Prezidentin Qarabağ çağırışının arxasındakı mətləblər...
Oxunub: 3160
16 Feb 2016 | 11:16
Prezidentin Qarabağ çağırışının arxasındakı mətləblər...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftə boyunca da gərginlik davam etdi. İşğalçı ölkənin hərbi qüvvələrinin diversiya-təxribat hücumları nəticəsində ordumuzun kiçik çavuş rütbəli bir əsgəri şəhid olsa da, beynəlxalq aləmdən hər hansı reaksiya gəlmədi. 

Qeyd edək ki, Münhendə Ermənistanın XİN əməkdaşının Azərbaycanı ittiham etməsinin qarşılığında prezident İlham Əliyev tutarlı cavab verib və Ermənistanın qarşısındakı yeganə şərti açıqlayıb: “İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.

Bu fikirlər əslində təkcə Ermənistana və havadarlarına deyil, beynəlxalq təşkilatlara da ünvanlanmış mesajdır. Bununla Bakı mövqeyində qəti olduğunu bəyan etmiş olur. Yəni həmsədrlər açıq şəkildə ermənilərin mövqeyindən çıxış etsələr də, Qarabağ separatçılarına “yaşıl işıq” yandırsalar da, Azərbaycan torpaqlarının işğalda qalması ilə razılaşmayacaq. 

Yeri gəlmişkən, ötən həftə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andrie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə görüşüb. Ancaq Azərbaycan prezidentini müşayiət edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla analoji görüş keçirilmədi. Şübhəsiz ki, həmsədrlər AŞ PA-nın qış sessiyasında oynadıqları ermənipərəst mövqelərinə görə sərt təpki ilə qarşılandıqdan sonra rəsmi Bakı ilə münasibətləri yumşaltmaq istərdilər. 



Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində “Azərbaycan hökuməti ATƏT-in Minsk Qrupu həmsədrlərinin AŞPA-ya Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib” sualını cavablandıraraq deyib: “Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər”.

Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını da söyləyib. “Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla, işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır” - o vurğulayıb (report).

***

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının Münhen çıxışını yüksək qiymətləndirdi: “Azərbaycan prezidenti cənab İlham Əliyevin Münhen konfransındakı çıxışı həm ermənilərə, həm də bu gün demək olar ki, tam şəkildə ermənilərin mənafeyini müdafiə edən, ermənilərin təcavüzünü dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bir mesaj idi. Yəni ilk öncə BMT-nin məlum qətnamələrinin icra edilməməsindən tutmuş, həmsədrlərin AŞ PA-nın məlum sessiyasından əvvəl verdikləri bəyanatlara qədər baş verənləri bir daha yada salsaq, görərik ki, xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşməməsi düzgün addımdır. ATƏT-in Minsk Qrupunun tam tərkibdə yığıncağı bu gün gündəmdədir və yəqin ki, bu görüşdə həmsədrlərdən müvafiq sorğular olacaq və həmin görüşdə iştirak daha önəmlidir. Nalbəndyanın görüşünə gəldikdə isə bu, təbii bir haldır. Çünki istər həmsədrlər, istərsə də Nalbəndyanın status-kvonu saxlamaq və bu kimi məsələlər üst-üstə düşdüyündən onların müzakirə edəcəyi məsələlər var”. 

A.Nağiyev Qərb ekspertlərinin Qarabağ müharibəsi ilə bağlı anonsunun arxasında dayanan mətləbləri də açıqladı: “Bu bəyanatlar Rusiyanı daha irimiqyaslı əməliyyatlara cəlb etmək istəyidir. Belə olan halda onsuz da iqtisadi tənəzzülə uğrayan Rusiya daha çətin vəziyyət düşə bilər. Bu da Qərbin ən böyük istəyidir ki, iqtisadi narazılıqlar fonunda siyasi istəklərini həyata keçirsin. Fikir versək görərik ki, bir az əvvəl terrorla mübarizəni ön plana çəkən Rusiya artıq öz hərb maşınını ancaq Bəşər Əsədin iqtidarda qalmasına yönəldib və buna görə Türkiyəyə qarşı bütün variantlardan istifadə edir. Bu, Dağlıq Qarabağda və sərhəd bölgələrində gərginliyin artmasının bir səbəbidir. Xəzər və Qara dənizlərdə Rusiya hərbi təlimlər keçirir, güc nümayiş etdirir. Qərb də bundan istifadə edir, qeyd etdiyimiz kimi, Rusiyanı müharibəyə sürükləyir və bu yolla regionda baş verən münaqişələrin birbaşa təşəbbüskarı olduğunu göstərməyə çalışır. Təbii ki, bunun üçün Türkiyədən, yəni NATO üzvü olan dövlətdən də istifadə edilir. Bundan istifadə edən Ermənistan da havadarlarının hesabına münaqişənin daha da gərginləşməsinə çalışır”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakı bir neçə səbəbdən vacib idi: “Birincisi, iki ildir nə Davos İqtisadi Forumunda, nə də Münhendə təhlükəsizlik konfransında Ermənistan prezidenti iştirak edir. Bu da İlham Əliyevə Azərbaycanın haqlı mövqeyinin maneə görmədən beynəlxalq birliyə çatdırılmasına şərait yaradır. Çünki əgər Ermənistan prezidenti Serj Sərkisyan da bu tədbirlərdə iştirak edərdisə, yalan təbliğatına dövlət başçılarını, diplomatlar və ekspertləri inandırmağa çalışacaqdı. Kimsə inanmayacaqdı, ancaq inanan da olacaqdı. Ona görə də yalan təbliğatla qarşılaşmayan İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün zəruri imkan qazandı. Azərbaycanın iqtisadi və sosial həyatda ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, həm Davos, həm də Münhendə Azərbaycanın iştirakı ilə enerji və tranzit layihələrinin təqdimatı keçirildi. Bu, o layihələrdir ki, Avropa və ABŞ da bunların qısa zamanda reallaşmasında maraqlıdırlar. İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakını şərtləndirən ikinci vacib səbəb Qarabağ münaqişəsidir. Biz beynəlxalq aləmin ikili standartları ilə üzləşməmizə baxmayaraq, Qərblə daima müxtəlif səviyyələrdə birgə işləməliyik”. 

E.Şahinoğlunun fikrincə, daim anlatmalıyıq ki, Azərbaycanın torpaqlarının işğalı faktının davamı yalnız bölgə üçün deyil, Avropa İttifaqı üçün də ciddi təhlükə yaradır: “Təsadüfi deyil ki, Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair yaydığı son geniş hesabatda Cənubi Qafqazı və bütövlüklə Azərbaycanı Avropanın cənub sərhədi kimi dəyərləndirib. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlanacaq müharibə Avropa İttifaqının sərhədində gedəcək. Ona görə də əgər Avropa İttifaqı Cənubi Qafqazda yeni müharibə istəmirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə maraqlanmalı, ATƏT-in Minsk Qrupu ilə məsləhətləşmələrə başlamalıdır. Bu mənada İlham Əliyevin Münhendəki çıxışlarının əsas qayəsini məhz bu faktor təşkil edirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Cənubi Qafqazda sabitlik olmayacaq. Elə İlham Əliyevin Münhendə erməni diplomatın sualına verdiyi cavabda da bu fikir yer alırdı ki, ”əgər sabitlik istəyirsinizsə, işğala son qoyun". Bu, İlham Əliyevin artıq necənci dəfədir ki, Ermənistana və beynəlxalq aləmə mesajıdır. Başqa sözlə, bu, o deməkdir ki, işğala son qoyulmayana qədər Azərbaycan müharibə başlamayacağına dair kimsəyə təmin verməyəcək. İlham Əliyev Azərbaycanın haqq səsinin Avropa İttifaqında eşidilməsini və qəbul edilməsini istəyirsə, ölkəmizin Avronestə qayıtmasını da təmin etməlidir. Məncə, Avronesti tərk etmək rəsmi Bakının səhv qərarı idi. Bu qərarı yenidən gözdən keçirməyə ehtiyac var. Əlbəttə, bu qurum Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynamır. Ancaq əgər biz Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən körpülərin birindən imtina ediriksə, Brüsselə ünvanladığımız “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verin” çağırışımıza qarşılıq almaya da bilərik. Ona görə də rəsmi Bakı qısa müddətdə Avronestə geri dönmək haqqında düşünməlidir. Avronestdə biz yoxuq, Ermənistan var. Meydanı könüllü surətdə niyə Ermənistana təhvil verməliyik?"


Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bizim üçün maraq doğuran çoxsaylı görüşlər keçirildi: “Bu tədbirlərdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu və mənim diqqətimi çəkən əsas nüanslardan biri Azərbaycan atalar sözündə deyilən zərbi-məsəl oldu: ”Qara məni basınca, qoy qaranı mən basım". Minsk Qrupunun həmsədrləri ilə görüşən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın yubanmadan və daha böyük ehtimalla məhz havadarları rolunda olan həmsədrlərin xeyir-duası ilə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə maneələr törətdiyini dilinə gətirməsi oldu. Bu sarsaq erməni diplomatın ölkəmizin atəşkəs barədə üçtərəfli müqaviləni pozması, baş verən hadisələrin təhqiqatını aparmaq üçün mexanizmin yaradılmasından boyun qaçırması və danışıqları başqa formatlara keçirməyə çalışmasını qeyd etməsi açıq-aydın onu deməyə əsas verir ki, həmsədrlər onu yaxşıca təlimatlandırıblar. Azərbaycan tərəfinin onlarla növbəti mənasız danışıq raundundan imtina etməsi, görünür, həmsədrləri möhkəm qəzəbləndirib". 

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan tərəfi bundan sonra artıq konkret addımlara keçməlidir: “Yetər artıq! Biz bu beynəlxalq yalançı, işğalçının mənafelərini qoruyan Minsk Qrupu formatında 20 ildən artıq bir zaman kəsiyində müxtəlif hoqqabazlıqlarla, oyunlarla vaxt keçirməyə alışmış qurumların formal fəaliyyətinə şəriklik etdik. Cəbhədəki bu son gərginliyin də ən böyük səbəbkarları məhz Ermənistana havadarlıq edən ölkələrin gizli şəkildə verdikləri təlimat idi ki, guya Azərbaycan məcburiyyət qarşısında qalıb həmsədrlərlə görüşə razılıq versin. Görün erməni həyasızlığı hansı aşırı həddədir ki, Azərbaycan dəfələrlə status-kvonun belə qalmasına razı olmadığını bəyan etsə də, Ermənistan tərəfi rəsmi Bakını tənzimlənmə prosesini pozmaqda, status-kvonun saxlanmasına şərait yaratmaqda ittiham edir. Hələ üstəlik də, guya həyasızcasına bəyanat yayaraq Ermənistanın hər zaman bunun əleyhinə olmasını qeyd edirlər. 

Son bir neçə gündə Ermənistan tərəfindən diversiya-kəşfiyyat fəaliyyəti və atəşkəsin pozulması nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Nədənsə həmsədrlər adi bir mülki erməni vətəndaşına görə bərk narahatçılıq bildirdikləri halda, Azərbaycan hərbçiləri ilə bağlı ümumiyyətlə, səslərini çıxarmağı lazım bilmədilər. Bunu necə başa düşək? Bir sözlə, cəbhədə bundan sonra da məhz Ermənistan və havadarları tərəfindən təşkil olunmuş təxribat cəhdlərinin sayının artacağını düşünürəm. Ona görə də Müdafiə Nazirliyimiz bu məqamları xüsusi nəzarətdə saxlamalıdır”.(musavat.com)

Oxşar xəbərlər
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib