QUC-QUCU
Oxunub: 6419
15 Feb 2016 | 12:51
QUC-QUCU

Bizim kəndi kim tanımır? Abşeronda yəni elə bir adam var ki, bizim kənddə olmasın? Bəlkə də var, ancaq bunun mətləbə dəxli yoxdur. Məsələ bundadır ki, bizim kənddə də başqa kəndlərdəki kimi, balaca bir bazar var və bu bazara gedən yol kəndin böyük yolu hesab olunur”¦ Əslinə qalsa, heç bunun da mətləbə bir o qədər dəxli yoxdur. Məsələ nə kənddədir, nə yolda, nə də bazarda. Əsas məsələ bizim kəndin balaca bazarına gedən böyük yolun lap qırağında yaşayan Ağamalıdadı.

Ağamalı iyirmi altı ilə yaxın idi ki, bu kənddə yaşayırdı. Özü də çayçı Mirhəsən demiş, mənalı-qəşəng yaşayırdı. Onun bir oğlu, iki qızı və iyirmi dörd il bir dam altında yaşadığı arvadı vardı. Sonra onun yar-yaraşıqlı evi, həyət-bacası və kənd içində xətir-hörməti vardı.  Təkcə ali təhsili yox idi. Düzdür, Ağamalı istəsəydi, onun da ali təhsili olardı. Öz dediyinə görə, guya o vaxt instituta adamı yalvara-yalvara götürürmüşlər... Sadəcə, könlü olmayıb. Fikirləşib ki, işləmək elə hamısından yaxşıdı.

Ağamalı hazırda pensiyadaydı. Həyət-bacada göydən-göyərtidən əkib-dolanırdı özü üçün. O, uşaqlarından ən çox sonbeşiyi Gülbalanı istəyirdi. Bir də Gülbalanı necə istəməyəydi? Gülbala top kimi yupyumru, qəşəng bir oğlan idi. Ağıllı, kamallıydı. Ancaq bir az dərslərindən axsayırdı. Ona görə bir-iki il sinifdə qalmışdı. Məktəbi qurtaran ili də əsgər aparmışdılar.

Gülbala çox utancaq oğlan idi. Dost-tanışları həmişə ona sataşardılar: “- Alə, utanma, utananın oğlu olmaz!..”  Ancaq Gülbala bu sözlərdəki eyhamı başa düşməyib “mən qız istəyirəm” deyərdi.

Gülbala utanırdı ”“ hər şeydən utanırdı. Əgər təsadüfən külək bir qızın ipək paltarını qaldırıb güllü tumanını göstərsəydi, Gülbala o saat gözünü ucubiz ayaqqabısına dikərdi. Düzdür, ürəyində buna görə həmişə özünü söyərdi, ancaq neynəmək olardı?..

”¦Ağamalı həyətdə oturub qapqara qıvrım tüklü quzuya baxır və dodağının altında nə isə hesablayırdı. Quzu isə özünü elə aparırdı ki, guya elə bu həyətdə doğulmuşdu. Elə bil bazardan cəmi bir saat əvvəl alınmamışdı. O, göy ləklərinin içində atılıb-düşür, təzəcə cücərmiş vəzəriləri, keşnişləri əzirdi. Nə Şahbikə quzuya bir söz deyə bilirdi, nə də qızları.

Şahbikə gəlib oturdu ərinin yanında:

- Nə qədər qalıb? ”“ soruşdu.

- Hesablayıram”¦

Yupyumru Gülbala əsgər gedəndən Ağamalı onun gəlişinə qara qoç kəsəcəyini əhd eləmişdi. İndi öz iyirmi dörd illik arvadı ilə yan-yana oturub Gülbalanın qayıtmasına nə qədər qaldığını hesablayırdı.

Şahbikə dözməyib yenə soruşdu:

- Nooldu? Nə qədər qalıb?

Ağamalı hesablamalarına yekun vurub:

- Düz beş ay, beş gün, - deyə cavab verdi.

- Çox yaxşı. O vaxtacan quzu da böyüyüb qoç olar...

Ağamalı tərs-tərs arvadına baxıb:

- Dur çay gətir! ”“ dedi və o dəqiqə də fikirləşdi ki, görən niyə tərs-tərs baxdım arvada?..

Şahbikə tələsik durub çay tədarükünə başladı.

Ağamalı yaşıdlarının çoxundan fərqli olaraq, heç də kişinin arvaddan üstün olduğu fikri ilə razılaşmırdı. Onun fikrincə, arvadla kişi hər cəhətdən bərabər olmalıydı. Ancaq nə qədər baş sındırırdısa da, “hər gün çayı niyə məhz arvad gətirməlidir?” fikrini özü üçün aydınlaşdıra bilmirdi.

”¦Quzu başladı böyüməyə. Heç kim ona gözün üstə qaşın var deyə bilməzdi. Evdə bişən bütün dadlı yeməklərdən mütləq quzuya da pay düşməliydi. Ağamalı evdə olmayanda, dənizə gedib özünü gündə yandıranda, yaxud çayxanada oturub “dünyanın işləri” barədə söhbət edəndə, Şahbikə təşvişə, qızları isə təşvişsiz, əl-ayağa düşərdilər.

Şahbikə:

- Ay qızlar, ciyəriviz yansın, su verin quzuya, vaxtı keçib! ”“ deyərdi. ”“ Kişi gəlib öldürər bizi.

Şahbikə də, qızları da yaxşı bilirdilər ki, Ağamalı gəlib onları öldürməz. Elə-belə, sözgəlişi deyilir bu söz. Çünki Ağamalı ömründə heç toyuq başı da kəsməmişdi. Neçə dəfə istəmişdi ki, kəssin, ancaq ürək eləməmişdi. Qıymamışdı. Evdə toyuq kəsmək lazım olanda aparardılar qonşuya ”“ Qəzənfərgilə.

Qəzənfər həm Ağamalının qapıbir qonşusu, həm də uzaq qohumuydu. Bir də axtarsan, elə bütün kənd bir-birinə qohum çıxardı. Qəzənfər qohum-əqrəbanın, qonum-qonşunun xeyir-şərinə yarayan, bazburutlu bir kişiydi. Ancaq ürəyi uşaq ürəyi kimiydi. Gözünün ağı-qarası bircə qızı var idi, o da ərdəydi. Qəzənfər tək-tənha yaşayır və təkliyindən heç vaxt şikayət eləmirdi. Əksinə, həmişə deyirdi ki, dünya beşgünlükdür, hamısı da iş gününə düşür, belə ki iş insanın ən yaxşı yoldaşıdır.

                      ***

”¦Ağamalıyla bərabər bütün ailə janfəşanlıqla quzuya qulluq edirdi. Quzu da, öz növbəsində, böyüyürdü. Hamı da quzuya quzu kimi baxırdı. Ancaq bir gün Ağamalı nə fikirləşdisə durub quzuya ad qoydu ”“ “Quc-qucu”.

Qəribəydi, quzuya ad qoyulan kimi, dönüb ona tamam başqa gözlə baxmağa başladılar. Quc-qucu da öz adını tez “mənimsədi”.

Ağamalı bununla rahat olmayıb, həyətin bir küncündə öz əlləriylə quzu üçün xüsusi «ev» də tikdi. İçərisinə bir neçə dəfə suvaq vurub, malaladı, ağartdı, rənglədi.

Ağamalı bir yerə gedəndə Quc-qucunu da özü ilə aparmağa başladı. Quc-qucu da, maşallah, elə bil adam kimi dil bilirdi.

Ağamalı:

- Quc-qucu, gedək! ”“ deyirdi. Quj-quju o saat düşürdü onun yanına.

- Quc-qucu, deyəsən, filan şey beşməkan oldu, axı, - deyirdi. Quc-qucu da əlbəəl «məə» eləyib sahibiylə razılaşırdı.

Quzu böyüyüb qoç olurdu. Özü də aləm qoç olurdu. Ağamalı çayxanada  çay içəndə, ya şeş-beş oynayanda, başını it kimi onun dizi üstünə qoyub səbirlə gözləyirdi. Ağamalı da hər dəfə qoşa atanda, onun təzəcə çıxan buynuzjığazlarını qıdıqlayırdı. Quc-qucu da bundan xoşhal olur, gözlərini yumub xoşbəxtcəsinə yuxuya gedirdi.

Ağamalı hərdən yan-yörəsində adam olmayanda, onunla ciddi söhbətlər də edirdi. Keçmişindən-gələcəyindən danışırdı. Deyirdi ki, bilirsən, Quc-qucu bala, axı mən kənddənəm, qoyun-quzu içində böyümüşəm. Düzdür, bura da kənd deyirlər, ancaq nə  inəyi var, nə bulağı. Nə sürüsü var, nə örüşü. Bu boyda kənddə birjə dənə də araba yoxdur. Maşının biri “dızz” eləyib belə keçir, biri elə”¦ Dəniz olmasa, vallah, bu kəndin bir qəpiklik dəyəri olmaz. Bir kənddə ki səhərlər xoruz banına oyanıb daş kimi qaymaq yemədin, day o kənd nə kənddi?..

Quc-qucu belə vaxtlar Ağamalının ağzına baxırdı. “Cavab vermirdi”. Ağamalı isə hey danışır, danışırdı”¦ Kənd üçün burnunun ucu göynədiyini, onu yuxuda gördüyünü deyirdi. Şəhərə gəlməyindən, Neft daşlarında işləməyindən, keçirdiyi, gördüyü maraqlı günlərindən, sonra necə aşiq olmağından, ev-eşik qurmağından danışırdı. Şahbikədən, qızlarından, bir sözlə, dünyanın bütün işlərindən Qucj-qucunun “xəbəri vardı”.

Düzdür, Quc-qucu sirdaşlıqdan savayı, heç nəyə yaramırdı, anjaq əsl sirdaşa kimin ehtiyacı yoxdur ki?

Quc-qucunun ara-sıra xoşagəlməz işləri də olurdu. Bir dəfə Ağamalı çamadar Məmmədhüseynlə oturub çay içəndə, Quc-qucu onların söhbətinə məhəl qoymayıb,  «hörmətsizlik» eləmiş, yəni çayxanadaja qığlamışdı. Məmmədhüseyndən savayı buna fikir verən olmasa da, Ağamalı yaman pərt  olmuşdu. Evə gedəndə yol uzunu Quc-qucunu danlamışdı:

-  Hər şey cəhənnəmə, axı sənə neçə dəfə demişəm ki, bu Məmmədhüseyn hansı yuvanın quşudur. Elə amanabəddir ki, kiməsə vedrə bağlasın, kimisə lağa qoysun. Onun nurani sir-sifətinə, ağappaq əllərinə baxma: pambıqla baş kəsir! Dünyada elə atalar sözü yoxdur ki, bilməsin, amma öz arvad-uşağını evdən didərgin salıb. Öz gözündə tiri görmür, özgə gözdə tük axtarır. İndi aləmə yayacaq, görərsən, deyəcək ki, çayxanadakı o işi sən yox, mən eləmişəm.

Bir gün Gülbaladan xəbər gəldi ki, bəs filan gün gəlirəm.

Bəli, deyilən gün qohum-əqrəba axışdı Ağamalıgilə. Evdə görünməmiş bir canlanma əmələ gəldi. Kimi bazara, kimi dükana qaçdı. Axşama nə lazım idisə ”“ “Badamlı”dan tutmuş, narşəraba, müxtəlif növ içkilərə kimi, hər şey alındı.

Amma Gülbala nəynən gəldiyini yazmamışdı, odur ki, hamı oturub səbirsizliklə gözlərini böyük yola dikdilər. Bir də gördülər ki, budur ha, Gülbala əlində şəkilli-şüküllü bir çamadan gəlir. Özü də necə gəlir? Əvvəlki yupyumruluqdan əsər-əlamət qalmayıb. Kök Gülbala əzələli Gülbalaya çevrilib. Aşağıdan yuxarı baxan Gülbala indi yuxarıdan aşağı baxır. Qaz yerişli Gülbala indi ceyran kimi yeriyir. Ütülü əsgər paltarının sinəsi cürbəcür nişanlarla doludur. Düymələri və kəmərinin dəmiri bərq vurur, göz qamaşdırır.

Ağamalı özünü oğluna birinci çatdırdı. Bütün qohum-əqrəba da böyük yola çıxdı. “Dızz” eləyib ora-bura şütüyən maşınlar sürətini azaltdı. Gülbala özünü itirdi. Şahbikə sevindiyindən ağladı”¦ Nə isə, hal-əhval, görüşmək-öpüşmək dəsgahından sonra, hamı həyətə keçib yuxarı otağa qalxdı. Bir azdan çay stolu arxasında söhbət qızışdı.

Qəzənfər arada fürsət tapıb Ağamalını həyətə çağırdı:

- Ay kişi, nə oturmusan, çay içmək məqamıdı? Bəs o məsələ qalıb axı”¦

Ağamalı tutuldu. O, axır vaxtlar Quc-qucunu nə məqsədlə aldığını tamam unutmuşdu.

Qəzənfər:

- Nə tutuldun, əmoğlu? ”“ soruşdu.

Ağamalı onun əmisi oğlu deyildi, elə-belə uzaq qohumuydu. Ancaq Qəzənfər həmişə ona “əmoğlu” deyirdi.

Nəhayət, Ağamalı dilləndi:

- Bəli, Qəzənfər, Quc-qucunu o məsələ eləmək lazımdı. Kişi əhdinə bivəfa çıxmaz.

- Yaxşı, onda uşaqlara de, iti bıçaq gətirsinlər. Bəs Quc-qucu hanı?

Ağamalı tövləyə sarı baxıb səsləndi:

- Quc-qucu”¦

Ağamalı bir də çağırdı:

- Quc-qucu”¦

Onun səsi titrədi. Ümumiyyətlə, Ağamalının səsi tez-tez titrəyirdi. Bir-iki dəfə həkimə də göstərmişdi, demişdilər ki, guya soyuqdəymədir ”“ boş şeydir.

Tövlədən hər şeydən xəbərsiz Quj-qujunun «məə»si eşidildi.

- Bura gəl, Quc-qucu!

Quc-qucu həmişəki kimi qaça-qaça, atıla-atıla gəldi. Bu vaxt qızlardan hansısa, deyəsən, böyüyü idi, bəlkə də balacasıydı - dəqiq deyə bilmərəm, iki  dənə bıçaq gətirdi.

Quc-qucu bıçaqları görüb əvvəljə şübhələndi, sonra isə qorxdu və gəldiyindən də cəld qaçıb- girdi tövləyə. Ağamalı özünü tövlənin yanına verdi.

- Quc-qucu, - dedi ”“ bilirsən”¦ Gəl bura, səniynən zarafat eləyirlər, qorxma.

Quc-qucu tövlənin bir künjünə qısılıb zəndlə onu sakitləşdirən Ağamalıya baxdı və handan-hana bıçaqların doğrudan da, zarafat  olduğuna inanıb çölə çıxdı.

Qəzənfər arxadan yaxınlaşıb, onun buynuzlarından yapışdı. Quc-qucu nə baş verdiyini anlamamış kürəyi  üstə yerə dəydi.

Qəzənfər eyvanda nərdtaxta oynayan Gülbalanın yoldaşlarını səslədi.

Gülbalanın uşaqlıq yoldaşı Zeynalın belə işlərdə deyəsən səriştəsi vardı. O, arıq uzun oğlan idi. Şer yazmaqdan tutmuş, uçan boşqablara qədər hər şeylə maraqlanırdı.

Zeynal tələsik balaja bir xəndək qazdı. Bu vaxt Gülbala da eşiyə çıxdı. O, həyətdə qara qoçu kəsməyə hazırlaşanları görüb qollarını çırmadı.

Qəzənfər Zeynala üz tutub:

- Tut bunun ayaqlarını! ”“ dedi.

Zeynal cəld bir hərəkətlə Quc-qucunun ayaqlarından yapışdı. Qəzənfər Zeynalın nazik biləklərinə və çiyninə düşən uzun saçına baxıb:

- Tək gücün çatmayacaq, - dedi, - Gülüş! (Gülbalanı qohum-əqrəbası Gülüş çağırırdı) Sən də dal ayaqlarından yapış, möhkəm saxlayın.

Qəzənfər bıçaqları bir-birinə sürtüb itilədi. Quc-qucunun üzünü qibləyə çevirdi. Sonra qəribə bir tərzdə fısıldayaraq, dodağının altında nə isə oxudu.

Quc-qucunun gözləri kəlləsinə çıxmışdı. O, bir bıçağa, bir xəndəyə, bir də bazburutlu Qəzənfərə baxdı. Sonra da bəbəklərini hərləyib key kimi donub-qalmış Ağamalıya baxdı və”¦ Və mələdi. Bu vaxt onun səsində etirazla dolu dəhşətli bir qorxu var idi.

Ağamalı birdən qışqırdı:

- Dayan!.. Dayan, Qəzənfər, mən ölüm, dayan”¦ Qoy mən girim evə, sonra kəsərsən”¦

Gülbala gözünə qan dammış qoça baxıb durdu ayağa:

- Qəzənfər dayı, - dedi. ”“ Mən də pas. Nə isə ürəyim götürmür belə şeyləri”¦

Otaqların lap dərinliyindən Ağamalının titrək iniltisi eşidildi.

- Başlaya bilərsən”¦

Zeynal dişlərini qıcayıb, gözünə düşən saçını üflədi və bütün ağırlığını Quc-qucunun ayaqlarına saldı.

Qəzənfər Quc-qucunun dilini çıxardı, yenə də nə isə oxuyub salavat çevirdi.

Nəhayət, şirmayı dəstəkli bıçaq Quc-qucunun alışıb ”“yanan boğazına çəkildi”¦

Bayaq Zeynalın qazdığı balaca xəndək bir anın içində qanla doldu. Ancaq quru torpaq elə bir andaca bu al qanı öz canına hopdurdu. Quc-qucu bir neçə dəqiqə çapalayıb qeyri-adi bir xırıltı ilə sinəsində qalan son nəfəsini qanla bir yerdə bayıra püskürdü və sakitləşdi. Qəzənfər qoçun ayaqlarını oynaqlarından sındırandan sonra cəmdəyi qaldırıb ağacdan asdı”¦

Bir neçə saatdan sonra məclis öz qızğın çağındaydı. Siqaret, limon, kabab, şampan və araq qoxusu bir-birinə qarışmışdı.

Ağamalı dalbadal içdiyi şampanın təsirindən hər şeyi unutmuşdu. Daha doğrusu unudan kimiydi. O, gah mətbəxə keçir, gah da həyətə çıxırdı.  Hər dəfə süfrəyə cızıldayan kabab gətiriləndə:

- Yeyin, yeyin, əladır! ”“ deyirdi. ”“ Qara qoç əti misilsizdir.

O,  hər dəfə stola yaxınlaşanda, bir anlıq yağlı tikələrə baxır, duruxur, sonra isə Gülbalanı qucaqlayıb o üzündən-bu üzündən öpürdü.

Nəhayət, yorulub oğlunun yanında oturdu.

- Sən heç nə yemirsən, ata! ”“ Gülbala yumşaq tikələrdən atasının qabağına çəkdi. Ağamalı buğlanan, cızıldayan tikələrə baxıb heç nə demədi. Birdən-birə tutuldu. Elə tutuldu ki, rəngi də dəyişdi. O, sinəsindən, bəlkə də mədəsindən qalxan, ajı gülüşə oxşayan zəqqum bir şeyi boğmaq üçün şampanla dolu stəkanı başına çəkdi və elə içə-içə ağlından bir fikir keçdi ki, nə yaxşı əsgərlikdə day başqa oğlum yoxdur. Yoxsa”¦

Ağamalı bəlkə də heç belə fikirləşmirdi, bəlkə də heç onun sinəsindən, ya mədəsindən gülüşə-filana oxşayan bir şey qalxmırdı, sadəcə, oğlunun, ağıllı-kamallı oğlunun sağ-salamat qayıtmasına sevinirdi”¦

Gülbala ilə Zeynal eyvana çıxdılar ki, siqaret çəksinlər. Gördülər ki, Qəzənfər də burdadı, sürahiyə söykənib hansı mahnınısa zümzümə edir. Deyəsən, “Almanı atdım xarala” mahnısıydı. Onlar çox içsələr də, sərxoş deyildilər. Gülbala bir az Qəzənfərə qulaq asandan sonra Zeynala işarə etdi və başladılar bir yerdə oxumağa:

  Almanı atdım xarala,

  Qaldı sarala-sarala”¦

Elə bu vaxt həyətin bir tərəfindən yanıqlı bir səs gəldi. Oxuyanlar mahnını kəsib, səs gələn tərəfə baxdılar. Səs bir də eşidildi. Kimsə ağlayırdı.

Qəzənfər:

- Ağlayır, - dedi.

- Hə, ağlayır, - Zeynal təsdiqlədi.

Onlar tövlənin yanında görünən qaraltıya tərəf tələsdilər.

Qaraltı Ağamalıydı. O, dizlərini qucaqlayaraq  büzüşmüş halda tövlənin qapısı ağzında oturmuşdu. Hönkür-hönkür ağlayırdı. Qəzənfər yaxınlaşıb:

- Ağamalı?.. ”“ dedi.

Ağamalı:

- Nə var? ”“ hönkürtüsünü kəsmədən mızıldandı.

- Niyə ağlayırsan, əmoğlu?

- Bəs”¦ bəs neynəyim?

- Ağlama.

- Partlayır axı, Qəzənfər”¦

- Nə partlayır?

- Ürəyim!

- Ürəyin?!

- Hə”¦

Gülbala:

- Noolub, ey, papa? Şükür, sağ-salamatam”¦ Gəlmişəm - bir yerdəyik.

Ağamalının hıçqırtısı daha da artdı:

- O artıq yoxdur”¦

Zeynal:

- Kim yoxdur, Ağamalı əmi?

- O!

- Kim, o?

- Quc-qucu!..

Qəzənfər içkinin təsirindənmi, ya gülməyini büruzə verməmək üçünmü, əli ilə sifətini sıxçaladı, elə bil üzünü sabunlayırdı:

- Əmoğlu, - dedi. ”“ Bilirsən, o heyvan idı, heyvan!.. Ona görə də”¦ o söz olmalıydı, vsyo!.. Nöşün ki”¦

Ağamalı onun sözünü kəsdi:

- Yox! O, heyvan deyildi, Quc-qucuydu!

Gülbala atasının yanında sallağı oturub ulduzları saymağa başladı. Elə bil heç kimi eşitmirdi. Arabir öz-özünə:

- Eh, gör nə yaxşıdı həyat, - deyirdi. ”“ Ulduzlar, bədirlənmiş ay”¦ Səksən iki. Evdə olmaq nə yaxşıdı”¦ Səksən üç. Mən dembildən bir”“iki  ay qabaq, eşidirsən, papa?

- Eşidirəm.

- Hə, dembildən bir-iki ay qabaq mən”¦ səksən dörd, soyuqlamışdım. Qospitaldaydım”¦ Səksən beş. Darıxırdım evimizçün”¦ Elə darıxırdım ki, burnumun uju göyərirdi.

Ağamalı:

- Göyərirdi yox, göynəyirdi.

- Göynəyirdi”¦ Səksən altı. Hər gün ulduzlara baxıb deyirdim ki”¦ eşidirsən, papa?

Ağamalı:

- Eşidirəm.

- Hə, baxıb deyirdim ki, eybi yox, bir-iki aydan sonra sizə öz kəndimizdən baxacam”¦ Səksən altı.

Uzunsaçlı, arıq Zeynal ayıq olsaydı, daha doğrusu, içməmiş olsaydı, bəlkə də bu söhbətə qarışmazdı. Ancaq qoç məsələsində mütləq öz fikrini bildirmək istəyirdi.

- Ağamalı əmi, bilirsən”¦ Məncə, Qəzənfər dayı düz deyir.

- Yox! Yox! Düz demir! Onu kəsmək günahıydı.

- Ağamalı əmi, məni bağışlayın, bəlkə də başımdan böyük danışıram, ancaq məncə, o qoçun qalması kəsilməsindən də pis günah olardı. Axı qoç lap qızıldan da olsa, axır kəsilməlidir.

Ağamalı:

- Niyə? Niyə, hə?! Niyə kəsilməlidir? ”“ dedi. ”“ Axı mən ona öyrəşmişdim, vərdiş eləmişdim?.. Axı o, qoç deyildi ”“ Quc-qucuydu”¦

Qəzənfər:

- Yox, qoçuydu, heyvanıydı.

Gülbala:

- Doxsan doqquz”¦

Zeynal başını əyib qulağını bozarmış qara pencəyinin çiyninə sürtdü:

- Ağamalı əmi, - dedi ”“ bu cür humanistlik sadəlövhlükdür. Bir də siz öz paltarınıza vərdiş eləmirsiniz? Öz yerinizə, öz evinizə öyrəşmirsiniz? Öyrəşirsiniz. Ancaq paltar köhnələndə tullayırsınız. Düz demirəm?

Qəzənfər Zeynalın sözünə qüvvət verdi:

- Tullayırsan! Sən öz televizoruna vərdiş eləməmişdin? Noldu? Rənglisi çıxan kimi tullayıb təzəsini aldın, hə?  Sən öz pişiyinə də öyrəşmişdin ”“ “Maygülü”yə. Noldu? İndi o hardadı? Qaçıb, ya oğurlayıblar? Dinmirsən, əmoğlu?.. De ki, heç yadıva da düşmür”¦

- Siz”¦ Siz məni başa düşə bilməzsiniz. Yox, yox”¦ Mən xain, satqın, naxələf çıxdım! Quc-qucu”¦

Eyvanda arabir Şahbikənin narahat silüeti görünürdü. O, bir an dayanıb səs gələn tərəfə baxır, ancaq mübahisə edənlərə sarı gəlməyə ürək eləmirdi.

- Məncə, oturub adi bir qoç üçün ağlamaq düzgün deyil, - deyə Zeynal Gülbalanın yanında çömbəldi.

Gülbala:

- Siz nə danışırsınız, e? İşiniz-gücünüz qurtarıb bəyəm?.. Mən gəlmişəm, iki il evdə olmamışam”¦ Yeyək, içək, kef eliyək”¦ Bizim starşinamız Yeliseyev həmişə deyirdi ki, soldat, əsl soldat gərək”¦

Gülbalanın birdən-birə ürəyi bulandı və o, sözünü yarımçıq kəsib əyilməyə məcbur oldu. Qəzənfər cib yaylığını çıxardı. Zeynal tələsik qaçıb həyətdəki krandan bir dolça su gətirdi. Ağamalı da hıçqırığını kəsib əlini oğlunun alnına qoydu.

Gülbala yüngülləşib yaşlı və qızarmış gözlərini yenidən ulduzlara dikdi.

- Yüz səkkiz.

Qəzənfər mübahisəni təzələmək üçün Ağamalıya tərəf döndü. Ancaq Ağamalı bayaqkı yerində yox idi.

Qəzənfər onu səslədı:

- Ağamalı”¦ Əmoğlu.

Ağamalıdan səs gəlmədi.

Qəzənfər Zeynala, Zeynal Gülbalaya, Gülbala isə ulduzlu göyə baxdı.

                         ***

”¦Ağamalını çox axtarmaq lazım gəlmədi. O, bayaq arıq-taqqa Zeynalın qazdığı balaca xəndəyin yanında oturub fikrə getmişdi”¦ Yaxından baxan olsaydı, yanaqlarından süzülən göz yaşlarını və bu yaşların onun çöhrəsində açdığı odlu izlərini görərdi”¦

 

Eldəniz Quliyev

Oxşar xəbərlər
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."