Ceyhun Hacıbəylinin "Milli Azərbaycan" sevgisi...
Cəmiyyət
Oxunub: 1660
05 Feb 2016 | 21:33
Ceyhun Hacıbəylinin
Azərbaycanın tanınmış ziyalı mühacirlərindən ictimai-siyasi xadim, mütəfəkkir Ceyhun Hacıbəylinin  (1891- 1962) dünyagörüşündə Azərbaycan milli ideyası-azərbaycançılıq üç mərhələdə - Cümhuriyyətəqədərki, Cümhuriyyət və mühacirət dövründə öz əksini tapıb.

Cümhuriyyətəqədərki dövr. Onun Cümhuriyyətəqədərki dövrdə "Kaspi", “ İrşad”, “Tərəqqi”, "Proqres" və "Baku" qəzetlərində dərc olunan məqalələri diqqəti cəlb edir. Hacıbəyli «Kaspi» qəzetində dərc olunan «Həsən bəy Məlikovun xatirəsi» (1912-ci il) və «Yeddi il» adlı məqalələrində (1914-cü il) Həsən bəy Zərdabinin timsalında Azərbaycanın milli simasını ifadə etməyə çalışmışdır. «Həsən bəy Məlikovun xatirəsi» məqaləsində C.Hacıbəyli yazırdı ki, Zərdabi qaranlıqlar üzərinə əsil ziyalı kimi getmişdir: “Onun məramı, məqsədi o qədər möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda ”“ yəni Qafqazdan kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi”. C.Hacıbəyli məqaləsində Zərdabinin nə şəxsiyyəti və tərcümeyi-halını, nə də Türk-Müsəlman cəmiyyətinin onun əməyini necə qiymətləndirməsini deyil, Azərbaycan xalqı üçün müqəddəs bir insan olmasından bəhs etmişdir. Hacıbəyli yazırdı: “Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz Bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün qurbanlıq idi”. C.Hacıbəyli Zərdabiyə həsr etdiyi «Yeddi il» adlı məqaləsində də yazırdı ki,  müsəlmanların-azərbaycanlıların mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olsa da, hələ də Zərdabinin ortaya atdığı millət yolu nəinki yetərincə iləri getmiş, üstəlik Zərdabinin özü belə az qala unudulmağa başlamışdır. Ancaq Hacıbəyli hesab edirdi ki, xalq öz ziyalısına sahib çıxmalı və onu lazımınca dəyərləndirməlidir.

Cümhuriyyət dövrü. Azərbaycan Cümhuriyyəti dövründə nəşr olunan “İttihad” və “Azərbaycan” qəzetində redaktor işlədiyi dövrdə bu və ya digər formada Azərbaycan Milli İdeyasını özündə əks etdirən məqalələr yazmışdır. Bizcə, “Azərbaycan” qəzetində redaktor işlədiyi dönəm Hacıbəylinin “Azərbaycan” milli ideyasını mənimsəməsi baxımından çox önəmli olmuşdur. Artıq o, “Azərbaycan” qəzetində yayımlanan məqaləsində “Azərbaycan”, “azərbaycanlı”, “Azərbaycan türk milləti”, “Azərbaycan milləti” kimi ifadələrə yer verirdi

Onun Cümhuriyyəti dövründə Azərbaycan Milli ideyası istiqamətində gördüyü ən mühüm işlərdən biri də  Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etdiyi zaman Parisdə "Azərbaycan ilk müsəlman Respublikası" kitabını  nəşr etdirməsidir. O, bu əsərində “Azərbayan” ideyasını geniş şəkildə açıqlayaraq dünya ictimaiyyətinə, o cümlədən Versal sülh konfransının iştirakçılarına çatdırmağa çalışmışdır. Burada başlıca məsələ Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, eyni zamanda ilk müsəlman və türk ölkəsi kimi respublika yolunu seçməsi idi.

Mühacirət dövrü. C.Hacıbəyli Parisdə yaşadığı ilk illərdən bacardığı qədər  Azərbaycan Milli ideyasını özündə əks etdirən milli ruhlu məqalələr yazmışdır. Onun mühacirət dönəmində qələmə aldığı əsərləri arasında “Azərbaycan mətbuat tarixi” və “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları” adlı iri həcmli tədqiqat əsərləri də mühüm əhəmiyyət kəsb edir. Bu onun göstəricisidir ki, C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə Azərbaycan milli ideyası amalından dönməmiş, son nəfəsinədək Sovet imperiyasına qarşı ideoloji mübarizə apararaq Azərbaycanın istiqlalı  uğrunda mücadilə vermişdir. O, 1950-ci illərdə Fətəli bəy Düdənginskiylə birlikdə Milli Birlik Məclisinə rəhbərlik etmiş, Azərbaycanın istiqlalına çalışmışdır. Düdənginski Hacıbəyli haqqında yazırdı: “sovetlər... bu gün Milli İstiqlal Hərəkatımızı idarə edən C, Hacıbəylini isə xalqımıza büsbütün unutdurmağa qərar veriblər”.

Milli Birlik Məclisinin əsas mətbu orqanı C.Hacıbəylinin və F.Düdənginskinin redaktorluğuyla 1950-ci illərdə Almaniyada-Münhendə yayımlıanan “Azərbaycan” jurnalı idi. Bu jurnalın əsas məqsədi SSRİ imperiyasına qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının zərərli ideologiya kimi gec-tez məhvə məhkum olmasını göstərməklə yanaşı, Azərbaycan milli ideyasını yaşatmaq idi.

“Azərbaycan” jurnalının ilk sayında Ceyhun Hacıbəyli “Azərbaycan davam edir”  baş məqaləsində yazırdı ki, bundan 32 il əvvəl idarə etdiyi milli “Azərbaycan” qəzetini qardaşı Üzeyir Hacıbəyliyə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəlmişdi. Hacıbəyli yazırdı: “Nəcib Azərbaycan ”“ türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik. Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız olaraq bu bu birliyə dəvət edirik”. Şübhəsiz, burada əsas qayə də Azərbaycan milli ideyasını-Azərbaycançılığı bir an olsun unutmamaq və yeni nəsilə ötürmək idi.

C.Hacıbəyli bildiridi ki, o, Azərbaycan istiqlalı uğrunda mübarizə aparan heç bir partiyanın, təkilatın əleyhinə deyildir. Çünki  həddi-buluğa yetmiş bir millət olan Azərbaycan Türk milləti içərisində müxtəlif cərəyanlar  ola bilir. Hacıbəyli yazırdı: “Biz bu cərəyanların gəlişməsini və vətənimizə faydalı olmasını yurdumuzun quruluşundan sonra ancaq düşünə bilirik. Mühacirətdə bizi düşündürməsi lazım gələn və bizi düşündürən ancaq və ancaq gözəl yurdumuzun qurtuluşu olmalıdır. Bu qurtuluşu qolaylaşdırmaq və bu məqsədlə uğraşmaq hər bir Azəri-Türk cocuğu  və ya fərdi üçün müqəddəs bir vəzifədir. Bu yolda hər bir vəsilədən istifadə etməliyik, çünki millətimiz böyük bir təhlükə içində yaşayır... Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağlarıyla bağlıyız. Onun üçün bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri-Türklərinin hamısını üç rəngli bayrağımız altında toplanıb hamımız  bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.

1953-cü ildə “Azərbaycan” dərgisində yayımlanan “Bir millətin namusu” adlı məqaləsində isə C. Hacıbəyli yazırdı ki, 28 may həm milli istiqlalımızın anımı, həm də əzilən bir millətin haqq səsidir: “May ayı yalnız milli istiqlalımızın anım günü kimi deyil, eyni zamanda Azərbaycan-Türk millətinin düşmən tərəfindən tapdalanan və əzilən haqqının qorunması və yüksəldilməsi ayı kimi də anılır. Məşum 27 aprel hadisəsinin nəcib millətimizi nə qədər rəzalətə düçar etdiyi hər kəsə bəllidir. Bəzi fitnəkarların etdiyi əməllərə rəğmən, əvvəlcə də söylədiyim kimi, bu tarixi faciəyə səbəb olan məqamları burada xatırlamaq istəmirəm. Çünki bizimlə ünsiyyətdə olan əcnəbilərə - istər dost, istərsə də düşmən olsun ”“ öz zəif nöqtələrimizi açıb göstərməkdən çəkinirəm. Lakin bu faciənin nəticələrini hamılıqla bildiyimizdən, hər bir Azərbaycan türkü, hadisənin anılması qarşısında heyrət və nifrətini saxlamaqdan çəkinməz”.

C.Hacıbəyli o fikirlə razılşamırdı ki, Sovet Rusiyası Azərbaycanı müqavimətsiz işğal etmişdir. Yəni Azərbaycan türklərinin vətənlərini Sovet Rusiyasına asanlıqla, müqavimət göstərmədən, etirazlar etmədən buraxması fikri doğru deyildir. O, buna nümunə kimi Gəncə üsyanını göstərirdi: “Gəncə üsyanı millətimizin tapdanmasına qarşı olan bir qəhrəmanlıq dastanıdır. Eyni zamanda şəxsi mənfəətləri naminə şöhrət qazanmaq istəyən siyasilərlə Azərbaycan türkünün fərqini göstərən bir olaydır. Hər halda Gəncədə may aylarında axan türk qanı, - belə deyək - 27 aprel “hadisəsi” zamanı millətimizə atılan ləkəni silib götürdü. Doğrusu, verdiyimiz qurbanlar çox ağır oldu. Başqa şərtlər altında, başqa zamanda, ayrı-ayrı cəbhələrdə eyni vaxtda müqavimət göstərmiş olsaydıq, nəticə bu qədər ağır olmazdı. Lakin, nə etmək olar, “təqdiri qəza” belə imiş. Hər halda belə ağır qurbana amadə olan qəhrəmanlarımız tərəddüd etmədilər”.

Deməli, 28 Mayda istiqlala qovuşan Azərbaycan türkləri 2 il sonra Azərbaycanın istiqlalını qorumaq üçün də Sovet Rusiyası ilə savaşmışlar. Bu anlamda Azərbaycan türkləri üçün 28 may yalnız Milli İstiqlalımızın yaranması günü kimi yox, eyni zamanda Vətən uğrunda şəhid verdiyi gündür. Hacıbəyli yazırdı: “Cavad xanların istehkamı olan qoca və gözəl Gəncəmizdə Azərbaycan Türklərinə məxsus gələnəkləri qəhrəmancasına müdafiə edən Cahangir bəylər, Cavad bəylər, Məhəmməd Mirzələr, Hüsrəv Mirzələr, Mirzadələr, Sarı Ələkbərlər, Qaçaq Qənbərlər, Qara Mehdilər və onlar kimiləri millətimizin şərəfli əsgərləridir. Lakin bunların heç bir partiya ilə əlaqələri yoxdur. Bu qəhrəmanlar şeflik iddiasında deyillər. Bununla bərabər, onlar öz milli vəzifələrini fədakarlıqla yerinə yetirməkdən də çəkinmədilər. Milli namusumuz yolunda Şəhid olan bu qəhrəman yurddaşlarımıza Ulu Tanrıdan min rəhmət diləyir, sağ qalanlara isə can sağlığı arzu edirik.  Ey qəhrəman və əziz Şəhid övladlarımız, Azərbaycan milləti dünyada tək bir azərbaycanlı türkü qalana qədər sizləri unutmayacaq. Yatdığınız ana torpaqlarda rahat-rahat uyuyun!”.

C.Hacıbəyli vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıaraq  Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulamışdır. Hər cür qruplaşmaya qarşı olduğunu bildirən Hacıbəyli sanki dostuna vəsiyyət edirdi ki, mühacirləri bir yerə toplamaq lazımdır. Bununla bağlı «Mücahid» jurnalının 1963-ci il nömrəsində «Ceyhun bəyin vəsiyyəti» adlı məqalə də dərc olunub.

Ceyhun Hacıbəylinin Azərbaycanın Milli İstiqlalını hədəfləyən bütün təşkilatların Milli Birlik ideyası ətrafında birləşmə məsələsi simvolik idi. Çünki Milli birlik ideyası mücərrəd mahiyyətlidir. Müxtəlif əqidəli insanların məhz özünəməxsus yolla Azərbaycanın müstəqilliyinə çalışmaları başa düşüləndir. Burada əsas məsələ hansı ideyaya tapınmasından asılı olmayaraq Azərbaycan ideyasına sadiq qalmaq idi. Ceyhun Hacıbəyli də Azərbaycan ideyasına sadiq mütəfəkkirimiz olub. Vaxtilə Məhəmməd Əmin Rəsulzadənin Parlamentin ilk iclaslarından birində ifadə etdiyi kimi Azərbaycan Cümhuriyyəti yaranmamışdan öncə Azərbaycan ideyasını sağdakılar İslam dünyasının, soldakılar isə Böyük Rusiyanın parçalanması kimi dəyərləndilkləri halda, çox keçmədən hər hansı ideyaya üz tutmasından asılı olmayaraq hamı “Azərbaycan” ideyası ətrafında biləşib. Mühacirət dövründə də bütün ziyalılarımız, o cümlədən M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, H.Baykara, C.Hacıbəyli və başqalarının əsas hədəfləri Azərbaycan ideyasını yaşatmaq və Azərbaycanı yenidən istiqlala qovuşdurmaq olub. Bizcə, əgər mühacir ziyalıların əsərləri bugünkü Azərbaycan nəslinə bütövlükdə çatdırılarsa, o zaman Azərbaycan xalqı Azərbaycançılığın-Azərbaycan türkçülüyünün hansı mərhələlərdən keçməsini bilməklə yanaşı, eyni zamanda onların əməklərini də sözün həqiqi mənasında dərk etmiş olacaqlar.

Doç.Dr. Faiq Ələkbərov
Oxşar xəbərlər
12:48, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:46, Bu gün
Azərbaycan-Bolqarıstan sənədləri imzalandı
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 13:06
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI