Rus faciəsi...
Oxunub: 2600
30 Nov 2015 | 21:23
Rus faciəsi...
Bu müsahibə 1994-cü ildə Elli adı daşıyan keçmiş Ocaqçı tərəfindən götürülmüşdür.
 
Bu gün üçün də aktual olduğuna görə oxucuların diqqətinə sunuruq.  - Soylu Atalı.

- Möhtərəm Asif Ata, rus xalqının tarixi nə zamandan başlayır?

- Rus xalqının tarixi əslində XIII əsrdən başlayır. XIII əsrə qədər indiki Rusiyada, yəni rus çöllərində bir nəfər də olsun rus yox idi. Mənşəcə və etnik nöqteyi-nəzərdən ruslar Şərqi slavyanlar qrupuna daxildirlər. XIII əsrə qədər onlar Oder ətrafında yaşayırdılar, almanlarla qonşuydular, həm də hardasa qaynayıb-qarışmışdılar. XIII əsrdən əvvəl rus çöllərində iki xalq yaşayırdı. Bir-biriylə çox bağlı o xalqların biri finlər idi, digəri qıpçaqlar. Yeri gəlmişkən deyim ki, türklər finlərlə hunların birləşməsindən əmələ gəlib. XIII əsrdə ruslar rus çölləri adlanan məkana gəldilər və tədricən öz xüsusiyyətlərinə görə qıpçaqları da, finləri də əritməyə müvəffəq oldular. Beləliklə də, rus əvvəlki Oder rusluğundan və sırf Şərqi slavyanlığından da çıxdı. Və dərinə getsən, rus hardasa bir az da findir, bir az da qıpçaqdır. Bax, bunun özü də xüsusi bir məsələdir. XIII əsrdən onun tarixi başlandı və bu tarixin əsas cəhətlərindən biri o oldu ki, steplərə yiyələnən ruslar özlərinə hakim axtarırdılar, özlərində hakimlik tapmadılar və məcbur oldular ki, varyaqlara, yəni skandinaviyalılara üz tutsunlar. Onların ilk knyazları, İvan Qroznıya qədər olan knyazları Skandinaviya mənşəlidirlər. İvan Qroznı isə həm skandinaviyalı, həm də tatardır. Bu da yenə xüsusi bir məsələdir, o mənada ki, tatarların rus həyatında rolunu nahaq yerə yalnız mənfi hesab edirlər. Bu dəhşətli bir mənfi hadisə idi. Eyni zamanda, həm də etnik cəhətcə rusun genişliyinə, hərtərəfliliyinə müəyyən mənada müsbət təsir göstərə bilmişdi. Xoşbəxtlik orada oldu ki, Skandinaviyadan gələnlər ruspərəst oldular, rusu çox sevdilər. Hər halda rus patriotizmini Skandinaviya patriotizmi yaratdı.

- Rus psixologiyası haqqında...

- Rus xalqı haqqında nələr yazılmayıb, nələr deyilməyib. Onun haqqında Dostoyevskinin, Berdyayevin fikirləri var. Lakin bu fikirlərlə tam razılaşmaq olmaz. Nə deyirdilər rus psixologiyası haqqında?... Yumşaqlıq, passivlik, hətta Berdyayev bunu qadınlıq adlandırırdı. Eyni zamanda, qeyri-aktiv bir xalq, yaxud haradasa gözlənilməz bir xalq, itaətkar... Ancaq mənə görə rus xalqının psixologiyası faciəvi psixologiyadır, rus xalqı faciəvi xalqdır. Onun faciəsinin əsas səbəbi ondan ibarətdir ki, o mahiyyət etibarı ilə dünyaya uyğunlaşan bir xalq deyil. Onda lazımi qədər müəyyənlik yoxdur. Bu xalqın standart qəlibləri yoxdur, bu xalq müəyyən bir qəlibə sığmır. Bu xalqın daxilində hədsiz dərəcədə bir dilemizm var, gözlənilməzlik də elə onunla bağlıdır. Bu xalq haqqında qəti söz demək olmur. Almanlar olduqca güclü, möhkəm, təşkilata meyil eləyən, çox intizamlı, həm də mistik bir xalqdır. Birdən Hegeli verir, birdən Bismarkı, ikisini də bəzən bir vaxtda verir. Amansız və sentimentaldırlar. Xalq o zaman xoşbəxt olur ki, o cəmiyyətdə bir müəyyənlik olur. O müəyyənlik ruslarda heç zaman olmayıbdır. Ruslar qeyri-müəyyən bir xalqdır. Lakin onun psixologiyasında biclik yoxdur, hakimiyyətə meyil eləmək yoxdur, haradasa rus psixologiyası anti-yəhudi psixologiyasıdır, bunu da unutmaq olmaz. Yəhudilik ümumən götürdükdə biclik və hakimiyyətçilik psixologiyasıdır. Rus psixologiyası isə əsas etibarı ilə, əgər belə ümumi şəkildə götürsək, bu iki cəhətin heç birinə uyğunlaşmayan bir psixologiyadır. Rus psixologiyasında isə özündən qıraqdakını, özgəyə, allaha və s. münasibətdə, müəyyən bir yumşaqlıq var. Mən təslimçilik demək istəmirəm. Çoxları rusların psixologiyasını hindlilərlə müqayisə edir. Az qala Nirvanaya gətirib çıxarırlar ”“ doğru deyil. Bir var Nirvana fəlsəfəsi, bir var imperativ kimi, dünyanı dərk edirsən, başa düşürsən ki, bu, heçdir. Bir də var passiv instinkt. Gözünü açan gündən səni ram eləyirlərsə, səni özgələşdirirlərsə, sənə özgə hakim olursa, səndə iradə yoxa çıxır. Amma elə xalq var ki, onda əksinə olur. Ona görə də lap belə instinkt səviyyəsində Hind ruhu ilə rus ruhu arasında fərq çox böyükdür. Fərq yalnız zahiridir. Orada Budda verdi bunların hamısını, o cümlədən passivliyi. O ki qaldı böyük mənada, mədəniyyət nöqteyi-nəzərindən yanaşdıqda, bəli, Hind ruhu ilə Tolstoy ruhu bir şeydir. Bütün Tolstoyun əsas ideyası budur ki, bir həyat var, bir də əsl həyat. Napeolon heçdir, Nataşa hər şeydir. Bütövlükdə Tolstoyu Tolstoy edən Jan-Jak Russo olmadı, Hind ruhu oldu. Tolstoyun əsərlərinin hamısı gəlir çıxır Hind fəlsəfəsinə. Knyaz Andrey ölüm ayağında göyə qalxdı, gördü ki, onun bütün həyatı heç nəymiş. Nə adyutant, nə filan... 
Nəhayət, yaxşı bilmək lazımdır ki, rus imperiyasi anti-rus imperiyasıdır. Bu məsələdə birləşməliyik, rusu atmaq lazım deyil, rusla birləşmək lazımdır. Qoy, o bilsin ki, imperiya ona heç nə vermədi, bilmir axı. İmperiya onu zahirən, yalandan böyütdü, əslində məhv etdi, onun genlərini dəyişdi. Əslində, “Yevreyskaya Rossiya” oldu. Gör, son vaxtlar yəhudilər necə həyasızlaşıblar ki, ORT-də rus xalqını biabır edirlər, kino yayımlayırlar, ingilis filmi, filmdə bir zabit rusa “russkaya svinya” deyir.

- Bəs rus xalqı və rus siyasətindəki fərqliliklər, ortaq məqamlar varmı?

-Rus xalqı ilə rus siyasəti arasında yerlə-göy qədər fərq var. Daxilən mən Berdyayevlə razıyam, qeyri-dövlətçi olan bir xalq dünyanın ən böyük dövlətini yarada bildi. Rus dünyaya gəlib ki, yaşasın, rus dünyaya gəlib ki, özünü təsdiq etsin, xəyalda təsdiq etsin. Onun arzusu təzə bir dünya yaratmaqdır. Xəyalında o dünyanın ona kimsə verməlidir. Rusun qəti məqsədi deyil ki, dünyanı dəyişdirsin. Belə bir xalq dünyanın yarısından çoxuna sahib oldu, faciə bundadır. İmperiya yaratdı, guya yaratdı. Budur faciə! Rus xalqı özünə uyğun olmayan iş gördü. Bax, rus xalqının öz faciəsi var ki, bunu da yenə biz özümüz deyirik, heç kəs deməyibdir. Rus xalqının qəti məqsədi deyildi ki, (hətta assimilyassiya eləyəndə belə) imperiya yaratsın. Mahiyyət etibarı ilə rus xalqı qədər anti-imperialist xalq, yazıq xalq, bədbəxt xalq, başıaşağı xalq, itaətçi xalq, öz dərdini unudan xalq yoxdur. Amma imperiyanı yaradan da bu işi onun əli ilə gördü. Bax, budur mənim zənnimcə səhərdən-axşama qədər deyilən həmin “rus fenomeni”, mənim zənnimcə, budur.

- Rus xalqı və Qərb məsələsi...

- Rus xalqı özünü əcnəbilərə qurban verən xalqdır. Bu cəhətdən rus xalqının psixologiyasındakı əsas cəhət odur ki, bu xalq dəhşətli dərəcədə əcnəbi sevən xalqdır. Rus millətçiliyi heç yaşamayıb, xalqın içində heç nə yoxdur. Və bu cəhətdən rus xalqının psixologiyası ona görə qeyri-müəyyən oldu ki, rus psixologiyası aşkara çıxa bilmədi. Elə bil ki, öz psixologiyasından əl çəkməli oldu. Bir az tarixi faktlara baxaq: deməli, elə ki, ruslar birləşdilər, assimiliyasiya elədilər (təkrar edirəm, assimiliyasiya söhbəti imperializm söhbəti deyil, tamam ayrı şeydir), məlum oldu ki, bunlar özlərindən şah seçə bilmirlər, hər şey var, belə bir ölkə yaranıb, amma buna başçı yoxdur. Elə bir adam yoxdur ki, onlara başçı olsun. Hakimiyyət psixologiyası yoxdur, dövlətçilik psixologiyası yoxdur, amansızlıq yoxdur, qüdrət yoxdur və s. Berdyayevin “qadınlıq” dediyi şey qoymayıbdır bu cəhətlərin inkişaf etməsini. Skandinaviyadan həmin o varyaqlar gəldilər və varyaqlarla rus dövlətçiliyi başladı, həm də varyaqlarla əcnəbiçilik başladı, bu gün də davam edir. Rus nə vaxt rus olub ki?! Eh yazıq rus! 
Düz Romanovlar dövrünə qədər varyaqlar oldular, Skandinaviyadan gəlmişdilər, onların arasında isveçlər də, danimarkalılar da, norveçlər də var idi. Beləliklə, düz İvan Qroznıya qədər rus dövlətini varyaqlar yaratdı. İvan Qroznıy da ana tərəfdən tatar idi, ata tərəfdən varyaq. Elə ki, Boris Qodunovun uşağı qalmadı, birini özü öldürdü, o biri də dəli oldu ”“ Fyodr. Bütün faciələr ondan sonra başladı. Axtardılar, axtardılar Prusaklı Romanovu tapdılar, o da alman oldu. Və almanlarda olan imperializm, dövlətçilik, “dünyanı biz idarə edəcəyik” kimi “Russkoe delo” fəlsəfəsi alman psixologiyasıdır. Təsəvvür edirsənmi, bu necə xalqdır, necə bədbəxt xalqdır. Puqaçov kimiləri o deməkdir ki, biz də varıq, instinkt şəklində. Puqaçov məcbur olub özünü və camaatı aldadır ki, üçüncü Pyotrdur... Bir sözlə, mənim fikrimcə, rus xalqı o xalqdır ki, öz ölkəsində bir saat da özü olmayıbdır. Başqa bir məqam da odur ki, rusların bu əcnəbiçiliyi tədricən gətirib çıxartdı güzəran əcnəbiçiliyinə. Əvvəllər o rus ”“ slavyan ki, var idi, onun ailəpərəstliyi çox güclü olubdur. Onlar almanlara yaxın olduqca, Oder hissələrində, onun tarixində var... Lakin təəssüf ki, o almançılıq, əcnəbiçilik, ruslar “nemeçina” deyirlər, bu “nemeçina” onları təməlindən ayırdı. Və namus, qeyrət məsələsində əvvəlki möhkəmlik, yaxşı mənada qanunçuluq çox azaldı. Bu əcnəbiçiliyin bir cəhəti onda oldu ki, rus xalqı özünü hədsiz dərəcədə tək hiss etdi, yalqız hiss elədi və buna görə də kimə gəldi ərə getdi, kimi oldu aldı. Bunu beynəlmiləlçilik adlandırlrlar, bu, beynəlmiləlçilik deyil və yaxşı yaşayışdan irəli gəlmirdi. İndi yalnız ucqar yerlərdə rusun o əvvəlki mahnıları qalıb. Musiqisinə, fəlsəfəsinə, ədəbiyyatına əcnəbiçilik hopubdur. Bunun özü bir fəlakətdir. Bununla bərabər bu bədbəxt millət yeri gələndə unudur hər şeyi: öz dərdini də, planını da. Çətin məqamlarda ölümə də gedir, vətənini qoruyur və Qərb başa düşmür ki, bu nə millətdir. Nədən ötrü ölürsən a bədbəxt, hansı günündən ötrü ölürsən? Stalin sənə nə verdi, Lenin sənə nə verdi, Pyotr sənə nə verdi? Amma ölür də. Bu da rus xalqının bir cəhəti. Ona görə biz rus xalqına pis münasibət bəsləməməliyik.

- Rus xalqı və din...

- Rus xalqının fəlakəti onda oldu ki, imperiyaya uyğunlaşdı. Bax, provaslav kilsəsi bu məsələdə imperiyaya xeyir verdi. Və üçlük yarandı: Xalq, çar və provaslav kilsəsi, yalançı birlik. Bundan sonra onda olan o yumşaqlıq, passivlik, yuxarıda dediyim o dəhşət bir az da artdı və xalq tamamilə dəyişdi. O slavyanlardan nə qaldı? Rus xalqı “mujik” idi, rus xalqı romalı deyildi. Romada hər bir romalı Allah idi, imperialist idi, hər bir balaca romalı böyük idi, o qalxmışdı, “velikaya nasiya” idi. Ruslarda harada idi “velikaya nasiya” ki, səhərdən axşama qədər araq içirdilər. Və burada dəhşətli, faciəvi bir dialektika əmələ gəldi. Bunu belə açıq şəkildə deməyiblər, biz bunu deməliyik. Rus xalqı imperialist xalq olmadı, imperiya böyüdükcə rus xalqı balacalandı, hətta rus şovinizmini belə əcnəbilər yaratdı. Və burada dvoryanlıq xüsusi yol oynadı, dvoryanlığın da əsas hissəsi əcnəbilər idi. Dvoryanlar çarın ətrafı deməkdir və onlar xalqı yaxşı aldada bildilər, yaxşıca əldə saxladılar və həmin dövrlərin heç birində xalq heç nə qazanmadı. Yaxşı, Finlandiyanı aldın, rus kişisinə bunun nə xeyri oldu? Heç bir xeyri olmadı. Sən XX əsrin əvvəllərinə qədər “krepostnoy” idin, rus kişisi! Bu o demək idi ki, mülkədar öz itinə kəndlisindən yaxşı baxırdı. Bunlar hamısı Fransa inqilabından sonradır.

- Rus xalqının sabahı Ata görümündə. 

- Rusiyanın sabahını mən belə görürəm ki, özünün faciəsini dərk etsin, əgər xalq dərk etmirsə, ziyalısı dərk etsin. Ona imperiya lazım deyil. Ona “Russkaya delo” lazım deyil, ideologiyası, inamı olmalıdır. Bu inamın canı ondan ibarət olmalıdır ki, özünəməxsus olan nəyi varsa, saxlamalıdır və əcnəbiçilikdən əl çəkməlidir. Çox təəssüf ki, onu təzədən Qərbçiliyə aparırlar. Rusiyanın fəlakəti bizim fəlakətimizə çox oxşayır. Hərçənd, Azərbaycan xalqı başqa xalqdır. Burada bir incəlik var, istəyirəm ona toxunam, bir tərəfdən rus imperiyası, bir tərəfdən də rus imperiyasının Qərbçiliyi. Təxminən bir neçə əsrdir ki, Qərbçilik əmələ gəlibdir, Rusiyanın sabahını mən Qərbə qarşı döyüşdə görürəm. Rusiyanın özünəməxsus yolu olmalıdır, rus imperializmindən əl çəkməlidir. Rusiya öz əqidəsini yaratmalıdır, tam özümləşməlidir. Onda o Azərbaycan və başqa xalqların dostu ola biləcək. Nə qədər ki, rus xalqı imperiyaya xidmət edir, istəmədən o bizim düşmənimiz olur. Amma biz ona düşmən kimi baxmamalıyıq, onu başa düşməliyik, o yazığın fəlakətini. Mən belə anlayıram! Düşünürəm ki, rus xalqının başqa əlacı yoxdur, əgər dünya bu cür getsə, əgər Jirinovskinin yoluyla getsə, imperiyaya qoşulsa, ya da ki, Yeltsinin yoluyla gedib Qərbin əyalətinə çevrilsə, məhv olacaq. Nə qədər içmək olar? SSRİ effektli, ideoloji böyüklükdən başqa rus xalqına nə verdi? Rus xalqının özünəməxsus nəyi varsa, hamısı itdi və Soljenitsın kimi adamlara imkan verdi ki, “rus özünü başqalarına fəda verdi” deyə bildirsin. Bu, qələtdir! İndi təzə bir “fəlsəfə” də var: ruslar özlərini fəda verdilər azərbaycanlılara, gürcülərə, nanəciblərə və onlar da təpik atırlar ”“ bu da axmaqlıqdır. Özünə xeyir verməyən xalq kimə xeyir verə bilər? Mən belə başa düşürəm!

Oxşar xəbərlər
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:14
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...