“Vyanada yeganə üstünlüyümüz masa arxasında güclü tərəf kimi oturmağımızdı”- Fərəc Quliyev
Oxunub: 3798
24 May 2016 | 10:58
“Vyanada yeganə üstünlüyümüz masa arxasında güclü tərəf kimi oturmağımızdı”- Fərəc Quliyev


Dağlıq Qarabağ ətrafında gedən proseslərlə bağlı keçmiş döyüşçü olan siyasilərimizin mövqeyini öyrənmək ictimaiyyət üçün də maraqlıdır. Xüsusilə də bu gün parlamentdə təmsil olunanların mövqeyi. Ən azı ona görə ki, döyüşçü deputatların rəsmi Bakının Qarabağ siyasətinə təsir imkanları sadə vətəndaşlardan daha çoxdur.

Bəs, görəsən, onlar son zamanlar beynəlxalq ictimaiyyətin tərəflərə təklif etdikləri prinsiplərə necə baxırlar?

Bizi maraqlandıran bu suallara Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq. MDHP sədrinin Starteq.az-a müsahibəsini Moderator.az oxucularına təqdim edirik:

-Fərəc bəy, məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü baş tutdu. Siz bu görüşdən nə gözləyirdiniz və bu gözləntiniz özünü doğrultdumu?

-Vyana görüşünün digər görüşlərindən yeganə fərq bu idi ki, biz danışıqlar masasında bu dəfə güclü tərəf kimi oturmuşduq. 4 günlük aprel savaşında əldə olunan uğurlar vəziyyəti bizim xeyrimizə dəyişmişdi. Bu savaş zamanı həm xalqımızın mütəşəkkilliyi nümayiş olunmuş, həm də əsgərlərimizin döyüş əzmi  ortaya qoyulmuşdu. Hər iki amil müharibədə və onun bir nəticəsi olaraq diplomatik danışıqlarda uğur qazanmaq üçün ciddi faktordur. Ermənilərdə isə tamamilə bunun əksi nümayiş olunurdu- əsgərlər qaçmasınlar deyə, cəbhə xəttinin arxasında postlar qurulmuş, əhali Qarabağı boşaldırdılar və həmin proses indi də davam edir. Ümumiyyətlə, bu qısamüddətli savaşda ermənilər çox ciddi uğursuzluğa düçar oldular. Ən ciddi uğursuzluqları isə xəyal qırıqlığına uğramaları idi. O ana qədər ermənilərdə belə bir təsəvvür vardı ki, diplomatik sahədə ciddi uğurları var, 4 günlük savaşda bunun da boş bir xülya olduğu ortaya çıxdı. Çox güvəndikləri ağaları belə, umduqları qədər arxalarında dayanmadı. Belə bir şəraitdə Azərbaycanın masa ətrafında oturması böyük avantaj idi. Ən azı ona görə ki, beynəlxalq vasitəçilər Azərbaycana əvvəlki kimi nəyisə diktə edə bilməyəcəklərdi. Vyana görüşündə daha ciddi məsələləri gündəmə gətirmək imkanlarımız yaranmışdı. Doğrusu, görüş barəsində təfsilatlı məlumata malik deyiləm, bəlkə də daha ciddi məsələlər gündəmə gətirilib”¦

-Danışıqların nəticələri və təfsilatı açıqlanmadı, zatən. Sadəcə bir-iki məsələ mətbuata sızdırıldı”¦

-Doğrudur. Hər halda ora kimisə dinləməyə getməmişdik. Yəqin ki, Vyana görüşündə diktə edən tərəf biz olmuşuq. Bu, Ermənistan tərəfinin mövqeyindən də anlaşılır. Onların atəşkəsin bərpasına səy göstərmələri qorxusundan xəbər verir. Sarkisyanın Lavrovla çiyin-çiyinə oturması hər iki tərəfin indiki status-kvonun qorunub saxlanılmasını arzuladıqlarını ifadə edirdi. Mən belə güman edirəm ki, Azərbaycan tərəfi görüş iştirakçılarına ilk növbədə atəşkəsin müddətsiz uzadılmasının mümkün olmadığı mesajını verdi. Yəni dedi ki, biz beynəlxalq təsisatların xahişiylə qələbənin bir addımlığında atəşi dayandırdıqsa, deməli, problemi sülh yoluyla həll etməkdə maraqlıyıq. Tərəflərə təmas xəttində müşahidə kameralarının qurulmasının təklif olunması göstərir ki, beynəlxalq vasitəçilər də  konfliktin qızışa biləcəyindən narahatdırlar. Fikrimcə, nəzərdə tutulan kameralar yalnız Ermənistan-Azərbaycan sərhədlərində qurula bilər. Bu isə ermənilərin işğal etdikləri ərazilərdən çıxmasından sonra mümkündür”¦

-Məsələ burasındadır ki, həmin kameraların sərhədlərdə deyil, təmas xəttində qurulması nəzərdə tutulur”¦

-Qətiyyən təmas xəttində hər hansı kamera qurulmasına imkan verilə bilməz. Çünki Azərbaycanın sərhədləri BMT tərəfindən qəbul olunub və bu sərhədlər suverenlik haqlarımızın çərçivəsidir. İraq Küveyti işğal edərkən, hansı aqibətlə qarşılaşdısa, bizim də erməni işğalçılarına o taleyi yaşatmağımız lazımdır. Hesab edirəm ki, Vyana görüşündə Azərbaycan tərəfi beynəlxalq vasitəçilərə problemi ədalətli və sülh yoluyla həll etmələri üçün zaman verdi. Vyana görüşünün bunlardan başqa hər hansı konkret nəticəsinin olduğunu düşünmürəm.

”“ATƏT-in bütün həmsədrlərinin ermənilərə daha təəssübkeşliklə yanaşdıqlarını bəllidir. Yəni hesab edirsiniz ki, Azərbaycanın ortaya qoyduğu hərbi və siyasi iradə həmsədrlərin bu baxışını dəyişdirə bilərmi?

-Ümumiyyətlə, bütün dövlətlərin hadisələrə baxışı öz mənafelərinə uyğun olur və asanlıqla dəyişilməsi mümkün deyil. Baxmayaraq ki, beynəlxalq hüquq, ədalət bizim tərəfimizdədir, biz Qarabağda haqlı mübarizə aparır, öz dədə-baba torpaqlarımızı işğaldan azad etmək istəyirik, güclü hərbi iradə ortaya qoymadan beynəlxalq qüvvələrinin baxışlarını dəyişdirdirə bilmərik. Ya gərək dünyadakı situasiyalar bizim xeyrimizə dəyişilə, ya da gərək tərəflərə öz mövqeyimizi təlqin edəcək qədər güclü olaq. Minsk qrupu həmsədrlərinin eyni mövqedən çıxış etməsi onu göstərir ki, onlar məsələni həllində maraqlı deyillər, onu qəsdən uzadırlar. Çünki bütün tərəflər regionu öz nüfuz dairələrinə salmaq savaşı aparırlar. Bu nüfuz dairəsi savaşında Rusiya istəyir ki, Cənubi Qafqazda öz mövqelərini qoruyub saxlaya bilsin. Çünki, o, Şərqi Avropada mövqelərini itirib. Ukrayna kimi qardaş dövlətlə faktiki düşmən olub. Oraya hərbi müdaxilə etməsi isə mümkün deyil və yaxın 4-5 ilə Ukrayna Avropanın ən nəhəng dövlətlərindən birinə çevriləcək. Bu düşmənçilik davam edərsə, Rusiyanın Şərqi Avropada hər hansı fikir ortaya qoyması mümkün olmayacaq. Onun Türkiyəylə münasibətləri də ortadadır. Rusiya rəsmiləri etiraf edirlər ki,  dünyada heç bir dostları qalmayıb. Rusiya indi Avrasiyanın boğazı olan Azərbaycanı sıxmaqla onun yeni dünya düzəninə transfer olmasının, NATO-nun Qaradəniz və Xəzər hövzəsinə yayılmasının qarşısını almaq istəyir. Buna görə də Moskva Cənubi Qafqazda konfliktlərin hər hansı formada həllində maraqlı deyil. Hətta tərəflərin özləri üçün ən pis variantı qəbul etməyi, bir-birinə güzəştə getməyi belə Rusiyaya sərf eləmir. Çünki bilir ki, bu konfliktlər hər hansı formada bitərsə, region dövlətləri artıq oryentasiyaları barədə düşünəcəklər. Rusiyanın isə bu dövlətlərə təzyiq imkanları olmayacaq. Ona lazımdır ki, status-kvo bu şəkildə davam etsin. Eynilə ABŞ üçün də status-kvonun davam etməsi sərfəlidir. Vaşinqton düşünür ki, Rusiyanın başını nə qədər çox problemlə qatsa, onu bir o qədər çox zəiflədə bilər. Onu bir tərəfdən Suriyada konfliktə cəlb etməklə həm Yaxın Şərqdə mövqelərini zəiflədir, həm Türkiyə ilə aralarına konfliktlər salır, digər tərəfdən Şərqi Avropadan tam sıxışdırıb çıxarır. Cənubi Qafqazda konfliktlərin davam etməsi bu regionun xalqlarının da Rusiya ilə münasibətlərinin korlanmasına şərait yaradır. Faktiki olaraq, rəsmi Moskva apardığı regional siyasətlə öz ətrafındakı bütün qüvvələri düşmənə çevirir və bu da Cənubi Qafqazın ABŞ-a, Qərbə meyllənməsinə yol açır. Artıq Rusiya politoloqlarının özləri də etiraf edirlər ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmasa, rəsmi Bakı açıq şəkildə NATO-ya üzv tutmalı olacaq. Üstəlik, Pakistanın və Türkiyənin Qarabağ məsələsində ortaya qoyduğu mövqe Rusiyaya qarşı yeni bloklaşma siyasətinə yol açır. Bu da ABŞ-ın maraqlarına uyğundur. Baxmayaraq ki, Azərbaycan qoşulmama hərəkatında yer alır, ətrafımızda baş verən hadisələr istər-istəməz bizi yeni ittifaqlara getməyə vadar edir. Bu da ABŞ-a sərfəli olduğundan, o, gözləmə mövqeyində dayanır. Tərəflərin mövqeyi yalnız qlobal situasiyalara bağlı olaraq dəyişilə bilər. Tək Azərbaycana görə bu mövqelər dəyişilməz. Özü də indiki durumda”¦ Yaxın dövrə qədər Qərbin Azərbaycanın təbii sərvətinə ciddi ehtiyacları vardı. İrana qarşı embarqonun ləğvindən sonra bu asılılıq da aradan qalxdı. Düzdür, quru, hava və dəmir yollarından istifadə baxımında hələ də müəyyən asılılıqlar davam edir, ancaq Azərbaycanın Avropa siyasətlərində əvvəlki qədər iştirakı mümkün deyil. Bütün bunlar onu deməyə əsas verir ki, vasitəçi dövlətlər indi daha çox öz mövqelərindən çıxış edəcək, bizim maraqlarımızı nəzərə almamağa çalışacaqlar. Azərbaycanın bu danışıqlarda əhəmiyyət verilən tərəfə çevrilməsi üçün daha çox güclənməsi lazımdır.

-Qərbin enerji təhlükəsizliyi ilə bağlı maraqlı bir məqama toxundunuz. Rusiyanın Ukraynaya qarşı aqressiyasından sonra Avropanın rus qazından asılılığını tamamilə sıfıra endirmək məsələsi gündəmə gəldi. Cənub Qaz Dəhlizi deyilən bir layihə ortaya atıldı. Azərbaycanın da bu layihədə iştirakı arzulanır. Hətta ölkə başçısının son ABŞ səfərində müzakirə olunan əsas məsələlərdən birinin bu olduğu anlaşılır. Maraqlıdır ki, ABŞ-ın ikinci adamı Co Bayden Azərbaycan prezidentiylə görüşdən dərhal sonra ermənilərin təmas xəttlərinə hücumları başladı. Bir çox politoloqlar bu iki hadisə arasında determinist əlaqələr qururlar. Bildirirlər ki, Rusiya Azərbaycanın Cənub Qaz Dəhlizində iştirakının qarşısını almaq üçün erməni kartından istifadə etməyə səy göstərir. Bir növ, Azərbaycan ABŞ layihəsində iştirakına görə təzyiqlə üzləşir. Amma ABŞ-dan yetərli dəstək də ala bilmir. Bunu necə qiymətləndirirsiniz?

-Xatırlayırsınsa, bəhs etdiyiniz zaman ermənilər hətta belə bir bəyanat da verdilər ki, biz enerji xətlərini vura bilərik. Halbuki, buna nə imkanları, nə də cəsarətləri çatar. Deməli, bunu onlara dedizdirdilər. Dedizdirən isə, təbii ki, Rusiya idi. Başqa cür də ola bilməz. Tarixə nəzərə salsaq, həmişə Azərbaycan strateji bir dəyişikliyə getmək istəyəndə müharibə zonasında bu tipli fəallaşmaların olduğunu və bəyanatların verildiyini görürük. Hər dəfə də neft və qaz kəmərlərinin təhdidi gündəmə gəlib. Xüsusilə Amerika və Qərb təsisatlarının Azərbaycanla yaxınlaşma meylləri ortaya çıxanda hansısa formada Bakıya təzyiqlər edilib. Razılaşıram ki, 4 günlük müharibə də bu yayındırma siyasətinin tərkib hissəsidir. Bunu, təbii ki, ABŞ-da da başa düşürlər. Lakin ABŞ Azərbaycana bölgənin bir elementi kimi baxır. Cənubi Qafqaz və Yaxın Şərq siyasətinin tərkib hissəsi kimi bizim Rusiya ilə münasibətlərimizin kəskinləşməsini arzulayır. Bir növ Rusiyanın Baltik dənizindən tutmuş Xəzərə qədər sərhədlərində cəbhə xəttinin yaradılmasına çalışır. Rusiyaya qarşı cəbhənin böyütmək və onun enerji siyasətinə zərbə vurmaq üçün İrana belə güzəştə gedildi. Baxmayaraq ki, bu güzəşt, mənim zənnimcə, müvəqqəti xarakter daşıyır, amma bu addım Rusiyanı müttəfiqsizləşdirmək üçün atılmışdı. Bu qədər qlobal problemlər arasında ABŞ-ın ona yaxınlaşan Azərbaycanı tam istədiyimiz kimi müdafiə etməsini gözləməyimiz yersiz olardı. Ümumiyyətlə, ABŞ-ın xarici siyasətində iki amilin ön plana çıxdığını müşahidə edə bilərik. Birinci amil budur ki, öz qitəsində heç bir zaman müharibə aparmır. İkinci amil isə budur ki, o, rəqiqbləriylə yalnız bufer zonalarda hesablaşır və öz müttəfiqlərinin yanında heç zaman savaşmır. Sadəcə, onu silah yardımı və siyasi bəyanatlarla dəstəkləyir.

-Azərbaycana təklif olunan sülh sazişlərində-istər Madrid, istərsə də Kazan prinsiplərində status məsələsi ön plana çıxır. Hər iki prinsiplərin irəli sürdüyü formul eynidir ”“ 5+2+status. Necə fikirləşirsiniz, məsələnin bu şəkildə qoyulması, ətraf rayonların işğaldan azad edilməsi müqavilində Dağlıq Qarabağın, faktiki olaraq, ermənilərə verilməsi demək deyil?

-Bilirsiniz ki, Ermənistan Dağlıq Qarabağı almaq iddiası ilə bu savaşa başlayıb. Ətraf rayonları ələ keçirmək isə ona danışıqlarda əlavə “kozır” qazanmaq üçün lazım idi. Özləri də etiraf edirlər ki, bizə ətraf rayonlar heç lazım da deyil. Bunu son zamanlar hətta Serj Sarkisyan açıq şəkildə ifadə etdi. Bildirdi ki, təhlükəsizlik təmin olunarsa, biz ətraf rayonları Azərbaycana qaytara bilərik. Məsələnin bu şəkildə ortaya qoyulması kasıbın papağını oğurlayıb özünə qaytarmağa oxşayır. Kazan və Madrid prinsipləri əslində bir-birinin kopyasıdır. Kazan prinsiplərinə sadəcə olaraq bir element əlavə olunub. Bu da tənzimləmə məsələsiylə bağlıdır. Tənzimləmə deyiləndə nə nəzərdə tutulur? Bura sülh sazişi bağlanana qədər atəşkəsə əməl olunması, sülhməramlıların ətraf rayonlara yerləşdirilməsi, Dağlıq Qarabağa veriləcək statusun ilkin formasının müəyyənləşdirilməsi və Rusiyanın problemin həllində dominantlığı daxildir. Kazan prinsipləri bu tənzimləmə prosesinin mərhələli şəkildə aparılmasını tələb edir. Yəni atəşkəsdən statusa qədər proses müəyyən mərhələlərlə həyata keçiriləcək, nəticədə əvvəlcə Ermənistanın iddia etmədiyi rayonlar geri qaytarılacaq və ora sülhməramlıların nəzarətində olacaq, sonra isə Qarabağın statusuna baxılacaq. Amma rayonların mərhələləli qaytarılması əslində yenə də status-kvonun uzadılması deməkdir. Yenə də Qarabağ məsələsinin qeyri-müəyyənliyə salmaqdır. Bu da azmış kimi, bir də onlar şərt də qoyurlar. 5 rayon qaytarılır, 2 rayonun məsələsi sonraya saxlanılır, üstəlik, Laçının sadəcə 23 kəndi Azərbaycana verilir, bu rayonun əksər hissəsi isə koridor adı altında ermənilərdə qalır. Halbuki, əvvəl daha səmərəli təkliflər var idi. Məsələn, “Qobl planı”nı buna misal göstərmək olar. 1990-cı illərdə Azərbaycana təklif olunan bu plana görə, Laçının əvəzinə Mehri rayonu bizə verilirdi. Azərbaycan milli maraqlarımıza cavab vermədiyi üçün bu plandan imtina etmişdi. İndi ondan daha səmərəsiz təkliflər danışıqlar masasına çıxarılır. Hesab edirəm ki, bu məsələyə çox aydın şəkildə mövqe bildirməliyik. Bu cür qeyri-müəyyənliklə prosesi uzatmaq olmaz. Mən hələ məhbəsdə olanda bir təkliflə çıxış etmişdim ki, hakimiyyət, müxalifət və Qarabağ problemiylə məşğul olan ictimai qurumlar bir araya gəlməli, bu məsələylə bağlı milli maraqlarımızı əks etdirən memorandum imzalamalıdırlar. Həmin memorandum sabah Azərbaycan diplomatları danışıqlar masasında oturanda onlara edilən təzyiqlərə qarşı qalxan rolunu oynamalıdır. Yəni təzyiqlə üzləşəcəkləri zaman diplomatlarımız tərəf-müqabillərinə deyə bilməlidirlər ki, bu cür məsələlərin həlli təkcə onlardan asılı deyil. Həmin sənəddə iki məsələ açıq şəkildə göstərilməlidir: ərazi bütövlüyü və Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqları.
Əslində Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə ifadə edib. Deyib ki, biz tolerant ölkəyik. Ölkəmizdə yaşayan bütün xalqlar kimi, erməni əsilli vətəndaşlar da eyni hüquqa malikdirlər. Status məsələsi də bu çərçivədə olmalıdır. Amma dərd burasındadır ki, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ məsələsini həll etməkdə maraqlı olmadıqları üçün Azərbaycanın bu xeyirxah təşəbbüsünü görmək istəmirlər. Onlara bu müharibə həm də silah bazarı üçün lazımdır. Xatırlayırsınızsa, Rusiyanın baş naziri Medvedyev Azərbaycan səfərindən ölkəsinə qayıtdıqdan sonra televiziyalara belə bir açıqlama vermişdi ki, müharibədənsə, konfliktin dondurulması daha məqbuldur. Ardından isə bildirmişdi: heç kim bizi  tərəflərə silah satmaqda qınamasın. Bura bir silah bazarıdır. Biz satmasaq, başqaları satacaq. Bir sözlə, başda Rusiya olmaqla bütün vasitəçilər münaqişəni dondurmaqla həm status-kvonu saxlayırlar, həm tərəflərə silah satıb pul qazanırlar.

-Bayaq bir söz dediniz. Həbsxanada olarkən iqtidarlı müxalifətli bütün siyasiləri bir araya gətirmək və Qarabağla bağlı memorandum imzalamaqdan bəhs etdiniz. Niyə o təşəbbüsü bu gün də davam etdirmirsiniz? Bu həm də iki qütb arasında dialoqa verilmiş bir töhvə olardı.

(Ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Oxşar xəbərlər
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO