"Elə etmək istəyirlər ki, nə şiş yansın, nə də kabab...!" - Atmaca...
Oxunub: 5401
16 Feb 2016 | 11:59
Rəsmi dövlət qəzeti “Azərbaycan” bankların kredit siyasətini sərt tənqid edən məqalə dərc edib. 

Moderator.az həmin məqalədən bəzi hissələri təqdim edir:

Bankların yüksək kredit faizləri haqqında nə qədər yazmaq, nə qədər demək, nə qədər şikayət etmək, nə qədər həyəcan təbili çalmaq olardı?! Hətta yüksək səviyyələrdə belə banklara kredit faizlərini bazarın tələblərinə uyğun tənzimləmək, xüsusən əhalinin ehtiyacından sui-istifadə etməmək tapşırıqları verilirdi. Amma kim idi buna əməl edən?! Ən yaxşı halda kreditin faizini aşağı salanda xidmət haqlarını qaldırırdılar. Rəsmi 15-17, əslində isə 25-30 faiz kredit alanlar azdırmı aramızda?!

Bu gün təxminən 2,5 milyon nəfərin bank kreditinin olması o deməkdir ki, ölkədə orta hesabla borcsuz ailə çox azdır. Elə ailə var ki, uşaqlardan savayı bütün üzvlərinin, elə adam var ki, bir neçə banka borcları var. Aşağı-yuxarı 18,7 milyard manat kreditin verilməsi heç kimə zarafat gəlməsin, bu, Azərbaycanın cari il üçün dövlət büdcəsinin xərclər hissəsindən çoxdur. Kim göstəriş vermişdi ki, bu qədər məbləği kredit kimi camaata payla?!

***

Banklar Azərbaycan Mərkəzi Bankının ümumi məlumat bazasından kredit götürmək istəyənin müştəri kimi reputasiyasını öyrənir və bundan sonra qərar verirdilər. Sonra bu tələb tanışlıq, tapşırıq, “şapka” ilə əvəz olundu. Üstəlik, neftin yüksək qiyməti nəticəsində ölkəyə daxil olan valyutanın hesabına dolayı yolla banklarda külli miqdarda sərbəst vəsait əmələ gəldi və onların kredit kimi realizə məsələsi yarandı.

Hələ ağla gəlməyənin başa gəlmək ehtimalını demirik. Söz vaxtına çəkər deyiblər - düz keçən ilin fevral ayında təxminən 10 il dünyanın qoca valyutası ABŞ dollarının qarşısında davam gətirən cavan manat ilk devalvasiyaya uğradı, yəni Mərkəzi Bankın qərarı ilə dollara nisbətdə 78 qəpikdən 1,05 manata qədər ucuzlaşdı. İlin sonunda isə manatın kursu üzən məzənnə adı ilə sərbəst buraxıldı və dərhal da təxminən daha 50 faiz dəyərdən düşdü. Səbəbi məlum idi, onun haqqında çox bəhs olunduğundan üstündə dayanmağa ehtiyac duymuruq. Bircə onu nəzərə çatdırmaq istərdik ki, dollara nisbətdə milli valyutaların domino daşları kimi bir-birinin ardınca “yıxılması” həmin ölkələrin daxili iqtisadi problemlərinin yox, böyük güclərin siyasi iddialarının nəticəsidir. Başqa sözlə, buna birbaşa təsir göstərən neftin ucuzlaşması tamamilə siyasi amillərlə bağlıdır.

***
Bu gün ölkə əhalisinin çoxsaylı bir kəsimi çox ciddi problemlə - dollarla götürülmüş və ya aldadılaraq dollarla rəsmiləşdirilmiş kreditlərlə üzbəüz qalmışdır. “Bunun günahı kimdədir, səbəbi nədir” sualına birmənalı cavab vermək çətindir. Qeyd etdiyimiz kimi, belə çıxılmaz vəziyyətin yaranmasına hər iki tərəf - həm banklar, həm də onların müştəriləri rəvac vermişlər. Nəticədə, baxmayaraq ki, hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi bankın əsas funksiyası, ondan yararlanmaq, istifadə etməksə əhalinin qanuni hüququdur, bu gün onların arasında, yumsaq desək, ciddi narazılıq, dərin anlaşılmazlıq, mürəkkəb problem yaranmışdır.

***

Son məlumata görə, ölkə əhalisi son devalvasiyayacan müxtəlif banklardan xarici valyutalarla (əsasən ABŞ dolları ilə) 7,8 milyard manat kredit götürmüşdür. Bu məbləğ cari kursla təxminən 4,9 milyard dollar edir. İndi onun heç də az olmayan həcminin banklara qaytarılmamaq təhlükəsi var (əldə olan axırıncı rəqəmlərə əsasən, ölkə üzrə problemli kreditlərin məbləği 1,5 milyard manatdır ki, onun da 44,3 faizi xarici valyuta ilədir. Halbuki keçən ilin əvvəlində həmin rəqəm təxminən 20 faiz idi). Çünki əhalinin əksər hissəsi 0,78, yaxud 1,05 manat kursu ilə götürdüyü dollarla krediti bugünkü təxminən 1,58-1,60 manat kursu ilə ya qaytarmaq istəmir, ya da sadəcə buna maddi imkanı yoxdur. Açığı, əksəriyyət qınanılası deyil. Qınanılası olanları qeyd etdik, onlar indi yersiz nəfslərinin, təkəbbürlərinin, görməmişliklərinin girovlarına çevriliblər. Evlərində dovğalıq olmayıb, könüllərindən lovğalıq keçənlərin aqibəti elə bu cür də olmalıdır. Amma banklara dollarla borcu olanların hamısı belə ağlın, daha doğrusu, ağılsızlığın sahibi deyil axı...

***

Yeri gəlmişkən qeyd edək ki, problemin yarandığı ilk günlərdə həmin vətəndaşlarımıza ümid verənlər çox oldu. Kimi dedi, kreditlərin köhnə kursla (1,05 manatla) qaytarılması artıq hökumətlə razılaşdırılıb və tezliklə bu barədə qərar qəbul olunacaq. Kimi təklif etdi ki, dollarla borcu olanların kimliyi, daha doğrusu, onların maddi vəziyyətləri öyrənilsin və aztəminatlı təbəqəyə kreditlərini götürdükləri vaxt mövcud olmuş kursla qaytarmaq izni verilsin. Üçüncüsü xəbər yaydı ki, Azərbaycan Mərkəzi Bankı vəziyyəti araşdırır və ondan çıxış yollarını axtarır.

Nəhayət, hökumətin yüksək çinli məmuru birmənalı olaraq dedi ki, banklar xeyriyyə qurumu deyil və borclar qaytarılmalıdır. Sonra da əlavə etdi ki, banklar vaxtilə əhaliyə verdikləri kreditlərdən yüksək faiz nəticəsində yaxşı gəlir götürüblər və indi də həmin qazancları hesabına dollarla borcu olanlara güzəştə getməlidirlər.

***

Açığı, adını çəkmək istəmədiyimiz, amma hamının güman etdiyi həmin məmurun bu açıqlamasında ortaya qoyduğu ilk baxışdan bir-birinə zidd hər iki mövqe ədalətlidir. Əvvəla, alınan borc qaytarılmalıdır. Çünki bunu həm qanun tələb edir, həm də görüb-götürdüyümüz adət-ənənəmiz. Haqsız yerə deməyiblər ki, kişi kişinin malını yeməz. Bundan əlavə, banklar təkcə dollarla borc verməyiblər, eyni zamanda əhalidən dollarla depozit, yəni borc götürüblər, özü də faizlə. İndi gərək əhalidən həmin faizləri alsınlar ki, depozitlərin də faizlərini verə bilsinlər. Üstəlik, xarici mənbələrdən cəlb etdikləri vəsaitlər də dollarla, az bir hissəsi isə avroyladır, onları da bizim bankların qara gözlərinə aşiq olduqları üçün elə-belə yox, faizlə veriblər. Deməli, bu halda bankları başa düşmək çətin deyil.

***

Ədalətsizliyin və haramlığın sonu yoxdur! Kim bilir, bu gün bir sıra bankların bankrot vəziyyətinə düşməsi, bəzilərinin lisenziyalarının ləğv olunması, yaxud birləşdirilməsi bəlkə elə həmin sonun başlanğıcıdır.

Amma hətta bankların belə kədərli sonu da dollar kreditləri olanların yaralarına məlhəm deyil. Onların qulaqları səsdədir, yuxarıların problemlərinin həlli ilə bağlı hansı qərar qəbul edəcəklərini gözləyirlər. Xəbərsə hələ yoxdur... ödənişlər kimi, çünki ödənişlər də, demək olar, kəsilib. Necə deyərlər, çox yemək istəyi bankları az yeməkdən də qoyub.

Azərbaycan Mərkəzi Bankı isə hələ yollar arayır. Eləsini ki, nə şiş yansın, nə kabab! Amma bu, mümkün deyil, nəyi və ya kimi isə “yandırmaq” lazımdır. Əhalinin aztəminatlı təbəqəsində “yanmalı” heç nə qalmayıb, nəyi vardı külə dönüb, qalan göz yaşlarıdır ki, banklar da ona inanmır.
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır