"Məndən olsa "Azərbaycan saatı"nı "Əli Kərimlinin saatı" adlandırmaq lazımdır"
Müsahibə
Oxunub: 7149
20 Apr 2016 | 02:09
Moderator.az - ın “Qürbətdəki məşhurlar” layihəsinin bu dəfəki qonağı hazırda İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli oldu.

- Elbəyi bəy, istədik ki, “Qürbətdəki məşhurlar” layihəmizin bu dəfəki qonağı siz olasınız. Sizi qürbətdəki qərib adlandırmağımızdan rahatsız olmazsınız ki? 

- Elədir, biz qariban adamlarıq. Nə yazıq ki, Azərbaycanda mənim kimi İsveçrədə qərib olmaq istəyən o qədər adam var ki. Çoxlarına bu əlçatmaz xəyal kimi gəlir. Bəyənmədiyimiz gavurlar əl-ələ verib bütün dünyanın qibtə etdiyi möhtəşəm dövlət qurublar.

- İsveçrə həm də çoxlarının yuxusunu ərşə çəkən ölkədir. İsveçrənin gözəlliklərindən feyziyab olmaq arzusuyla yaşayan o qədər insan var ki. Oranın hansı gözəllikləri və özəllikləri sizi valeh edib? 

- İsveçrənin özəlliyi və gözəlliyi çoxdur. Deməklə qurtarmaz. Ölkənin hər yerində yaşam standartları eynidir. Paytaxtla əyalətin heç bir fərqi yoxdur. Əksinə, bəzən əyalət daha cazibədar görünür. Düşünün ki, varlı şəhərlər paytaxta maddi yardım göstərirlər. Çünki İsveçrədə varlılar nisbətən kasıblara kömək etməyə borcludur.
Özəlliyi odur ki, ölkəni 7 adam idarə edir və rotasiyaya uyğun olaraq hər il ölkə prezidenti dəyişir. Yəni həmin 7 nəfər növbə ilə bir il ərzində prezident olur. İsveçrədə prezident icra başçısını təyin etmir. Xalq bələdiyyələri özü seçir. Bələdiyyələrin səlahiyyəti çoxdur. Ölkəni bələdiyyələr idarə edir. Burada rüşvətdən və korrupsiyadan danışmağa belə dəyməz.

- Gavurların qurduğu İsveçrənin gözəlliklərindən yetərincə feyziyab ola bilmisinizmi? 

- Bəli, İsveçrə cənnətdir və mən də cənnət əhliyəm. Amma xoşbəxt deyiləm. Çünki millətim cəhənnəmdə can verir. Vəziyyətin dəyişəcəyinə isə ümid yoxdur. Biz yazıq millətik. Çağdaş dünyanın tələblərinə cavab verə bilmirik. Ona görə də bütün sahələrdə geridə qalmışıq. Pafosla vətən sevgisindən danışırıq. Amma hər addımda vətənə xəyanət edirik. Xalqımızın maraqlarını ayaqlar altına atırıq. Mədəni dünyadan geridə qalmışıq.

- Əvvəlki cavabınızda icraedici orqanları müqayisə etdiniz. Bəs mediamız necə fərqlənir? Azərbaycan mediası İsveçrə, ümumiyyətlə Avropa mediasının kandarında olsa belə durmağa layiqdirmi? Yoxsa ki, ancaq qapının gözlüyündən boylanası səviyyədədir? 

- Azərbaycanda Qərb standartlarına uyğun nəsə tapmaq çətindir. Mediadan isə danışmağa belə dəyməz. Düşünün ki, 8 milyon əhalisi olan ölkədə 1 milyon tirajla qəzet çıxır və pulsuz paylanır. Mən 16 min əhalisi olan bələdiyyədə yaşayıram. Yerli bələdiyyənin qəzetində Mercedes, Toyota kimi nəhənglərin reklamı gedir. Bizdə isə medianın 95 faizi iqtidarın nəzarətindədir.Onların işi-gücü iqtidarı tərifləyib müxalifəti söyməkdir. Müxalifətin nəzarətində olan mediada isə bunun tam əksidir. Onlar da iqtidarı söyüb müxalifəti tərifləyirlər. Məsələn, "Azadlıq" və ya "Azərbaycan saatı" TV İlham Əliyevi vətən xaini elan edib. Əvəzində bütün dərdlərin dərmanı kimi Əli Kərimlini xalqa sırıyırlar. Məndən olsa "Azərbaycan saatı"nı "Əli Kərimlinin saatı" adlandırmaq lazımdır. Azərbaycam mediası bütövlükdə it günündədir. 

- “Yeni Musavat”la bağlı nə düşünürsünüz? Bir zamanlar işlədiyiniz qəzet də onların sırasındadır? 

- İstisna tapmaq çətindir. Vəziyyətin belə olmasının səbəbi media qurluşlarında deyil. Hökumətin yeritdiyi siyasətlə bağlıdır. İqtidarın mediaya yersiz müdaxiləsi jurnalistikanın inkişafına imkan vermir. Xədicə İsmayılın həbsi isə ümumiyyətlə, biabırçılıqdır. Bizim millətə yaraşmayan bir hərəkətdir. Düzdür, Xədicə xanım özünü Azərbaycanda ABŞ-ın səfiri kimi aparırdı. Amma istənilən halda onu həbs etmək olmaz. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus olmamalıdır. İqtidarı bütün siyasi məhbusları azad etməyə çağırıram”¦Başqa bir misal. Qulu Məhərrəmli Azərbaycan jurnalistikasının simvollarından biridir. AZTV-nin sədri Arif Alışanov onu məhkəməyə verib. Onun həbsinə nail olmaq istəyir. Şübhəsiz ki, hökumətin razılığı olmadan cənab Alışanov belə bir addım ata bilməzdi. Çox ayıb bir şey. Azərbaycan jurnalistikasında mənəvi aşınma son həddədir.

- Heç bir cəbhəyə əyilmədən haqqı yazdığını düşündüyünüz, maraqla oxuduğunuz yeni imzalar varmı? 

- İstedadlı gənclərimiz çoxdur. Mən onların uğurlarına sevinirəm. Onu da deməliyəm ki, cavanların irəli getməsinə imkan vermirlər. İstər siyasətdə, istər jurnalistikada. Ancaq heç bir cəbhəyə əyilmədən yazı yazmaq çətindir. Mən müsavatçıyam. Amma Müsavat Partiyasının indiki və keçmiş başqanlarını həvəslə tənqid edirəm. AXCP sədri Əli Kərimlini də büt saymıram. İlham Əliyevi də həmçinin. Çoxları mənə deyir ki, sən niyə hamını tənqid edirsən. Axırda tək qalacaqsan. Ancaq mən əminəm ki, xalqın yanında olan jurnalistin  hər kəsi tənqid etmək haqqı var. Yetər ki, jurnalist sözə xəyanət etməsin. Yəni maddi marağa görə kiməsə şər-böhtan atmasın. "Azadlıq" qəzetində bir yazarın həddi yoxdur desin ki, məsələn, Əli Kərimli sağ qulağını sol əli ilə qaşıdı, yaxşı olardı ki, sağ qulağını elə sağ əli ilə qaşısın. Hətta belə xırda iradları belə dilə gətirə bilmirlər. Amma danışanda ağızlarına çullu dovşan sığışmır. Yeri gəlmişkən, Əli Kərimlini tənqid etsəm də onun evinin qarşısında iqtidar tərəfindən təşkil olunmuş süni etiraz aksiyalarını da qınayıram. Bunu biabırçılıq sayıram”¦

- Partiya başqanlarından söz açdınız deyə bir məsələni də soruşmaq istəyirəm. Arif Hacılını niyə sevmirsiniz? Kiminsə yerini tutduğunu düşünürsünüz, yoxsa partiya sədri olacaq qədər böyük hesab etmirsiniz? 

- Arif Hacılının problemi ondadır ki, o, siyasi lider kimi özünü doğrultmadı. Ona görə mən onun istefasın tələb edirəm. Müsavat Partiyasın Azərbaycanı xilas edə biləcək sonuncu şans sayırdım. Arif bəy bu imkanı alt-üst etdi. Şəxsi müstəvidə mənim onunla heç bir problemim yoxdur. Amma mən hesab edirəm ki, İsa Qəmbərin xeyir-duası ilə o, Müsavat Partiyasını diri-diri qəbiristanlığa göndərdi.

- Demək ki, İsa Qəmbərlə də münasibətləriniz yaxşı deyil. Onun da səhvlərinin olduğunu düşünürsünüz? 

- İsa Qəmbəri çox istəyirəm. Amma Müsavat Patiyasını ondan da çox istəyirəm. Məncə, İsa Qəmbər bütün yanlışlarına baxmayaraq Azərbaycanda ən üstün intellektə malik siyasətçidir. Mən indi də hesab edirəm ki, o, Azərbaycanı ən kritik məqamda xilas etmək gücündə olan siyasətçidir. Amma Müsavat Patiyasını belə rəzil günə qoyduğuna görə mən onu heç vaxt bağışlamayacam. Heç bir halda heç kim Azərbaycana istiqlal gətirmiş partiya ilə belə davranmamalı idi.

- Bir sual həcmində olsa da ön cəbhədə baş verən son hadisələrlə bağlı fikirlərinizi öyrənmək istərdim. Son döyüşləri necə dəyərləndirirsiniz, sizcə ordumuz erməniyə gücümüzü göstərə bildimi? 

- Hesab edirəm ki, Azərbaycan Ordusu həmin günlərdə Dağlıq Qarabağın taleyin birdəfəlik Azərbaycanın xeyrinə dəyişdi. Hər bir əsgərimizin, hər bir zabitimizin qarşısında ehtiramla baş əyirəm. Müxalifətdə olan bəzi dostlarımız  deyirlər ki, 2-3 qotur təpəyə görə yüz nəfərdən çox hərbçimiz şəhid oldu. Düşünürəm ki, bu, qərəzli münasibətdir. Bir şeyi də deyim. Qarabağ problemini yalnız İlham Əliyev həll edə bilər. Niyə bunu deyirəm. Çünki müxalifətçi dostlarım, xüsusən cəbhəçilər özlərin öldürürlər ki, İlham Əliyev Putinin əmri ilə Qarabağda hücumu dayandırdı. Düzdür, hücumun dayandırılması mənim də ürəyimcə olmadı. Ancaq mən bunu anlayışıla qarşıladım. Cəbhəçi dostlarımız isə özlərin elə aparırlar ki, guya Əli Kərimli prezident olsaydı Putinin ricasını (əslində tələbini) rədd edəcəkdi. Və orduya əmr verəcəkdi ki, gedib İrəvana Azərbaycan bayrağı sancın. Çox primitiv düşüncədir. 

- Demək ki, Qarabağ düyününü çözəcək yeganə siyasətçi İlham Əliyevdir? 

- İlham Əliyev beynəlxalq səviyyədə ligitim prezident kimi qəbul olunur. Allah eləməmiş, ona bir şey olsa Azərbaycan xaosa qərq olacaq. Yeni prezident seçmək isə sizə asan gəlməsin. Müsavat kimi demokratik təşkilatda seçkinin nəticəsi qəbul olunmadı. Düşünün ki, həmin seçkiyə ABŞ, Rusiya, Türkiyə, İran... müdaxilə edəcək. Radikal dinçilər və separatçılar aranı qarşıdıracaq. Azərbaycanı Suriya və Livandan pis günə qoyarlar. Belə həlledici məqamda prezidenti dəyişmək haqqında düşünmək belə Azərbaycana xəyanət deməkdir. Bir də müxalifətin heç belə bir gücü də yoxdur. Bir-birinə dodaq büzən müxalifət liderləri bunu heç vaxt bacarmaz. 

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb