Yəhudiləri xilas edən azərbaycanlı kəşfiyyatçı kimdir?
Oxunub: 2062
25 May 2016 | 22:12
Yəhudiləri xilas edən azərbaycanlı kəşfiyyatçı kimdir?
Arye Qut: Alman generalını əsir götürən və onlarla yəhudini ölümün pəncəsindən qurtaran Həmzə Sadıqovun qəhrəmanlığı layiqli qiymətini almalıdır.
 
AzərTac xəbər verir ki, bu yaxınlarda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edərək, bir daha əmin oldum ki, qəhrəmanlarsız tarix olmur. Əgər xalqın qəhrəmanı yoxdursa, deməli, heç tarixi də yoxdur. Bakıda mən azərbaycanlı kəşfiyyatçının, “Sadıqaşvili” (Həmzə Cümşüd oğlu Sadıqov) təxəllüslü qəhrəmanın oğlu ilə tanış oldum. Həmzə Sadıqov sovet hərbi kəşfiyyatının tərkibində Stalinqrad ətrafında döyüşlərdə Hitlerin yaxın silahdaşı, qəddarlığı ilə seçilən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb.
 
Bu barədə İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında dərc edilən “Yəhudi uşaqları xilas edən Azərbaycan kəşfiyyatçısı” məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut yazıb.
 
Məqalə müəllifinin yazdığı kimi, məhz Azərbaycan kəşfiyyatçısının cəsarət və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtulub. Bu şücaəti və qəhrəmanlığı ilə “Həmzə baba” ona minnətdar olan nəsillərin qəlbində cəsarət və ölümsüzlük abidəsi ucaldıb. Azərbaycan və yəhudi xalqları onun xatirəsini həmişə böyük minnətdarlıq və hörmətlə yad edəcəklər.
 
“SMERŞ polkovniki Abram Ratner şəxsi gündəliyində yazır: “Stalinqrad ətrafında döyüşlər zamanı “Sadıqaşvili” onlarla yəhudi ailəsini azad edib, onların arasında mənim də qohumum vardı. Bu barədə “NKVD-nin Xüsusi Hesabat”ında oxumuşam. Onu həmişə yəhudi uşaqların xilaskarı kimi xatırlayacağam”. SSRİ DTK-nın polkovniki Yakov Serebryanski şəxsi arxivində qeyd edir ki, yəhudi xalqının qəddar düşməni general-polkovnik fon Roddenburqun əsir alınması və hərbi tribunala təslim edilməsi mühüm hadisə idi. DTK polkovniki bu alman generalının əsir alındığını və yəhudi ailələrin isə Həmzə Sadıqovun cəsarət və qəhrəmanlıq sayəsində azad edildiyini eşidəndə çox sevinib.
 
SMERŞ-in yerli şöbəsinə ünvanlandığı məktubunda kapitan Şuvalov yazır ki, alman generalının əmri ilə xüsusi otaq yaradılmışdı və orada gücləndirilmiş mühafizə altında çoxlu yəhudi saxlanılırdı. Nasistlər yəhudiləri təhqir edir, alçaldır və güllələyirdilər. Yalnız bir məqsəd vardı: bütün yəhudi uşaqları məhv etmək. Lakin cəsarəti sayəsində Sadıqaşvili (Sadıqov) məhbusları zirzəmidən çıxardı, sonra ikinci mərtəbəyə qalxıb general fon Roddenburqu əsir götürdü.
 
Arxiv sənədlərində Tehran Konfransının təhlükəsizliyinə cavabdeh olan, kəşfiyyat polkovniki Vladimir Vertiporıxın imzaladığı maraqlı məlumatlar var. Vertiporıxın qeydlərindən: “1948-ci ildə İsrailə ezam olunmuşdum. Müharibənin başa çatmasından üç il keçsə də, İsrail mətbuatı itkin düşən və ya müharibədə həlak olan həmvətənlərini axtarmaqda davam edirdi. General fon Roddenburqun yəhudi ailələrə qarşı vəhşilikləri haqqında dəhşətli hekayətlər dərc olunurdu. Stalinqrad cəbhəsində yəhudi ailələrin azərbaycanlı xilaskarı kimi Cümşüd Həmzə oğlu Sadıqovun adı böyük hörmət və minnətdarlıq hissi ilə çəkilirdi”.
 
1943-cü il oktyabrın 4-də yüksək rütbəli zabitlərin iclasında çıxış edən general-mayor Tavartkiladze bildirmişdi ki, yəhudi ailələri amansızcasına məhv edən 76-cı diviziyanın komandanı general fon Roddenburqu şəxsən 25 alman əsgər və zabitini öldürərək və onlarla yəhudi uşağı labüd ölümdən xilas edərək 51-ci motoatıcı diviziyanın zabiti Həmzə Sadıqov əsir götürüb.
 
A.Qutun sözlərinə görə, uzun illər sovet kəşfiyyat və əks-kəşfiyyatında işləyən Mariya Fortus Həmzə Sadıqovu xatırlayaraq, onlarla yəhudi ailəni yəhudilərə patoloji nifrəti olan fon Roddenburqun əlindən qurtaran bu məşhur kəşfiyyatçı haqqında çox şey eşitdiyini bildirib. Maria Fortus deyib: “Bu Roddenburq öz qərargahı yanında onlarla əsir ailənin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Biz bu cəsur qəhrəmanın - Həmzə Sadıqovun şərəfinə Volqoqradda abidə ucaldılmalıyıq”.
 
1949-cu il oktyabrın 2-də İsrailin “Maariv” qəzetində dərc edilən “Borc” məqaləsində jurnalist Yosef Feldman qeyd edir ki, Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqları labüd ölümdən xilas edib. Yosef Feldman məqaləsində yazırdı: “1942-ci il İsrailin yeni tarixində əsas səhifələrdən biri olacaq və biz tarixçilərimizdən xahiş edirik ki, bu azərbaycanlı, uşaqlarımızı faşist əsirliyindən xilas edən igid döyüşçü, onun qəhrəmanlığı, ailələrimizə və uşaqlarımıza təmənnasız yardımı haqqında yazsınlar. 1942-ci il noyabrın 20-də polkovnik Həmzə Sadıqov “Yəhudi İttifaqı” yanındakı Əlaqələndirmə Komitəsinin nümayəndələrinə alman generalı fon Roddenburqun əsirliyindən xilas etdiyi onlarla yəhudi ailəni təhvil verib. Biz bu tarixi unutmamalıyıq”.
 
İsrailli ekspert vurğulayır: Ən təəssüfedici məqam budur ki, heç kim yəhudiləri soyuqqanlı şəkildə məhv edən ən bədnam və qəddar alman generalını azərbaycanlının əsir götürdüyünə inanmaq istəmirdi. Əfsus ki, sovet rəhbərliyi də buna inanmadı, Stalin isə məlumatlara tamamilə laqeyd münasibət nümayiş etdirdi. Ekspert yazır: “Yəhudi uşaqları xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçısının oğlu ilə görüşərkən, bu günə qədər Həmzə Cümşüd oğlu Sadıqovun, haqsız unudulan müharibə qəhrəmanının həyatının lazımi dərəcədə tədqiq edilmədiyi aydın oldu. Çox heyf ki, faşizmə qarşı vuruşan və yəhudi ailələri xilas edən igid Sadıqov Azərbaycanda çox az tanınır, halbuki Ermənistanda Dro və Njde kimi faşist generallar geniş miqyasda, pərəstiş səviyyəsində təbliğ olunur. Onların şərəfinə xatirə sikkələri zərb olunur, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib”.
 
Arye Qutun fikrincə, bu pərəstiş bəzi marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət durur. “Bir halda ki Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutu 30 mindən çox yəhudini məhv edən faşist və antisemitin adını daşıyır, daha nə deyəsən? 1942-ci ilin dekabrında Dronun Himmlerin qəbulunda olduğunu bildirən avstriyalı tarixçisi Erik Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən qətlə yetirmək səriştəsi və təcrübəsi vardı. Bu, Himmlerdə çox böyük təəssürat yaradırdı”.
 
Rəsmi Moskva həmişə faşistlər və onların əlaltılarına bəraət verilməsi cəhdlərinə qarşı sərt çıxış edib. Lakin bu gün bir çox Rusiya KİV-lərinin və Rusiya mədəni məkanının bu faşistləri milli qəhrəmanlar kimi təqdim edən kanal olması çox böyük narahatlıq doğurur. İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında Arye Qut yazır: “Literaturnaya qazeta”nın 2014-ci il 17 dekabr tarixli sayında dərc olunan Ermənistan Respublikasının Rusiyadakı səfiri ilə müsahibəni xatırlamaq kifayətdir. Səfir bu müsahibədə bildirib: “Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab edirdi ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin özünü təkmilləşdirməsi kimi mübarizə həyatın əsas qanunudur. Bu mübarizə ölkənin və xalqın tərəqqisinə sarsılmaz səydə əks olunur”.
 
İsrailli ekspert vurğulayır ki, Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında erməni general Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədib. Serj Sarkisyanın yalnız bu sözlərini xatırlamaq kifayətdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındırdıq”. Bu, real şəkildə sübut edir ki, Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan və onun klanı Dro və Njdenin həqiqi və layiqli varisləridir. Xocalıda inanılmaz qəddarlıq və vəhşiliklə törədilən qanlı soyqırımı aktı XX əsrin sonunda həyata keçirilən ən dəhşətli faciələrdən biri oldu. Bu kütləvi qırğının qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi qalacaq. Bu artıq tarixi faktdır ki, Ermənistan silahlı qüvvələri və muzdlu dəstələri şəhəri tərk edə bilməyən Xocalı sakinlərindən heç birinə rəhm etməyib. Ermənistan hərbi birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər həlak olub, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək misli görünməyən işgəncələrə, təhqir və həqarətə məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”.
 
Arye Qut ümid edir ki, bu məsələlərlə məşğul olan alimlər və mütəxəssislər, gec də olsa, H.Sadıqovun döyüş yolu ilə maraqlanacaq və ona layiqli qiymət verəcəklər.
 
İsrailli ekspertin məqaləsində F.Sadıqov və R.Vəlizadənin “Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı” kitabındakı faktlardan istifadə edilib.
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər