”İnsanlardan və fələkdən o qədər zərbələr almışam ki”
Oxunub: 6459
08 Feb 2016 | 13:39
”İnsanlardan və fələkdən o qədər zərbələr almışam ki”
İki gündən sonra dünya elminin qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində nadir mütəxəssislərdən olan professor Rafiq Əliyevin 74 yaşı tamam olur. 1942-ci ilin 10 fevralında Ağdamda anadan olan, hazırda dünyanın bir çox ölkələrinin məhşur universitetlərində mühazirələr oxuyan Rafiq Əliyev həm də Lütfi Zadə irsinin varisidir. Süni intellekt, qərarqəbuletmə nəzəriyyəsi, dayanıqlılıq nəzəriyyəsi, yeni hesab sistemi və s. məsələlərə aid ali səviyyəli elmi işlər görmüş alim Moderator.az saytının əməkdaşları ilə söhbətdə yeni yaş təəssüratlarını paylaşıb:

-İnsan hansı yaşından sonra daha bir yaş yaşlandığına sevinir, hansı yaşından sonra isə daha bir yaş yaşlandığından qüssələnir? Bu qüssələnmək sizdə hansı yaşdan sonra olub?

-Hər bir yaşın öz gözəlliyi var. Yaşların ruhunu rənglərə görə ayırsaq gənclik al-əlvandı, cavanlıq bənövşəyidir, cavanlıqdan o tərəfə nisbətən yaşlandıqda yaşıl rəng gəlir. Ondan o tərəfə keçəndə isə sarı rəngdi. Bir müdriklik yaşı çatır ki, insan o yaşda mütləq bir şeyi anlayır. O da nədir? - Real dünyada bir mütləq olan şey var - ölüm. Cismani ölümü nəzərdə tuturam. Müəyyən yaşdan sonra, necə ki, üfüqdə horizontun axırı görünür, bir o qədər də insanda bu ölümün  fərqinəvarma prosesi başlayır. Onda da adam ömürdən keçən illəri saymağa başlayır. Görən bir ilmi keçdi, iki ilmi keçdi və s. Amma bu saymalar müəyyən mövqeyə, həddə çatana qədərdi. O cığırı ki, aşdın, ondan sonra yaşın bir fərqi olmur...

- Məşhur bir mahnıda sözlər var - “ötən günlərimi qaytaraydılar, gələn günlərimdən qurban verəydim” deyilir Burada səmimiyyət yoxdur. Əgər desəydi ki, “ötən günlərimi qaytaraydılar, gələn günlərimin hamısını qurban vərərdim”, burada səmimiyyət olardı. Çünki o, gələn günlərinin hamısını ötən günlər üçün qurban verməyə hazırdı. Bəs Rafiq müəllim də, ötən günlərə qayıtmaq üçün gələn günlərinin hamısını qurban verərdimi?
 
- Qətiyyən! Bayaq da sizə dedim. Elə beləcə də qeyd edərsiniz: mənim üzüm-gözüm bütün gömbəgöydü. Hamısı da fələyin və insanların vurduğu zərbələrə görədir. Mən həyatda o qədər zərbələr almışam ki! Ona görə də keçmişə qayıdıb yenidən o zərbələrlə rastlanmaq istəməzdim. O şeir xatirinə yazılmış bir sözdü. Orada emosiya var. Mən isə ağıldan, məntiqdən çıxış edərək bunu deyirəm.

- Rafiq müəllimdə fələyin vurduğu  zərbələrin izi  daha çox qalıb, yoxsa insanların zərbələrinin izləri?

- Fələyin zərbəsi!

- Amma düşüncəmizdə “fələk” deyəndə Allah nəzərdə tutulur. Allahın zərbəsi o qədərmi acımasız olub?

- Mən “fələy”i Allahla sinonim tutmuram. Allahın ədaləti var. O bir şeyi verəndə o birini vermir. İstəməzdim ki, keçmişimdə fələyin vurduğu zərbələr olsun. Amma indiki Rafiq Əliyev də olmaq istəməzdim.

- Milyonlar Rafiq Əliyev olmaq istəyir. Siz niyə indiki Rafiq Əliyev olmaq istəməzdiniz?

- Çünki indiki Rafiq Əliyev olmağın qarşılığında fələyin amansız zərbələri ilə qarşılaşmışam. Heç istəməzdim ki, o zərbələrlə qarşılaşım. İnsanların bütün zərbələrinə dözərdim. Çünki onlarla  mübarizə apara bilirdim. Amma fələyin zərbəsi çox ağırdı.

- Bəlkə onun özü də bir xoşbəxtlikdi? Bəxtiyar Vahabzadə deyirdi ki, dərd çəkməyən adamdan adamlıq gözləməyin...

-... Şübhəsiz. Adamı insan edən onun dərdidir.  Dərs insanı katarsisdən keçirir. Yəni, fələyin və insanların keçdiyi əziyyətlərdən keçib durulmursa insan heç zaman şəxsiyyət ola bilməz. Bunu həmişə demişəm. Amma balans deyilən anlayış da  var. Məndə hansılar-dərdlər və sevinclər, üstünlük təşkil edib, onu deyə bilmərəm. Amma istəməzdim ki, fələkdən aldığım bəzi zərbələr olsun və mən onların olmamasından ötrü qazandıqlarımın əldə etdiklərimin əksəriyyətini verməyə hazır idim. 

- Siz də Bəxtiyar Vahabzadə kimi dərd üçün ölürsünüzmü?

- Dərd üçün ölmürəm. Amma dərdlə yaşayıram. Jurnalist dostlardan biri müsahibələrin birində cümlə kimi bunu qabartmışdılar: “içimdə özüm boyda dərd gəzdirirəm”. Həyatda heç kim dərdi istəməz. Amma o da Tanrının verdiyidir. Tanrı hər bir insanı balansda yaradır. Birini verir, birini vermir. Şəxsiyyət olmaq da belədir. Birinə istedad verildikdə onun qarşılığında nə isə alınır. Ona görə də mən Tanrının aldıqlarına, fələyin və insanların zərbələrinə çox real baxıram.

- Allahın Sizdən aldıqları çoxdu, yoxsa verdikləri?

- Bu çox çətin sualdı. Amma bir söz deyəcəm, bunu yüzdən-yüz qəbul edəsiniz: Mən heç hiss etmirəm ki, Allah mənə nəsə çox şey verib. Nə etmişik ki? Oturmuşuq, kitab yazmışıq, nəsə etməyə çalışmışıq, kiməsə əl tutmuşuq. Məncə bu hamının borcudur. Amma aldıqlarına gəldikdə isə bu çox çətin sualdı...

- O gün xanəndələrin biri ilə söhbətdə dedi ki, mən öz içimdəki fəlsəfəni oxuyuram. Mənə də elə gəlir ki, Siz də öz içinizdəki fəlsəfəni yaşayırsınız. O Sizin həyat tərzinizdi. Həmin fəlsəfə, mahiyyət nədən ibarətdi?

- Mənim üçün fəlsəfə Allahın verdiyi qanunlar sistemidi. Mən o sistemlərlə yaşayıram. Daha doğrusu, o qanunlarla yaşamaq istəyirəm. Ayrı bir fəlsəfəm yoxdu. Həmişə istəmişəm ki, imanım, dinim ən yüksək səviyyədə olsun.  İman faktoru mənə  görə çox önəmlidir. Deyə bilmərəm ki, mənim üçün bundan başqa  hansısa fəlsəfə var. Amma düşüncə tərzim fərqlidir-qeyri-səlis məntiq düşüncə sistemidir. Mənim üçün ağ-qara yoxdu. Bütün söhbətlərimizdə də demişik. Mənim üçün bir rəng çalarından o birinə keçidlər var. Sıfır və bir aralığında düşünmək var. Fəlsəfəmdə hansısa dəyişiklik ancaq burada ola bilər. Başqa mənada isə yalnız Tanrının qaydalar sistemi ilə yaşamağa çalışıram. 

- Manat urvatdan düşdü, onu qaldırmaq üçün konsepsiya hazırlanır. Bizdə “ziyalı”sözü də urvatdan düşüb. Onu urvata mindirmək üçün nə etmək lazımdı? Devalvasiyaya uğrayan “ziyalı” sözünün dəyərini qaldırmaq üçün hansısa konsepsiya keçərlidirmi?
 
- Düşünürəm ki, bu məsələdə heç bir konsepsiya hazırlamaq olmaz. O ziyalı idisə, aşınmaya, urvatdan düşməyə uğramamlı idi. O ziyalı deyilmiş ki, uğrayıb. Deyirsiz ki, hansı konsepsiya iləsə qaldırmaq olarnı? Bu  mümkün deyil. Bu yalnız ölüyə süni nəfəs verməyə oxşayar. Mahiyyətində ziyalılıq olmayan adam necə doğulubsa elə də ölür. Bunun üçün hər hansı konsepsiya yaramaz. Məşhur alim Kapitsanın bir yazısını oxuyurdum. Rusiya barədə müraciət edirdi. Ölməmişdən bir az qabaq müraciət edib demişdi ki, siz bu ölkəni debillər ölkəsinə aparırsınız. Ona müxtəlif təzyiqlər oldu. Amma əqidəsi dəyişmədi. Ziyalı olaraq da qaldı. Biz də yenidən tədbir görək ki, kimlərsə ziyalılığa qayıtsın, bu qeyri-mümkün şey olar...

- Azərbaycanda ziyalılığın etalonuna abidə qoyulsa postamentin üzərinə kimin heykəlini ucaltmaq olar?

- Mən konkret ad çəkməzdim. Amma ziyalılığın meyarlarını özündə əks etdirən bir yazım var ki, orada bu kimi məsələlərə toxunmuşam. İstəsəniz müsahibəyə həmin yazını əlavə edə bilərsiniz. Amma onu qeyd edim ki, ilk növbədə Üzeyir bəyin heykəli qoyulmalıdır. Sonra Mirzə Cəlilin, Sabirin, Xudu Məmmədovun, Ramiz Rövşənin və nöqtələr...

- O nöqtələrin içində olan ziyalılar bizim üçün nə dərəcədə önəmlidirlər?

- (gülür). Təbii ki, o nöqtələrin də içində ziyalılar var və onlar da müəyyən dərəcədə önəmlidirlər.

Zülfüqar Hüseynzadə
Elmin NURİ
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər