Gözəlliyi bədbəxtlik üzərində qurulmuş müvəqqəti səltənət
Oxunub: 2839
06 Feb 2016 | 14:41
Gözəlliyi bədbəxtlik üzərində qurulmuş müvəqqəti səltənət
Onunla eyni marşrutda yol gedirdik. Üz-gözünü nə qədər bağlamağa çalışsa da yanaraq büzüşmüş çöhrəsi yanında oturanları qorxudurdu. Əlinə geyindiyi qara əlçəklərdən aydın olurdu ki, əlləri də üzü kimi vahiməlidir.

Avtobusun ən son oturacağında büzüşərək oturmuş bu “eybəcər” qadını mən uşaqlıqdan tanıyırdım. Qəsəbəmizdəki uşaq bağçalarının birinin müdirəsi olmuşdu. Zamanında əzəmətli, yaraşıqlı, cazibədar qadın idi. Yerişindən sanki yer titrəyirdi, səsindən yer-göy lərzəyə gəlirdi. Ancaq o əzəmətin, o təmtəraqın arxasında çox mülayim və səmimi bir ürək dayanırdı. Uşaq bağçasının dəhlizində rastına çıxan uşaqların başını sığallamadan, üzündən öpmədən buraxmazdı. Hamı deyirdi ki, öz övladı olmadığından meylini bağçadakı uşaqlara salıb.

Günlərin bir günü qəsəbəni qara bir xəbər bürüdü. Hər kəs danışırdı ki, uşaq bağçasının həmin yaraşıqlı müdirəsi özünü yandırıb. Xəbəri eşidən hər kəs sanki şoka düşmüşdü və qulaqlarına inanmaq istəmirdi. Uşaq olsam da o acı xəbər məni də çox sarsıtmışdı. Elə hey yenidən o qadını görməyə can atırdım, ancaq bir daha onu nə mən, nə də başqa heç kim gördü. Elə yoxa çıxdı ki, çoxusu xəstəxanadaca öldüyünü zənn etdi.

İndi avtobusda gördüyüm bu yanıq qadının məhz o olduğuna tam əmin idim. Nə olursa-olsun, necə olursa-olsun, onunla danışmalıydım. İllərdi ürəyimdə yığılıb qalmış suallarıma cavab tapmaq üçün onu danışdırmalıydım. Ən azından o qadın olub-olmadığını dəqiqləşdirməliydim.  

Düşəcəyim dayanacağı belə unudub düz onun oturduğu oturacağın qarşısında əyləşdim. Sərnişinlər yavaş-yavaş düşdükcə avtobusda ikimiz qalmışdıq. Deyəsən, ən sonuncu dayanacaqda düşəcəkdi. Avtobus dayanan kimi səndələyə-səndələyə yerə endi. Mən də cəld arxasıyca düşdüm, onu izləməyə başladım. Hiss etdi ki, onu güdürəm. Qəfildən dayandı, mənə tərəf çevrilib çox qəzəblə baxdı. Elə bərk qorxdum ki... Baxışları ilə məni sillələdi sanki. Ancaq özümdə təpər tapıb çətinliklə də olsa dilləndim: “Siz Minayə (ad şərtidir) xanım deyilsinizmi?”. Qadının gözündən iki damcı yaş gilələnib yanağını islatdı. Göz qapaqlarını endirib qaldırmaqla "hə" dedi sanki. Üzünü çevirib yoluna davam etdi. İndi daha ürəklə düşdüm arxasıyca. On-on beş dəqiqəlik yol getdikdən sonra düz kənd məzarlığına çatdıq. Qəbiristanlığın yanındakı köhnə qatar vaqonunun qarşısında dayanıb: “Qorxmursansa içəri gəl”- dedi. “Nədən qorxacağam ki” - deyərək onun ardınca vaqona girdim. Çöldən uçuq-salxaq vaqonun içərisi o qədər səliqəliydi ki, ayaqqabılarımı çıxartmadığımdan utandım. Qapının ağzındaca büzüşüb astaca dilləndim: “Axı demədiniz ki, siz o xanımsınız, ya yox”. Aram-aram dillənməyə başladı:

- Bəli, düz tapmısan, o qadın mənəm. İllər öncə özünü yandıran Minayə xanım...

Səsi beynimdə ildırım kimi çaxdı, illər keçsə də, görkəmi tanınmaz hala düşsə də, səs həmin səs idi.

- Minayə xanım, axı siz çox xoşbəxt qadın idiniz. Hər kəsi çox sevirdiniz, hər kəs tərəfindən çox sevilirdiniz. Bəs necə oldu ki, özünüzü yandırdınız? Necə qıydınız o gözəlliyə? Heçmi heyfiniz gəlmədi?

- Gözəl qızım, yadında saxla ki, qadına gözəllik heç zaman xoşbəxtlik gətirmir. Mənim gözəlliyim bədbəxtliyimin üzərində qurulmuş müvəqqəti bir səltənət idi. Tanrı üzümü gözəl yaratsa da, bəxtimi qara yazmışdı. Sizin gördüyünüz o əzəmətli Minayə xanım evdə çox tənha, kimsəsiz, zavallı, əzik bir qadın idi. Sizin eşitdiyiniz o əzəmətli səsi ilə yeri yerindən oynadan Minayə xanımın evdə, əri yanında dili çox qısaydı. Sizin bildiyiniz hər kəsin problemini ani zaman içində həll edən Minayə xanım özü bir övlad üçün aciz qalmışdı.

Gözləri dolub daşsa da əsla ağlamadan, qəhər boğazında düyünlənsə də səsinin ahəngini pozmadan danışırdı:

- Heç kim sabah başına nə gələcyindən sığortalanmayıb. Eləcə də mən bilmirdim başıma nə gələcəkdi. Elə hey bir gün mütləq ana olmaq ümidiylə yaşayırdım, müxtəlif həkimlərə gedirdim, müalicələr alırdım. Ancaq hər dəfəsində də heç bir nəticəsi olmurdu. Başımı işdə qatırdım, evə getmək istəmirdim ki, yenə də yoldaşımın uşaq tənələri ilə baş-başa qalacağam.

Havanın qaraldığını görüb birbaşa həmin gündən danışmasını istədim:

- Minayə xanım, mümkündürsə həmin gündən, öz canınıza qıydığınız gündən danışasınız.

- İşdə öz otağımda oturmuşdum. Telefon zəng çaldı, dəstəyi qaldırdım. Telefonun o biri başından bir qadın “Ay qoyun, bilirsənmi evində indi kim var? Bilirsənmi indi ərin kiminlədi?” ”“ deyirdi. Düzü, əvvəlcə çaşıb qaldım, elə bildim ki, səhv düşüblər. Qadın “Səninləyəm e, Minayə, ərin sənə xəyanət edir” deyərək davam etdikcə otaqdan necə çıxdığımı heç indi də yadıma sala bilmirəm. Yol boyu elə gedirdim ki, sanki qanadlanıb uçurdum. Beşinci mərtəbəyə piyada necə qalxdığımı bir Allah bildi, bir də mən. Açarlarımla qapını açıb, birbaşa yataq otağına girdim. Elə həmin an dünyam qaraldı, ev üstümə uçdu sanki. Mənim yatağımda ərim başqa bir xanımla sarmaşıq olmuşdu. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Dərhal balkona çıxdım, istədim ki, özümü aşağı atam. Ancaq qəfil fikrimdən daşındım. Mətbəxə qayıdıb şkafın başındakı neft lampasını götürdüm. Gəlin köçəndə anam onu mənə bəxt lampası deyə vermişdi. Lampadakı nefti üstümə töküb kibriti çaldım. Yana-yana onlar olan otağa tərəf gəldim. Tək ölmək istəmirdim, onları da özümlə bərabər yandıracaqdım. Gerisini isə xatırlamıram. Aylar sonra özümü 5 nömrəli yanıq xəstəxanasının bir palatasında gördüm. Yaşadıqlarımı yuxu kimi xatırlayırdım. Özümü, yanmış üzümü, büzüşmüş bədənimi gördükcə sağ qaldığıma lənət oxuyurdum. Nə gəzə bilirdim, nə yeyə bilirdim, heç yerimdən belə qalxammırdım. Zaman hər şeyi sağaldır deyirlər, yaralarımın da əlacı zaman oldu. Hər gecə yatanda bir daha yuxudan oyanmamaq üçün dua edə-edə 20 ildir ki, sürünə-sürənə də olsa yaşayıram...
Bundan sonrasını anlatmağa nə onun heyi qalmışdı, nə də dinləməyə mənim tabım. Gəldiyim yolla qaçaraq oradan uzaqlaşmağa çalışırdım. İstəmirdim, onun üçün ağladığımı hiss eləsin...
Oxşar xəbərlər
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
GÜNLÜK
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 13:37
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir