Canlı şəhidlikdən şəhidliyə: Haqqa yürüşün mübarək, Əbdül bəy!
Oxunub: 2851
29 Apr 2016 | 10:12
Canlı şəhidlikdən şəhidliyə: Haqqa yürüşün mübarək, Əbdül bəy!

“Canlı şəhid”. İlk baxışdan, iki bir-birinə zidd məfhumdan əmələ gələn bu söz birləşməsini zaman-zaman bir çox qəhrəmanlar haqqında deyirik. Girdiyi ağır döyüşlərdən sağ-salamat qurtulan, aldığı yaralardan ölməyən, ölümsüzlüyü ilə düşmənə göz dağı, millətə qürur mənbəyi olan hər kəsə bu ünvan yaraşır. Bu şərəfli ünvan yaxından tanıdığım Əbdül Məmmədovun da tam boyuna biçilmişdi.

1991-ci ildə Naxçıvanın Mil təpəsinin geri alınmasında misilsiz qəhrəmanlıq göstərərkən ölümcül yara alan canlı şəhid həyatı boyunca dəfələrlə kliniki ölüm keçirmiş, hər kəsin ümidini kəsdiyi bir zamanda isə yenidən həyata qayıtmışdı. Hər bir igid ömründə yalnız bir dəfə şəhid olmaq şərəfinə nail ola bilirsə, Əbdül Məmmədov bu ölümsüzlük şərbətinin son 25 ildə dəfələrlə dadmışdı.

Ölümsüzlüyü ilə ölüm mələyinə belə meydan oxumağı bacaran bu insanın həyat möcüzəsinin səbəbləri, şəxsən mənim üçün indi-indi gün işığına çıxır. İlahi ona hər kəsin çəkə bilməyəcəyi müqəddəs bir missiya yükləmişdi: Əbdül Məmmədov bu millətin çiyinlərində axirət evinə yalnız şəhid kimi yox, həm də şəhid atası kimi getməliymiş. Canından çox sevdiyi Vətən uğrunda həyatının ən dəyərli parçasını belə qurban vermədən getməsi onun vətənpərvərliyinə kölgə sala bilərdi. Ədbül Məmmədov üzərindəki bu kölgə ilə cisminin qovuşacağı torpağa, ruhunun yüksələcəyi ilahi dərgaha ən uca yaraşığı gətirməyə bilərdi. Odur ki, bütün kölgələrdən sıyrıldıqdan sonra Haqqa ən son yürüşünə çıxdı.

Həyatın ən ağır sınağı övladla imtahandır. Uca Yaradan həyat məktəbində hər kişinin bu imtahana dözə bilməyəcəyini nəzərə alıb, yalnız seçilmişlərini onunla sınağa çəkir. Bir çox peyğəmbərlərin övlad imtahanına məhkum edilməsinin sirri də məhz bu çətinliklə əlaqədardır. İbrahim peyğəmbərin oğlu həzrət İsmayılı öz əlləriylə kəsmək istəməsi, Məhəmməd peyğəmbərə hədiyyə edilmiş bütün oğullarının körpəykən dünyasını dəyişməsi, Yaqubun Yüsif həsrəti bu seçkin şəxsiyyətlərin müqəddəslik zinnətinin daş-qaşlarıdır.Hətta bir çox peyğımbərlər belə bu ağır imtahanda çətinliklə ayaqda dura bilmişdilər. Yaqub peyğəmbərin oğul həsrətilə ağlamaqdan gözünün tutulması övladla imtahanın nə qədər ağır olduğuna dəlalət edir.

Əbdül Məmmədov da bu imtahandan üzüağ çıxmağı bacardı. Rasimin şəhadətilə əlaqədar ona başsağlığı vermək üçün etdiyim zəngdə danışmağa mən söz tapa bilməmişdim. Axı hansı söz şəhid atasının sızıldayan yarasına məlhəm ola bilərdi? Söz tapmaqda çətinlik çəkdiyimi görüb o, mənə təskinlik verməyə başlamış, igidlik qürurundan və səbrliliyindən bir addım belə geri çəkilmədən“Vətən sağ olsun, dayoğlu! Rasim layiq olduğu ucalığa yüksəldi. Allah hər sevdiyi bəndəsinə, bu ünvana layiqəmsə, mənə də həmçinin belə xoşbəxtliyi nəsib etsin!” demişdi.

Fədakar bibim oğlunun əsrarəngiz təmkini qarşısında dilim tutulmuş, gözlərim yaşarmışdı. Özümü zorla toparlayıb “Sən də yaşayan şəhidsən, bibioğlu! Allah qarşısında sənin mərtəbən daha yüksəkdir!” deyə bilmişdim.

Telefonumu söndürdükdən sonra onu oğlundan üstün tutmağımın canlı şəhidin ruhuna toxunacağını fikirləşmiş, dediyim sözə peşman olmuşdum. Axı hər bir ata oğlunun özündən bir addım öndə olmasını istəyər. Şəhadət mərtəbəsini ən uca yüksəklik olaraq görən Əbdül bəy də, yəqin ki, belə düşünürdü. Bəlkə də oğlunu özündən əvvəl yola salması da bununla bağlı idi.

Nöqsanlı fikir ifadə etməyimin xəcaləti içərisində yeganə təsəllim mənim həqiqətən də, elə düşünməyim idi. Hər halda Əbdül bəy öz şəhid ovladının çiynində son mənzilə getməmişdi. Deməli, şəhidlik ünvanında onunla eyni mərtəbədə idisə, şəhid atası statusunda bir addım öndə idi. Dünən isə “yaşayan şəhidlik” ünvanından şəhidlik mərtəbəsinə yüksəlməyin son addımını da atdı.

Yüksəldiyi mərtəbə nə qədər ali, müqəddəs məkan olsa belə, Ədbül bəyi itirmək mənim üçün çox sarsıdıcı oldu. O, təkcə mənim bibim oğlu deyildi. Yaşayan şəhidliyi, şəhid atalığı və nəhayət, şəhidliyi ilə də təkcə mənim doğmam sayılmır. Əbdül bəy bu xüsusiyyətləri ilə bütün millətimizin şərəf qalası kimi hər birimiz üçün əzizdir. O əzizlikdən mənə də hər bir vətən oğlu qədər pay düşür. Amma onu mənə bir köynək daha yaxın edən başqa bir özəlliyi vardı. Bu da atam öləndən sonra məni öz qoltuğu altına alan yeganə qohumum olmasıydı.

Ailəmizin həmin ağır günlərində Əbdül bəy hər kəsdən daha çox önə çıxıb bizim üçün əlindən gələni əsirgəməmişdi. Məni sex müdiri olduğu "DSK"-da işə götürüb qaynaqçılığı öyrətmiş, hələ şəyirdkən belə, o dövrün ən yaxşı maaşını yazmış, əlimi çörəyə çatdırmışdı. Ã–zü sadə əmək adamı olmasına və 1990-cı ilin ağır iqtisadi durumuna baxmayaraq, son çörəyini mənimlə bölüşmüşdü. Bəli, bu qədər alicənab idi Əbdül bəy!

"DSK"-da işlədiyimiz zaman zəhmətsevərliyiylə yanaşı, vətənin müdafiəsində də yaxından iştirak edir, əlinə silah alıb yurdumuzun qorunmasında əvəzsiz xidmətlər göstərirdi. O, bütün həyatını işə və döyüşə həsr etmişdi. Qardaşları Sərdar Cəlaloğlu və Qurban Məmmədov siyasət meydanlarında rus imperializminə qarşı amansız mübarizədə, Əbdül bəy isə vətənin keşiyində idi. Cəsarətində, mübarizliyində, vətənsevərliyində onlardan qətiyyən geri qalmır, hətta daha böyük şücaət göstərirdi. Apardığı mübarizədə isə qətiyyən siyasi və ya maddi təmənna güdmürdü. Yeganə istəyi milli-azadlıq hərəkatını mümkün olduğu qədər az itkiylə tamamlamaq, imperializimin əlində  Azərbaycana qarşı silaha çevrilən erməni işğalçılarının önünü kəsmək idi.

Qəlbindəki bu istək də onu döyüşlərdən döyüşlərə səsləyir, qəhrəman kimi mübarizə aparmağa sövq edirdi. Elə bu vətənpərvərliyi də Əbdül bəyin yeni yaradılmış Dövlət Müdafiə komitəsində gətirmişdi. Sonradan üzərində Milli ordumuzun inşa edildiyi bu komitənin xüsusi əlahiddə batalyonuna rəhbərlik edən Əbdül bəy öz əsgərləriylə həmişə ön cəbhələrdə döyüşürdü.Ən ağır döyüşlərdə həyatını sipər etməkdən çəkinmirdi. Hazırda belə Naxçıvanın qorunmasının ən strateji zirvələrindən sayılan Milin alınması Ədbül bəyin adıyla bağlıdır. Qismətə bax ki, bu strateji yüksəkliyin əldə olunmasında ən ağır bədəli də elə özü ödədi. Bel sütununu zədələyən güllə mərmisi onun ağ ciyərini də yaralamışdı. Həkimlər “artıq bu yaradan yaşamaz” desələr də, bu qəhrəman oğulun ermənilərlə mübarizəsi 25 ildən bəri sürən əcəllə savaşa çevrildi. Bibim oğlu əcəllə savaşın da qazisi olmağı bacardı.

Əbdül bəyin mənəvi məziyyətləri təkcə vətənpərvər və alicənab insan olmaqla məhdudlaşmır. Oğlu Rasimin həyat yolu və şəhadəti onun həm də öz müqəddəs missiyasını övladlarına ötürməyi bacaran yaxşı bir valideyn olduğunu da təsdiqləyir. Təsadüfi deyil ki, atası Naxçıvanın ən strateji yüksəkliyinin alınmasına adını yazdırdığı kimi, Rasim də 4-günlük müharibə zamanı əldə etdiyimiz Lələtəpənın ermənilərdən təmizlənməsi əməliyyatının qəhrəmanıdır. Hələ ki, 4 günlük müharibənin yeganə qəniməti kimi anılan bu təpənin işğaldan azad olunmasında o da atası kimi batalyon komandiri olaraq yer almışdı. O da öz müqəddəs qanıyla strateji əhəmiyyətli bir təpəni sulayaraq, vətənə yenidən geri qaytarmağa nail olmuşdu.

Bəlkə də Əbdül Məmmədov öz oğlunun ata yoluna nə qədər sadiq qalacağını gözü doya-doya görmək istədiyi üçün 25 il son mənzilə yürüşünü təxirə salmaq istəmişdi. Allah müqəddəs missiya daşıyan bu adamın əzminə və pak niyyətinə görə həmin ömrü ona əta etmişdi. Ailəsindən aldığım məlumat da oğlunun ata yoluna nə qədər sadiq qaldığına əmin olmaq üçün Əbdül bəyin indiyə qədər gözlədiyini təsdiqləyir. Məlumata görə, Rasimin səhadətindən sonra Əbdül bəy özünün yaşamasına kömək olacaq bütün əlavə dəstəklərdən imtina edibmiş: Yaxşı qidalanmır, son zamanlar böyrək çatışmazlığı səbəbindən qoşulduğu dializlər aparatından qaçırmış. Görünür, yaşayan şəhidimiz öz müqəddəs missiyasını tamamladığını düşünürmüş. Bu mənada Əbdül bəyin əcələ təslim olduğunu düşünmək də yanlışdır. Təslimiyyəti sevməyən bu adam əslində son anında belə əcələ qalib gələrək, onun üzərinə getmiş, öz xoşuyla Haqqa yürüşə çıxmışdı.

Əbdül bəyin bu qəhrəmanlıqlarla dolu həyatı barədə düşünəndə adamın ağlından bu fikirlər keçir: Allah öz seçilmiş bəndəsinə səbəbsiz yerə 25 illik əlavə həyat əta etməyibmiş. Torpağı, milli namus və şərəfi tapdaq altında qalan bir millətə ibrət dərsi olsun deyə, Yaradan onu bu dünyada tuturmuş. Öz missiyasını tamamladıqdan sonra qəhrəmana Haqqın qucaq açması bu mənada təsüdüfi deyildi.

Ölümsüzlüyə yüksələn şəhidim, Haqqa yürüşün mübarək!


Oxşar xəbərlər
23:23, Bu gün
“Real Madrid” İspaniya çempionu olub
23:05, Bu gün
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:01, Bu gün
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO