Mərmi atəşi altında yaşayan sakinlər: “Hər birimiz türk əsgəriyik və ancaq irəli getməliyik” - FOTO + VİDEO
Oxunub: 1925
28 Apr 2016 | 20:24
Mərmi atəşi altında yaşayan sakinlər: “Hər birimiz türk əsgəriyik və ancaq irəli getməliyik” -  FOTO + VİDEO
Son üç gündür ki, Ermənistan ordusu tərəfindən atəşə tutulan Tərtər rayonuna ezam olunmuş reportyorlarımız yazır: "Düşmən əsasən dinc sakinləri hədəfə alır"
Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub. Düşmən, atəşkəsi kobud şəkildə  pozmaqla yanaşı, adi savaş qaydalarına da əməl etməyərək, əsasən yaşayış məntəqələrini, sakinlərə məxsus obyektləri hədəfə alır. Qeyd etdiyimiz tarixdə düşmənin atəşi nəticəsində Tərtər rayonunda ümumilikdə  58 yaşayış məntəqəsi, 2 orta məktəb, 1 ərzaq dükanına ciddi zərər dəyib.  

Düşmənin atəşi nəticəsində yaşadıqları evləri qəzalı vəziyyətə düşmüş rayon və kənd sakinlərinin bəzilərinin evində olduq. Sakinlər düşmənin təxribatlarına baxmayaraq, bir qarış da olsun torpaqlarından vaz keçməyəcəklərini, yalnız irəli getməyi düşündüklərini söylədilər.

Rayon sakini Elman Alməmmədov: "Biz ordumuza və onun gücünə inanırıq. Keçmiş döyüşçüyəm və indi də cəbhəyə gedib, vətənimizi düşmən tapdağından azad etməyə hazıram. Təkcə mən yox, bütün Tərtər rayonunun kişiləri bu fikirdədir. Biz artıq irəliyə getməkdən başqa heç nə düşünmürük. Düşmən anlasın ki,  hər birimiz türk əsgəriyik və ancaq irəli getməyi düşünürük ".

Tərtər rayonunda  düşmən atəşindən ən çox zərər görmüş kənd Hacıqərvənddir. Kənddə bir gecədə 14 ev, 1 mağaza düşmən hədəfinə tuş gəlib. Lakin orada da olduğumuz zaman, sakinlərin yalnız düşməndən qisas almağı düşündüklərini öyrəndik.  Düşmən yuxarıda da qeyd etdiyimiz kimi artilleriya silahlarından atəş açıb və bu atəş nəticəsində sakinlərin təkcə evləri deyil, təsərrüfatlarına da ciddi ziyan dəyib.

Kənd sakini Asif Əliyev Hüseyn oğlunun bankdan kredit götürərək aldığı 3 inəyindən biri ölüb, digər ikisini isə qəlpə ölümcül hala salıb:

"Düşmənin artilleriya atəşi nəticəsində təkcə mal-qaram deyil, əkin sahəm, yaşadığım ev yararsız vəziyyətə düşüb. Gecə saat 3 radələrində məni küçəyə çağırdılar. Elə həmin vaxt da mərmi düşdü. Əgər küçəyə çıxmasaydım, mən də həyatımı itirərdim".

Evi qəzalı vəziyyətə düşən kəndin digər sakini  Əziz Alişanovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri operativ şəkildə işləyərək, onlara dəymiş zərərin miqdarını hesablayıb, eyni zamanda atəş nəticəsində zərər dəymiş kommunal xətləri bərpa ediblər.

Yuxarıda da  qeyd etdiyimiz kimi düşmən rayonun iki orta məktəbinin binasını da hədəfə alıb. Ərazisinə mərmi düşün 6 saylı orta məktəbin direktoru Azad Abbasov söylədi ki, düşmənin atəşi nəticəsində məktəbə çox ciddi ziyan dəyib: "2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib". 

Tərtərdə mövcud vəziyyətlə əlaqədar rayon icra hakimiyyətində də olub, icra başçısı Müstəqim Məmmədovun da fikirlərini aldıq. M. Məmmədov musavat.com-a bildirdi ki, bir çox saytlar yalan məlumat yayaraq, guya sakinlərin yaşayış yerlərini tərk etdiklərini yazırlar:

"Lakin sizi əmin edirəm ki, bu belə deyil. Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas  xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, “Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur.  Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur”. 

İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: “Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər”.

Tərtər rayonuna bu gün Müdafiə Nazirliyinin əməkdaşları da gəlmişdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı musavat.com-a deyib ki, ermənilərin bir qayda olaraq, yaşayış məntəqələrimizi vurması dinc əhaliyə təhlükə yaradır: "Hərbiçi, mülki vətəndaşlarla deyil, hərbiçi ilə müharibə aparmalıdır. Ermənilər isə bilincli və məqsədli şəkildə Ağdamın, Tərtərin dinc sakinlərinin yaşadıqları ərazilərə, məktəblərə atırlar. Bunun adı erməni barbalığıdır. Bizim atdığımız hər bir mərmi yüksək dəqiqliyə malik silahlardan atılır.  Ermənilər haradan atəş açırlarsa, bizim hərbi qulluqçularımız da o istiqamətə cavab atəşi açırlar. Ermənilər isə bir başa yaşayış məntəqələrini hədəfə alırlar".

Belə olan təqdirdə, onları qorumaq məqsədi ilə  yerli sakinlərin köçürülməsi zərurəti yaranırmı?  Müdafiə Nazirliyinin sözçüsü musavat.com-un sualına bu cavabı verib: 

"Ağdam və Tərtər əhalisində bir halın şahidi oldum ki, insanlar ancaq irəli getmək haqqında, düşməni məhv etmək barədə düşünürlər. Aprelin əvvəllərində bizim əhalinin, xüsusilə gənclərin nə qədər silahlı qüvvələrimizə kömək etməyə hazır olduqlarını gördük. Biz onların qarşısını alırdıq ki, ehtiyac yoxdur. Yəni Ali Baş komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqət və qayğını hər kəs görür. Biz ordumuza yardım etmək istəyən əhalimizə də öz minnətdarlığımızı bildiririk. İnsanlarımız ön xətdə olan hərbi qulluqçularımızla hər şeylərini paylaşmağa, o cümlədən qan bankına qan verməyə belə hazırdırlar. Bütün bunların hamısı bizə mənəvi dəstəkdir. Mənəvi dəstək isə bizim üçün ən əsas haldır. 18-20 yaşındakı əsgərlərimizin sadəcə olaraq gözlərini görmək lazımdır,  o gözlərdən ancaq düşməni bu torpaqlardan qovmaq istəyi oxunur. Düşmənin nə  söyləməsindən asılı olmayaraq, işğaldan azad olunan bütün məntəqələr, düşmənin hər bir hərəkəti  tərəfimizdən nəzarətdə saxlanılır. Lazım olan məqamda da gələn zərblərə cavab zərbəsi endiririk".



































Oxşar xəbərlər
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
GÜNLÜK
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış