"Dövlətin bütün qaymaqları o vertolyotun içindəydi"
Müsahibə
Oxunub: 7104
13 Feb 2016 | 00:14
Jurnalist, Sevinc Osmanqızının Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev haqqında yazdığı status 25 ildir hələ də üstü açılmayan Qarakənd faciəsini yenidən gündəmə gətirdi. Sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı yenidən geniş müzakirələr, hətta mübahisələr belə yarandı. 

Moderator.az da buna biganə qalmadı və ilk öncə  S.Osmanqızının yazdıqları ilə bağlı həmin faciədə həyatını itirmiş o zamankı dövlət katibi Tofiq İsmayılovun ailəsi ilə görüşdü. Ancaq həmin müsahibəmiz bəzilərində elə belə bir fikir formalaşdırdı ki, sanki biz T.Qarayevin əleyhinə kompaniya aparırıq. T.İsmayılovun ailəsi ilə müsahibəmizdə mövqe bildirməməyimizə baxmayaraq müsahibə ətrafında formalaşan fikirlərin yalnış olduğunu sübut etməyə çalışdıq. O səbəbdən də bu dəfə T.Qarayevin həmyerlisi, 90-cı illərdə AzTV-nin "Dalğa" verilişindən çox yaxşı tanıdığımız jurnalist İlqar Əlfioğlu ilə həmsöhbət olduq. 

- İlqar müəllim, bildiyim qədər məlum Qarakənd faciəsindən bir-iki gün əvvəl mərhum Tofiq İsmayılovla görüşmüşdünüz. Sirr deyilsə görüşünüzün məqsədi nə idi? 

-  Həmin ərəfədə mən televiziyada işləyirdim, o vertolyotda bizim çəkiliş qrupumuz olmalı idi, yəni əvvəlcədən danışılmışdı, planlaşdırılmışdı ki, biz də Dalğanın çəkiliş qrupu kimi iclası çəkək. Elə oldu ki, hadisə baş verməmişdən üç-dörd gün qabaq bizi kütləvi şəkildə işdən çıxartdılar. Mən də öz haqlarımızı müdafiə etməyə çalışırdım, buna görə də hadisədən təxminən bir-iki gün qabaq Osman Mirzəyevə zəng vurdum. Osman müəllimlə çox səmimi, isti münasibətlərimiz var idi. Ona dedim ki, burada 80 nəfəri heç bir əsas olmadan işdən çıxardıblar, böyük narazılıq var və mən də buna görə Ayaz Mütəllibovla görüşmək istəyirəm. Osman müəllimlə Prezident Aparatının həyətində görüşdük, dedi ki, İlqar indi biz bir səfərə hazırlaşırıq və buna görə A.Mütəllibovla görüşmək bir qədər çətin məsələdir, sən gəl Tofiq müəllimlə görüş. Axşam saat doqquz radələri idi, Tofiq müəllimin otağına gəldim və vəziyyəti ona danışdım. Rəhmətlik şəkər xəstəsi idi, əlüstü şam edirdi, stolun üstündə balaca qara çörək doğramışdı, bir də kolbasa vardı, bir çörəkarası da düzəldib mənə verdi. Oturub hardasa on dəqiqə söhbət etdik, dedi ki, İlqar Ağdama iclas var biz sabah ora uçmalıyıq, Mütəllibov da bizimlə gedir. Elə sən də bizimlə gedərsən yolda bir yerdə söhbət edərik, görək sizi niyə işdən çıxardıblar. Dedim ki, Tofiq müəllim işdən çıxardıblar deyə mən gedə bilməyəcəm. Dedi ki, onda problem yoxdur, bu barədə Ayazla özüm danışaram. Ertəsi gün biz də onların qayıdacağını gözləyirdik, nə bilərdik ki, belə bir hadisə olacaq. Mənə Ağdamdan əmim zəng vurub hadisə barəsində dedi, düzü çox pis oldum, özümdə bir gücsüzlük hiss etdim. Həmin gün Azərbaycan tarixində bizim ən böyük itki gördüyümüz günlərdən biri idi. Saat yediyə işləmiş televiziyanın qabağına gəldim, gördüm ki, Sevinclə anası qapının ağzındadırlar. Bəlkə də vəziyyətimdən hiss etdilər ki, nəsə ciddi hadisə baş verib, elə qapının ağzındaca ağlaşdıq.
 
- Yəqin ki, jurnalist Sevinc Osmanqızının T.Qarayev haqqında yazdığından xəbəriniz var. Etiraf edək ki, indi təxmini də olsa Qarakənd faciəsini kimlərin və nəyə görə törətdiyini bilirik. Bəlkə də T.İsmayılov, M.Əsədov və İ.Qayıbov üçlüyü qalsaydı biz nə Qarabağı itirərdik, nə də Azərbaycanda sonrakı hadisələr baş verməzdi. Sizcə T.Qarayev bütün bunları bildiyi halda nəyə görə həmin faciədə məhz T.İsmayılovu günahlandırır?

- Əvvəla mən o fikirlə razı deyiləm ki, faciə T.İsmayılovun səhlənkarlığı ücbatından baş verib. Problem ondadır ki, bizimkilər faktiki olaraq müharibə şəraitində yaşadıqlarının fərqində belə deyildilər, onlar heç bilmirdilər ki, müharibə nədir. Həmin vertolyotda uçan adamların heç biri bilmirdi ki, Azərbaycan real müharibədədir, Azərbaycanın real düşməni var və bu düşmən səninlə iç-içədir. T.İsmayılov orada hansı qərarı qəbul edirdi ki, qərarları Moskva verirdi. Hadisəylə bağlı mən ancaq bildiklərimi deyə bilərəm və belə hesab etmirəm ki, T.Qarayev T.İsmayılovu ittiham edir. Çünki T.Qarayev özü də bilir ki, T.İsmayılov Azərbaycanın həqiqətən də ən dəyərli oğullarından biri idi və öz sözünü həmişə deyən adam idi. Həmçinin Tamerlanı da elə qiymətləndirirəm. 

T.Qarayevin dediyinə bircə o cəhətdən haqq qazandırıram ki, o nümayəndə heyətinin tərkibində ən yüksək rütbəli şəxs rəhmətlik T.İsmayılov idi. Həmin vertolyotun o tərkibdə uçduğunu eşidəndə tüklərim biz-biz oldu ki, adam nə qədər piyada olar ki, Azərbaycanın bütün qaymaqlarını bir vertolyota yığsın və harasa göndərsin. Bu gülməli söhbətdir, heç vaxt heç iki-üç mühüm vəzifə sahibini belə bir vertolyotda göndərmirlər. Tutalım ki, heç vertolyotu erməni vurmayıb, qəza olub, adam o qədər insanın həyatı ilə risk edərmi?! Sənin dövlətinin bütün qaymaqları o vertolyotun içindəydi. Bu çox böyük səhlənkarlığın, uzaqgörən olmamağın, real olaraq hansı şəraitdə yaşadığını dərk etməməyin nəticəsidir. İndi hərbi əməliyyat gedən bölgələrdə vertolyotların, təyyarələrin necə uçduğunu, necə müşayət olunduğunu  görürük. Onların bir vertolyota minməyi spantan idi. Düzdür, inanmıram ki, T.İsmayılov orada nəsə həll edə bilərdi, çünki orada rus generalları var idi və bütün işlər də onların əlində idi. Amma o qədər adamın bir vertolyota yığılması düzgün deyildi. T.Qarayev də həmin sözü məhz buna görə deyə bilər. 

Onu demək istəyirəm ki, ölmüş adamlara link verib sosial şəbəkələrdə, mətbuatda danışmaq çox asandır. Çünki ölü yerindən qalxıb cavab verə bilməyəcək ki, ay bala, ədalətsiz etmə, elə niyə deyirsən. Yəni burada günahkarı öz içimizdə axtarmaq lazım deyil, günahkar bəllidir də zatən. Təbbi ki, ailələrin də ağrısını, yanğısını da başa düşürəm, amma xahiş edirəm ki, günahı özümüzdə axtarmayaq. Günahı zəmanədə, dövranda, quruluşda axtarmaq lazımdır. İndi onsuz da həqiqəti aşkara çıxarmaq mümkün deyil. T.Qarayevlə T.İsmayılovun şəxs olaraq çox isti münasibətləri olub. Ümumiyyətlə, Tamerlan istiqanlı insan olduğuna görə hamı ilə yaxşı münasibətdə olub. S.Osmanqızını da yaxşı başa düşürəm, o fikri deyəndə bir qədər emosianal olub. Ancaq bəlkə də T.İsmayılov sağ olsaydı Sevincə deyərdi ki, ayıbdır, elə söhbətlər danışma. 

Biz bütün ittihamlarımızın cavabını o dünyada verəcəyik, ona görə də insan dəqiq bilmədiyini deməz. Bizi keçmişə aparan yollarımızın hamısı bağlanıb. Heç bir hadisənin həqiqətən necə olduğunu indi aydınlaşdıra bilmirik. İndi bizim səfərbərliyə ehtiyacımız var, düşüncə, əqidə səfərbərliyinə və buna nail olmaq lazımdır. İndi köhnə palan içi tökmək, kimisə ittiham etmək yersizdir. 

- Səhv etmirəmsə T.İsmayılov həmin iclasda ərazi komendatı Jenkeni danlayıb və bildirib ki, əgər deyilənlər doğru olsa səni öldürəcəm. Bundan sonra Xankəndinə getməyi Jenken təklif edib və bir hərbi vertolyotu olduğunu deyib.  

- Məndə olan məlumata görə isə orada iki vertolyot olub və nümayəndə heyəti daha böyük olmalı imiş. Həmin iclasda Mütəllibov da iştirak etməliymiş, elə ona görə də iki vertolyot planlaşdırılıb. Sonradan Mütəllibovun Bakıda daha mühüm işləri çıxdığına görə son anda onun gedişi ləğv olunub. Ondan sonra T.İsmayılova nümayəndə heyətinə rəhbərlik etmək tapşırılıb. Xankəndinə uçanda da belə deyiblər ki, iki vertolyotun uçmağının nə mənası var, elə birində uçaq. Məndə olan məlumat belədir və yenə də deyirəm ki, bu böyük səhv idi. Ancaq demirəm ki, qərəzli, bisavadlıqdan gələn səhv idi, sadəcə olaraq həmin insanlar o zaman bilmirdilər ki, eməni nələr edə, hansı oyunlar çıxara, hansı bədniyyətli planlar qura, bizə hardan zərbələr endirə bilər. O zaman bizim heç birimizin ağlına bunlar gəlmirdi, hamı elə bilirdi ki, bu müvəqqəti problemdir, tezliklə həll olunacaq və yenidən dost-qardaş olub yaşayacağıq. Hamı, T.İsmayılov da, İ.Qayıbov da, digərləri də elə bilirdi. 

- Tamerlan Qarayev həmin heyət ilə Ağdama getsə də, ancaq Xankəndinə uçan o vertolyota minməmişdi və bu da indiyə qədər şübhələr doğurur. İddia olunur ki, hadisənin baş verəcəyindən xəbəri var idi deyə T.Qarayev həmin vertolyota minməmişdi. 

- Həmin hadisə hələ də böyük müəmmalar altındadır, açılmayıb və açılmayacaq da. Orada qəza da ola bilər, qəsd də ola bilər, ancaq əsas məsələ odur ki, bu itki bizim hamımızın itkisidir. O ki qaldı Tamerlanın vertolyota niyə minməməsinə, Tamerlan həmin vaxt avtomobil qəzasından təzə çıxmışdı, həmin gün də ayağı gipsdə idi. Bizim qohum-əqrəba də hamısı vertolyota minmə ərəfəsində orada olublar. Tofiq müəllim özü Tamerlana deyib ki, sən hara gedirsən, gedib yarım saata qayıdırıq, sən qal yemək tədarükü gör. Qonaqlar qayıdıb günorta yeməyi yeməliydilər,Tamerlan ağdamlı olduğuna görə də təbii ki, tədarük məsələsini ona tapşırır. 

- Ancaq Tamerlan Qarayev bu barədə deyib ki, Tofiq ismayılov mənə aldığı silahları qarşılayıb, paylamaq tapşırığını vermişdi. Tofiq İsmayılovun qızı Səbinə xanım isə deyir ki, atası silahları qəbul etməklə bağlı tapşırığı T.Qarayevə yox, orada olan öz dostuna verib. 

-  Tofiq İsmayılovun dostu və ya köməkçisi Ağdamda silahı kimə paylayacaqdı axı, bazarın qarşısında paylayacaqdı? Təbbi ki, silahları ağdamlı biri paylamalıydı. Tamerlanın silahları qəbul edib paylamağı üç saat sonra da ola bilərdi. Tamerlanın Ağdamda qalmasının əsas səbəbi gələn qonaqlarla bağlı tədarük görmək idi. 

Tamerlanın vertolyotda niyə olmadığı ilə bağlı sualı Mütəllibova da vermək olar ki, o, niyə Ağdama uçmadı. Faktiki olaraq Tofiq müəllim mənə demişdi ki, Mütəllibov da bizimlə olacaq və sizin məsələni həll edəcəm. 

- Bəlkə də Mütəllibov o vaxt vəzifədə çox qalsaydı bu sualı ona da verədilər, ittiham edərdilər. Ancaq T.Qarayev bəlkə də yeganə şəxsdir ki, indiyə qədər vəzifədədir. Bu da insanlarda şübhələr doğurur, digər tərəfdən də səfir getməyi ölkədən qaçmaq kimi qiymətləndirilir. Həmçinin o, Xocalı hadisəsində də ittiham olunmuşdu, ümumiyyətlə T.Qarayevin adı qalmaqallarda çox hallanıb. 

- T.Qarayev AXCP məclisinin sədri idi, partiyanın fikir mərkəzlərindən biri idi. AXCP-nin öz təşəbbüsü ilə dövlətlə partiya arasında iş birliyi yaratmaq üçün Milli Məclisə müavin seçiləndə partiyadakı dünənki dostları ona düşmən gözüylə baxmağa başladılar. Onun əleyhinə şəxs olaraq bütün təbliğat elə AXCP-nin vaxtında başladı. O insanların qafası elə vəziyyətdə idi ki, “ay hökumət, sən bütün komplekt olaraq oradan düş, biz komplekt olaraq gələk dövləti idarə edək”- deyirdilər. Partiyada hakimiyyətlə iş birliyinə getmək niyyətində olan adamlar çox az idi. Tamerlana qarşı bütün qısqanclıqlar da elə o vaxtdan başladı. Tamerlanın atası ilə Heydər Əliyevin vaxtında çox yaxşı münasibətləri olmuşdu və elə buna görə də Tamerlanı partiyada qəbul etməyənlər var idi. Tamerlan Milli Məclisə seçilən kimi, əleyhinə “hökumətə satıldı”- deyə təbliğata başladılar. Halbuki hökumətlə iş birliyi qurmaq üçün özlərinin istək və rəyi ilə razılaşmışdılar. Hökumət də iş birliyi qurmaq üçün yanına axmaq, ağzıqara gədələri  gətirməyəcəkdi ki. Bir savadlı kadrı gətirməliydi ki, hansısa iş görə bilsin. 
Tamerlanın indiyə qədər vəzifədə qalmasına gəldikdə isə, bunu onu həmin vəzifəyə təyin edənlərdən soruşmaq lazımdır. Yəqin bu insanın bir tablo olaraq dəyəri çox böyükdür ki, bu söz-söhbətlərin müqabilində ondan imtina etmək istəmirlər. 

- Vertolyotun qara qutusu ilə bağlı da T.Qarayev ittiham olunurdu.

- Deyilirdi ki, güya qara qutunu T.Qarayev Rusiyaya göndərdi. Birincisi, Tamerlan kimi idi ki, ona qara qutu verərdilər. Tamerlanın o vertolyota, o vertolyotu uçurana nə aidiyyatı var idi axı. O zaman Sovet hökuməti vardı və qara qutunun açılması üçün xüsusi mərkəz də Moskvada idi. Qara qutunu Azərbaycanda çəkiçlə, baltayla açası deyildilər ki. İndinin özündə də dünyada qara qutunu açan bir mərkəz var və həmin mərkəz qara qutunu açanda mötəbər sayılır. İkincisi, bu adamlardan soruşmaq lazımdır ki, qara qutu nədir. Qara qutunun içində iki qeyd aparatı olur, biri vertolyotun parametrlərini, ikincisi isə vertolyot ekipajının dispetçerlə söhbətlərini yazır. Orada da dispetçer yox idi, planlaşdırılmış uçuş deyildi. Burada təbbi ki, pilot heç kimlə heç nə danışmayacaqdı, çünki yer xidmətləri onu müşahidə etmirdi. Sanki taksiylə müəyyən qədər yol gedəcəkdilər, odur ki, onsuz da qara qutu burada heç bir məlumat verəsi deyildi. 

- Hadisə yerinə gedən istintaq qrupunun nümayəndələrindən biri Bayram İsmayılov mətbuata müsahibəsi zamanı qəza yerində gördükləri bir neçə faktları açıqlayıb. Və tam əminliklə qeyd edib ki, orada bir neçə nəfərin cəsədi yox idi. Ancaq sonradan deyilmişdi ki, güya T.Qarayev gedib digər cəsədləri də tapıb gətirib. Necə ola bilərdi ki, istintaq ekspetlərinin tapa bilmədiyini Tamerlan Qarayev tapıb? 

- Ola bilərdi ki, ora gedən istintaq qrupu stress içində olub və işlərini tez görüb qayıtmaq istəyiblər. Çünki ətraf təhlükəli idi, əgər vertolyotu vurublarsa onları da vura bilərdilər. Vertolyot sürətlə yerə çırpıldığına görə cəsədlər ətrafa düşə bilərdi. Hər halda Tamerlan özüylə cəsəd aparmamışdı ki, yalandan gedib hadisə yerinə qoysun. Həm də meyidlər retifikasiya olunur, DNK-sı olur. Bütün bunlar uşaq söhbətləridir. Ümumiyyətlə, mən keçmişdə olan hadisələrin ətrafında bu gün özümüzə problem yaradacaq söz-söhbətlərin əleyhinəyəm. 

- Əslində planda Xankəndiyə uçmaq kimi məsələ olmayıb və həmin nümayəndə heyəti iclas bitdikdən sonra geriyə qayıdacaqmış. Qəfil haradansa bir aftobus qadın gətirilib və həmin qadınlar dövlət adamlarını ittiham ediblər ki, sizin qadınlarınız isti yerdə oturub, ancaq oradakı qız gəlinlərin başına ermənilər oyun açır. Bu ittihamlarından sonra T.İsmayılov əllərini masaya çırparaq “hamı vertolyota” əmrini verir. T.İsmayılovun ailəsinə sonradan Ağdam camaatı deyib ki, həmin aftobusda bir nəfər də olsun ağdamlı yox imiş. Əvvəldə qeyd etdiniz ki, həmin gün Ağdamda sizin qohumlarınız da olmuşdu. Bununla bağlı onlar nə deyirdilər? 

- Düzdür, hadisə eynən elə olub. Planlaşdırılmış məsələ bircə həmin iclasa getmək və qayıtmaq olub. Həmin aftobusla gətirilənlər də Dağlıq Qarabağ ərazisində yaşayanlar olub. Yenə də deyirəm ki, bütün bunlar spantan şəkildə baş verib. Deyərdim ki, əgər Tofiq müəllimin vaxtı olsaydı, yarımca saat düşünə bilsəydi o camaatın hamısı vertolyota minməzdi. Tofiq müəllimə də o vaxtı verməyiblər, qəfil ortaya atılan bir məsələ ilə bağlı emosianal qərar verilib. 

- Üzərindən 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq indiyə qədər həmin faciədə həyatı itirənlərin nə şəhidlik statusu tanınıb, nə də onlara Milli Qəhrəman adı verilib. Düzdür AXCP-nin vaxtında jurnalistlərə Milli Qəhrəman adı verildi, ancaq nədənsə ayrıseçkilik edilib digərlərini saxladılar. 

- Onlara Milli Qəhrəman adlarının verilməsi dövlət başçısının iradəsindən asılıdır. Əgər istəsə, lazım bilsə verəcək. Belə götürəndə respublikanın yarısı elə milli qəhrəmandır, nə dəyiş ki bununla? Bəlkə tariximiz dəyişib, torpaq saxlaya bilmişik? Ancaq hər halda indiki real milli qəhrəmanların böyük əksəriyyətindən bu insanlar daha çox layiqdirlər Milli Qəhrəman adına. 

- Bəlkə də indiyə qədərki bütün söz-söhbətlərə son qoymaq üçün onlara Milli Qəhrəman adı verilməlidir. 

- Mən də elə düşünürəm, onların adlarını əbədiləşdirmək lazımdır. Şəhid olmaya bilərlər, ancaq vəzifə borclarını yerinə yetirərkən həyatlarını itirmiş çox miqyaslı adamlar idilər. Milli Qəhrəman adı vermələri çox yaxşı olardı və mən bu məsələni dördəlli dəstəkləyərəm. 

Son olaraq demək istəyirəm ki, Qarakənd faciəsini, həmin itkini Azərbaycan tarixində böyük iz qoymuş hadisələrdən biri sayıram. Çünki oradakı insanlar T.İsmayılov, İ.Qayıbov, M.Əsədov Azərbaycanın taleyini müəyyənləşdirə biləcək şəxslər, çox vətənpərvər insanlar idi. Düşünmürəm ki, Azərbaycan tarixində buna bərabər, bizi nə qədər geri atan elə bir hadisə olar. Sevincin də hisslərini başa düşürəm və inanmıram ki, onun ittiham kimi irəli sürdüyü ifadələr onun ağrısını yüngülləşdirə. Ona görə də istəməzdim ki, bu mövzuda kimlərsə ittiham olunsun. T.Qarayev bəlkə də həmin ifadəni deyinmək məqsədi ilə deyib, necə ki, biz ölənin dalıyca deyinirik, deyirik ki, niyə getdi, getməsəydi belə olardı, elə olardı. T.İsmayılovu, O.Mirzəyevi həmin hadisə ərəfəsində görən sonuncu insanlardan biri kimi çox təəssüflənirəm. Orada olan insanların hər biri tarixi dəyişmək gücündə olan insanlar idi. Hər biri Azərbaycan tarixində rol oynamağa başlamışdı və müstəqillik tariximizdə daha böyük rol oynayacaqdılar. Təssüf ki, qismət olmadı. 

Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO