Şuşanın işğal günü
Oxunub: 3229
24 Feb 2016 | 11:50
Şuşanın işğal günü
Moderator.az İman Usuboğlunun yeni hekayəsini təqdim edir.

Məndən sağda  Səməd həkimdi. Həkimin sağında əyləşən polis rəisi   Mamed müəllimdi,Mamed rəisin  sağında toylarımızın kralı, müğənnimiz...manısımız, Teyyub müəllimdi.Manısın sağında   aşpaz İsabaladı ,aşpazın sağında artistimiz, teatrmızın sağ əli, həm də sol əli  Ağgül Abbasdıi və sonra məni də hamınız yaxşı tanıyırsınız- deyib, “FF” Səhmdar Cəmiyyətinin müdiri Zakir müəllim iclas zalında hamıdan yuxarıda, yanında əyləşənləri zaldakılarla guya tanış eləyib, sözü   polis rəisi Mamed müəllimə ötürdü.Uzun illər idi belə idi.

Bu gün may ayının səkkizi,Şuşanın ermənilər tərəfindən işğalının nıvbəti il dönümü idi.   Adamları iclas zalına zorla yığmışdılar. Zakir müəllimin tapşırığına əsasən, işdən sonra adamlar qaçıb getməsin deyə, mühafizəçilərə qapıları günortadan bağlatmışdılar.Əvvəllər belə içlaslara adamlar özləri gəlirdilər.Söz alıb danışır, nə isə bir iş görmək lazım olduğunu bildirirdilər.Sonralar illər keçdikcə burda danışılan sözlərin sadəcə söz olduğunu görüb, daha iclaslara xoşla gəlməkdən əl çəkmiş kimi idilər.

Polis Mamed ”“ erməniləri asıb kəsdi,Şuşa azad olunsun,dığaların payını verəcəyi ilə hədələdi, sonra sözü artistə verdi.Artist Ağgül Abbas Cıdır düzündə Hamleti oynayacağını dedi və sonra söz o birisi adamlara çatdı.Aşpaz Cıdır düzündə plov bişirəcəyini,müğənni   konsert verəcəyini söylədi.Sonra sözü söz  qədri  bilməyənlərə verib, vaxt öldürməklə məşğul ikən,yəni iclasın kəmşirin yerində   zalın  qapısı açıldı.Mühafizlərdən biri əlində stul daxil olub lap qabağa addımladı.Stulu ön  sıranın qabağına qoyub çəkildi.Elə bu an  Zakir müəllimin katibəsi zala daxil oldu, asta addımlarla min bir əda və   naz ilə ətrafda heç kimə baxmadan   irəliləməyə başladı. Qız mini geyinmişdi.Heç mini də demək olmazdı. Mininin minisini geyinmişdi.          

                                                                         ***
                                                  
 İclasda Zakir müdirin qadını Nelli xanım və İsiq dedikləri oğlu İsa da  iştirak edirdilər.İsiq içən, çəkən və vuran olduğu üçün içib, çəkib, iynələnib, gəlib anasının yanında oturmuşdu,xumarda idi,mürgü vururdu.Aradabir gözlərini açıb baxır heç nə görməyib yenə yumur, yenə xumara keçirdi.Sözlər,adamların danışığı ona o dünyadan, uzaq bir yerdən   anlaşılmaz səslər kimi gəlirdi..Katibənin tıq-tıq yerişinə oyanıb ,gəzəl ayaqlarına baxıb,anasına ...məmə...ay məmə,  atanın quşu..,.hihi... hihi ,atanın quşu- deyə -guya pıçıldayırdı.  . Anası  oğluna sus...sus desə də, İsiq susmaq istəmirdi. İsiqin “pıçıltısını” zalda hamı eşidirdi.”Eşitməyən” bircə atası müdir Zakir idi.
Bu yerdə Zakir müəllim yenə sözü özünə verdi.”Lazım gələrsə, mən oğlumu yanıma alıb Şuşanı ,bütün Qarabağı azad eləməkçün əsgər getməyə hazıram-“ dedi.Bu söz zalda bir xeyli canlanma yaratdı.Xısın- xısın gülən, xırildayan və hətta   qaqqıldayan da oldu.Çünki hamı müdiri də, oğlu  İsiqi də yaxşı   taniyırdı və ümid İsiqlə atasına qalırdısa, fəlakət çoxdan başımızın üstündə idi.
 
Katibə qız- qoyulan stula çatıb  əyləşdi, ayağını ayağının üstünə aşırdi.Bununla da mininin minisi  donunun olub-qalanı da yoxa çıxdı.Dümağ,gözəl budları və ayaqları zaldakılara lya majorda  serenada kimi gəldi.
 
Zakir müəllimin arvadı  Nelli xanım da katibənin yerişinə, duruşuna baxıb fikir elədi ki ,camış  Zakir   ağzının dadını bilirmiş.Və ağlından onu da keçirdi ki, onun özünün ”“Nellinin heç vaxt belə gözəl ayaqları,incə beli, gilas dodaqları olmayıb. Sonra oğlu İşığı özündən kənarlaşdırdı, kötük ayaqlarına, yoğun ortasına baxıb xeyli xiffət eylədi.

İndi  söz   yaltaqlardan kiməsə çatmışdı, Zakir müdirin sağlığına “badələr qaldırırdı”,heç kim ona qulaq asmırdı və o da    zoğallayırdı.
                                                                         
                                                                                ***                                                             
   
Əhməd əsgərlikdən xeyli əvvəl gəlmişdi.Qarabağl idi.İlk maaşını Zakir müdirə rüşvət verib “FF”Sc-yə gözətçi vəzifəsinə işə qəbul olunmuşdu.Ayağında qəlpə yarası vardı, aıxsayırdı.  Ona görə   zala girən kimi sağdakı oturacaqların birinə çökmüşdü.Katibə qızın içəri daxil olub,əda ilə keçməsinə o da baxırdı.Yaşı otuzu keçmişdi,evlənməmişdi. Katibə qız keçib getdikcə gözəl ayaqlarının tıq-tıq səsi Əhmədin ürəyi ilə birgə vururdu.İllərin və dövrün içinə yığdığı  daşlar Əhmədin gözünün işığına dəyirdi.Bilirdi ki, bu gözəl katibə camış Zakirin  qucağına pula  görə atılır və içində hər şeyə,elə o gözəl qıza,qızın ayaq səslərinə də üsyan edirdi.Və bağırırdı,oğru oğlu, oğru,bizim pullarımızı,xalqın olan bütün hər şeyi oğurlayıb səhmdar cəmiyyətə çevirib mənimsəyən köpək,  o qızı qucmağa sənin nə haqqın var.Fikrində canlandırırdi ki,Zakir müdir kabinetində gözəl katibəni necə soyundurur,divana necə uzadır,camış bədəni ilə üstündə necə ağnayır.Əhməd bağırırdı,amma bu bağırtını bircə özü eşidirdi. 

Əhməd   bu iclasa  öz  xoşu ilə gəlməmişdi.Qapıların bağlı olması,işdən sonra evə getməyin mümkünsüzlüyünü görüb,bura gəlmişdi.Bilirdi ki, Zakir müdirdən, nə də İsiqdən əsgər olmaz.Zakir müdirlər ancaq vətənin, xalqın  pulunu oğurlamaqda ustadırlar.Neçə illərdir ki, belə yalançı iclaslar keçirirlər,yalançı vədlər verirlər,yalançı iş yerləri açırlar,tumsatan arvadların səyyar “köşklərini” də özləri açmış iş yerləri kimi təqdim edirlər.Əhməd bilirdi ki, belə iclaslarda danışılan sözlərin hamısı yalandır.Bu yalanlardan qaçmaq çətin idi.Bu gün bir şəhərin işğalı günüdür.Hələ qabaqda neçə şəhərin, kəndin, qəsəbənin işğal günləri dururdu.Yenə neçə,   belə yalançı iclaslar keçirəcəkdilər.Və o yalançı iclaslarda Əhməd yenə beləcə, küncdə oturacaqdı.Gözəl katibə gözəl ayaqları ilə tıq-tıq yerişlə yenə qabağa addımlayacaq,yenə ayağını ayağının üstünə aşıracaq,gözəl budlarını nümayiş elətdirəcəkdi.İsiq yenə iynələnib gəlib atanın quşu deyəcək,iclaslarda söz polis rəisinə,şairə aşpaza artistə veriləcək.Aşpaz Cıdır düzündə plov bişirmək istəyəcək,şair-çıxmasaq da, enməsək də o dağ bizim dağımızdır- deyəcək, manıs Cıdır düzündə mahnı oxumaq istəyəcək,aktyor  Hamlet oynamaq xəyalında olacaq..

Əhməd - polisi, doxduru artisti, müğənnini,  dinlədikcə daha da üsyankar olurdu.Fikirləşirdi ,Qarabağ, Şuşa bizə Cıdır düzündə kabab bişirib sümük gəmirmək üçünmü lazımdı,artistlik eləmək üçün, mahnı oxumaq üçünmü  lazımdı? Qarabağ Şuşa bizə vətən olduğu üçün lazımdı.Zəngilan Qubadlı Laçın Cəbrayıl və daha neçə neçə kənd və şəhərlərimiz bizə vətən olduğu üçün lazımdı.   

Əhməd  gözlərini yummuşdu.İçinə ağlayırdı və xəyalında canlandırırdı: guya   camış Zakirin gözəl katibəsi  oturduğu yerdən qalxıb gözəl ayaqlarının tıq-tıq    səsiylə   Əhmədin yanına gəlir.Cibindən ətirli balaca   ağ yaylıq çıxarıb Əhmədin göz yaşlarını silir və deyir-Ağlama, Əhməd,ağlama,mən quş deyiləm,qələt eləyir, camış Zakir mənə heç nə eləyə bilməz.Səhərdən bağırırdın,bağırtına gəldim.Əlini uzadıb, Əhmədin gözlərini bir də silir və yaylığı Əhmədə verir.Al,gözlərini silərsən-deyir.Əhməd də  istəmirəm yaylığı,yaylıq ayrılıqdı deyirlər,istəmirəm. Sonra Əhməd qıza-sən quş olma,camış Zakir üstündə ağnamasın.Sənə Zakirin quşu deməsinlər.Mən səni sevirəm.Gözəl ayaqlarını ,saçlarının burumunu sevirəm. Kənddə həyətimizdəki Bəzək armudu sevdiyim qədər sevirəm səni.    Evimizin qabağındakı həmərsin çiçəklərini ,yasəməni,ağ paxla göyərçinimizi sevdiyim qədər sevirəm səni.

Sonra da guya qıza deyir ki, kənddə Bəzək inəyimiz vardı.On beş ildə bizə onbeş bala vermişdi.Mənim bir yaşım olanda Bəzək inəyi babam atama bağışlayıbmış.On beş balanın on dördü dişi,biri erkək olub.Bəzək inək gözəl inək idi.Mənim on beş yaşım olanda Bəzək inəyimiz öldü.Qonşular,ən çox da əmimgil Bəzəyi kəsib ətini satmağımızı desələr də atam razı olmadı.Bəzək adam kimi can verib öldü.Anam qonşu arvadlarla birgə Bəzəyi ağladı.Bəzəyə yaraşan ağı qoşdu,dil dedi.Atam da ağladı-sən mənə qardaş olmusan, Bəzək- dedi.Xəlvətdə dedi   əmim eşitməsin,atam kiçik qardaşı İlyas əmimdən  bərk qorxurdu. Sonra həyətimizin lap o başında armud ağacının altında qəbir qazıb, qonşu kişilərlə aparıb Bəzəyi orda basdırdı  və ondan sonra atam  inək saxlamadı. 
Mən onda da bağırmışdım.Deməyə sözüm yox idi,bircə səsim vardı.Olan səsimlə içim boyu bağırırdım.Səsimi bircə özüm eşidirdim.

O il yaz eləbil tez gəldi,armud ağacımız tez çiçəklədi.Bəzəyi qoynuna almış armud daş armud idi.Bəzəkdən sonra dəyişdi,yumşaq, ocaq armudu kimi, dadlı armud bitirməyə başladı.Atam o armuda Bəzək armudu dedi.

 Əhməd içindəki qızı dünyanın ən gözəli, ən yaxşısı, ən müqəddəs bir adamı eləmişdi.Eləmişdi ki, həmərsin çiçəklərindən, Bəzək inəkdən, Bəzək armuddan, yasəməndən danışsın.Qızı həmərsin çiçəkləriylə, yasəmənlə, Bəzək armudu ilə    ,dost eləsin.Bəzək armudu kimi,yasəmən çiçəklərikimi,həmərsin çiməkləri kimi dost olan qız Əhməd kimi Allah bəndəsini buraxıb ,camış Zakirin   ağuşuna atılmaz. 

 Əhməd gözlərini açdı.İclas sona çatırdı.Zakir müəllim iclası bağlı elan eləyib- İnşallah belə bir iclası gələn il Cıdır düzündə keçirməyi  arzuladı.Adamlar iclas zalını tərk edib getdilər.Əhməd də qalxıb zalı tərk elədi və axsayaraq bayır qapıya tərəf getdi.Bu gün gecə növbəsində gözətçılik onun sırası i idi.
  



Oxşar xəbərlər
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO