“İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin...” - Müsahibə
Oxunub: 1874
17 Dec 2015 | 11:09
“İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin...”  - Müsahibə
Moderator.az  Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye  komitəsinin üzvü Vahid Əhmədovun qafqazinfo-ya verdiyi müsahibəsini təqdim edir:

- Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə açıqlama verib. Neftin qiyməti sürətlə düşməkdə davam edir. Bütün bunlar ikinci devalvasiyanın baş verməsini şərtləndirirmi?

- Manatın vəziyyəti birbaşa neftin qiymətindən asılıdır. Biz 2016- cı ilin dövlət büdcəsini müzakirə edəndə neftin qiymətini 50 dollar müəyyənləşdirmişik.  2015- ci ilin dövlət büdcəsində isə bu rəqəm 90 dollar idi.  İndi isə neftin qiyməti təxminən 40 dollardan da aşağıdır. “AzerLight” markalı neftin qiyməti təxminən 38 dollardır.  Düzdür, dövlət başçısının göstərişinə uyğun olaraq əhalinin sosial vəziyyətini nəzərə alaraq Mərkəzi Bank  manatın məzənnəsini qoruyub saxlamağa çalışır.  

21 fevralda devalvasiya oldu, manat 35 faiz dəyər itirdi. O zaman da bunu qəbul etmirdik. Çünki bu cür devalvasiyanın tərəfdarı deyildik.  Daha çox yumşaq, üzən məzənnə siyasətinin tərəfdarı idik. İndi də manatın  qiymətinin qorunub saxlanılması neftin qiymətindən birbaşa asılıdır.  Mən bir neçə dəfə təklif etmişəm ki, manatı üzən  məzənnə siyasəti ilə tənzimləmək lazımdır. Gec-tez manat bazarda öz dəyərini almalıdır.  Neftin qiyməti ola bilsin ki 38 dollardan da aşağı düşsün, ya da qalxsın. Amma biz öz milli valyutamızı qoruyub saxlamaq üçün manat bazar dəyərini tapmalıdır. İkincisi isə, manatın məzənnəsinin düşməsi Azərbaycana ixrac yönümlü məhsulları  artırır. Dövlət başçısının hökumətə göstərişləri var. O da çıxışlarında neftin hasilatının aşağı düşdüyünü, qiymətində problemlər yarandığını qeyd edir. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır ki,  gələcəkdə də manatı qoruyub saxlaya bilək. Sənaye, turizm, kənd təsərrüfatı, insan kapitalı sahələrinə diqqət artırmaq lazımdır .

Belə hesab edirəm ki, indiki vəziyyətdə manatı qoruyub saxlamaq çox çətindir. Təsəvvür edin ki,  devalvasiyadan qabaq Mərkəzi Bankın ehtiyatı 15 milyard manat idi. İndi isə valyuta ehtiyatlarımız 6 milyard manata düşüb.  Uzun müddət də azalma prosesi gedə bilməz. Çünki Mərkəzi Bank valyuta ehtiyatlarını qoruyub saxlamalıdır ki, digər banklara yardım edə bilsin. Neftin qiyməti çox aşağı düşsə, birdən-birə  şok terapiyası yaranmasın deyə üzən məzənnə siyasətinə keçmək lazımdır.

 - İlk devalvasiya insanlarda şok vəziyyəti yaratdı. Çünki heç kim gözləmirdi. Amma indi hər kəs devalvasiyanın olacağını hiss edir. Sadəcə tarix dəqiqləşməyib... 

- Mən həmişə deyirəm ki, devalvasiyasız mümkün deyil. Çünki manat öz qiymətini bazarda almalıdır.  Devalvasiya prosesi tək Azərbaycanda getmir. MDB ölkələrinin əksəriyyətində bu proses baş verdi. Ancaq biz devalvasiyaya iki il bundan əvvəl başlasaydıq, insanlar bunu o qədər də hiss etməyəcəkdilər. Devalvasiyadan sonra  banklarda da vəziyyət gərginləşib. Bu prosesdən uduzan banklar var. Onların taleyi necə olacaq?  Bankların özlərinin bu gün köməyə ehtiyacı var. Biz həmişə deyirik ki, bank faizləri yüksəkdir, insanları kreditləri qaytara bilmirlər. Amma araşdırmaq lazımdır ki, bankların özünün vəziyyəti necədir? Niyə faizləri yüksək verirlər? Likvidlik niyə aşağıdır?  

Bu yaxınlarda dövlət başçısı 2016- cı ilin dövlət büdcəsini təsdiq etdi. Sərəncamda bir sıra nazirlərə çox ciddi tapşırıqlar verib və orada tapşırıqların hansı vaxtda yerinə yetirilməsi məsələsi də öz əksini tapıb.  Məsələn,  dövlət şirkətləri arasında olan kredit borclarının həll edilməsi məsələsi, banklarda islahatlar, əmanətlərin faiz məsələsinə baxılması, o cümlədən kənd təsərrüfatına subsidiyaların təyinatı üzrə verilməsi  və. s kimi ciddi məsələlər hökumət qarşısında qoyulub. Bunlar yerinə yetirilsə, 2016- cı ildə Azərbaycanda ciddi problem olmamalıdır. 

- Sizin proqnozun nədir? Manat dollar qarşısında nə qədər dəyər itirə bilər?

- Bunları hesablamaq lazımdır. Çünki bu proses neftin qiymətindən asılıdır. Deyirlər ki, 1 manat  2 dollar olmalıdır. Bilirsiniz, bunu demək çətindir. Ola bilsin ki, bir-iki aydan sonra neftin qiyməti qalxsın. Çünki proqnozlar nikbindir. İran nefti yanvar ayından başlayaraq bazara çıxacaq. 

Rusiya dövləti həmişə büdcə qəbul olunanda üç illik proqnozlar verirdi.  Artıq bir illlik proqnoz verirlər.  Dünyada gedən siyasi, iqtisadi və müharibə prosesləri, bəzi dövlətlərə tətbiq olunan sanskiyalar neftin qiymətinə təsir edir.

 - Yeri gəlmişkən, Rusiya rəsmiləri neftin qiymətinin 30 dollar olacağı halda planların necə olacağını açıqlayırlar. Azərbaycanın 2016- ci ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Büdcəyə yenidən baxıla bilərmi?

- Biz ilk dəfə olaraq Dövlət Neft Fondundan  büdcəyə transferti 5 milyard azaltmışıq. Bunu müsbət qiymətləndirirəm. Sadəcə 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11 milyard manat transfert edilmişdi.  Dövlət Neft Fondunda ehtiyatı gələcək nəsillər üçün saxlamaq məqsədilə dövlət başçısı belə bir qərar qəbul edib. Əgər neft kəskin aşağı düşərsə, iki variant olacaq. Ya büdcəyə may-iyun ayında yenidən baxılmalı,  ya Dövlət Neft Fondunun ehtiyatından dövlət büdcəsinə transfert edilməli, ya da ki bir sıra layihələr dayandırılmalıdır. 2016- ci ilin dövlət büdcəsində iki böyük qlobal  layihənin icrası  məsələsi var.  Bunlardan biri Bakı-Qars dəmiryolunun çəkilməsidir ki, bu da 2016- cı ildə yekunlaşmalıdır. Digəri isə TANAP layihəsidir. Bu layihə bizim çox önəmlidir.  İqtisadi layihədən çox siyasi layihədir.  Hətta bu layihənin başa çatmasını tezləşdirmək istəyirlər.  Bilirsiniz ki, bununla bağlı Türkiyə rəsmiləri Azərbaycana səfərlər etdilər. Amma 2016- cı ilin büdcəsində sosial  tərəfə ümumiyyətlə toxunulmayıb.  Hətta artımlar da var. Əməkhaqqı, pensiyalar, sosial müavinətlər, məktəb və xəstəxana tikintisi bunlar hamısı həyata keçiriləcək. 

- Qeyd etdiyiniz  kimi, qonşu ölkələrdə də devalvasiya prosesi baş verir. Amma onlarda bir o qədər panikaya səbəb olmur. Bizdə isə devalvasiya prosesi avtomatik olaraq inflyasiya prosesi ilə paralel gedir ki, bu da əhalinin narazılığına səbəb olur...

- Tamamilə düzdür. Bizdə 21 fevral devalvasiyasından sonra insanlarda bir balaca narahatlıq yarandı.  Bu narahatlıq bu gün də var. İnsanlar müəyyən qədər banklara etibar etmədilər. Dövlətin əsas atributlarından biri də onun milli valyutasıdır. Milli valyutaya etibarlılığı qoruyub saxlamaq lazımdır.  Devalvasiyaya qədər banklarda olan əmanətlərin 80 faizi manatla, 20 faizi isə dollarla idi. İndi isə əksinədir.  Bu çox ciddi problemdir. Ona görə də burada qiymət siyasətini tənzimləmək bir qədər çətindir.  Manat azaldığı üçün çox vaxt qiymətlərə dəyə bilmirlər. Mənə sual verirlər ki, neftin qiyməti aşağı düşür, amma benzinin qiymətini aşağı salmırlar.  Digər dövlətlərdə  neftin qiyməti aşağı düşəndə başqa qiymətlər də aşağı düşür, amma Azərbaycanda düşmür. Yəni bu proseslər bir-biri  ilə bağlıdır. Ona görə də birini qaldırıb, digərinin qiymətini aşağı salmaq bir qədər çətindir. Manatın dövriyyədə çox olması üçün buna getmirlər.

Son vaxtlar dövlət başçısı tərəfindən dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı sərəncam verildi.  4000 adda dərmanın qiymətində azalma baş verdi. Düzdür, bəzi möhtəkirlər buna əməl etmirlər. Amma  məsələ öz həllini tapacaq, çünki orqanlar tərəfindən yoxlamalar aparılır.

- Mərkəzi Bankın devalvasiya qərarına yəqin ki, Federal Rezerv Sisteminin uçot dərəcəsini qaldırmaqla bağlı qərarı da təsir göstərəcək...

- Bu qərar da mütləq manatın məzənnəsinə və bütün dünyaya öz  təsirini göstərəcək. 

- Birinci devalvasiya baş verəndə ilk açıqlamanızda Mərkəzi Bankın sədri Elman Rüstəmovun istefa verməsi çağırışı ilə çıxış etmişdiniz. Maraqlıdır ki, ikinci sərt devalvasiya baş versə,  bu dəfə reaksiyanız  necə olacaq?

-Bilirsiniz, mən birinci devalvasiyanın da tərəfdarı olmamışam. İndi də devalvasiyanın sərt şəkildə aparılmasının tərəfdarı deyiləm. Mən üzən məzənnə siyasətinin, yumşaq devalvasiyanın tərəfdarıyam. Çünki cəmiyyət bunu az-çox qəbul edir. Siz fikir verirsiniz ki, iki-üç qəpik artım olanda insanlar təlaşlanır. Mən Mərkəzi Bankın rəhbəri ilə əlaqadar öz fikrimi demişəm. O, çox savadlı bankirdir. 1992- ci ildən onu tanıyıram. Bir yerdə işləmişik. Azərbaycanda makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün əlindən gələni edib.  Amma onun sərt devalvasiyasını seçməsini mən başa düşə bilmədim.  Bu gün də bunu başa düşmürəm. Amma inanmıram ki, yenidən ikinci sərt devalvasiya prosesi Azərbaycanda baş versin. Ola bilər ki, sərt devalvasiya yox, yumşaq devalvasiya olsun.

- SOCAR prezidenti də şirkətin xərclərinin sıfıra endirilməsi qərarını verdi. Dövlətin əsas qurumlarından olan SOCAR-da vəziyyət bu qədər gərgindirsə, başqa qurumlardakı vəziyyəti  necə təsəvvür edirsiniz?

-Bütün dövlət və qeyri-dövlət qurumları, o cümlədən Azərbaycan vətəndaşları bilməlidir ki, dünyada çox ciddi iqtisadi problemlər var. Bu problemlər 2015- ci ildə o qədər də hiss olunmurdu. Amma 2016- ci ildə neftin qiymətində ciddi azalmalar getsə, müharibələr davam etsə, əlbəttə, iqtisadi vəziyyət yaxşı olmayacaq. Ona görə də hər kəs öz yorğanına görə ayağını uzatmalıdır.  Ailə büdcəsinə də diqqət yetirmək lazımdır.

SOCAR Azərbaycanın dövlət büdcəsinin əsas təminatçılarından biridir.  SOCAR da, digər qurumlar da xərclər məsələsinə baxmalıdır. Ola bilər ki, hardasa müəyyən ixtisarlar gedəcək. Bu adi haldır. Amma dövlət başçısı son zamanlar əsas diqqəti sahibkarlığın inkişafına yönəldir.  Biz istəyirik ki, kiçik və orta sahibkarlıq ölkədə inlkişaf etsin. Əhali daha çox bu sahəyə yönəlsin.  Dövlət büdcəsinin neftdən asılılığını azaltmaq lazımdır.  Bunu etməsək, istənilən vaxt neftin qiymətində sıçrayışlar olanda problem yarana bilər. Özü də  təkcə neftin  qiyməti düşmür ki, eyni zamanda hasilat da azalır.  2011- ci ildə Azərbaycan 46 milyon ton neft çıxardırdı.  Hazırda isə 41 milyon ton neft hasil edir. Düzdür, indi biz onun müəyyən hissəsini qazla əvəzləyəcəyik.  Amma bu  o qədər də problemi örtə bilməyəcək. 

- Burdan belə düşmək lazımdır ki, ixtisara düşən insanlar işsiz qalmamaq üçün sahibkarlıq sahəsinəmi yönəlməlidir? 

- İndi dövlət başçısı Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı qərar verdi. İki operativ xidmət yaradıldı. Dünya təcrübəsi də göstərir ki, daxili və xarici təhlükəsizlik məsələləri ayrı sahələrdir. Orada da müəyyən yığcam ştatlar olmalıdır. Dövlət Təhlükəsilik Xidməti bəyan edir ki, rayonlarda artıq regional idarələr yaradılmalıdır. Hər rayonda idarənin olmasına ehtiyac yoxdur. Tamamilə doğru qərardır. Azərbaycan balaca bir dövlətdir. 9 milyon yarım əhalisi var. Nə olub elə biz şişirdə-şişirdə gedirik? Nazirliklərə gəlincə, Azərbaycanda bu qədər nazirlik saxlamağa gərək yoxdur. Onların ixtisarına, birləşməsinə çox böyük ehtiyac var. Müasir şəraitə uyğun strukturlar qurulmalıdır. Düzdür, dövlət başçısı mütəmadi olaraq  bu işə baxır. Artıq çevik hökumətə çox böyük ehtiyac var. 

-  Neftin qiymətinin azaldığı, manatın vəziyyətinin yaxşı olmadığı bir vəziyyətdə Azərbaycanda İnzibati Xətalar Məcəlləsində bir sıra cərimələrin miqdarı artırılır. Belə hesab edilir ki, bu vətəndaşa ziyan hesabına başa gəlsə də, büdcəni doldurmağa xidmət edirsə, bunu hardasa başa düşmək olar. Amma əminikmi ki, bu məbləğlər ayrı-ayrı cibləri doldurmayacaq? 

- Ümumiyyətlə, son 10 ildə neftin qiymətinin yüksək olması Azərbaycan dövlətində, istər məmurlarla, istərsə də vətəndaşlarda bir rahatlıq yaratmışdı. Çox vəsait olduğu üçün insanlar özlərini rahat hiss edirdilər.  Amma fikirləşmək lazım  idi ki, belə bir gün də gəlib çıxa bilər. Biz əsasən İnzibati  Xətalar Məcəlləsinə dəyişiklik edirik, müəyyən cərimələri artırırıq. Dövlətin qayda-qanunları var. Onlara riayət etmək lazımdır. Bizim qəbul etdiyimiz qanunlarda cərimələrin artırılması daha çox hüquqi şəxslərə şamil edilir. Bəziləri elə başa düşür ki, bu dövlət büdcəsini doldurmağa yönəlib. Xeyr. Oradan elə də böyük vəsait büdcəyə daxil olan deyil. Amma qayda-qanuna əməl etmək lazımdır. 

- Qayda-qanun olmalıdır. Amma zamanlama məsələsində məntiqsizlik var. Məsələn, ictimai yerlərdə siqaret çəkilməsinə görə cərimələrin miqdarının artırılması nəzərdə tutulub. Bu elə bir məsələdir ki,  onun cəriməsini beş il bundan əvvəl də artırmaq olardı. Niyə məhz indi? 

-Bilirsiniz , mən başa düşürəm sizi, deyəcəksiniz ki, bu iqtisadi vəziyyətlə bağlıdır.  Azərbaycan Avropaya inteqrasiya edən dövlətdir.  Görürsünüz ki, Avropa ölkələrində bir sıra məqamlarla bağlı qanunlar qəbul edilir. Məsələn, spirtli içkilərlə bağlı . Bütün bunlar hamısı öyrənilir, baxılır.  Hansı Azərbaycanın mentalitetinə uyğundursa, İslam dininin qaydalarına zidd olan hadisələrdirsə müəyyən qanunlar qəbul edilir. Məsələn, Dini birliklər və ictimai qurumlar komitəsinin sədri Siyavuş Novruzov müsahibəsində dini mərasimlərlə bağlı fikirlərini söylədi. Komitənin sədri Mübariz Qurbanlı da fikirlərini səsləndirdi. 

Bilirsiniz, biz mərasimlərə həddən artıq xərc çəkirik. İndi Siyavuş müəllim deyir ki, bununla bağlı qanun hazırlamalıyıq. Görünür, insanlar başa düşmürlər də. Mən başa düşürəm ki, rəhmətə gedənin süfrəsində nəsə olmalıdır. Halva, çay, limon və.s Amma daha süfrədə portağaldan tutmuş banana qədər hər şey qoymaq düzgün deyil. Ona görə də belə bir qanunun qəbul edilməsini müsbət qarşılayıram.

 - Cahangir Hacıyev həbsdən vəkili vasitəsilə Beynəlxalq bankda baş verən hadisələrə görə Maliyyə Nazirliyini ittiham etdi. Bildirdi ki, nazirlik  bankın Müşahidə Şurasında təmsil olunurdu. Niyə indiyə kimi  kreditlər məsələsinə nəzarət etmirdi? Siz necə düşünürsünüz?

 - Hazırda istintaq gedir. Bunun yekunlarını gözləmək lazımdır. Amma verilən kreditlərlə əlaqədar bank özü birbaşa məsuliyyət daşıyır. O kreditlər necə verilib, kimin göstərişi ilə verilib, kreditlər vaxtında geri qaytarılmayıbsa,  niyə tədbir görülməyib  və s kimi məsələlər araşdırılmalıdır.

Ümumiyyətlə, banklarla bağlı bu yaxınlarda mən təklif  vermişəm. İki məsələ məni narahat edir. Biri banklardakı islahatlar, biri də sənayenin inkişaf etdirilməsi ilə bağlı. Xahiş etdim ki, Milli Məclisdə bununla əlaqədar xüsusi iclaslar keçirilsin.

 - ABŞ-ın “Global Financial İntegrity” təşkilatı 2004-2013- cü illər arasında xaricə kapital axını həyata keçirən ölkələrin siyahısını açıqladı. Azərbaycan siyahıda 17-ci yerdədir. Məlum olub ki, ümumilikdə hər ilə 9 milyarda pul olmaqla, cəmi 95 milyard manat ölkədən çıxarılıb. Bu çox ciddi rezonans doğura biləcək bir hesabat idi. Amma məsul qurumlar bununla bağlı açıqlama vermədilər...

- Baxmaq lazımdır ki, bu kapital axınının strukturu nədən ibarətdir.  Hər kapital axınının Azərbaycandan düzgün çıxarılmadığını demək olmaz.  Bəlkə müəyyən əməliyyatlar, alqı-satqı işləri, ticarət əlaqələri qurulur.  Bir də var ki, bu kapital axını ofşor zonalara gedir. Hansısa məmurun, sahibkarın hesabına yatırılır.  Azərbaycanın inkişafı üçün istifadə edilmir. Ümumiyyətlə, Azərbaycanda məmur- biznes məsələsinə baxılmalıdır.  Məmur bizneslə məşğul ola bilməz.  Bizneslə məşğul olarsa, əlbəttə özü üçün şərait yaradacaq.  Bizneslə məşğul olan məmur ya məmurluğu atmalıdır, ya da biznesi.  Məmur Azərbaycan hökuməti, xalqı qarşısında cavab verməlidir.

- Belə iddia edilir ki, sizin  də vurğuladınız ikinci variant daha realdır.  Yəni çıxarılan pulların ofşor zonalara axması məsələsi. Çünki Azərbaycanda qeyri-neft sənayesi, o cümlədən sahikarlıq mühiti o qədər inkişaf etməyib, böyük iş adamları yoxdur.  95 milyard pul o qədər böyük məbləğdir ki, bunun yarısı belə ölkənin inkişafına nə qədər xidmət edə bilərdi...

- Biz bir neçə il bundan əvvəl Mərkəzi Bankın tərkibində monitorinq qrupu yaratmışıq.  Qrupun əsas məqsədi Azərbaycandan xaricə gedən kapitalların xüsusi monitorinqini  aparmaqdır.  Mən inanmıram ki, Azərbaycandan çıxan vəsaitlərdən Mərkəzi Bankın xəbəri olmasın. Azərbaycandan xəbərsiz heç nə çıxartmaq mümkün deyil.  Araşdırmaq lazımdır ki, hər il 9 milyard pul Azərbaycandan necə çıxarılıb,  hansı istiqamətə xərclənib, onun nə qədəri ofşor zonalarda yerləşdirilib.  Bunlar çox ciddi məsələlərdir. Bu məsələlər bütün dünyada var. Rusiyadan 100 milyardlarla pul çıxarılıb.  Burada maraqlı qüvvələr ar. Bunun qarşısını da birdən-birə almaq çox çətindir.  Mən neçə ildir ki Azərbaycanda maliyyə ambisiyasının qəbul edilməsi barədə məsələ qaldırıram.  Bun  insanlar vəsait qazanıblar və onları aparıb xaricdə saxlayıblar. Həmin vəsaitləri Azərbaycana gətirmək lazımdır.  Qanunda elə şərt qoyulmalıdır ki,  daha o pulu məmur özü üçün yox, Azərbaycan dövləti üçün istifadə etsin. Biz də həqiqətən bilək ki, bu insanlar həqiqətən də milyarderdirlər. 
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı