"Azərbaycan kimi ölkədə 25 min məhkumun olması çox böyük rəqəmdir"
Oxunub: 6693
19 May 2016 | 10:53
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ilə bağlı Moderator.az əməkdaşının bir sıra suallarını cavablandırıb:

Qüdrət bəy, həmkarınız Mehriban Əliyevanın amnistiya təklifi barədə cəmiyyətdə birmənalı mövqe var. Amma bəzi umacaqlar da var ki, görəsən bu humanizm aktı siyasi məhbuslara da şamil ediləcəkmi?

- Sözün doğrusu, hələlik layihə ilə tanış olmamışam. Milli Məclisə belə bir layihənin daxil olmasını alqışlayıram. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yanaşı həm də prezidentin yaxın silahdaşı və onun komandasında öz humanistliyi, uzaqgörənliyi və gücü ilə fərqlənən bir şəxsdir. Ona görə də düşünürəm ki, yəqin Mehriban xanım da fərqindədir ki, ölkədə doğrudan da bu istiqamətdə bir addım atılmalıdır və amnistiyanın dairəsi elə götürülməlidir ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslərə də şamil olunsun. Doğrudur, amnistiyada bu kimi halları nəzərdə tutmaq çox çətindir, ona görə ki, siyasi məhbus hesab olunan şəxslərin çoxu ağır cinayət əməllərinə görə məhkum olunublar. Əgər həmin maddələr amnistiyaya şamil olunsa o maddələrlə tutulan bütün məhbuslar azad olunmalıdır. Yəni əfvdən fərqli olaraq amnistiyada bu kimi detalları nəzərdə tutmaq çox çətindir. Amma düşünürəm ki, hər halda maksuimum dərəcədə çalışılmalıdır ki, bu baş versin. Eyni zamanda əminəm ki, bu layihə Mehriban xanım tərəfindən irəli sürülsə də sözsüz ki, prezidentlə razılaşdırılıb. Ona görə də ümidliyəm ki, tam da olmasa hər halda indiki amnistiya bu problemin həllinə töhfə verə bilər.

- Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mehriban Əliyevanın bu təklifi elan olunandan dərhal sonra Moderator.az-a açıqlamasında bildirib ki, həbsxanalar ağzınacan doludur, bu amnistiya onun xeyli boşalmasına səbəb olacaq. Doğrudanmı həbsxanalar ağzınadək doldurulub?

- Bilirsiniz, bəzi maddələr var ki, cəzanın sanksiyasında alternativ cəza nəzərdə tutulsa da məhkəmələr ucdantutma ən ağır sanksiyanı rəhbər tuturlar. CM-də 234.1-ci maddə var. Şəxsi istehlak normasından artıq miqdarda narkotik maddəni üzərində daşıma, gəzdirmə, saxlamaya görə CM cəza nəzərdə tutur və bu maddə ilə həbsxanalarda çoxlu sayda insanlar var. Ona görə də mən bu məsələni Milli Məclisdə bir yox, bir neçə dəfə qaldırmışam ki, 234-cü maddənin birinci hissəsi ümumiyyətlə dekriminalizasiya olunmalıdır. Yəni bu maddə cinayət məsuliyyəti nəzərdə tutulan bir norma kimi CM-dən xaric edilməlidir. Bütün inkişaf etmiş ölkələrdə artıq yüngül narkotika sayılan marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb. Ona görə də ağır narkotik vasitələri çıxmaq şərtilə yüngül narkotikadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Ona görə ki, bizim milli qanunvericiliklə və bütün beynəlxalq sənədlərlə də narkoman olmaq cinayətkar olmaq deyil. Yəni narkomaniya xəstəlik kimi qəbul edilir və cinayətkarlıq sayılmır. Bu cür adamlar məcburi tibbi müalicəyə cəlb olunmalıdırlar. Amma onları aparıb həbsxanalara doldurmağın heç bir adı yoxdur. Ona görə də düşünürəm ki, növbəti maddə bununla bağlı olmalıdır. Bundan əlavə bir çox hallarda bizim Cinayət Məcəlləsində bir çox əməllərə görə alternativ sanksiyalar nəzərdə tutulub. Məsələn, azadlıqdan məhrumetmə cəzası ilə yanaşı islah işləri və cərimələr nəzərdə tutulur. Əgər bu cinayət alternativ sanksiyalıdırsa, yəni cəza təyin edərkən hakim bu cəzalardan birini seçə bilərsə hesab edirəm ki, o indiki kimi hər addımda ağırını seçməməlidir. Əgər istintaq orqanı şəxsin barəsində həbs qətimkan tədbiri seçibsə, çox təsadüf hallarda olur ki, məhkəmələrdə həmin şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilsin və ona şərti cəza təyin olunsun. Yəni siyasət elə olmalıdır ki, həbsxanalar o formada doldurulmasın. Bu yaxınlarda biz 6 saylı cəzaçəkmə müəssisəsində olduq. Doğrudan da çox məmnun oldum ki, orada məhbuslara müxtəlif peşələr öyrədirlər ki, onlar azadlığıa çıxandan sonra iş tapa bilsinlər. Bir çox hallarda məhbus azadlığa çıxır və iş tapa bilmir və həyat onları təkrar olaraq bu dəfə daha ağır cinayət törətməyə vadar edir. Hətta həmin tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyində olan şəxslər söylədilər ki, elə məhbuslar olur ki, azadlığa çıxandan sonra qayıdıb onlardan iş istəyirlər. Həmin məhbusların gözəl əl işlərini gördük və hesab edirəm ki, gərək dövlət həmin adamların həbsxanadan çıxandan sonra müvafiq işlə təmin olunması istiqamətində ciddi addımlar atmalıdır. Ona görə ki, Azərbaycan kimi ölkədə həbsxanalarda 25 min məhkumun olması həqiqətən də çox böyük rəqəmdir. 

- Qarabağ düyünü məsələsində də həmkarlarınızdan fərqli olaraq siz daim açıq mğövqe ortaya qoyursunuz və elə buna görə də daim sizi sağdan-soldan qılınclayırlar, hətta bəzən bu mövqeyinizi beşinci kolonun ifadəsi kimi yozurlar, baxmayaraq ki, məmləkətdə məmə deyəndən pəpə yeyəndək hamı bilir ki, bu münaqişənin həllini onu yaradan tərəflə-Rusiya ilə açıq danışıqlar yolu ilə həll etmək mümkündür. Ona görə də belə bir sual yaranır ki, bəlkə Siz də başqaları kimi həqiqəti bir az ütüləyərək cəmiyyətə təqdim edəsiniz...
 
- Bilirsiniz, əvvəla, uzun illər siyasətlə məşğul olan bir şəxs kimi bu fikirləri söyləyəndə bilirəm ki, üzərimə müəyyən hücumlar olacaq. Amma bundan çəkinmirəm. Bilirəm ki, keçdiyim yol mənə qarşı aparılan bu tip kampaniyaların iflasına səbəb olacaq ki, kimlərsə bu yolla məni ləkələmək istəyirlər, bu, onalara müyəssər olmayacaq. Çünki keçdiyim yol buna imkan verməz ki, mən tələbəçilik illərindən milli azadlıq hərəkatına qoşulmuşam və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəxslərdən biri olmuşam və bütün gəncliyim bu mübarizədə keçib. İkincisi, Azərbaycanın milli azadlıq hərəkatının lideri Elçibəyin yaxın silahdaşı olmuşam. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən mən bu fikirləri ona görə söyləmirəm ki, belə deyək ki, kimlərinsə qəlbini oxşayam. Bizdə bir çox siyasətçilər var ki, onlar öz fəaliyyətlərini kütlənin istəyinə uyğun olaraq formalaşdırırlar. Belə siyasətçiləri də kütlənin əhval-ruhiyyəsi idarə edir. Amma mən düşünürəm ki, əslində xalqların taleyində çətin bir dövr olanda, hansı ki, bizim xalqımızın da taleyində ağır dövrdür, 20 faiz torpaqlarımız uzun illərdir işğal altındadır, 27 ildir ki, işğala məruz qaldığımıza görə suverenliyimizi itirmişik, yəni biz kütləni hazırlamalıyıq ki, həqiqətin və xilasın harada olduğunu görsün, özü üçün müəyyənləşdirə bilsin. Ona görə ki, sən peşəkar siyasətlə məşğul olursan, həmin kütlə reallıqları bilməyə də bilər. Amma təəssüf ki, bizdə bəziləri cəmiyyəti doğru olmayan sitiqamətə kökləməyə çalışır və adını da belə qoyurlar ki, ictimai rəy belədir. Bu ictimai rəyi mən də bilirəm, amma mən insanların baxışlarında, dünyagörüşlərində müəyyən fikirlər yaratmaq istəyirəm ki, siz özünüz bilə-bilə ki, torpaqlarımızı Rusiya işğal edib, gedib Ermənistanla danışıqlar aparılır. Məni ittiham edənlər bu və ya digər formada, bəziləri açıq formada cəsarət edib işğalın baiskarı Rusiya olduğunu deyə bilməsələr də  deyirlər ki, münaqişənin arxasında Rusiya dayanır. Yaxşı, deyək ki, bunların dediyi kimi Rusiya dayanıb və heç torpaqlarımızı işğal etməyib, indi də heç Ermənistana kömək-filan etmir, amma bütün hallarda Rusiyanın sülhə imkan verməyəcəyini yüz faiz bilə-bilə Ermənistanla danışıqlar aparmağın nə mənası var? Gördünüz ki, Vyana görüşü yenə nəticəsiz başa çatdı. Görüşdən qabaq mən mətbauta açıqlamamda demişdim ki, heç bir nəticə gözləməyə dəyməz, elə də oldu. Yəni bilə-bilə ki, Ermənistan bu problemi həll etmir, niyə sonu görünməyən bu danışıqlara getməliyik? İkincisi, məni qınayanlar iddia edir ki, Azərbaycanın nicatı ancaq Qərbyönümlü siyasətdədir. Hamı bilir ki, Ermənistan adlı cinayətkar dövləti ayaq üstə saxlayan Rusiya deyil, Qərb dünyası və onun bir hissəsi olan erməni diasporudur. Niyə bu günədək tək bircə dəfə həmin nüfuzlu erməni diasporundan Ermənistanın siyasi rəhbərliyinə bircə çağırış edilmədi ki, siz Avrasiya İttifaqından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hökmən çıxmalısınız, NATO-ya və Avropa İttifaqına üzv olmalısınız? Ona görə ki, Amerikada, Fransada və digər Avropa ölkələrində oturan ermənilər, eləcə də onları idarə edən həmin supergüclər gözəl bilirlər hələ ki, bölgədə söz sahibi Rusiyadır. Ona görə də Ermənistana deyirlər ki, sən Rusiyanın yanında ol, Qarabağı qoparaq, sonrasına baxarıq. Mən də öz millətimizə dəfələrlə deyirəm ki, biz Rusiya ilə yaxınlaşma siyasəti yürütməliyik, Moskva ilə açıq danışıqlar aparmalıyıq ki, sənin bu münaqişəni dondurulmuş saxlamaqda məqsədin, marağın nədir? Ona demək lazımdır ki, əgər sənin dərdin bölgədə mövcudluğunu saxlamaqdırsa, bunu mən filan-filan şərtlər daxilində təmin edirəm. Amma imkna ver mən öz torpaqlarıma qayıdım və onu əkim-becərim, əhalimi xarabazara çevrilmiş şəhər və kəndlərimə qaytarım, Şuşaya, Xocalıya qayıdaraq orada min illərlə yaşamış vətəndaşlarımı yenidən məskunlaşdırım. Etiraf edək ki, bu gün bütün beynəlxalq basqılara və sanksiyalara baxmayaraq Rusiya hələ də bölgədə çox güclü təsiri əlində saxlaya bilir. Kim bilir, bəlkə sabah vıə tutaq ki, 5 -10 ildən sonra Rusiya tamam zəifləyəcək və onun patronajlığı ilə qurulan birliklər SSRİ dağılan kimi dağılacaq. O zaman biz yenə də ərazi bütövlüyümüzlə birgə könülsüz olaraq, işğal olunmuş torpaqlamızı qansız-qadasız əldə etmək naminə qoşulduğumuz həmin birliklərdən çıxarıq. Amma torpaq getsə, bu həmişəlik xarakter alır. Necə ki, vaxtilə Zəngəzur, İrəvan xanlığının əraziləri əlimizdən gedib. 

-Amma əks arqument tərəfdarları iddia edir ki, 20 faiz torpaqlarımız naminə bu dəfə 80 faiz torpağı əldən vermiş oluruq Rusiya ilə bu cür yaxınlaşmaqla...

Ardı var...
Oxşar xəbərlər
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”