“Romanda Misir Mərdanovun prototipini yaratmışdım deyə, mənə irad tutdular”
Oxunub: 5039
16 Feb 2016 | 11:07
“Romanda Misir Mərdanovun prototipini yaratmışdım deyə, mənə irad tutdular”
Moderator.az - ın müsahibi bir zamanların ən çox oxunan yazıçılarından biri, əsasən də “Payıza qədər” romanı ilə bir çox tabuları qırmağa cəhd edən Allahverdi Eminovdu. Qocaman pedaqoq və yazıçı ilə müsahibədə ədəbiyyat, təhsil və elmdəki bir sıra çatışmazlıqlara da toxunulub. Əvvəlcə özünün hazırki fəaliyyətindən danışan A.Eminov gileyini də gizlətmədi: 

- Qorkinin bir sözü var “ədəbiyyat həyatın vuran ürəyidi. Təhsil də ədəbiyyatdan doğur. Mən bu gün də aktiv ədəbi yaradıcılıqla məşğulam. Son olaraq 25 cildliyimin üçüncü cildi və “Evralogiya və pedaqogika” adlı elmi əsərim  çapdan çıxdı. Görünən tərəf odur ki, mənim 75 yaşım var. Amma görünməyən tərəf də budur ki, özümü 25 yaşlı insan kimi hiss edirəm. Yenə də yorulmadan yazıram. Sonuncu əsərdən sonra elmi əsərlərimin sayı 38-ə çatdı. Üç romanım da var ki, bunları ona qatmıram. 
Amma deyim ki, bütün bunların qarşılığında mənim əməyim qiymətləndirilməyib. 8 il “Maarif” dövlət nəşriyyatında baş redaktor və direktor işləmişəm, Müəllimlər İnstitutunun Salyan filialının ilk direktoru olmuşam, uzun illər pedaqoji mətbuatda çalışmışam, artıq 9-cu ildir ki, müəllimlərin təkmilləşdirilməsi ilə məşğulam. Yəni bir “əməkdar müəllim” adı da mənə verilmədi?! Amma indiyə qədər mən nəinki əməkdar müəllim, hətta əməkdar elm xadimi olmalı idim. Çünki çox işləmişəm, həyatımı təhsilə qoymuşam...

-Problemin təhsillə bağlı hissəsinə toxundunuz. Amma ədəbiyyatda da Allahverdi Eminov çox təəssüflər olsun ki, ilk erotik əsər nümunəsi sayılan “Payıza qədər”dən başqa demək olar ki, hər hansı bir əsəri ilə xatırlanmır. Bunun səbəbini nə ilə əlaqələndirmək olar?

-Siz hələ gəncsiniz, yəqin həmin hadisələrdən xəbəriniz olmaz. Adını çəkdiyiniz əsərə qadağalar qoyuldu, təzyiqlər edildi. Amma üstündən müəyyən illər keçəndən sonra yenidən o məzmuna toxundular. Mən “Payıza qədər”in ikinci və üçüncü hissələrini də yazmışam. İkinci hissəsi “Naməlum qadına məktublar”, üçüncüsü  isə “Qadın nə istəyir” adlanır. Sadəcə imkan yoxdur deyə, çap edə bilmirəm. 
“Qapalı kitab” adlı romanım da səs-küyə səbəb oldu. İlk dəfə olaraq o romanda çağdaş təhsilin problemlərini qabartmışam. Romanda müəllim, professor, rektor obrazı da var. Baş qəhrəmanı isə Mərdanlı idi. Bilmirəm o vaxtı keçmiş təhsil naziri Misi Mərdanov onu özünə götürdü ya yox, amma mən real problemləri yazmışdım. Əsəri müəllimim Mircəlal Paşayevə həsr etmişdim. Onun da vaxtilə “Açıq kitab” adlı romanı 1930-cu illərin maarifinə həsr olunmuşdu. Mən isə həmin hadisələri XXI əsrə gətirdim.
“Şeytanın intiharı” adlı romanım da yaxşı qarşılandı. Onu deyim ki, mən çox məhsuldar işləyirəm. 400 səhifəlik elmi əsəri cəmi 20 günə yazdığım vaxt da olub. Bir adətim də var ki, heç zaman yazdığım əsərə geri qayıdıb, onu redaktə etmirəm. Azərbaycan ədəbiyyatına da ilk “elmi fantastik ədəbiyyat” terminini mən gətirdim. 

- Bu əsərlərə görə özünüz nə kimi ədəbi tənqidlərə məruz qalıb? Mərdanlı həqiqətənmi Misir Mərdanovun prototipi idi?

- Şah əsər sayılan “Payıza qədər” çap olunandan bir müddət sonra qadağan edildi. Amma insanlar alıb oxuyurdular. Adını çəkmək istəmədiyim yazıçı nəşriyyatda onun üzərinə pul qoyub satırdı. Amma mən intuitiv olaraq başa düşürdüm ki, bunlar mütləq mənim dediyimə gələcəklər. Roman fəlsəfi-estetik əsər idi. Yeddi rəng və onların estetik çalarlarından, insan psixologiyasına təsirindən bəhs etmişəm. Məndən xəbərsiz üç dəfə qanunsuz şəkildə çap olunaraq yayıldı.
“Qapalı kitab”da da bəzi yoldaşlar mənə irad tutdular ki, niyə təhsil nazirinə toxunmusan. Əsərin qəhrəmanının adı Dəmir Mərdanlı idi. Dedim ki, prototipə, obraza hansısa adı vermək yazıçı kimi öz hüququmdur. İkincisi də etiraf etdim ki, bəli, mən burada nazirin prototipini yaratmışam. Təhsildə baş verən problemlərin adını çəkmişəm. Misir müəllimin xətrin çox istəmişəm. Hər dəfə də mənə deyirdi ki, Allahverdi müəllim bu dəfə səni mütləq nəzərə alacayıq. Amma qəzeti açıb görürdüm ki, 200 müəllimə əməkdar müəllim adı verilib, amma mənim adım yoxdu orda. Əvvəlcədən de ki, bu alınmayacaq! “Əməkdar müəlllim” adı hələ mənim ancaq müəllim kimi fəaliyyətimə aiddir, axı elm xadimi kimi də işlər görmüşəm.
“Şeytanın intiharı”nda isə ziyalılar məni alqışladılar. Əsərin adı artıq hər şeyi deyirdi. Çünki burada real, maddi mənada olmasa da şeytanın özü belə ölümə intihara məhhkum idi. Vəzifə insanlarının özbaşınalıqları şeytanı o nöqtəyə gətirib çıxarır. Onu bu həddə çatdıran detallar romanın əsas ana xəttini təşkil edirdi.

- İstər ədəbiyyatda, istərsə də başqa sahələrdə, abır-həyalı insanlar niyə çox zaman kölgədə qalırlar?

- Sovetin sonlarında, 1990-cı illərin əvvəllərində o insanlar uğur qazanırdılar ki, onlar qapı döyməyi çox yaxşı bacarırdılar. Mən qapı döyməyi bilmədim. Əlimdə imkan olub  Misir müəllimin xoş saatında ona deyim ki, məni də nədəsə nəzərə al. Amma deməmişəm. Çünki gözümü açıb belə görmüşəm. Atam 40 il stansiya rəisi işlədi. Amma bir dəfə də olsun o vaxtkı rəhbər Bağırova yazmadı ki, mənə hansısa medal ver. İndi də bu yaşımda auditoriyaya girəndə qızarıram. Deyirəm görəsən 30 tələbəni qane edəcək dərs keçə biləcəyəm, ya yox?!

- Dediniz ki, Azərbaycana “elmi fantastika” terminini ilk dəfə siz gətirmisiz...

- Azərbaycanda bu janrla cəmi iki nəfər məşğul olmuşdu: Emin Mamudov və Namiq Abdullayev. Lakin hər ikisi çox az yazdılar. Buna baxmayaraq mən onların hər ikisinin bütün yazdıqlarını oxumuşdum. Namiq Abdullayevlə dost idim. O elmi fantastikaya insan xarakterini, insan əhvalını gətirdi. Ondan təsirlənərək mən də “Sarı çiçək” adlı elmi-fantastik povestimi yazdım. Bu istiqamətdə hekayələr də yazdım. Onlar məni məşhurlaşdırdı. Amma sonra gördüm ki, janr artıq ölüb. Oxucusu yoxdu. Hamı dedektivə meyl edir. Daha yazmadım.

- Bu gün ədəbiyyatın inkişafına mane olan problemlər hansılardı?Niyə hansısa ədəbi nümunəmizi ölkədən kənarda tanıtdıra bilmirik?

- Əvvəlcə onu deyim ki, bizdə indi əsərləri xaricə çıxarıla biləcək müəllliflər var. Amma məni düzgün başa düşün. Yaradıcılığı girova çevirən amillər də var. Məsələn, tutaq ki, hansısa vəzifədəyəm, hansısa nazirin xətrini istəyən bir adamam və s. bu kimi şeylər yaradıcı adamı girova çevirir. Mən cəmiyyətin içindəki neqativi necə görə bilərəm ki, mən xalq yazıçısıyam. Necə görə bilərəm ki, mən “Şöhrət” ordenliyəm. Bunlar məndə olsa idi bəlkə də “Şeytanın intiarı” əsərini yaza bilməzdim. 
Cavan yazıçılara gəldikdə isə onlar hələ həyatın o qədər də çətinliklərini görməyiblər. Xatırlayıram, “Maarif” nəşriyyatında işləyən zaman dərsliklərdən birinin çapı gecikəndə bizi Mərkəzi Komitəyə çağırırdılar. Az qala maykamız su içində olardı. İndiki cavanlar bu kimi şeyləri görməyiblər.
Bir də maddiyatla bağlı olan məsələlər var. İndi elə bir zamandı ki, kiminsə pulu varsa o əsərini tərcümə elətdirib xaricdə buraxdıra bilər. Hərdən eşidirik ki, kimsə əsərini Türkiyədə, kimsə Kanadada çap elətdirib. Bu o demək deyil ki, onun yazdıqları bədii cəhətdən güclüdür. Elə deyil! Biz onsuz da o əsərlərlə tanışıq. Sadəcə həmin adamın maddi imkanı var deyə əsərini xaricdə çap etdirə bilib. Məsələn, Paşa Qəlbinur. Allah var eləsin, onun imkanı var deyə bu addımı atıb. Amma mənim imkanım yoxdu bircə hekayəmi tərcümə elətdirib xaricdə çap edim. Ona görə də Biləcəridən o tərəfə gedə bilmirəm. 

- Fikrinizcə, bu gün Azərbaycan ədəbiyyatında daha işıqlı yazarlar kimdi? 

- Elələri var. İndi hamısının adı yadıma düşmür. İlqar Fəhmini gərək deyim. Elçin Hüseynbəyli də var. Bunlar xalqın içində olan yazıçılardı. Elxan Elatlının da bir kitabını oxumuşam. Amma xüsusi olaraq deyim ki, bu gün bir çox mətbu orqanlar ədəbiyyatın inkişafına mane olurlar...

- Məsələn...

- “Kaspi” qəzetində qabaq Natiq Məmmədli var idi. Özü də yazıçıdır. Ədəbiyyatı, poeziyanı çox gözəl bilir. Nə zaman yazı verirdimsə çap edirdi. Amma indi yerinə başqa baş redaktor gəlib. Qəzetdə 3 səhifə zəif şeirlər gedir. Həmin qəzetin təsisçisi Sona Vəliyevadır. Çox yaxşı ədəbiyyatçıdır və mənim ona böyük hörmətim var. Amma qəzetin ədəbiyyata aid olan yazılar ürəkaçan deyil.

“Ədəbiyyat qəzet”indən də gileyim var gərək deyim. “Bir yazı yolladım. İki aydır ki, orada qalıb. Azər Turan özü mənə dedi ki, mən gənclərin çap olunmasına üstünlük verirəm. Üzümə dedi ki, biz qocaları çap etmirik. Amma qəzeti açıb görürsən ki, əsasən akademiyanın işçilərinin məqalələridir. O gələndən hər dəfə ən azı beş məqalə akadmeiyanın işçilərinin məqalələridir. Mən İlqar Fəhmiyə dedim ki, niyə qəzeti başı başına buraxmısız? Gərək, Anara ərizə yazam ki, vəziyyət düzəlsin?”

-Sizi narahat edən məsələlərdən biri də elmi dərəcələr, elmi adların bu gün bəzi layiq olmayan şəxslərə verilməsidir. Bir problem kimi buna da toxunaq...

-Siz mənə suaı versəniz ki, Allahverdi müəllim, bu yaşda nə yaxşı indiyə qədər doktorluğu müdafiə etməmisiniz? Onda deyərdim ki,  mən namizədlik işimi 1973-cü ildə müdafiə etdim. Sonra get-gedə gördüm ki, pedaqogika elminə təsadüfi adamlar gəlir. Biri jekdən yazıb müdafiə edir, biri başqa şeydən yazır... Məndə ikrah hissi yarandı və məni elmdən soyutdu. Daha sonra 1987-cu ildə doktorluq müdafiəsi üçün “Səməd Vurğun poetaikası “adlı monoqrafiya yazdım. Bu da əslində Bəxtiyar Vahabzadənın yaxşı mənada acığına yazılmış əsər idi. O həm namizədlik, həm də doktorluq işini Səməd Vurğundan edib. Doktorluq işi olan monoqrafiyasında Səməd Vurğuna aid neqativ fikirlər var idi. Mən də həmin fikirlərə cavab olaraq monoqrafiyamı yazdım. Amma sonra müdafiəmin dalıyca getmədim. Hardasa on il bundan əvvəl pedaqoji universitetdə əsərə müsbət rəy verdilər. Müdafiəyə hazır bildilər. Amma maddi imkanım olmadı ki, gedim müdafiə edim. Onda iki məqalən xaricdə çıxmalı idi. Bunun üçün də ən azı 500 manat lazımdı. Odur ki, qaldı. Bu məni soyudan birinci məsələ. İkinci məsələ isə ikrah hissidi. Gördüm ki, vaxtilə yazılarını al-qana boyadığım adamların hamısı indi professordular. Məndə buna qarşı ikrah yarandı. Bu mənada elmi  dadı gedib.
Açıq demək lazımdı. titullar da düzgün təqdim olunmur. Bu gün Ramiz Rövşən, Musa Yaqub, Vahid Əziz xalq şairləri deyil. Allah rəhmət eləsin, xalq şairi Zəlimxan Yaquba. Amma mən onunıa Musa Yaqubu heç cür eyniləşdirə bilərəm. Musa Yaqub bu gün mənim üçün ən böyük şairdi. Amma ona xalq şairi adı verilməyib. 
Düzdü, mən sonradan bir az peşman oldum ki, niyə müdafiə etmədim. Elmi dərəcənin təqaüdə də təsiri olacaqdı. Amma çalışdım. Bir dəfə də dedilər ki, professor adı üçün ən azı 3 namizəd yetişdirməlisən. Dedim ki, mən elə müəssisədə çalışıram ki, orada ümumiyyətlə, dissertant olmur. Vaxtilə Azad Mirzəcanzadə bir sanballı monoqrafiyaya görə elmlər doktoru adını verirdi. Qiyasəddin Qeybullayevdə elə olmuşdu. Çağırıb demişdi ki, sən bu əsərlə o boyda Dilçilik İnstitutunun işin görmüsən. Birbaşa elmlər doktoru və professor adı ilə qiymətləndirilməlisən. Mən də onu tanıyırdım. İstədim, Səməd Vurğuna aid yazdığım monoqrafiyanı aparım göstərim ona, amma aparmadım.

Elmin NURİ
Oxşar xəbərlər
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür