan. Bax, 9 gündü heç nə yazmamışam, Səndən də xəbər çıxmır. Ola bilər, zəhləni tökmüşəm, Sən də etika naminə hövsələni basmısan... Çoxdan heç kimlə bu qədər səmimi ünsiyyətdə olmamışam. Bəlkə də bu, özümə nağıl düzəltmək istəyindən gəlir, bilmirəm. İşarə göstərir ki, çatdasan. Cavab verməyə bilərsən. Sadəcə, mən yazım, Sən də oxu! Bilirsən, niyə mitinqləri dağıdan polislərə maska taxdırırlar? Çünki maska insanın tək sifətini örtmür, “gecə qara, cücə qara” prinsipiylə onun ləyaqətinə, şəxsiyyətinə, insafına, məsuliyyətinə pərdə çəkir, gizlədir. İçini dəyişdirir, onu qaranlıqlar dünyasının adamına çevirir. “Canavar” filmini xatırla! Cek Nikolsonun qəhrəmanı gecələr vəhşi canavara, gündüzlər əzab çəkən insana çevrilir. Maskalı polislər maskasızlardan çox qəddarlıq edirlər, mən bunu görmüşəm. Sanki maska tək onların üzünü yox, insanlığını da gizlədir; heç kim görmür, heç kim tanımır. Mənim üçün əsl insan özünü təklikdə də adamlar arasında olduğu kimi aparan insandı. Camaat içinə hamı maskalı çıxır. Səninlə tam açıq oldum. Burada hamı özünü gizlədə bilər, bu iş real həyatdakından daha asandı. Amma məncə, virtual dünya bunun üçün deyil. Bura özünü axtaranların, öz nağılını quranların görüş yeri olmalıdı. Bəlkə də çoxdan axtardığımı tapdığımı zənn edirəm. Elə tapdım da”¦ Səni incitdim. Amma maskasız incitdim. Zəhləni apardımsa, bağışla. Bəzən birinin zövq aldığı iş bir başqasını bezdirir... Bu nağılı bitirimmi???

***
Rəssam: Uşaq vaxtı adam hər şeyi anasıyla, yaxın bildikləriylə bölüşür. Bəlkə ona görə hamıya uşaqlığı doğmadı. Bölüşə bilməyə imkanın olması adamın bir şansdı. Böyüdükcə bölüşə bildiklərini bir-bir itirirsən. Bəzən elə bilirəm Sən də onlardansan, Sənlə hər şeyi bölüşə bilərəm. Qəribədi, adam heç əməlli-başlı tanımadığı birinə necə açıla bilər... Bazar axşamı səni bir yerə dəvət eləmək istəyirəm. Vaxtın varsa, planlaşdırım.

Qadın: Sa-lam! “Nağılı bitirimmi” sualına mənə sevdirdiyin şairin misrasıyla cavab verirəm: “Bəlkə də hə, bəlkə də yox!” Görürsən, tapıb almışam onun kitabını. Şeiri rusca daha yaxşı duyuram. Amma burdakıları da duydum. Bizim dildə ilk şeir kitabım oldu”¦ Əfsus ki, sənə münasibətimi yanlış yozdun. Az yazmağımın tək səbəbi vaxt qıtlığıdır. Dünyamızın durmadan kobudlaşdığı, kirləndiyi vaxtda saflığını, nəcibliyini itirməyən adamlardansan. Sənə hər zaman şadam! Sənə mütləq məktub yazacam. İndi çıxmalıyam.

***
Qadın: Salam, dostum! İnşallah yaxşısan, ən azından belə olmağını arzulayıram. Bilmirəm sənə necə müraciət edim: “əziz insan” desəm, çox qabağa qaçmış olaram, “yoldaş” desəm, kommuna üzvünə oxşayaram. Odur ki, “dost” deyim, “əziz dost” desəm, daha düz olacaq. Əziz dost, son məktubunla məni məyus etdin. Bilmirəm niyə, amma mənə elə gəldi ki, sənə münasibətimi mənim şıltaqlığım kimi yozursan. Əslində, belə deyil. İnsanları onların düşünmə qabiliyyətinə görə ayırırlar. Mən də belə etdim. Söhbətimizin ilk günündən səndən zövq almışam. Məsələn, qısa müddətdə anlamışam ki, rahib simalı insanın köksündə incə qəlb döyünür. Sən maskalardan danışdın, maskasız olmaz ki! Amma mən səninlə razı deyiləm. Maska insanı vəhşiliklərə vadar etmir, maska insanın nə qədər qəddar ola biləcəyini gizlədir. Deyirlər, göz qəlbin aynasıdır. Bəs niyə maska altından yalnız gözlər görünür? Məncə, həqiqəti çatdırmaq üçün! Əziz dostum! İnsan kərpicə bənzəyir, nə qədər bişsə, bir o qədər möhkəm olur. Bəlkə az ünsiyyətimiz bizi daha da yaxınlaşdırır”¦ Bilmirəm niyə mənimlə münasibətini nağıla bənzətdin. Nağıllar xəyal məhsuludur. Mən keçmişdə qalmaq istəmirəm. Bu günün içində olmağı arzulayıram. Bu, mənim insan kimi mövcudluğumdan xəbər verər. Unudulmaq aktual olmamaq deməkdir. Aktual olmayan maraqlı ola bilməz. Sənin üçün maraqsız oldumsa, demək, qəbahət mənimdir. Amma belə olmasını istəməzdim. Sənə hər şeyin ən yaxşısını arzulayıram. Gözlərin qəlbinin aynası deyil, orda çox vaxt səni görmürəm. Məncə, sənin qəlbinin aynası əllərindir. Bunu bir dəfə də yazmışdım. Onları hər zaman açıqda tutmusan. Gizlətməmisən. Bax, bu şəklindəki kimi. Bravo!

Rəssam: Dünənki qəzetlərin birində yazılmışdı ki, bir qadın ərini kompüterə qısqandığından öldürüb. Əvvəllərsə futbola baxmağına mane olan arvadını balkondan atan bir ispan kişi haqda oxumuşdum. Ola bilər Sənin “vaxtsızlığını” o kompüterə, futbola bənzətmişəm. Bu da həmin kompüter, futbol olayları kimi ”žnormal“ bir haldı. Bax görürsən, adam heç nədən qəddarlaşır... 

Mən də müraciət üçün “əzizim”dən yaxşısını tapmadım. Amma onun klassik anlamında”¦ İndi bu sözün də üzü sürtülüb. Görünür, Marina Svetayevanın Rilkeyə məktublarında (istəsən bu məktubları verərəm, oxuyarsan) işlətdiyi “doroqoy” kəlməsinin bir başqa ifadəsini tapmalıyıq. Heç “canım” da mən deyən anlamı tam vermir. Yazıçılarımız düşünsünlər gərək. 

Əzizim! İncə, təbii və səmimi qadın şıltaqlığından gözəl nə ola bilər? Belə şıltaqlıqdan zövq almağı bacarmayan kişi daha niyə yaşayır, nə üçün yaşayır?!. Mənim qavrayışımdakı “şıltaqlıq” sözü öz bətnində “istilik”, “doğmalıq”, “inam” , “ərk” və “sevgi” anlamlarını yaşadır. Odu ki, yazdığın kimi deyil, Sən hələ şıltaqlıq eləməmisən. “Fazla naz erkəkləri bıkdırar” türk məsəlinin bura aidiyyəti yoxdu... Keçmiş və bu gün haqda mülahizələrin də maraqlıdı. Səni başa düşürəm, dediyin kontekstdə bununla razılaşıram. Amma başqa baxış bucağı da var. Bu bucaqdan baxanda mənim üçün “keçmiş” və “indi” yoxdu. Bu bucaqda zaman öz anlamını itirir. O axşam Sənə məhz bu zamanda (zamansızlıqda) yazmışam. Odu ki, nağılları keçmiş kimi qəbul eləmə! Bu, xüsusilə başqasının yox, özünün yaratdığın nağıldısa, deməli, həmişə səninlədi... Ötən Novruzda anamı itirdim. O mənim ən gözəl nağılım idi. Analar öləndən sonra sevimli nağıla çevrilirlər, hər gün dəyişə, əlavələr edə biləcəyin nağıla, öz nağılına. “Ana nağılı”nı balalar yaradır, balaları analar doğan kimi. Bu nağılı, Sənin işlətdiyin kimi, “keçmiş”, “unudulmuş”, “aktual olmayan”, “maraqsız” hesab eləmək olarmı? Əlbəttə, yox! Hər kəsin beləcə neçə-neçə nağılı var. Sözü gedən “nağıl”ı isə mən tək də yaza bilərəm, amma bu, mənim nağılım olacaq. Çox istərdim bu nağılı birlikdə yazaq. Onda bu, bizim nağılımız olar. Və o nağıl “biri vardı, biri yoxdu” sözləriylə başlamaz... Bazar gününə planım belədi: saat 5-də Nizami küçəsindəki türk kafesində qəhvə içək, saat 6-da opera teatrında “Bolero”ya baxaq, 8-də şam eləyək, sonra Səni evinizə ötürüm. Əli həmişə Sənə uzanılı “əziz dostun“...

***
Rəssam: Ehhh, Qadın! Sən hardan biləsən mənim həyəcanımı, mənim duyğularımı, mənim ehtirasımı, həyat eşqimi, mənim SEVGİmi. Bu anımda sən TANRIMsan... Amma bunun sənin indiki anına, halına dəxli yoxdu... Bu, mənim anımdı, mənim halımdı.

Qadın: Anana görə üzüldüm. Allah rəhmət eləsin! Mənsə anamı xəyal kimi xatırlayıram. Hərdən gəlir görüşümə, üzünü göstərmir, eləcə, tüldür, dumandır, bilmirəm, arxasından baxır mənə. Bilirsən, analar ölmürlər! Sanki yan otağa yer salmağa keçirlər. Yataq açıb balasının gəlişini gözləyirlər. Cənnət dini kitabların təsvir elədiyi kimi deyil! “Bakirə hurilər və şərab çayları”. O kitabları kişilər yazıb, şirnikləndirici təsvirlərlə. Mənimsə təsəvvürümdə cənnət ana qucağıdır! Analar o dünyada huri-mələk surətində balaları qoynuna almağa, bu dünyanın ağrı-acısını çıxartmağa, ovutmağa hazır dururlar.

Rəssam: Salam! Səni burda tutmağıma sevindim.

Qadın: Elə mən də.

Rəssam: Zəng vura bilərəm?

Qadın: İndi yox. Evdən danışmağı xoşlamıram. Lazımsız sualların yaranmasını istəmirəm.

Rəssam: Ona görə soruşdum. Bu gecə təkəm, istədiyin qədər rahat danışa bilərəm. Yazdıqlarımı oxudun, amma yazmadın bu nağılla neyləyim!

Qadın: Anaları nağıla bənzətməyini anlayıram. Sadəcə, qəbul edə bilmirəm. Nağıllara inanmıram. Nüsrət Kəsəmənli demiş:
“İndi fatmalar da kəndirdə qalmır,
Xəmrimiz küt gedir, təndirdə qalmır”¦
Daha nağıllara inanmıram mən”.
Mən də inanmıram. Amma dostluğumuza inanıram, bundan şərəf duyuram. ...Görürsən, əzbər bildiyim şeir də var. Rəhmətliklə institutumuzda görüş keçirilmişdi tələbə vaxtı, dediyi bu misralar elə o vaxtdan yadımda qalıb.

Rəssam: Dediyimin adı nağıl olmaya bilər. Nə isə, bəlkə oradakı “nağıl” sözünün yerinə “dünya” yazsam, daha yaxşı olardı. ...Həvəsin var yazışmağa? Mənim vaxtım var. Bəlkə Səni işindən eləyirəm? Belədisə, yaz! ...Gəl Sənə bu gecə bir musiqi göndərim. Dinlə, bəyənəcəksən!

Qadın: İndi hesabat yazıram. Bir azdan çıxacam. Sənə xoş istirahət arzulayıram.

Rəssam: Öldürəcəm”¦ Oldu, sağ ol. Yox, öldürməyəcəm. Nəysə, hələlik.

Qadın: ”¦

Rəssam: Sonra çıxarsan də, nə olub ey? Bazar günü üçün planıma rəy bildirmədin. Biletləri neyləyim bəs?

Qadın: Yox, işim çoxdur. Təəssüf, bazar günü görüşə bilməyəcəm. Üzgünəm, amma vəziyyət belədir. 

Rəssam: Mənim də işim az deyil. Yarımçıq portretim, görüləsi min işim var. Ayın sonuna bitirməyi söz vermişəm... Onda bu axşam qal.

Qadın: ”¦

Rəssam: Boynundakı mirvarini haradan almısan? Sənə çox yaraşır. Bir də Kubaya getsəm, sənə mərcan boyunbağı gətirəcəm. Orda doludu. Xoşun gəlir mərcan boyunbağıdan? Puqaçova istədiyindən:
“Привези, привези мне коралловые бусы,
Мне коралловые бусы из-за моря привези.”. 

Qadın: İsrar etmə. İşim, həqiqətən, çoxdur. Sabaha çatdırmalıyam.

Rəssam: Sənin Kəsəmənlinin belə misrası da var:
“Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri”¦”

Mən yarım saat istəyirəm”¦ yaxşı, 20 dəqiqə”¦ 15 olsun...

Qadın: Boynumdakı mirvarini rəhmətlik nənəm Məkkədən gətirib. Daş-qaşla, ümumiyyətlə qadını bəzəyən, gözəl göstərən əşyalarla aram yaxşıdı. Hər libasımın öz bijuteriyası, zinəti var. Gətirərsən, mən də həvəslə taxaram.

Rəssam: Sən özün daha maraqlısan.

Qadın: Tamam, olsun. Sənə qurbandır.

Rəssam: Nəyi qurban elədin mənə?

Qadın: Nə istəyirdin onu!!!

Rəssam: Mənə əziz olanları diri, dipdiri görmək istərəm. O qədər diri ki, onu sevənlərə də dirilik verə bilsin. De görüm musiqimə qulaq asdınmı? Bəyəndinmi? Monitordan Sənə dikilən gözlərimə göndərdiyim musiqiylə bax. Məncə, daha aydın duyacaqsan bu axşamkı israrımın səbəbini.

Qadın: Puqaçovanı mən də bəyənirəm. Amma indiki gənclik onu o qədər də sevmir.

Rəssam: Sevmək üçün gərək tanıya. Üç qadın səsinə aşiqəm ”“ bizdən Flora Kərimova, türklərdən Sezen Aksu, ruslardan Alla Puqaçova. Üçü də nəhəngdi!

Qadın: ”¦

Rəssam: Eeeyy!

Qadın: ”¦

Ardı var...
Oxşar xəbərlər
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
12:00, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü başladı
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 12:43
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:47
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 12:43
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:47
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR