"Üçgünlük uğurlu hərbi əməliyyatlar Azərbaycan üçün hava və su qədər əhəmiyyətli idi"
Müsahibə
Oxunub: 4151
01 May 2016 | 20:48

Son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

 

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimiz də bu suallar ətrafında oldu. Moderator.az deputatın Strateq.az-a müsahibəsini təqdim edir:

(əvvəli bu linkdə: “Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz riskli idi” )

 

”“ Serj Sarkisyanın bu yaxınlarda verdiyi bəyanat müharibə elanı kimi idi. Onun sözlərindən belə çıxırdı ki, erməni tərəfi heç bir güzəştə getməyəcək. Ermənilərin güzəştlərdən imtinası qarşı tərəfi, konkert halda Azərbaycanı müharibəyə, öz torpaq bütövlüyünü bərpa etməyə sürükləyir. Ermənistan prezidenti Rusiyanın ona qarşı planından xəbərdardırsa və bilirsə ki, ona məğlubiyyət daddırıb istefaya məcbur etmək ssenarisi həyata keçirilir, niyə buna həm də özü əsas yaradır?

”“ Sarkisyan şahin bəyanatlar verməyə məhkumdur. Hiss etdirsə ki, güzəştə meyllənib, onu “satqın prezident” kimi devirəcəklər. Faktiki olaraq Ermənistan prezidentinin 2 yolu var: ya öz əvvəlki mövqeyindən geri addım atmadan prinsipial, “vətənpərvər” dövlət adamı, ya da “satqın” kimi devrilmək. Görünür, o, qarşı-qarşıya qaldığı iki faciəvi sonluq arasında ən şərəfli olanı seçib. Amma bu qədər aqressiv görünməsinə baxmayaraq, onun müharibəyə gedəcəyinə inanmıram. Əgər müharibə başlayacaqsa, hər şey yenə onun iradəsindən kənarda olacaq. Müharibəyə o yox, erməni ordusundakı Rusiyaya bağlı generalitet başlayacaq. Elə bu səbəbdən də Sarkisyan bu təhlükəni aradan qaldırmaq üçün orduda kadr islahatları aparmağa çalışır. Rusiyaya bağlı qüvvələri öz postlarından uzaqlaşdırıb, yerlərinə öz adamlarını gətirir.

Bilirsiniz ki, Serj Sarkisyan vaxtilə Müdafiə və Təhlükəsizlik naziri olub. Orduda və təhlükəsizlik orqanlarında kimin hara işlədiyini gözəl bilir, bu orqanlarda öz dayaqlarını da gücləndirib.

Digər tərəfdən, kimliyindən asılı olmayaraq, erməni siyasi iradəsinin həqiqi güzəştə getməsini yalnız Azərbaycanın ortaya qoyacağı hərbi iradə müəyyənləşdirəcək. Son zamanlar bizim onlara vurduğumuz zərbə isə sarsıdıcı olsa da, ölümcül deyil. Ermənistan ölümcül zərbə almayana qədər güzəştə də getməyəcək. Necə ki, vaxtilə biz də 6 rayonumuz işğal ediləndən sonra məcbur qalıb ermənilərlə atəşkəs müqaviləsi imzaladıq. Azərbaycan həmin rayonları almayana qədər Ermənistanın geri addım atmasını gözləyə bilməz. Biz, ən azı, ərtaf rayonları öz hərbi gücümüzlə azad etməliyik ki, Dağlıq Qarabağın öz tərkibimizdə qalmasına, torpaq bütünlüyümüz çərçivəsində status almasına Ermənistan razılıq versin. Bunun üçün Azərbaycan növbəti əlverişli məqamda Ermənistana daha ciddi zərbə vurmalıdır.

”“ Dərd burasındadır ki, bizə təklif edilən sülh müqaviləsi də mübahisəyə açıqdır. İstər Madrid, istərsə də onun əsasında formalaşdırılan Kazan prinsipləri 5+2+status formulunu ehtiva edir. Yəni erməni tərəfi 5 rayonumuzu qaytarır, iki rayonumuzun taleyi müəmma olaraq qalır. Bunun əvəzində biz Dağlıq Qarabağın hansısa statusuyla razılaşırıq. Ən pisi isə qaytarılan 5 rayon sülhməramlıların nəzarətinə keçir. Böyük ehtimalla, həmin sülməramlılar da rus ordusuna mənsub hərbi birliklər olacaq. Azərbaycan üçün ərazisinin rus və ya ermənilərin əlində olmasının o qədər ciddi fərqi yoxdur. Sizcə, bu şərtlər altında torpaq azad etməyin mənası nədir? Dədə Qorqudun sözü olmasın, əkməyəcəyin torpağı almağa, qoruya bilməyəcəyin torpağı isə əkməyə dəyməz”¦

”“ Madrid prinsipləri müharibəsiz həll planını nəzərdə tutur. Yəni sizin dilə gətirdiyiniz formulda status-kvo dəyişməzsə, tərəflər üçün yol planı təklif edilir. Azərbaycan öz ərazilərini azad edəcəksə, öz hərbi gücü sayəsində torpağını geri qaytaracaqsa, beynəlxalq qüvvələr hansı əsasla bizə “torpağını qoruma, yaxud bu missiyanı bizə həvalə et” deyə bilər? Bu tələb, həm beynəlxalq hüquq normalarına zidd olar, həm də inanmıram ki, Azərbaycan ordusu, xalqı və rəhbərliyi həmin tələblə razılaşar. Əvvəla, onu deyim ki, 3 günlük müharibənin bizim üçün ən müsbət tərəfi ordumuzun qələbəni dadması oldu. Bu qısamüddətli savaş bizim düşüncəmizə hakim kəsilmiş məğlubiyyət sindromunu dağıtdı, xalqın öz gücünə inamını geri qaytardı. Etiraf edək ki, I Qarabağ müharibəsini ermənilər Azərbaycana sarsıdıcı zərbə vuraraq qazanmışdılar. Təkcə Qarabağı yox, onun ətrafındakı 7 rayonu da faktiki işğal etmişdilər və bizdə çatışmazlıq kompleksi yaratmışdılar. 3 günlük müharibədən sonra ordumuz və xalqımızın üzərindən bu kompleks götürüldü. Bundan sonra artıq ordu da, xalq da önünə gətirilən hər təkliflə, təslimçi sülh müqavilələriylə razılaşmayacaq. Mən əminəm ki, ordunun bu 3 gündə əldə etdiyi uğurlar, xalqın iradəsi Ali Baş Komandanın da danışıqlarda əlini gücləndirdi. Bundan sonra beynəlxalq qurumlar Azərbaycanın iradəsinə və potensialına zidd təkliflərlə danışıqlara gələ bilməyəcəklər. Eynilə, ermənilər də danışıqlarda bu nüansları nəzərə almalı olacaqlar.  Anlayacaqlar ki, güzəştə getməsələr, ağır itkilərlə üzləşə bilərlər. Bu baxımdan 3 günlük uğurlu hərbi əməliyyatlar Azərbaycan üçün hava və su qədər əhəmiyyətli idi. Mən bunun üçün deyirəm ki, həmin rayonları özümüz azad etsək, status-kvonu da öz xeyrimizə dəyişərik.

”“ Yəni sizin fikrinizcə, ətraf rayonları işğaldan azad etsək, ATƏT-in Minsk qrupunun həmsədrləri “geri çəkilin, bölgəyə bizim sülməramlılar nəzarət etsinlər” deməyəcəklər?

”“ Əlbəttə, yox. Qarabağ Azərbaycanın ərazisidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanı məhz bu sərhədlər çərçivəsində tanıyıb. Öz ərazisini qorumaq bütün dövlətlərin suveren hüquqlarına aiddir. Üstəlik, bunu reallaşdıra bilsək, ermənilərin bizimlə razılaşmaqdan başqa çıxış yolları qalmayacaq. Məsələn, bilirsiniz ki, Xocalı Xankəndidən 7 km aralıda yerləşir. Azərbaycan ordusu Xocalını azad edəcəksə, Xankəndindəki erməni silahlıları istənilən müharibə ehtimalında özlərinin təhlükə altında hiss edəcək, sülhü ən çox arzulayan tərəf olacaq və özünüqoruma duyğusu onları güzəştə getməyə məcbur edəcək. Belə bir vəziyyətdə sülhməramlılara ehtiyac duymadan, tərəflərin qarşılıqlı anlaşması nəticəsində problem də həll olunacaq. Eyni sözləri Şuşa və ya Laçın rayonları haqqında da demək olar. Ümumiyyətlə, II Qarabağ müharibəsi I müharibədən çox fərqlənə bilər. Bu dəfə dağıntılar və itkilər daha dəhşətli olacaq. Ən çox isə ermənilər itirəcək. Biz sadəcə bu itkilərə getmək istəmirik. 3 günlük müharibə ilə onlarda potensial itkiləri barədə əyani təsəvvür yaratmağa çalışdıq. 3 günlük müharibə bu baxımdan da böyük əhəmiyyət kəsb edirdi. Bu, II Qarabağ müharibəsinin kiçik bir məşqi idi. Ermənilər nəzərə almalıdırlar ki, həmin məşq zamanı Azərbaycan ordusu öz potensialının sadəcə 2%-dən istifadə etmişdi. Özü də 3 gün kimi kiçik bir zaman ərzində”¦

”“ Qüdrət bəy, bu yerdə belə bir sual ortaya çıxır: Azərbaycan bütün hərbi qüdrətindən istifadə edib niyə öz torpaqlarını azad etmək istəmir? Bu alicənablıq, sözsüz ki, ermənilərə duyduğumuz dərin məhəbbətdən irəli gəlmir.

”“ Təbii ki, soyuqqanlılığımız ermənilərə görə deyil. Əvvəla, Qarabağ probleminin qloballaşması bizi beynəlxalq münasibətləri nəzərə almağa vadar edir. Görünür, Azərbaycan hakimiyyəti beynəlxalq münasəbətlərin hələ də arzuladığımız səviyyədə olmadığını düşünür. İkincisi, erməni tərəfindən nə qədər güclü olsaq belə, biz də daha böyük müharibə şəraitində az itkiylə qarşılaşmayacağıq. Bilirsiniz ki, erməniləri Rusiya silahlandırıb. Onların ordusunda hazırda rusiyalı mütəxəssislər xidmət göstərir. Açıq formada olmasa da, rus hərbçiləri erməni əsgərləri adı altında bizimlə döyüşəcəklər və bəlkə də döyüşürlər. Ermənistan ordusu da bir neçə yüz kilometri vuran raketlərlər təmin olunub. Azərbaycanda da belə raketlər saysız-hesabsızdır. Tərəflər bütün hərbi potensialları ilə müharibəyə girərsə, hər iki tərəf ciddi itkilər verər. Cəbhə bölgəsinə yaxın kəndlər və şəhərlər böyük dağıntılara məruz qalar. Kommunikasiya xətləri, neft kəmərləri sıradan çıxa bilər. İnsan itkisi çox olar. Azərbaycanla bağlı beynəlxalq layihələr təhlükə altına düşər.

Bununla belə, heç bir itki torpaq bütünlüyünün fövqündə deyil. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarının azadlığı üçün bu itkiləri göz önünə almalıdır. Xalq da bu itkilərə hazırdır. Çünki torpaq bir dövlətin və onu meydana gətirən xalqın şərəf və namus məsələsidir. Şərəf və namus üçün insanlar öz canlarından və əmlaklarından keçirlər, keçməlidilər də. Amma buna baxmayaraq, problemi daha asan və az itkiylə həll etmək şansını da dəyərləndirməlidir. Rəsmi Bakı da ilk növbədə buna çalışır.

”“ Haqlısınız. Amma yəqin ki, ermənilər də məsələyə eyni aspektdən baxırlar. Buna görə də güzəştə getmək istəmirlər. Bu da istər-istəməz problemin sonsuza qədər davamına yol açır. İki dövlət arasında kompromis variantı tapmaq mümkün deyilmi?

”“ Bilirsinizmi, hər bir müharibədə iki tərəf olur: haqlı və haqsız tərəf. Müharibələr də tərəflərin bu mövqeyinə görə kimisi üçün ədalətli, kimisi üçün ədalətsiz olur. Azərbaycan üçün Qarabağ müharibəsi öz torpağını azad etmək davasıdır. Ermənilər üçün isə başqasının torpağını ələ keçirmək, işğl etmək deməkdir. Artıq Ermənistan əhalisi də ədalətsiz bir müharibə apardıqlarının fərqindədir. 1988-ci illərin abu-havası indi ermənilərdə yoxdur. O zaman asan qələbə qazandıqlarını və bizim də bu vəziyyətlə razılaşdığımızı düşünürdülər. İndisə üzərindən 25 il keçdikdən sonra Azərbaycanın hələ də öz əraziləri uğrunda əzmli mübarizəsini görür və istər-istəməz öz mövqelərini dəyişirlər. Bu gün ermənilər arasında çox aydın bir üslubla Qarabağın Azərbaycana məxsus olduğunu bildirən səslər yüksək tribunalardan eşidilir. Erməni ziyalıları başa düşürlər ki, Azərbaycan xalqı heç vaxt bu haqlı mübarizəsindən güzəştə getməyəcək. Halbuki, bu zamana qədər fərqli düşüncələrə sahib idilər və bu inanışlarının tarixi əsası da var idi. Hesab edirdilər, bir halda ki, hazırda dünya dövlətləri tərəfindən Ermənistan ərazisi kimi tanınan yerlər də vaxtilə Azərbaycana aid olub və biz dədə-baba yurdumuzun ermənilərə verilməsinə “yox” deməmişik, yenə eyni hadisələr təkrarlana bilər. Rus əsarəti zamanı ermənilər bizdən alınıb onlara verilən torpaqlar hesabına 9 min kvadrat km-lik ərazilərini 27 min kvadrat km-ə gətirib çıxartmışdılar. İndi bunu bir az da artırmaq istəyirlər. Amma o dövrlə indiki dövr arasında ciddi fərq var. Bu zamana qədər əsarətdə olduğumuzdan bizim öz ərazilərimizi qorumağa qüdrətimiz çatmırdı. Bunu qorumağa nə dövlətimiz, nə də ordumuz vardı. İndi isə tarixi şərait bizim bir dövlət kimi ortaya çıxmağımıza imkan verib. Və Azərbaycan bu imkanlardan istifadə edərək, nəyin bahasına olursa olsun, ermənilərin bizim torpaqlarımız hesabımıza ərazilərini genişləndirməsiylə razılaşmayacaq. Bu həqiqəti ermənilər də anladıqlarından 1988-90-çı illərdəki illuziyaları dağılır,  başqasına aid torpaqlar uğrunda döyüşmək və ölmək istəmirlər.  

”“ Qüdrət bəy, situasiya bu qədər bizim xeyrimizə ikən, o zaman niyə 3 günlük müharibəni qələbəyə qədər davam etdirmədik?

(ardı var)

Heydər Oğuz

Oxşar xəbərlər
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:15, Bu gün
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 09:49
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 09:49
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO