Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra iki dövlət arasındakı münaibətlərin bütün sahələrində ciddi gərginlik müşahidə edilməkdədir. Rəsmi Ankaraya olan hirs və qəzəbini Rusiyadakı sıradan türk vətəndaşlarına qədər daşıyan Putin hökuməti, bu ölkədə oxuyan türk tələbəsindən tutmuş burada işləyən türk fəhləsinə qədər hər kəsi rus nifrətinin hədəfinə çevirib.
Rusiya tərəfi Ankaranı
PKK və Ermənistanı ona qarşı yönəltməklə də təhdid edir ki, bu da öz növbəsində
Trükiyənin əks-zərbə imkanlarını gündəmə gətirir. Maraqlıdır, Türkiyə Rusiyanın
təzyiqlərinə cavab olaraq bu ölkədəkə çoxmilyonlu türk-müsəlman xalqlarının
milli-azadlıq hərəkatına dəstək verməklə, Kremli ciddi təzyiqlərə məruz qoya
bilərmi? Bu yolla rus imperiyasını daxildən sarsıtmaq mümkündürmü? Əslində son
bir əsr ərzində Türkiyənin bu istiqamətdə heç bir iş aparmamasını, Rusiya əsarətindəki
türk xalqlarını taleyin ümidinə buraxmasını bu gün onun özünü də “vuran” yanlış
addım kimi xarakterizə etmək olarmı?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Rusiyanı
iqtisadi müstəvidə zəiflətməyin daha asan və məqsədəuyğun olduğunu vurğulayıb:
“Türkiyənin
Rusiya tərkibində olan türklərlə iş aparması üçün güc sahibi olması vacibdir. Osmanlı
imperiyasının çöküşündən sonra bu güc itirildi və indiyədək Türkiyə güclü bölgə
dövləti olmaqdan uzağa gedə bilmədi. Türkiyə çox güman ki, Rusiya ilə münasibətlərin
öz xeyrinə dəyişilməsi üçün ABŞ-la daha sıx müttəfiqlik münasibətinə üstünlük
verəcək və beynəlxalq koalisiya ilə birlikdə təzyiq mexanizmlərindən istifadə
edəcək. Rus imperiyasını milli məsələlər deyil, iqtisadi məsələlər
daha çox zəiflətməyə qadirdir. Hər halda Rusiya Türkiyəyə qarşı bu davranışdan
özü də xeyli əziyyət çəkəcək”.
Seymur
Əliyev