Turan fəlsəfəsi: təktanrıçı, həqiqətçi və tərəqqiçi
Oxunub: 1968
13 Feb 2016 | 23:22
Turan fəlsəfəsi: təktanrıçı, həqiqətçi və tərəqqiçi
Turan Midiyasında fəlsəfə, din və mədəniyyətin əsas daşıyıcıları Turanlı maqlar/şamanlar olublar. Kuti, Turukki və Manna türklərinin davamçısı olan Turan Midiyasının maqlarının əsərləri ya məhv edilmiş, ya Zərdüşt kimi İran/Arian mütəfəkkirləri tərəfindən dəyişdirilərək yeni məna kəsb etmişdir. Hər halda Zərdüştə qədər Turan Midiyasında yaxın qohumların evlənməsi yasaq, günah olduğu halda, Zərdüştün “Avesta”sı ortaya çıxıdığı və fars Əhəmənilərin hakimiyyətə gəlməsindən sonra bir çox qanunlar kimi, bu yasaq da qaldırılmışdır. Deməli, Turan Midiyasının fəlsəfi, dini və mədəni həyatı İran Əhəmənilərinin fəlsəfi, dini və mədəni həyatına daban dabana zidd olmuşdur. Bu öz əksini Turanlıların Maq dininə zidd yeni din yaratmaq istəyən Zərdüştə və onun tərəfdarlarına açıq şəkildə düşmən münasibəti ortaya qoyur. Bu anlamda Turan Midiyasında fəlsəfi, dini və mədəni həyatın öncüllərinin Maqlar olması, Midiyanın süqutundan sonra onların yerini Zərdüştü kahinlərin tutması qənaətindəyik.

Deməli,  Türk-Turan fəlsəfəsinin əsil mahiyyətini aşkara çıxarmağın yollarından biri də Maqlar təlimindən keçir. Çünki Maqlar təlimində Zərdüştliklə üst-üstə düşməyən, kifayət qədər fərqli olan məsələlər var. Bu ziddiyyətləri və fərqləri nəzərə almadan Maqların təlimini Zərdüştizmə calamaq çox yanlşıdır. Amma nəzərə alsaq ki, bunu edənlər İran/Ari kimliyi və Hind-Avropa mədəniyyətindən (Avropa mərkəzçilikdən) çıxış edirlər, o zaman saxtakarlığı başa düşmək çətin deyildir.

Bu baxımdan Azərbaycan “Avropa mərkəzçilər”indən İqrar Əliyevin, Sara Qasımovanın bir tərəfdən «maqların təlimi»nin Azərbaycan və İran ərazisində, zərdüşÂ­ti­likdən fərqlənən ən qədim dinlər olduğunu göstərdiyi halda, digər tərəfdən də bu dini təlimlərin bir çox cəhətlərinə (dualizm ”“ xeyir və şər allahları, oda sitayiş.) görə ziddiyyət də təşkil etmirlər iddiası doğru deyildir. İqrar Əliyevin Maqlar təlimini Zərdüştlüklə bağlamaq üçün irəli sürdüyü mənasız fikirləri, özəlliklə «maqların təlimi»ni “Zurvanizm”lə əlaqələndirməsi, hətta Maqların fəlsəfəsindəki işıq və zülmətin mübarizəsinin buradan qaynaqlanmasını irəli sürməsi cəfəngiyyatdır. Ona görə cəfəngiyyatdır ki, xeyir və şər, işıq və zülmət arasında mübarizəni yalnız Zərdüştlük və onula bağlı dinlərələ əlaqələndirmək doğru deyildir. Bu cür ikili mübarizə bütün əski və sonrakı dinlərdə, hətta mifolojilərdə olmuşdur.  Yəni ikili mübarizəni ancaq zərdüştlüklə bağlayaraq, Turan fələsəfəsinin tərkib hissəsi olan Maqlar təlimini də onunla qohum etmək sırf ideoloji mahiyyətlidir.  Bizcə, bu cür düşüncələrin ilk qaynağı Turan fəlsəfəsidir.

Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. 4 minilikdə İkiçayrasında mövcud olmuş Summer sivilizasiyasının varlığı Turan kosmoqoniyasının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Summerlərdə və digər Turani qövmlərdə görünən Gök Tanrı dininin (Gök Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi təsadüfi deyildir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən, məsələn Şummerlerdən  keçməsi get-gedə daha çox qəbul olunur.

Summerlərdə erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Gök Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Gök körpüsü, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Gök Tanrıya aid olduğu üçün, Gök körpüsünün (Göy qurşağı) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi bir birinin ziddi olan, fəqət bir birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar  da “Gök Tanrı” və “Asra Yer” idi. Həqiqətdə  hər şey bir fəza (xaos)  halından ibarət ikən sonradan vuzuh qazandıqca gök yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və birbirinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”. Orhon kitabəsində də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıkta, ekin ara kişioğlu kılınmış”.

Ülkenin fikrincə əslində bir olan iki zidd prinsipin sonradan təkrar birləşməsi Türk kozmogonisinin vəhdətçi (monist) bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Gök Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Gög Tanrının yaratdıqlarını məhv edəndir. Gök Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Gök Tanrının bir parçasıdır. Ülken yazır: “Göklə yer arasındakı ayrılıq ancaq  vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır”. Türk düşüncəsində atam Gök, anam Yerdir. Gök Tanrının timaslı Gökdə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir.

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Gök Tanrı Tenger, yer Tanrısı Yireydir. Gökdə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Gök Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-sular hakimdir.

Turan-Türk fəlsəfəsində Tanrının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra  əvvəlcədən şəkli olan İnsanı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir.

Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: Aləmdə heç bir şey yox ikən Qaraxan (görən) və su (görünən) vardı. Yəni epistemoloji dillə biri nəfs subyekt, digəri mövzu obyekti təmsil edirdi.  Qaraxan şəkilsiz və qeyri-müəyyən bir qüvvət, bir növü xaos olan sudan İnsanı yaratdı; beləcə özünü yalnızlıqdan qurtarmaq istədi. “İnsan” və Qaraxan su üzərində uçmaya başladılar. Fəqət insanın qürur və ehtirası Qaraxanı aşmaya və başını göklərə yüksəltməyə sövq etdi. Qaraxan onu cəzalandırımayı düşündü. Suyun dibinə batıraraq “bilmək” və “uçmaq” iqtidarlarını ondan aldı. Fəqət sonradan bu tək sevgili məxluquna acıyaraq ona təkrar “bilməy”i geri verdi. Yalnızca qürur və rəqabətinin yanlış yollara sürüklədiyi “uçmaq”ı ona geri vermədi. Onu bir yerı bağlamaq və yaşatmaq üçün dənizin dibindən bir ulduz yüksəltdi. Bundan bir ovuc torpaq aldı və beləcə adalar, dağlar meydana çıxdı. Fəqət insan bir türlü uslanmadı. Yenə Yaradanla boy ölçüşməyə qalxdı. O zaman Qaraxan  Yayık ismində bir mələk göndərdi. Onun vasitəsilə insanı Yerə göndərdi və Erlik (Yerlik) Xan deyə ad qoydu. insanlar onun nəslindən yetişdi.

Burada “Uçmaq”ın insandan alınması diqqətçəkicidir. “Uçmaq”ın cənnət olduğu və beləcə İnsanın cənnətdən  qovulduğu görülür. Bilmək və Uçmaq, ağıl və ehtiras kimi ruhun iki qüdrətini göstərir. İnsanın  qürurunu qırmaq üçün özündən ehtirasın alınaraq yalnızca mötədil və sakin ağılla buraxılmasımı ifadə etməkdədir.

Turan-Türk düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qaraxan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi  prinsiplər arasındakı ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.

Bu anlamda Turan Midiyasının Maqlar təlimində də ikili mübarizə məsələsində xəyalçılıq və qədərçiliyə yer yoxdur. Digər tərəfdən Turani maqların təlimində ikili mübarizə vahid ruhdan törəyən dualizim olduğu halda, zərdüştlükdə hərəsi müstəqil qüvvələrdir. Deməli, təkallahlı dini inanc sistemi olan Maqlar təlimindən fərqli olaraq Zərdüştlükdə ikiallahlıq vardır.  Bu baxımdan İ.Əliyevin yazması ki, maqlar odu, torpağı və suyu allah hesab etdikləri halda, onlar allahların təsvirlərini tanımırdılar, onun nə qədər ziddiyyətli mövqe tutması göz önündədir. Əgər Maqlar bir olan Tanrıya tapınırdılarsa, deməli onlar üçün ikili mübarizə Yer üzərində yaşayan insanlarla bağlı idi. Yəni Maqların Tanrısının yaratdığı Dünya, İnsan daxilində İşıq və Zülmətin mübarizəsi gedirdi. Təbii ki, Turani Maqların inanc sistemindəki Tanrı İşığın yanında yer alır, Zülmət və digər mənfliklərə qarşı idi. Bu baxımdan «Maqların təlimi»ndəki tək Tanrıdan törəyən İşığın Ahur-Mazdaya, Zülmətin isə Anhra-Manyuya çevrilməsi Zərdüştizmin məhsuludur, bunu maqlarla bağlamaq doğru deyildir. Bu anlamda Zərdüştiliyin/Hind-Avropa mədəniyyətinin daşıyıcılarının Maqların təlimini saxtalaşdırması bir yana, üstəlik əski Türk mədəniyyətinin üzərindən cız çəkərək, hər şeyi İran, Hind-Avropa mədəniyyətinin adına yazması yolverilməzdir. Bu cür saxtakarlıqlarının elmləşməsinin nədəni Turan Midiyasının varlığının, Turan mədəniyyətinin görməzlikdən gəlinməsidir. Bir sözlə, Türk-Turan mədəniyyətinin varlığına göz yumulduğu  bir zamanda İran, Hind-Avropa mədəniyyətinə qarşı ya alternativ qalmır, əgər alternativ ortaya da çıxarsa o zaman “naməlum” damğası vurulur.

Oğuz dastanına görə ilk Türk hökmdarlarından Buğuhan Türk-Turan dinini təsis etmişdi. Ümumiyyətlə, Turan-Türk hikmətində “yaradılış” örnəklərinə Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazır ki, Turan-Türk hikmətinə görə, aləmin iki zidd qüvvətin arasındakı ahəngdən doğmuşdur.  İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındakı sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındakı uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə,  bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli  həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqət ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir. Çünki Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq birbirinin ziddi olmasına rəğmən yenə birbirini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində  “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyümüz kimi bu prinsiplərdən biri mükəmməlliyin, şəklin, sükünun və ulaşmanın timsalı olan “Gök Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dir. Digəri insanların içindən çıxdıqları və yenə içinə döndükləri torpaq; arzular, ümidlər, ehtirası və iztirabları, nəhayətsiz bir şovq və həmlənin timsalı olan “Asra Yer”dir”.

Bu anlamda əski Azərbaycan ərazisindəki bütün mədəniyyətlərin ya “naməlum” qalmasının, ya da Hind-Avropa, ya da Hind-İran mədəniyyətinin adına yazılmasının kökü Turan mədəniyyətinin ya Ural-Altay, ya Orta Asiyada,  ya da Çində axtarılmasıyla bağlıdır. Əlbəttə, oralarda da Turan fələsfəsi, Turan mədəniyyəti olmuşdur. Ancaq Turan mədəniyyətinin əsas mərkəzi Turan Midiyasının mərkəzi olan Azərbaycan olmuşdur. Azərbaycan Turan Midiyasında dini mərkəz halında olduğu üçün Turanlı Maqların, Turanlı Maqlardan sonra Zərdüşti kahinlərin Əhəmənlər və Sasanlar dönəmində buranı diqqət mərkəzində saxlaması təbiidir. Yəni Azərbaycanın din mərkəzinə çevrilməsi yerli Turanlılarla bağlı olmuş, sonralar bu ərazilərə köç etmiş Hind-İrandilli (Əhəmənlər, Sasanlar) zərdüşti kahinlər də həmin ənənəyə sadiq qalaraq Azərbaycana özəl münasibət bəsləmişlər. Zatən, bunu İrançı alimlər də yaxşı bilirlər.

Fəlsəfə doktoru Faiq Qəzənfəroğlu
Oxşar xəbərlər
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi