“Əkrəm Əylisli özünü Orxan Pamuka oxşadıb Nobel almaq istədi” -MÜSAHİBƏ
Oxunub: 4214
24 May 2016 | 17:40
“Əkrəm Əylisli özünü Orxan Pamuka oxşadıb Nobel almaq istədi”  -MÜSAHİBƏ

Moderator.az-ın “Siyasətçi və sənət” layihəsində yaxşı tanıdığımız ictimai və siyasi xadimlər hər zaman olduğu kimi rəsmi, siyasi mövzularda deyil sırf sənət, mədəniyyətə söykənəcək sualları cavablandırırlar. Layihəyə qonaq olan siyasi şəxs, ictimai xadim həm də ədəbiyyat və elm barəsində də öz mülahizələrini irəli sürür. Bu dəfəki qonağımız millət vəkili, “Vəhdət” partiyasının sədri Tahir Kərimlidir:


- Tahir müəllim, fikrinizcə, bu gün mədəniyyətimiz, musiqimiz ölkəmizi lazımınca təmsil edə bilir?

- Mən Azərbaycanın mədəni inkişafını və onun dünyada yüksək səviyyədə təmsil olunduğunu düşünürəm. Sovet dövründə dünya səviyyəli musiqiçilərimiz var idi. Üzeyir Hacıbəyovdan gələn bir xətt Fikrət Əmirov, Qara Qarayev və başqalarında davam edirdi. SSRİ qapalı olduğuna görə onlar o dərəcədə dünyaya çıxa bilmirdilər. Baxmayaraq ki, böyük sənətkarlar idilər. Amma bu gün musiqimiz dünyada təmsil olunur. Bununla belə mənim çox ciddi narahatlığım var.


- Narahatlığınız nədən ibarətdir?

- O vaxtı Lenin deyərdi ki, hər bir mədəniyyətin daxilində iki mədəniyyət var: biri burjua, o birisi isə proletar mədəniyyəti. Yəni, biri elit kütləyə, yuxarılara, o biri isə sadə xalq kütləsinə xas olan mədəniyyətdir. Bu iki mədəniyyət arasındakı ciddi fərqlər, uçurum məni narahat edir.

Amma mədəniyyətimizdən danışanda məni məmnun edən məqamlar da az deyil. Məsələn, Sakit Məmmədov adlı çox

tanınmış rəssamımız var. O “Cıdır düzü” adlı portreti hazırlayıb və bu əsər Azərbaycan hökuməti adından Böyük Britaniyanın kraliçasına hədiyyə olunub. O əsərdə çövkən oyunundan tutmuş, Qarabağ atları, xalça ornamentlərinə qədər bütün milli ünsürlərimizin təsviri var. Bu cür əsərin özünü dünya kraliçası hesab edən bir şəxsə təqdim edilməsi mədəniyyətimizin səviyyəsinin yüksəlişidir.

Tar, saz, muğam, kəlağayı UNESCO-nun mədəni irs siyahısına salındı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Avropanın bir çox muzeylərində tariximizə aid nümunələr nümayiş etdirilir.

Alim Qasımov bu gün dünyanın musiqi nəhəngləri sırasındadı. Dünyada sorğu keçirildi və Alim Qasımovun adı bəşəriyyətin yüz böyük musiqiçisi siyahısına düşdü.

Baxın, hazırda mədəni baxımdan dünyada bu cür təmsil olunuruq: bir yandan yüksəliş var, o biri yandan isə mədəniyyətin parçalanması yaşanır. Nəyin bahasına olursa olsun, bunun qarşısını almaq lazımdır. Bir ay bundan əvvəl mən Milli Məclisdə dövlət dilinin qorunması ilə bağlı çıxış etdim, narahatlığımı bildirdim. Sizə açığını deyirəm, bir millətin ki, elitası öz doğma ana dilində danışmırsa, o millətə kim hörmət edər? Əgər bir insan özünə hörmət etmirsə başqası ona hörmətmi edər?! Bizim üçün vətən həm də Dərbənd, Təbriz, Kərkükdü. Onlar bizim dövlətin olmasa da, eyni dildə danışdığımız üçün bizim üçün də vətəndir. Bu dövlətdə yaşayıb onun dilində danışmayan insanlar üçün isə, Azərbaycan sadəcə olaraq dövlətdir, amma vətən deyil. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Cənab prezident də akademiyadakı çıxışında bildirdi ki, dilimizi əcnəbi təsirlərdən qorumaq lazımdır.


- Elm və sənət bir quşun iki qanadıdır. Qanadın biri olmasa quş hərəkətdə olmaz. Sizcə, bugünkü Azərbaycan cəmiyyətində o qanadlardan hansı aktiv, hansı isə passivdir?

- Düzgün yanaşmadı. İntibah dövrü Avropasında kapitalist münasibətləri sürətlə inkişaf edirdi, sənaye yüksəlirdi. Bu inkişafın bir səbəbi elm idisə, ikisincisi isə o biri qanad olan sənət idi - Mikelancelonun, Da Vinçinin, Rafaelin və başqalarının yaratdıqları bir sənət!!! O zaman elm və sənət bir-birilərini tamamlayırdılar. Bu nəinki güclü iqtisadi inkişaf, həm də mədəni estetikanı yarada bildi.

Ancaq bizdə isə vəziyyət fərqlidir: təhsilə yüz minlərlə, milyonlarla vəsait ayrılır. Əgər şagird məktəbdə heç nə öyrənməyəcəksə, xüsusi hazırlıq müəllimlərinin yanına gedəcəksə, bununla belə ali məktəbə qəbul olmayacaqsa onda bu qədər vəsait niyə sərf olunur? Bu gün həqiqətən də təhsilimizin vəziyyəti çox ağırdı. Mən güman edirəm ki, “Elm və təhsil haqqında” qanun parlamentdə üçüncü oxunuşda qəbul olunanda biz bəzi detallara diqqət edəcəyik.

Sovet dövründə insanlar muzeylərə, teatrlara gedərdilər. Bu çox təbii bir proses idi. O zaman akademik yaradıcılıqla xalq yaradıcılığı bir-biriylə çox uzlaşırdı. Amma sonrakı vaxtlarda bunların uzlamşması, bir-birilə vəhdət təşkil etməsi baş tutmadı. Biz bunun acı fəsadlarını cəmiyyətdə də görürük.


- Tahir müəllim, uşaqlıqdan kitabları çox sevmisiniz. İndi hansı kitabları oxuyursuz?

-Kitab oxumaq mənim üçün fəxr olunası bir şey deyil. Mən beş yaşımdan buna aludə olmuşam. Bütün həyatım boyu bu aludəçilik məni tərk etməyib. Uşaq vaxtından bütün əyləncələrdən qaçmışam. Kitab oxumaqdan başqa əlimdən bir iş gəlməyib. Bu mənim heç də yaxşı cəhətim deyim. Yeri gələndə əylənmək də, istirahət etmək də lazımdı. Yəqin bundan sonra da belə olacaq. Bu gün də məndə öyrənmək həvəsi çox böyükdü. Mümkün deyil ki, hasısa gün kitaba, qəzetə baxmayım. Çalışıram ki, hər tərəfli öyrənim. Mənim xüsusi profilim yoxdu. Elə bütün sahələrə adi nəsə öyrənmək istəyirəm. Hüquqşunaslıqla bərabər, biologiya, fəlsəfəni, o biri elmləri də oxuyuram.


- Sonuncu aldığınız kitablar hansılardı?

- Seyfəddin Abdullayevin iki kitabını almışam. Onlar dini ədəbiyyata aiddir. Əlisa Nicatın əsərlərinin 18-ci cildini də aldım. Son aldığım başqa kitab isə Fridrix Nitşenin Azərbaycan dilinə çevrilmiş külliyatından qızıl seçmələrdir. Ən son bu kitabları almışam. Amma hər gün stolumun üstündə 20-dən çox qəzet olur. Ən azı hər qəzetin beş-altı səhifəsini oxuyuram.


- Mirzə Cəlildən bu yana, ədəbiyyatımızda sevdiyiniz yazıçılar kimlərdi?

- Klassiklərdən danışanda mən həmişə əzab çəkmişəm. Taciklər bizim klasiklərin əsaslərini orijinaldan oxuyub dərk edirlər. Amma biz özümüzə aid olan dahiləri anlaya bilmirik. Çünki bizim dildə yox, fars dilində yazıblar. Deyirəm ki, kaş

Nizaminin Azərbaycan türkcəsində bircə sətir yazısı olaydı. Bu yaxınlarda Təbrizə gedən zaman Şəhriyarın “Məqbərəti-şüəra”dakı məzarını ziyarət etdim. Orada Əfzələddin Xəqani, Mücirəddin Beyləqani və Fələki Şirvani, o cümlədən cənubdan olan çoxlu dühalarımız da dəfn olunub.

Amma hansı dildə yazmalarından asılı olmayaraq onlar yenə də bizim fəxrlərimizdi. Çünki hansı dildə yaratmalarından asılı olmayaraq onlar bizə məxsudu.

Bu gün Çingiz Abdullayev rus dilində yazsa da, kitablarında, ssenarilərində bəzi bilgilər müəyyən mənbələrdən götürülsə də, o yenə də Azərbaycanı xaricdə təmsil edən bir sənətkardı. Elə daha yaxşı olar ki, dünyanın ən çox istifadə olunan beynəlxalq statuslu dillərində çap olunasan. 


- Bəzən mətbuatdakı çıxışlarda klassikləri silmək tendensiyası müşahidə olunur...

- ...Açıq danışaq, sovet dövrünü də tam inkar etmək də düzgün deyil. Səməd Vurğunu, Hüseyn Cavidi, Müşfiqi onlardan əvvəl Mirzə Cəlili, Sabiri , Haqverdiyevi necə silmək olar?!

Maarifçilik hərəkatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulub. O, Jan Jak Russonun maarifçilik ideyalarını burada zərrəbinlə yayırdı. İnsanlarımızı maarifçilik ideyaları ilə zənginləşdirirdi. Sonradan buna görə nə qədər əzablar çəkdi.


- Çağdaş Azərbaycan ədəbiyyatı haqqında nə deyə bilərsiz?

-Müasir Azərbaycan ədəbiyyatında oxuduqlarım arasında Musa Yaqub, Ramiz Rövşən və başqaları var. Gənclərimiz arasında da istedadlıları var. Amma onlarda özünü göstərmək üçün süni janrlar, postmodernist, sürrealist dünyagörüşünə çox müraciət edirlər. Onlardan bəziləri lap şitini çıxardır. Bunlar sanki özlərini göstərmək üçün edilir. Bir yazıçı deyir ki, postinsan dövrünün əsərini yaradıram. “Postinsan dövrünün əsərini yaratmaq” nə deməkdir? Bu cür istedadlı insanlar öz vaxtını daha yaxşı şeylərə sərf etsələr yaxşı olar”.


- Bu gün mədəniyyətimizin inkişafı üçün nələri qorumağa borcluyuq?

- Azərbaycanın özünəməxsus muğamı olub. Amma bəzən muğamı bizim üçün gəlmə musiqi adlandırırlar. Bu belə deyil. Doğrudur, Hindistandan gələn bəzi ənənələr Hicaz muğamının əsasını qoydu və bu tərz İran ərazisində yayıldı. İndi bütün dünyada məşhurdu. Amma Azərbaycanın da qədim muğam ənənləri var. Bizim muğamlar XIX əsrdə yaranmayıb. Onun tarixi daha qədimlərə gedib çıxır. Məni də yandıran odur ki, muğam haqqında, onun qədim tarixi barəsində çox əsər yazılmayıb. Muğam bizim ruhumuzdu. İnsan cisim və ruhdan ibarətdir. Ruh hissəmiz elə muğamdı. Odur ki, muğam tarixinə aid kitablar yazılmalıdı.

XVII əsrdə alman səyyahı Adam Olleari Azərbaycana gələndə çox təəccüblənib. Deyib ki, bu cür naməlum yerin necə zəngin tarixi, ənənəsi, necə böyük mədəniyyəti var?! XII əsrdə Məhəmməd İbn Əbubəkr, XIV əsrdə Hacı Nəcəf, XV əsrdə

Abdullah Şirvani, XVII əsrdə Zakir ibn Mustafanın muğam haqqında çox dəyərli qeydləri var. Nəsimi 600 il bundan əvvəl yazdığı qəzəllərdə muğam və qədim musiqi alətlərimiz haqqında məlumat verib. Ud, rübab, kamança, tanbur kimi alətərin adlarını çəkib. “Humayun”dan başqa bütün muğamlar ”“ “Rast”, “Şur”, “Bayatı şiraz”, “Şahnaz” və başqaları haqqında məlumatlar verib.

Bizdə tarix boyu istər saray, istərə xalq mədəniyyəti çox yüsək səviyyədə inkişaf edib. İstərdim ki, bu gün bunlar haqqında kitablar yazılsın. Bu gün “Dədə Qorqud”dakı xalq mədəniyyəti ilə, orta əsrlərəki saray mədəniyyəti haqqında kitab yazılsın. Ən əsası Qarabağ haqqında kitab yazılsın.


- Sizin üçün klassik kimdir? Kimləri klassik sayırsınız?

- Mənim klassikim o adamdı ki, o kitabında Qarabağı vəsf etsin, orda gedən prosesləri düzgün işıqlamdırsın.

Çox təəssüf edirəm ki, Qarabağdan yazılanlar arasında guya erməniləri məhv etməyimizi göstərən əsərlər var. Təəssüf edirəm ki, bizim öz torpağımızda ermənilər tərəfindən məhv edilməmizi yazmağa gücü çatmayan Əkrəm Əylislilər var. O bunu yazıb. Özünü Orxan Pamuka oxşadıb Nobel mükafatı almaq istəyib. Bəs ümumiyyətlə, ermənilərin cinayətlərini, bizi necə məhv etmələrini orijinal şəkildə əks etdirən əsərlərə niyə rast gəlmirik? Mənim üçün klassik bu vür əsərləri yazan şəxs olardı.

Elmin Nuri

Oxşar xəbərlər
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 11:47
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
04 May 2024 | 11:50
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
04 May 2024 | 11:55
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
04 May 2024 | 11:59
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:08
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO