"6 erməni 16 yaşlı qızı zorladı..." - Baqramyanın Gürcüstandakı vəhşilikləri
Oxunub: 9910
18 May 2016 | 18:04

...Həyat yoldaşım Serqonu sürüklədilər və ağaca sıxışdırdılar. Zoya Tsvizba adlı bir abxaz qadını üzərində duz dolu sini gətirdi. Bıçağı götürüb, mənim yoldaşımı yaralamağa başladı. Daha sonra, yoldaşımın açıq yaralarının daxilinə bir ovuc duz basdı. Onlar on dəqiqə boyunca ona işgəncə verdilər. Sonra, gənc gürcü oğlanı (sonra onlar onu öldürdü) traktorla bir çuxur qazmağa məcbur etdilər. Çalaya yoldaşımı yerləşdirdilər və diri-diri basdırdılar. Mən çınqıl və qumla örtülməmişdən öncə, onun dediyi yalnız bir şeyi xatırlayıram: “Dali uşağın qayğısına qal!”

23 iyul 1992-ci ildə, Vladislav Ardzınbanın başçılıq etdiyi seperatçı rejim 1925-ci il konstitusiyasının bərpa edilməsi haqqında bəyanat yaydı. Bununla da, əslində Abxaziya Gürcüstandan təmamilə ayrıldığını göstərirdi. Separatçı rəhbərliyin qərarı dərhal Albert Topolyanın erməni fraksiyası tərəfindən dəstəkləndi. Muxtar Respublika konsititutsiyası faktiki olaraq, Abxaziya bölgəsində dayandırıldı. Mərkəz və region arasında başlayan qarşıdurmalar hərbi əməliyyatlara çevrildi.

14 avqust 1992-ci ildə, Gürcüstan Daxili Qoşun Bölmələri Zuqdidi-Qali inzibati sərhədini keçdi. İkinci toqquşma Gulripşi mahalının Aqudzera qəsəbəsində baş verdi. Toqquşma zamanı bir zirehli avtomobil məhv edildi. Toqquşmalar Gulripşi mahalının kəndlərində də baş verdi. Bir gürcü yaralandı, abxazlar isə bir döyüşçü itirdi. Beləliklə ilk toqquşma Oçamçıra rayonunda meydana gəldi.

Gürcüstan qoşunları Suxuxmi yolunu tutdu. Həmin gün abxazlar Tamişi körpüsünü partlatdıqdan sonra, qısa müddətli mübarizə ilə geri çəkildilər. Gürcülər isə tezliklə Suxumiyə yaxınlaşsa da, avqustun 15-i daxil olmaqla şəhərə girmədilər. Bu müddət ərzində hər iki tərəfin liderlərinin iştirakı ilə intensiv danışıqlar başladı. Lakin, danışıqlarda ortaq bir nəticə əldə edilmədi.

İlk qarşıdurma Suxuminin Qırmızı Körpü bölgəsində yerli gürcü “Mxedrion” dəstələri ilə baş verdi. Hər iki tərəf itgilər verdi. Seperatçı qüvvələrin müqavimət göstərməyinə baxmayaraq, gürcü hərbi birləşmələri abxaz qüvvələrinin şəhərdən çıxmasından sonra, Qumist çayı boyunca irəllədi. Nəticədə, gürcü qoşunları avqustun 18-də şəhərə daxil olaraq, saat 12:30-da Ali Şuranın binasını döyüşsüz ələ keçirdilər. Artıq buna qədər Ardzınba şəhəri tərk edərək seperatçı hökuməti Qudautaya köçürmüşdü.

Gürcüstan Abxaziyada nəzarəti bərpa etmək üçün qurudan aparılan əməliyyatlarla yanaşı, avqustun 15-də səhər Abxaziyanın şimalına dənizdən desant çıxarmağa başladı. Qaqra rayonunun Tsandrıpş qəsəbəsinə enən gürcü desant qrupunun məqsədi Gürcüstan Rusiya sərhəd xəttinə nəzarəti bərpa etmək idi. Seperatçı qüvvələr mühasirəyə alındı. 100 nəfərlik seperatçı qrup sahildən gəmilərə yaxınlarşaraq gürcülərə atəş açmağa başladı. Araşdırmalara görə, bu qrupda abxazlarla birgə erməni döyüşçülər də iştirak edirdi.

Əməliyyatın ilk dəqiqələrində bir gürcü döyüşçü həlak oldu, batalyondan bir neçə əsgər yaralandı. Həmin gün, zirehli texnikanın dəstəyi ilə gürcülər Leselidzeyə daxil oldu. Gürcüstan bayrağı Gürcüstan-Rusiya sərhədində qaldırıldı. 19 avqustda gürcü ordusunun digər bölmələri gürcülərin daha çox yaşadığı Qaqra rayonuna desant endirdi və Kolxidanı müqavimətsiz nəzarət altına aldılar.

Əslində, abxazlar mühasirəyə alındı və iki hissəyə bölündü. Nəticədə, bu, gürcü-abxaz müharibəsi zamanı Şərq və Qərb cəbhələrinin meydana gəlməsinə səbəb oldu. Eyni zamanda, Gürcüstan ordusu sıralarına Abxaziyada yaşayan gürcülər də daxil olmağa başladı. Qaqranın ələ keçirilməsindən sonra, seperatçı rejim demək olar ki, Qudautada blokadaya düşdü. Beləliklə müharibənin başlanğıcında, Qaqra rayonunda ermənilərin məskunlaşdığı səkkiz kənddə (bu bölgələr yalnız, 6 oktyabr 1992-ci ildə seperatçı abxaz qüvvələr, həmçinin Rusiyanın müxtəlif bölgələrindən gələn döyüşçülər tərəfindən yenidən tutuldu) nəzarət bərpa edildi. Abxazların nəzarəti altında Yeni Afon bölgəsi qaldı.

Bu dövrdə seperatçı qurumun sistemləşmiş hərbi birləşmələri (1992-ci il 11 oktyabrda yaradılıb) mövcud deyildi. İlkin olaraq respublikanın şərqində partizan taktikasına üstünlük verən və ayrı-ayrı kəndlərdə müqavimət aparan dəstələr formalaşdı. Daha sonra isə onlar özünü Şərq Cəbhəsi adlandırdı. Hazırda ermənilər müharibənin bu hissəsində, yəni başalnğıcında “bitərəf” olduqlarını bildirir, gürcü qoşunlarının onlara qarşı əməliyyatlar aparmasından sonra, birbaşa abxaz yönlü mövqe sərgilədiklərini bəyan edirlər. Halbuki, araşdırmalar bunun tam əksini göstərir.

Belə ki, Gürcü “Mxedrion” qüvvələri erməni kəndlərində dayanaraq, avqustun sonuna qədər seperatçı qüvvələrə qarşı müharibədə iştirak etmək və Gürcüstan qoşunlarının sırasına qoşulmaq üçün erməni vətəndaşlara çağırış göndərməyə başlayıb.

Qaqra rayonu Salma kənd sakini, 1992-1993 cü illər erməni batalyonu döyüşçüsü, Abyan Hamazasp xatırlayır: “Kəndimizdə

heç bir insan, işğalçı Gürcüstan ordusuna qatılmadı, heç birimiz öz ölkəmiz”“ Abxaziyaya qarşı silahlanmadıq. Bəzi gənclər kənddən Rusiyaya getdi, qalan hissəsi isə öz evlərini, kəndini talançılardan qorumağa çalışdı. Artıq müharibənin ikinci günü yerli gürcülər, svan və meqrellər bizə salam vermədi...”

Bu mövqeni xaricdən gələrək erməni ordusuna qoşulan terrorçu desəydi bir o qədər də təəccüblü olmazdı. Yuxarıda göstərildiyi kimi şəxs Gürcüstan vətəndaşı, Salma kənd sakinidir. Artıq vətəndaş, Gürcüstanı işğalçı adlandırır, onunla ölkəsi üçün düşmənə qarşı döyüşmür, əksinə seperatçılar tərəfdə erməni ordusunun tərkibinə daxil olursa bu Vətənə”“ Gürcüstana qarşı xəyanətdən başqa bir şey deyildi. Hər halda bu vəziyyət Gürcüstan hökümətinə onları zərərsizləşdirmək hüququnu da verirdi.

Təəcüblü deyil ki, Hamazaspın sözləri onun komandiri tərəfindən də təsdiq edilir. Erməni batalyonunun təşkilatçısı, müharibə ərzində onlara komandanlıq edən Vağarşak Kosyan bildirir: “”¦Kənddəki gənc ermənilərin heç biri əlinə avtomat götürmədi və təcavüzkar tərəfində abxaz xalqına qarşı mübarizəyə getmədi. Əksinə, ermənilər işğal olunmuş kəndlərdə Abxaz vətənpərvərlərindən yeraltı hücrələr yaratdı...”

Araşdırmalara görə, Labra bölgəsində olduğu kimi, ermənilər Qaqrada da gürcülərlə toqquşub. Müharibənin başlanğıcında ilk təşkilatçılardan biri, Qaqra rayonunun Tsandripşa qəsəbəsindən olan, Baqramyan batalyonunun təchizat rəisi Sergey Zabelyan bildirir: “Qaqra şəhərində müharibənin başladığını eşitdikdən sonra, dərhal Tsandripşadakı evimə getdim. Evə gəldikdə gördüm ki, gürcü desantları barj, kater və “kometlər”lə enir. Ağır texnika ilə yanaşı 300-ə qədər piyada qüvvələri də enirdi.

Müqavimət göstərənlər arasında Vitali Çirikbaya, Zaur Baqateliya, V.Kapş və digərləri vardı”.

Göründüyü kimi, tezliklə Tsandripşaya gələn Zabelyan Qaqrada gürcü silahlı qüvvələrinə qarşı erməniləri təşkilatlandırmaq üçün fəaliyyətə başlayıb.

“Silahlı qruplar müharibənin başlanğıcını qurdu. Səhər qəsəbədən əməliyyat başlayanda, artıq biz iki yüz nəfər idik. Lakin, bizim kifayət qədər silahımız yox idi. Buna görə də dağılmaq əmri verdim. Yalnız ov tüfəngləri ilə təchiz edilən iyirmi nəfərlik qrup vardı. Qrup gürcü qoşunlarına qarşı müqavimət əməliyyatlarında iştirak edib. Döyüşün başlanğıcında yaxşı mübarizə izlədik. Ümumiyyətlə, müharibənin başlanğıcında ermənilər çox az mübarizə aparıb, çünki onların heç bir silahı yox idi.” ”“ deyə Sergey Zabelyan bildirib.


Təsadüfi deyil ki, Gürcü mənbələri, 15 avqust tarxində 200 erməninin döyüşə hazırlandığını və ilk hücumun Qudaut rayonunun kəndlərindən birinə təşkil edilən 20 nəfərlik qrup tərəfindən edildiyini bildirir. Çox güman ki, bu Sergey Zabelyanın dəstəsi olub.

Belə ki, seperatçı rejimin Qudautaya daşınması ilə Krunk və onun rəhbərliyi də yerdəyişmə edir. Topolyan isə Abxaziyada yaşayan erməniləri gürcü qoşunlarına qarşı etiraza çağırırdı. Mənbələr və Zabelyana görə, ermənilərin mütəşəkkil döyüşlərdə iştirak etməməsi onlarda yetərincə silahların olmaması ilə bağlı idi.

Təbii, münaqişənin başlanğıcında Gürcüstan ermənilərinin hələ də abxaz yönlü qüvvələr kimi qəbul edilməsinə baxmayaraq,

Baqramyan batalyonu qurulana qədər onların bir batalyon şəklində (dəstələr istisna olmaqla) döyüş əməliyyatlarında iştirakı gözə dəymir. Amma, Krunk və Maştots gürcü əməliyyatlarının üstünlüyü ilə keçən bu müddət ərzində silahlanmaya da bilməzdi. Bunun üçün öncə qeyd etdiyimiz kimi, Maştots artıq, öz “mədəni xeyriyyə” fəaliyyətlərindən imtina edərək gizli hərbi təşkilata çevrildi və öz növbəsində Krunk da fəaliyyətlərini daha da sistemləşdirərək təşkilatda Albert Topolyanın liderliyini gücləndirdi. Baqramyan batalyonu qurulana qədər, fəaliyyətdə olan kiçik erməni qruplarında silah çatışmamazlığı isə, onların vahid rəhbərlik altında toplana bilməməsindən birbaş asılı idi ki, bunu aşağıda Vağarşak Kosyan da bildirir.


Jurnalist Lavrenti Amşentsnin “Ermənilərin yalnız 1993-cü ilin fevral-mart aylarında silahlanması doğrudurmu ?”sualına Vağarşak Kosyan bu şəkildə cavab verir: “Erməni hərbi bölmələrinin yaradılması üçün obyektiv zəmin daha öncə formalaşıb, artıq o de-fakto yaradılmışdı. Faktiki olaraq bölmə daha öncə yaradılıb! Bütün erməni kəndlərində özünümüdafiə qrupları yaradıldı və onlar abxaz ordusunun fərqli bölmələrinə daxil oldular. Vahid rəhbərlik altında bir-birini anlayaraq koordinasiyada hərəkət etmək onların mənafeyinə xidmət edəcəkdi”.

Nəticədə, avqustun 14-də başlayan əməliyyatlarla Gürcü polisi və Milli Qvardiya qüvvələri abxaz əhalisinin üstünlük təşkil etdiyi ərazilərdən başqa, beş gün ərzində altı şəhərdən dördünü və bölgənin əsas hissəsini tutdu. Demək olar ki, ilk dəfə olaraq yarım ay ərzində ermənilərin məskən saldığı bütün rayon

kəndləri, əhalinin xeyli hissəsini təşkil edən Qaqra, Suxumi və Gulpriş şəhərləri də gürcülərin nəzarəti altında keçdi.

Yuxarıda göstərildiyi kimi, erməni dəstələri müstəqil bir birlik olaraq məhz, təxribatçı birləşmələr şəklində peyda olub. Araşdırmalara görə, ilkin olaraq Qaqra erməniləri silahlanıb. Qaqra icmasının Maştots rəhbərliyi təcili toplantı çağıraraq, rəsmən seperatçı rejimi dəstəkləmək və onlar tərəfdən silahlı əməliyyatlara qoşulmaq barədə qərar qəbul edir.

Hərbi əməliyyatlara başlamamışdan öncə, Maştots cəmiyyətinin rəhbərliyi Arsen Çakryan, Avedis Kosyan, xüsusilə Alxadzi və Qandiat bölgələrində böyük təbliğati fəaliyyətlər aparıb. Beləliklə, erməni icmalarının yaydıqları təxribatçı şayələri bəhanə edən şəhərin erməni əhalisi də gürcü qoşunlarının “talanları” ilə bağlı məlumatları araşdırmadan onlara qarşı silahlanırlar. Nəzərə alaq ki, qışın başlaması ilə dağlardakı keçid yolları bağlanırdı. Bu baxımdan, əgər gürcülər ermənilərə qarşı məkirli siyasət aparsaydı, Rusiya ilə sərhədlərin açılmasına maneə olar və beləliklə yerli abxazlarla yanaşı ermənilər də qışdan xilas ola bilməzdi.

Qaqrada ermənilərin silahlanmasını Vağarşak bu şəkildə bildirir: “...Mən ilk gündən və sonradan da Qaqra hadisələrində iştirak etdim. Gürcü ordusu Qaqranı ələ keçirdikdən sonra mən öz kəndimdə faktiki olaraq gizli vəziyyətdə yaşayırdım.Vaxtımın bəzi hissəsini meşədə, bəzi hissəsin evdə keçirirdim.. Ümumiyyətlə gürcülərin Qaqranı ələ keçirməsinə qədər administrasiyanın önünə çoxlu ermənilər gəlirdi, kimisi silahla, kimisi də silahsız... Kəndə getdikdə əvvəlcə qohumları, sonra isə kişiləri hazırlamağa başladım. Daha sonra başqa uşaqlar da cəlb olundu... belə deyək həmfikirlilər. İlk döyüş təcrübəsini isə, biz

Qaqra döyüşləri zamanı etdik. Döyüş zamanı düşmən itki də verdi...”

Qeyd edək ki, sonradan Baqramyan batalyonun komandiri olan Vağarşak Kosyan gürcülərə qarşı xüsusi amanslızlığı ilə fərqlənib. Qaqraya gürcülərin desant endirməsindən sonra, artıq Vağarşak da təxribatçı qruplar təşkil edib. Sentyabr ayında Ocamçırsk rayonuna silah emal edən mütəxisis erməni qrupunun gəlməsi isə Vağarşakı daha da həvəsləndirib. Günlərlə yığıncaqlar keçirilir, gürcülərə qarşı hansı növlü təxribat xarakterli addımların atılması müzakirə edilirdi. Oçamçır rayonun Labra kəndində aparılan əməliyyatları bəhanə edən erməni qüvvələri Gürcüstan ordusu və sivil gürcü əhalisinə qarşı təxribat xarakterli əməliyyatlarını sistemləşdirməyə başladı.


Şahid Kvartsxava Qvadi Cemaloviç:

- ”¦Mən Labra kolxozunun sədri Avelyan Ardaş Arutyunoviçin rəhbərliyi altında ermənilərin törətdikləri qətl və qarətlər, həmçinin evlərin yandırılması haqqında çox fakt bilirəm”¦ Avelyanın göstərişi ilə ermənilər 70 nəfər gürcünü, guya Zuqdidiyə aparmaq məqsədilə, mənim əmim Kvaratsxeli Borisin evinə topladılar. Əhali ora öz əmlakı ilə yığılmışdı, sonra ermənilər gəldi və bütün əmlakı onların əllərindən aldılar, 6 erməni isə 16 yaşlı bir gürcü qızını zorladı”¦ Ermənilər bu qızı müdafiə edən rus qadını öldürdülər. Zorlanmış qızı harasa apardılar. Bundan sonra bu qızı orada heç kim görmədi”¦ Mən onu da bilirəm ki, ermənilər Çxetiani Gedevanı, Kvaratsxeli Şalikonu, Kvaratsxeli Kakanı və dördüncünü, Suxumidən olan 50 yaşlı bir nəfəri öldürdülər. Onları oktyabrın 7-də öldürdülər. Öldürülən dörd nəfəri Çxetiani Gedevanın evinə atdılar və yandırdılar”¦

Şahid Çubinidze Valera Fomiç:

- ”¦Oçamçir rayonunun Labra kəndindən olan ermənilər tərəfindən Pşavi kəndində 26 nəfər öldürülüb”¦”

Şahidlərin ifadələrinə nəzər saldıqda, gürcülərin ermənilərə qarşı deyil, tam əksinə Labra ermənilərinin gürcülərə qarşı xüsusi qəddarlığını görürük. Bu baxımdan, yuxarıda qeyd edildiyi kimi, sadəcə ermənilərə uydurma bəhanələr kifayət edirdi ki, onlar gürcülərə qarşı silahlansın.

(Ardı var)

Şahin QOCAYEV
Oxşar xəbərlər
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA