MTN-nin Maddi-texniki təminat Baş İdarəsinin rəisi general Nizaməddin Həmidovun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən təftiş olunmaqdadır. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, “MTN işi” çərçivəsində Eldar Mahmudov komandasının fəaliyyətinin ən müxtəlif istiqamətlərdə təftişi həyata keçirilir ki, bunlardan da biri N.Həmidovun rəhbərlik etdiyi Maddi-texniki təminat Baş İdarəsini əhatə edir. Aparılan maliyyə təftişində məqsəd MTN-ə ayrılan vəsaitlərin nə dərəcədə səmərəli xərcləndiyini müəyyənləşdirmək, şişirdilmiş xərclərə yol verilib-verilmədiyini dəqiqləşdirməkdir.
Mənbənin bildiriyinə görə, MTN-nin sözügedən idarəsində nələrin baş verdiyi, büdcə vəsaitlərini hara sərf edildiyi, nə dərəcədə səmərəli xərcləndiyi, korrupsiya elementlərinin olub-olmadığı kimi məsələlələr aparılan təftişin sonunda bəlli olacaq. N.Həmidovun aqibətinin də bu təftişin nəticəsinə uyğun olaraq müəyyənləşəcəyi iddia olunur.