ADAU-ya daş atan cocuqlara...
Oxunub: 4280
13 May 2016 | 22:33
ADAU-ya daş atan cocuqlara...
Hər birimiz öncə Vətənimizi, daha sonra ailəmizi müqəddəs hesab edirik və hər zaman da qoruyuruq, lazım gəldikdə müdafiəsinə belə hazır oluruq. Yaş ötdükcə müqəddəs hesab etdiklərimizin siyahısı genişlənir, ail təhsil aldığımız ocaq, çalışdığımız müəssisə və s. müqəddəs bildiklərimizin sırasına əlavə olunur. Mənim üçün də belədir. Öncə ailəm, daha sonra isə birinci sinifdən ta indiyə qədər oxuduğum məktəblər, ali təhsil ocaqları, çalışdığım müəssisələr hər zaman müqəddəs hesab etdiklərimdir. Hətta övladlarımın təhsil aldıqları məktəblər belə mənim üçün dəyərlidir. Və onları qorumaq, müdafiə etmək, bacardığım qədər köməklik etmək boynumun borcudur. 

Bunları yazmaqda da məqsədim var. Bu gün ikinci ali təhsil aldığım Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin bir yazısını oxudum və çox pərişan oldum. Sən demə hansısa bir saytda ADAU-nun rektoru İbrahim Cəfərov haqqında xoşagəlməz ifadələrlə dolu yazı yayımlanıbmış. Və bunu qəbul edə bilməyən Qalib Rəhimli də həmin yazıya cavab verib. Qalib Rəhimlinin yazıdığını oxuduqdan sonra ilk növbədə elə onun özünü qınadım. İlk öncə ona görə qınadım ki, dəyərli vaxtını və zamanını ayırıb yerindən qalxan “cücə”lərə cavab yazıb. İkincisi, ona görə qınadım ki, ADAU-nun bizim kimi haqqı deməklə yanaşı haqsızın cavabını verməyi də bacaran tələbələri dura-dura bu işə nəyə görə o özü əl buraşdırıb. Evin qapısına daş atan uşaqların payını ev sahibi özü verməz axı, elə evin ən xırda uşaqlarına tapşırar. Üçüncüsü ona görə qınadım ki, ADAU bu və ya bu kimi yazıların cavabını neçə illərdir ki, öz işiylə, fəaliyyətiylə verir. Bu gün dünya universitetləri sırasına çıxmağa iddialı olan ADAU-nun gördüyü işlərin xoş sorağı nəinki bizim ölkədən, hətta ölkə xaricindən də gəlməkdədir. Heç görübsünüzmü ki, bar verməyən ağaca daş atan ola?! Əlbəttə ki, bar verən ağacı daşlayarlar və bu gün ADAU-nun ünvanına atılan “daşları” sizlər də anlayışla qarşılamalısınız. Çünki o daş atanların “məqsədləri” nəinki sizlərə, eləcə də hər kəsə tam aydındır. Daşı atıb gözləyirlər ki, bəlkə İbrahim Cəfərov da onların cibinə “paydan-puşdan” tullayacaq. Ancaq bu dəfə yanılıblar, ünvanlarını düz seçməyiblər, başa düşməyiblər ki, İbrahim Cəfərovun, ümumiyətlə ADAU-nun ört-basdır etməyə çalışdığı hansısa açığı yoxdur. 

Daha sonra Qalib Rəhimlinin etirazına səbəb olmuş yazını oxudum, əvvəlcə xeyli güldüm. Yaxşı bir el misalımız var: “Aşığın sözü qurtaranda nanay-nanay edər”. Bu yazının müəllifi də eyni o aşığı təkrarlamışdı. Yazmağa bir şey tapmayıb siyasi məsələləri ortalığa atmışdı, onu da yaxşı bacarmayıb üz-gözünə bulaşdırmışdı. Yazı müəllifinin “məharətinə”, atdığı böhtanlara bir xeyli güləndən sonra yenə də qınamağa başladım. Bu dəfə də şikayət edən valideyni, tələbəni (təbii ki, əgər belə biri varsa, çünki nə ad, nə də soyad qeyd olunmayıb) qınadım. Ona görə qınadım ki, əgər elə bir məsələ var idisə, hansısa müəllim rektorun adından pul istəmişdisə, nəyə görə birbaşa rektorun qəbuluna getmirdi? Axı İbrahim Cəfərovun kabineti iş günlərinin bütün saatlarında tələbələrin üzünə açıqdır. İ.Cəfərov tələbədən qaçan rektorlardan deyil, əksinə tələbəyə daha yaxın olmağı, qayğı və problemləri ilə maraqlanmağı, tələbərlə diskusiyalar, fikir mübadilələri aparmağı sevən rektordur. O tələbə şikayət etmək üçün hansısa saytı axtarana qədər, elə birbaşa rektorun yanına üz tutardı, gerçəkdən də elə bir hadisə baş vermişdisə rektoru agah edərdi. Əgər rektor müəllimin dediklərini təsdiq etsəydi, ondan sonra düşərdi əl-ayağa, üz tutardı saytlara. Bu məqamda bir məsələni nəzərinizə çatdırmağı özümə borc bilirəm. İkinci kursun sonunda imtahanları yüksək qiymətlərlə bitirdiyim üçün rektor prorektorla birlikdə məni qəbul etmişdi. İki uşağını Bakıda qoyub, bir ay Gəncədə qalıb dərslərə girən, sesiyanın sonunda 7 imtahan verib və hamısından da yüksək nəticələr qazanan tələbəsinin əlini sıxıb təbrik etmişdi. Borcu falan yox idi mənə, əksinə mənim tələbə kimi borcum idi ki, dərslərdə iştirak edim, imtahandan yüksək nəticələr əldə edim. Hansısa rektorun belə etdiyini eşitmişdinizmi, görmüşdünüzmü? Əlbəttə ki, yox, çünki mən özüm də ilk dəfəydi belə rektor görürdüm. Hələ digər məsələləri sadalamıram, yüksək nəticələr göstərən tələbələrə pul və digər mükafatlar ayırmasını, bayramları yataqxanada qalan uşaqlarla birlikdə qeyd etməsini, imkansız tələbələrə ərzaq yardımları verməsini demirəm. Edilən yaxşılıqları demək çirkinlikdir, amma bunları deməyə məcbur oldum. 

İndi də həmin şikayət edən tələbədən bir xahişim, ricam var. Mən də sənin kimi ADAU-nun tələbəsiyəm, ancaq səndən fərqli olaraq qarşıda hələ iki ilim daha var. Özüm Bakı şəhərində yaşayıram, ailəliyəm, iki övlad anasıyam. Hər sessiyada bir ay ailəmdən, uşaqlarımdan, işimdən ayrılıb Gəncəyə getməyə məcbur oluram. Hər həftənin altıncı günü dərsdən çıxıb Bakıya qayıdıram, birinci gün də ilk çıxan aftobusla yenidən Gəncəyə dərsə gedirəm. Gördüyün kimi mənim üçün ikinci ali təhsil almaq elə də asan deyil. Və mənim kimi orada yüzlərlə tələbə var, aralarında da xeyli sayda yüksək rütbəli polis məmuru, idarə rəisi, nazirlik məmuru, icra məmuru, jurnalist, biznesmen olanlar, hətta Kənd Təsərrüfatı Nazirliyinin özünün belə işçiləri var. Ancaq indiyəcən heç birimizə nə ailəli olduğumuza, nə yaşımızn çox olduğuna, nə vəzifəmizə, nə pulumuza görə güzəşt edilməyib, nə də vasitəçi saldığımız adamların tapşırığına məhəl qoyulmayıb. İndi səndən xahiş edirəm ki, həmin o pulla iş aşıran, diplom verən müəllimlə bizi də tanış edəsən. Beş yüz nədir, lap beş min də verərik, yetər ki, gedin, bir də iki ildən sonra gəlib diplomunuzu apararsınız desinlər. İnan ki, bunu bizim üçün edə bilsən ən böyük savabı qazanmış olarsan, lap sənin də xəcalətindən biz tələbələr çıxarıq.

Yenidən yazımın əvvəlində qeyd etdiyim məqama qayıdıram, ADAU mənim üçün müqəddəs ocaqdır, çünki orada qiyabi şöbə, iqtisadiyyat fakültəsinin üçüncü kurs tələbəsiyəm. Nəinki təhsil aldığım müddətdə, buranı bitirdikdən sonra da ADAU mənim ikinci evim olaraq qalacaq və nə qədər ki, varam ADAU-nu qoruyacağam, yazılan hər bir böhtanın layiqli cavabını verəcəyəm. Bu həm də ondan irəli gəlir ki, İbrahim Cəfərov əsl rektordur, Azərbaycanın təhsil naziri postuna layiq olan bir şəxsiyyətdir və bunu da feysbuk istifadəçiləri adından deyirəm. Arada feysbukda İbrahim Cəfərovu qarabaqara izləməkdən başınızı qaldırın, dostlarının kimliyini analiz etməkdən vaxt ayırın, heç ADAU-ya aidiyyatı olmayan şəxslərin onun haqqında yazdığı müsbət fikirləri də oxuyun. 

Sonda ADAU-ya şər atmağa çalışanlara çox bəsit bir söz demək istəyirəm, çünki dəyərli sözlərə ancaq dəyərli insalar layiqdir. Gedib topunuzu başqa yerdə oynadın, cocuqlar, ADAU sizinçün uşaq bağçası deyil... 

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO