“Ağıl və dünya görüşü cəhətdən oğlanlarım atasına bənzəyir”
Oxunub: 19258
05 Feb 2016 | 11:44
“Ağıl və dünya görüşü cəhətdən oğlanlarım atasına bənzəyir”
Moderator.az biznes-ledi Ruhi Əliyeva ilə müsahibəni təqdim edir:

- Azərbaycanda ilk dəfə müğənni kimi tanındız. Dörd ildir ki, profiliniz dəyişib. İndi biznes ledi və dəb ikonası kimi anılırsız. Sizi üçün hansı daha maraqlı idi?

- Müğənni olmaq çox gözəl bir şeydir. Ancaq sırf müğənni kimi fəaliyyət göstərmək üçün bu arenaya atılmadım. Bu sənətə hobbi kimi baxırdım, içimdə olan balaca bir istək idi. Bu işə peşəkarçasına yanaşsaydım, müğənnilik sənətini dərindən öyrənərdim. Bunların heç birini etmədim. Çünki mən müğənnilərə başqa cür baxırdım. Ancaq onları gəlib başqa cür gördüm. Sözsüz ki, bizim hörmətli müğənni və xanəndələrimiz var. Ancaq bu aləmdə çox hörmətsizliklər və üzlər gördüm. Düşündüm ki, mən Ruhinin bu insanların arasında yeri yoxdur. İnsanlar bir simada deyil, onların bir neçə sifəti var. İnandırım ki, 5 mərtəbəni çıxa-çıxa hər mərtəbədə bir cildə girirlər. Dedim ki, Ruhi, nə qədər gec deyil sən bu aləmdən çəkil.

Bir-biriləri hörmətdən salır, arxasıyla danışırlar. Mənim üçün çörək kəsmək, dostluq etmək müqəddəs bir şeydir. Amma bəzi şou-biznes nümayəndələrində müqəddəslik yoxdur. Çörək kəsdiyim insanlar iki gün sonra arxamca danışdılar. Bəlkə də şou aləmində başqa şeylər görsəydim həvəslənərdim, daha çox bu işə ciddi yanaşardım. Ora mənim üçün əlçatmaz idi, məyus oldum. Böyük-kiçik yerini bilməyənlər var. Yenədə deyirəm ki, bunu hər kəsə şamil etmək olmaz. Elə şeylər eşidib dəhşətə gəlirəm.

“Özünə hörmət edən hər bir xanımın mirvarisi olmalıdır”

Moda sahəsində də ğzümü daha çox görünürəm. Gəncə Texnologiya Üniversitetinin Tikiş texnologiyası fakültəsi üzrə təhsil almışam. Bu barədə məlumatım var. İndi isə Azərbaycan Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində təhsil alıram. Fəaliyyətimi və bilgilərimi bir azda artıracam. Bu sahəni çox sevirəm. Eyni zamanda mən zinət əşyalarının satışı ilə məşğulam. Kiçik də olsa, bir butikim var. Orada elə zinət əşyaları var ki, öz istəyimlə düzəldilib. Gözəl bir zinət əşyası üzərində işləyirəm. 3 ildir ki, ərsəyə gətirmək üçün çalışıram. Demək olar ki, sırğa və boyunbağısı hazırdır. Üzük və qolbağı barəsində düşünürəm. Martın 8-də özümə hədiyyə etmək bartədə fikirləşirəm.

Fərqli daşlar, zümrüd və mirvarilərdən istifadə etmişəm. Mənə elə gəlir ki, özünə hörmət edən hər bir xanımın mirvarisi olmalıdır. Təbii ki, imkan daxilində... Mirvari qadınlığın rəmzidir, incədir. Mirvarini geyimə uyğun istifadə etməlisən. Qaşlar və rəngli daşların hamısını özüm seçmişəm. Bu qaşların vəhdəti gözəl olmalıdır. Bu yaxınlarda bir üzük düzəltmişdim, alova bənzədirdim. “Buta” formasında olan üzüyü rəngli daşlarla hazırladım. Elə bil üzük həqiqətən yanır. Butikə gələn kimi satıldı. Bu işlərimlə nəfəs alıram, canlanıram. Daş-qaşın içində ruhum sakitləşir, onlarla söhbət edirəm.

Elə dəb də mənim sahəmə yaxındır. Birinci insan geyimini bilməli, daha sonra başqasına öyrətməlidir. Uşaqlıqdan öz paltarlarımı özüm seçirdim, geyimimdə dəyişiklik edirdim. Elə də davam elədi.
Dəb ikonası məsələsinə gəldikdə isə ilk dəfə jurnalist Türkan Məmmədli bu adı mənə verdi, sizlər isə dəstəklədiz. Hər zaman demişəm ki, qələm əhli mənim dostumdur. Düzdür, mənim haqqımda xoşəgəlməz yazılar yazan da oldu. Yenə də onları günahlandırmırdım. Məni tanımayıb öz adamlarına inanıb yazı yazdılar. Ancaq sonra hər şey öz həllini tapdı. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Bəlkə də sizlər qədər çalışan, əziyyət çəkən insanlar yoxdur. Bir sözü bəzəmək hər insanın işi deyil. Savad və bacarıq lazımdır.

“Qalmaqal hayasızlıqdır, qadın və kişiyə layiq olmayan bir hərəkətdir”

- 10 ildir ki, Azərbaycan cəmiyyətində tanınırsız. Ancaq heç vaxt qalmaqallarla gündəmə gəlməmisiz. Mübahisələr və davalar olmur, yoxsa həmin qalmaqalları ictimailləşdirmirsiz?

- Qalmaqalı sevməyən xanımam. Həyatımda o qədər böyük hadisələr olub ki... Onlardan çox böyük qalmaqal yarada bilərdim, ancaq etmədim. Mənə elə gəlir ki, qalmaqal insanı hörmətdən və gözdən salır. İstifadə edəcəyim ifadəyə görə üzr istəyirəm. Qalmaqal hayasızlıqdır, qadın və kişiyə layiq olmayan bir hərəkətdir. Bəlkə də bu içində var, ancaq özünə hörmət edən daxilində belə şeyləri sıxmalıdır. İnsanam, özümdən çıxa bilərəm. Ancaq mən özümü adımı qorumaqdan zövq almışam. Şou-biznesdə mənim haqqımda çox şey danışırlar. İndiyənə kimi də danışmağa davam edirlər. Onların daxili elədir, ancaq üz-üzə gələndə salam verirlər. Hər şeyə gözəl gözlə baxmaq lazımdır. Onda insanın daxili rahat olur, gözəl və cavan qalır.
“Toliki qalmaqallı görmək istəyirlər, onu cəmiyyətə elə təqdim edirlər”

- Ancaq qeyd edim ki, qalmaqallara imza atan, adı söz-söhbətlərdə hallanan Tolik ( Tarix Əliyev) sizə yaxın olan şou nümayəndələrindən biridir.

- Tolik qalmaqalsız bir insandır. Çox gözəl insan və dostdur. Tolikin mənfi bir neçə xüsusiyyəti var. Tez qızışır və tez partlayır. Hansısa müğənnilərin mətbuat katibləri zəng vurub ona nəsə deyir. Tolik isə məsələni bilmədən coşur, özünə gəlmir. Zəng vurur, mesaj yazır və üsyan edir. Deyirəm ki, həmin şəxsin sənin haqqında dediyini eşitmisən? Cavab verir ki, mənə belə dedilər.

Tolik mənim ad günündə elə addımlar atdı ki, onu sevməyə başladım. Gördüm ki, onun var-dövlət və pulda gözü yoxdur. Yanımda olan yeganə insanlardandır ki, məndən istifadə etməyib. Ad günümdə kim nə edibsə, qəpiyinə kimi mənə təqdim etdi. Bəlkə də belə insana ehtiyacım var idi. Hər zaman istifadə olunan insan düzgünlük axtarır.

Toliki qalmaqallı görmək istəyirlər, onu cəmiyyətə elə təqdim edirlər. Əsl Tolik elə deyil, başqa bir insandır.
“İlhamə və Aygün xanımın yerində olsaydım bu qalmaqalı etməzdim”

-Yeri gəlmişdən 3 gündür mətbuatı İlhamə Quliyeva və Aygün Kazımova qalmaqalı zəbt edib. Qalmaqalsız bir xanım kimi bu məsələyə münasibətiniz necədi?

-Allah hər ikisinin köməyi olsun. Mən İlhamə və Aygün xanımın yerində olsaydım bu qalmaqalı etməzdim. Hər ikisinin Azərbaycanda yeri və statusu var. Mənə elə gəlir ki, bu statusu belə şeylərlə ləkələmək olmaz. Çox məyus oldum. Görün biz özümüzü necə tanıdırıq. Bəlkə də Aygün və İlhamə xanımı qızışdıran nələrsə var. Bu məsələni sakit şəkildə həll etmək olardı.

- Yaxın keçmişdə bir neçə TV layihələrinin rəhbəri, “Best model of Azerbaijan”ın təşkilatçısı olmusuz. Son zamanlar isə gözəllik müsabiqələrində tac qalmaqalları və dəb yarışmalarında ciddi proqblemlər yaranır. Hətta “Bu stil mənim” yarışmasının iştirakçıları onlara əxlaqsız təkilflər edildiyini bildirirlər...

- Belə verilişləri düzgün qurmayıblar. Daha doğrusu deyək ki, düzgün siyasət qurmurlar. Məsələn, mən dəb verilişi təşkil etmişəm, sən isə yaraşıqlı oğlan kimi proqramda iştirak edirsən. Qalib olursan və uduşda olan avtomobili sənə vermirəm. Qızlar belə iddia qaldırıblar ki, qalibə pul yox, mebel dəsti vermək fikrindədilər. Mən etdiyim layihələrdə heç bir qalmaqal olmayıb. İştirakçıların arxasında sonadək özüm olmuşam. İndiyənə kimi iştirakçılarla görüşürük, yazışırıq. Bizim yarışmada Aynur adlı gözəl qız var idi. O qalib olmamışdı, amma mən butikdən ona zinət əşyası hədiyyə etdim. Bir yarışmada Aynuru orda gördüm. O qədər xanımyana mənə yanaşdı, söhbət etdi. Bu mühiti yaratmaq lazımdı.

ATV kanalı bütün layihələrimin arxasında olub. Rəhbərlik bizə hər şeylə təmin edirdi. Bizdə də bir-iki qalmaqallı qız var idi. Onlar barəsində rəhbərliyə müraciət etdim, valideynlərini çağırdılar. Qeyd etdik ki, biz belə söz-söhbətlər istəmirik. Bununla da məsələ həllini tapdı. Bunlar uşaqdırlar... Mən olan yerdə problem olmur. Mən kiməm ki, yarışmama gələnləri təhqir edim. Geyim barəsində tənqid etmək olar. Gənclərin başından vurmaq yox, onlara öyrətmək lazımdır. Sənin övladın gələcəkdə gənc biri olacaq. Kimsə sənin övladını sən əzdiyin kimi əzsə xoşuna gələr? Türkiyədə çəkilişləri reallaşan veriliş barəsində ittihamları sizin saytda oxudum.

Mən ATV kanalını orada günhakar görmürəm, günahkar o layihəni Türkiyədə reallaşdıran insanlardır. Veriliş başlamamışdan qabaq Zaur və həyat yoldaşı Günayla görüşdük. Zaur dedi ki, məni orada görmək istəyir. O veriliş Türkiyədə çəkilirdi, bu səbəbdən münsif olmaq istəmədim. Həmçinin, layihə barədə xəbərim yox idi. Hər həftə övladlarımı nəzarətsiz qoyub verilişdə iştirak edə bilməzdim.

O verilişin çəkilişləri Bakıda olsaydı qatılardım. Onu da deyim ki, Bakıda çəkilişləri alınsaydı “Bu stil mənim” ətrafında belə söz-söhbətlər yaranmazdı. Türkiyə vətəndaşları bura gələndə çox gözəl qarşılayırıq. Layihəmə İvana Sərt, Hakan Akkaya qonaq gəlmişdi. Qonaqpərvərliyimizi göstərdik, hədiyyələr yağışına tutduq. Bizimkilər ora gedəndə sayılmır. Millət olaraq özümüz belə etmişik. Bir-birimizi sevməliyik, sevmiriksə hörmət etməliyik. Belə olan halda başqa millətlər bizi əzəcək.

Günahkar ATV deyil, bu layihə kanalın deyil. Mən layihələrimdə ATV-nin dəstəyini görmüşəm. Bu cür biabırçılıqlar, ancaq kənarda ola bilər. Çəkilişlər burada reallaşsaydı belə problemlər yaranmayacaqdı. Türklər bizi nə sayacaq? Ancaq hörmətsizlik edirlər, bizdən böyük hörmət görürlər. Biz özümüzü sevməliyik.
“Best model of Azerbaijan” müsabiqəsini isə sponsorsuz təşkil etmişdim. Azərbaycanın adına bu addımı atdım. Yarışma zamanı bir neçə tanınmış model iştirakçıları var idi. Əvvəllər başqa yarışmalarda iştirak ediblər. Kimlərəsə zənglər edib birincilik uğrunda 10-15 min təklif etmişdilər. Bizim qalibimiz Esmira oldu. Esmira çox kasıb və tərbiyəli bir ailənin qızı idi.

“Günay sözlərində türk sözlərindən istifadə edə bilər, ancaq sırf türk dilində danışmağının tərəfdarı deyiləm”

-“Bu stil mənim”də münsif Günay Musayevanın Türkiyə tükcəsində danışmağı etiraza səbəb olur. Hətta bir neçə aparıcı Günayın Tovuz ləhcəsini gizlətmək üçün türk dilində danışdığını iddia edir. Bir Tovuzlu kimi məsələyə münasibətiniz necədi?

- Günay sözlərində türk sözlərindən istifadə edə bilər, ancaq sırf türk dilində danışmağının tərəfdarı deyiləm. Tovuzda doğulubsa, təbii ki, bu ləhcədə danışacaq. Həmin aparıcıların özləri haralıdır? Rayonları bölmək düzgün deyil. Mən bilən Günay Tovuz ləhcəsində danışmır. Ləhcə ilə danışmaq biabırçılıqdı? Ləhcəni ortaya atmasınlar. Tovuzda doğulmaq, bunu danmaq tərbiyəsizlikdir. Mən fəxr edirəm ki, Tovuzda doğulmuşam, boya-başa çatmışam. Biz neçə ildir ki, sərhəd bölgəsindəyik. Əlibəyli kəndində qadınlar həyat yoldaşlarıyla birgə səngərdədirlər. Sizə bir məsələni danışım. Allah rəhmət etsin,atam dövlət işində çalışırdı. Gəlib dedi ki, qadın və uşaqları Kür çayına tərəf aparacağıq. Şayiələr yayılmışdı ki, o vaxt Tovuz rayonunu veriblər. Atam dedi ki, ermənilər rayona girsə arvad-uşağı çaya atacağıq. Yəni, onu demək istəyirəm ki, bizim bölgədə belə qeyrətli insanlar var.

- Yeni layihə və veriliş yaratmaq niyyətindəsiz?

- Bir layihə üzərində çalışıram. Uşaqlar böyüyüb, artıq 4 yaşları var. Onlarla məşğul oluram.

- Oğlanlarınız Məhəmməd və Həsən necədi? Nə işlə məşğuldurlar?

- Bir neçə idman növüylə həftənin 3 günü məşğul olurlar. Onu da deyim ki, çox narahat bir anayam. Təbii ki, onların yanında dayələri olur, ancaq hər yerdə özüm nəzarət edirəm. Hələ çox kiçikdilər, özlərini müdafiə edə bilmirlər. Özlərini müdafiə edənə kimi hər saniyə gözlərim üstündə olacaq. Hadisə bir anlıq baş verir.

“Məhəmməd və Həsən müəyyən saat ərzində qonaq otağında ola bilərlər”

- Əkizlərinizə indidən müəyyən qadağalar qoyursuz?

- Çox qadağalar qoyuram. Məsələn, mənim otağıma onlar icazəsiz girə bilməz, nəyisə götürməzlər. Uşaqlara pulla oynamağı qadağan etmişəm. Özlərinin balaca kassaları var, hərdən qəpik verirəm içinə atırlar. Amma uşaqların pulla oynamağından heç xoşum gəlmir. Harasa məndən icazəsiz gedə bilməzlər. Sərt qadağalar qoymuram. Məhəmməd və Həsən müəyyən saat ərzində qonaq otağında ola bilərlər. Otaqda heç bir şeyə əl atmırlar. Yeməkdə müəyyən qadağalar qoymuşam. Balıq olan günü ət bişirilməyə icazə vermirəm. Uşaqlara şirin yemək məhsullarını qadağan etmişəm. Ancaq üzüm qurusu , axşamlar, ancaq 10 qram şokolat yeyə bilərlər. Yeməklər barəsində sərt qadağalarım var. Uşaqdılar, piylənmə ola bilər, mədələrində müəyyən problemlər yaranar.

- Dəbli xanım kimi övladlarınızın geyiminə qarışırsız?

- Həsən özünü çox sevir. Yay aylarında Həsənə dayəsi idman şalvarı və üzərinə düyməli köynək geyindirmək istəyirdi. Həsənin qışqırıq səsini eşidib otağa getdim. Həsən deyir ki, ana bu köynək idman şalvarı ilə uyğunlaşmır axı? Dayə mənə idman şalvarı ilə köynək geyindirir. Deyirəm ki, bu yaşda bunu bilir. Sual verdim ki, bəs nə geyinmək istəyirsən? Həsən qısaqol köynəyi götürüb ki, onu geyinmək istəyir. Cavab verirəm ki, sən düz seçim etmisən. Həsən geyinən, özünə baxan uşaqdır. Ağzında yemək olanda silir, paltarı ləkələnən də dəyişir. Məhəmməd isə bir qədər rahat uşaqdır. Belə şeylər məni sevindirir.

- Sizə hansı daha çox bənzəyir?

- İkisi də atalarına oxşayır. Mən fəxr ediəm ki, ağıl və dünya görüşü cəhətdən atasına bənzəyirlər. Oğlan uşaqları atalarına oxşasalar yaxşıdır. Qızım olsa mənə bəzəyər.

- Bu barədə düşünürsüz? Qız övladı istəmirsiz?

- Yox, iki oğlan anasıyam. Əslində, həmişə oğlan anası olmaq istəmişəm.

- Məhəmməd və Həsəni mətbuata niyə çıxarmırsız? Gizlətməyinizin səbəbi nədir?

-Gizli saxlamıram. Uşaqları reklam edənlərdən xoşum gəlmir. Bəlkə övladlarım gələcəkdə bununla bağlı mənə iradlarını bildirdilər. Deyərlər ki, məni niyə tanıtmısan? Bəlkə onlar rahat gəzmək, tanınmamaq istəyirlər. Elə yerlər olur ki, övladlarımla özüm getmirəm. İstəmirəm ki, onlar narahat olsunlar. Məhəmməd və Həsəni mediadan gizlətmirəm, sadəcə olaraq onları qoruyuram. 

“Diş çəkdirmək, saç kəsdirmək, rənglətmək üçün xaricə gedirdilər”

- Dolların yerindən oynaması, neftin qiymətinin düşməsi biznesinizə təsir göstərdi?

-Biz aldığımız məhsulların hamısı xaricdən gəlir. Müşətrilərimiz arasında narazıçılıq edənlər də olur. Deyirlər ki, əvvəl daha ucuz idi. İşçilərimiz başa salır ki, bunun hamısı dollarla əlaqədardır. Bütün dünyada baş verən problemdir, iqtisadi böhrandır. Mənə elə gəlir ki, söz-söhbət etməyə ehtiyac yoxdur. Ümid edirik ki, neft bahalaşacaq. Bununla da belə problemlər aradan qaldırılacaq.

- Vergilər Nazirliyi şou-biznes nümayəndələrinə qarşı sərt addımlar atdı, əksəriyyətini dəstəklədi. Siz də bu nazirliyin bu addımını dəstəkləyənlər sırasındasız. Necə etmək lazımdır ki, bu sistem doğru və şəffaf işləsin.

- Mənim bir neçə tədbirimdə müğənni dostlarımız ödənişsiz oxuyublar. Məsələn, övladlarımın ad günündə heç bir tanınmış ulduz pul almadı. İndi toylar yoxdu, gəlir azalıb. İnsanları da incitmək olmaz. Mənə elə gəlir ki, insanlar incidiləndə söz-söhbətlər daha da artır. Müğənninin biri toyu 5 min, digərini isə 3 minə oxuya bilər.

Mənim fikrimcə, toy sahibi şadlıq evlərinə müraciət etməli, istədiyi müğənniləri onlardan tələb etməlidirlər. Şadlıq evlərin rəhbərləri müğənnilərlə danışmalı, daha sonra rəsmi vergi verilməlidir. Bu məslənin qanun-qayadaya salınması qaçılmazdır, gec-tez olacaq.(qafqazinfo)
Oxşar xəbərlər
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
04 May 2024 | 13:21
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:13
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:29
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
04 May 2024 | 13:21
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır