Türkiyə baş naziri Bakıya mühüm mesajlarla gəlir
Oxunub: 2054
03 Dec 2015 | 11:39
Türkiyə baş naziri Bakıya mühüm mesajlarla gəlir
Bu gün Əhməd Davudoğlunun Azərbaycana kritik səfəri başlayır; ziyarət mürəkkəb bir dönəmə təsadüf edir və Bakı-Moskva münasibətlərinə də təsirsiz ötüşməyə bilər; gözlər Bakıda... 
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Bakıya gəlir. Səfər çərçivəsində o, Azərbaycanda ən yüksək səviyyədə görüşlər keçirəcək, o cümlədən prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
Onun ölkəmizə budəfəki ziyarəti əvvəlkilərdən bir neçə özəlliyi ilə fərqlənir və təkcə 1 noyabr seçkilərindən, bu posta təzədən təsdiqlənməsindən sonra ənənəyə uyğun surətdə, Şimali Kiprin ardınca ikinci xarici səfər qismində Azərbaycanı seçməsi ilə ilgili deyil; daha diqqətçəkici məsələlər var.
Səfərin əhəmiyyətini əslində onun reallaşdığı ərəfədə bölgədə, Türkiyə-Rusiya münasibətlərində formalaşan yetərincə mürəkkəb və həssas situasiyadan, tərəflər arasında başlamaqda olan iqtisadi müharibədən və gedən informasiya savaşından aydın görmək olar. Bu xüsusda Davudoğlunun xarici işlər naziri Mövlud Çavuşoğlundan cəmi 4-5 gün sonra Bakıya təşrif buyurması təsadüfi sayıla bilməz. 

Söhbət öncəliklə Rusiyanın “Su-24" bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasının ardınca Ankara-Moskva münasibətlərində sonuncunun günahı üzündən yaranan böyük çat və gərginlikdən, habelə bu gərginliyin Türkiyə və Rusiya ilə yaxın əlaqələrə malik Azərbaycanın hər iki dövlətlə münasibətlərinə inikas etməsindən gedir. 
Yada salaq ki, Əhməd Davudoğlu “Su-24"ün məhv edilməsinə göstərişi şəxsən verib və gərək olarsa, yenə eyni addımın atılacağını söyləyib. 

Bakı səfəri ərəfəsində isə o, prinsipial mövqeyini təkrarlayıb. Eyni zamanda ikitərəfli əlaqələrin normallaşması naminə Kremlə tövsiyə edib ki, ”Su-24" olayını düzgün dəyərləndirsin. “Yalnız o zaman hər iki tərəf üçün faydalı olar” - qeyd edib baş nazir.

Sitat: “Olduqca gərgin dönəmdəyik. Ancaq gərginliyi Türkiyə tərəfi başlamayıb. Biz öz hava məkanımızı qorumaq istədik. Həmin təyyarənin hansı ölkəyə aid olmasını əvvəlcədən bilməmişik. Əgər Türkiyə Silahlı Qüvvələri qırıcını vurmasaydı, bəzi dairələr bunun səbəbini soruşardılar. Biz hava məkanımızın pozulması ilə bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq etdik. Eyni zamanda Rusiyaya bildirdik ki, Bayırbucaq bölgəsində terrorçu, yoxdur orada türkmanlar var”.

***
Səfər sübhə yox ki, ən əvvəl bu məqamları ilə, hörmətli Əhməd Davudoğlunun Rusiyadan ötrü çox önəmli bir persona olması və onun iki ölkə arasında pik həddə çatmaq üzrə olan gərginlikdən dolayı Bakıda hansı bəyanatlar verməsi baxımından Rusiya və dünyanın diqqət mərkəzində olacaq. Bir şey dəqiqdir ki, baş nazir ölkəmizə Türkiyənin Rusiya önündə güclü və prinsipial mövqeyi ilə gəlir ki, bu da  ziyarətin önəminə məxsusi siyasi çalar qatır. 


Səfər öncəsi situasiyanın ciddiliyinə və təhlükəliliyinə dəlalət edən detallardan biri isə Rusiyanın insidentdən az sonra Ermənistan-Türkiyə sərhədinə təcili şəkildə seçmə, iri qoşun qruplaşması göndərməsi sayıla bilər. Belə bir sensasion məlumat bir sıra Rusiya nəşrlərində yer alıb.

Məlumatlara əsasən, prezident Putin ötən bazar günü - noyabrın 29-da səhər Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci orduya Türkiyə-Ermənistan sərhədində dərhal radioelektron mübarizə qüvvələrinin seçmə polklarını və briqadalarını, zenit sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə kompleksləri, motoatıcı və artilleriya qoşunlarını cəmləşdirmək haqda təcili əmr verib. 


Söhbət üst-üstə 7 minlik qoşun qruplaşmasından gedir. Məlumatın mənbəyi kimi Rusiya Müdafiə Nazirliyinin məruzəsi göstərilir. Belədirsə, bu, artıq Türkiyə ilə yanaşı, Azərbaycana münasibətdə də şimal qonşumuzun xoş olmayan məramına, yeni təhlükəli planları və hədələrinə dəlalət edir, çünki ölkəmiz Qarabağa görə on illərdir işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Əhməd Davudoğlunun Bakı səfiri həmçinin bu təhlükəli gəlişmə fonunda reallaşması ilə önəm kəsb edəcək.

***
Bu mənada qardaş ölkənin hökumət başçısının Bakıdan verəcəyi açıqlama və mesajlar ikiqat siyasi dəyər daşıyır. Həmin mesajların əsasən Rusiyaya, Ermənistana ünvanlı olmaqla Azərbaycanın təhlükəsizliyi məsələsini də özündə ehtiva edəcəyi şəksizdir. Zatən, Davudoğlu səfər ərəfəsi də Dağlıq Qarabağ kontekstində Azərbaycanın xeyrinə bəyanatlar səsləndirib, hətta Bakının xahişi ilə Ankaranın işğal altındakı ərazilərdə antiterror əməliyyatı keçirməyə hazır olması barədə Rusiya KİV-də sensasion məlumatlar yayılıb və Türkiyə tərəfdən təkzib edilməyib. Qarabağ məsələsində oxşar mövqenin məhz Baklıda ortaya qoyulması heç vaxt olmadığı qədər effekt yaradardı. 


Sözsüz ki, baş nazirin ziyarəti hər şey qırağa, iki qardaş ölkə arasında strateji əməkdaşlığın, sarsılmaz ittifaqın  yeni və növbəti fiksəsi, nümayişi olacaq - hansı ittifaq ki, Ermənistanı haqlı olaraq daim narahat edib, indi də Rusiya bəlli səbəbdən bu ittifaqa qarşı xeyli qıcıqlı görünür. Hər halda, bundan sonra Türkiyənin istənilən müttəfiqinin Rusiyanın gözündə rəqib kimi görünəcəyi  ehtimalı artıb ki, azalmayıb. 

Rəsmi Ankara Kremlin bu kimi həssaslığının, həmçinin də onun Azərbaycana real təsir imkanlarının fərqindədir və əlbəttə ki, onları ciddiyə alır. O üzdən Bakı görüşləri zamanı Türkiyə baş naziri Azərbaycan rəhbərliyindən güman ki, açıq dəstək bəyanatı istəməyəcək - yenə məhz Azərbaycanın milli və təhlükəsizlik maraqları ziyan görməsin deyə.


Ancaq bağlı qapılar arxasında yəqin ki, Bakı Türkiyənin yanında olduğuna dair mövqe sərgiləyəcək, iki qardaş ölkə arasında əlaqələrin bütün strateji sahələr üzrə dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanacaq, perspektivlərdən danışılacaq. Bundan əlavə, Rusiyanın iqtisadi embarqolarından dolayı Azərbaycanın qardaş ölkəyə edə biləcəyi köməyin dairəsi də böyük ehtimalla, müzakirə mövzusu olacaq. Bura Rusiyada yasaqlanan türk mal və xidmətləri üçün Azərbaycanda və ya Azərbaycan vasitəsilə qonşu ölkələrdə yeni bazarların tapılması, ən önəmlisi, Türkiyənin qaz təchizatının ölkəmiz hesabına gücləndirilməsi məsələləri də daxildir.

Bütün hallarda bu gün Bakı kifayət qədər dünyanın nəzər-diqqətinə olacaq. Buna əsaslar da yetərlidir. İstisna deyil ki, Davudoğlunun kritik səfərindən sonra Rusiya-Türkiyə münasibətlərinin inkişaf vektorları daha da dəqiqləşsin - özü ilə bərabər Bakı-Moskva münasibətlərinə də bəzi korrektələr eləməklə. /musavat.com/
Oxşar xəbərlər
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:15, Bu gün
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:00
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
07 May 2024 | 10:16
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
07 May 2024 | 12:00
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
07 May 2024 | 10:16
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO