“Əsas diqqət iqtisadi durumun yaxşılaşmasına verilməlidir, çünki medianın inkişafı bu amildən birbaşa asılıdır”.
Bunu Moderator.az-a
açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif
Əliyev bildirib. A.Əliyevin sözlərinə görə, bu gün bütün dünyada başlıca diqqət
iqtisadiyyatın inkişafına, onun mövcud böhrandan çıxmasına yönəlib:
“Hazırda bütün dünyada əsas
diqqət mərkəzində olan məsələ iqtisadiyyatın inkişafı, onun böhrandan
xilasıdır. Bu, hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən bir məsələdir.
Çünki normal iqtisadiyyat olmadığı təqdirdə iqtisadiyyata bağlı olan digər məsələləri
yoluna qoymaq mümkün deyil.
Azərbaycan da öncə bu məsələyə
diqqət yetirməli, iqtisadi vəziyyətin yaxşılaşmasına nail olmalıdır. Əgər buna
nail olunarsa, digər sahəhələrdə də müsbət dəyişiklik üçün zəmin formalaşar”.
Seymur Əliyev