"Xarici kəşfiyyat orqanlarının proseslərdə əli var" - Fərəc Quliyev
Oxunub: 2284
30 Nov 2015 | 13:37
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında gündəm mövzusu olmuş proseslər barədə  sualları cavablandırıb.

- Fərəc bəy, ilk olaraq Nardaranda polislə dindarlar arasında baş vermiş insidentlə münasibətinizi bilmək istərdik.

- Şəhid olmuş polislərimizə Allahdan rəhmət diləyirəm. Təəssüf edirəm ki, Azərbaycanda qardaş qardaşı öldürüb. Nə səbəblə olursa-olsun azərbaycanlılar biri-birlərinə qarşı olublarsa, bu hamımız tərəfindən ağrılı qarşılanır. Hesab edirəm ki, Azərbaycanda ciddi maraqları olan və bizə dost olmayan qonşu dövlətlərin ölkəmizə qarşı proyektləri var. İndi bu açıq şəkildə üzə çıxır. Nardaranda baş verənlər dinlə əlaqədar deyil. İranın kəşfiyyat orqanlarının proseslərdə birbaşa rolu var. Azərbaycanda dini dövlətə qarşı qoymaq, bölücülük yaratmaq üçün din amilindən istifadə edirlər. Məsələni Azərbaycana qarşı xaricdən təhdid kimi və ölkəmizlə bağlı proyektin həyata keçirilməsi üçün çalışma kimi qeyd etmək lazımdır. Belə hallara qarşı dövlət tərəfindən ən ciddi tədbirlər görülür və bunu təqdir edirəm. Daxili İşlər Nazirliyi və digər güc strukturları tam səfərbər olaraq, dövlətə qarşı olan bütün cəhdlərin qarşısını almalıdırlar. Kimsə, hansısa qurum, hansısa dövlət Azərbaycanın dövlət maraqlarını tapdalamaq, ölkəmizə qarşı olmaq, burada pozuculuq fəaliyyəti göstərmək istəyirsə ən sərt tədbirlərlə qarşılaşmalıdır. Azərbaycan polisinə atəş açmaq, onu öldürmək dövlətimizin atributunu, Azərbaycan qanunlarını, Azərbaycan millətini öldürmək deməkdir. Polis bu millətin güvənc yeridir. Polis müharibədə səngərlərdə də döyüşüb, indi təhlükəsizliyimizi təmin edir. Üzərində Azərbaycanın gerbini, bayrağını daşıyır. Ayıq-sayıq olmaq lazımdır. İnzibati tədbirlərdən əlavə din adamları, dini qurumlar da ehtiyatlı olmalıdırlar. Orta, ali məktəblərdə, bütün ictimai yerlərdə aydınlaşdırmalar aparılmalıdır. Telekanallarda bayağı verilişlərin yerinə dinin əsl mahiyyəti göstərilməlidir. İslam dini pozucu yox, barış dinidir. İslam təkcə müsəlmanlara yox, digər dinlərin daşıyıcılarına da sayğı ilə yanaşır. Buna görə hesab edirəm ki, Nardaranda baş verənlər başqa dövlətlərin Azərbaycanda pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Proseslərdə aldadılmış gənclər də iştirak edə bilərlər. Onlar da ayıq-sayıq olsunlar. Doğru yolda olmaq daha məqsədəuyğundur. Valideynləri bu məsələlərdən onları çəkindirməlidirlər. Başqalarının maraqlarını burada prioritet edib onların qulluğunda duraraq, ölkəni qarışdırmaq olmaz.

- Fikrinizcə, bu cür halların qarşısını almaq üçün olmazdı ki, təhlükəsizlik sistemi radikallarla ayrı-ayrılıqda mübarizə aparsın?

- Təhlükəsizlik orqanları bunun detallarını daha yaxşı bilirlər. Hər kəsin bir iş prinsipi var. Buna görə hüquq mühafizə orqanlarına əməliyyat haqqında məsləhət verməyimiz doğru olmazdı. Yəqin ki, bu əməliyyatları həyata keçirənlər bütün detalları nəzərə alıblar, daha peşəkar davranıblar. İndi kənardan baxıb keçmişə qiymət vermək, “əməliyyatı başqa cür aparmaq lazım idi” demək rahatdır. Amma realda baş verənlər tamam başqa bir məsələdir. Heç kəs istəməzdi orada kimsə öldürülsün. Hər halda baş verənlər artıq geridə qalıb. Hesab edirəm ki, Azərbaycan polisi və onun yüksək rütbəli zabitləri peşəkardırlar. 20 ildən çoxdur ki, müstəqil Azərbaycanın qorunması üçün əllərindən gələni ediblər. Təhdidçiləri, terrorçuları, Azərbaycana qarşı olan pis niyyətliləri aradan qaldırıblar. Bundan sonra da polisə, onun peşəkarlığına güvənirəm və doğru qərarlar qəbul edəcəklərinə inanıram.

- Gündəmi məşğul edən bir başqa məsələyə, Rusiya-Türkiyə gərginliyinə münasibətinizi bilmək istərdim. Bu məsələyə münasibətdə Azərbaycanda rusiyapərəstlər boy göstərdilər. Sizcə, belə adamlar Azərbaycanın təhlükəsizliyi üçün təhdid hesab edilə bilər?

- Boy göstərdilər, amma Azərbaycan insanı, Azərbaycan türkü də bu prosesin qarşısında dayandı və xalqın milli iradəsinin nədən ibarət olduğunu sərgilədi. Məlum oldu ki, Azərbaycan türkü Türkiyənin, türkmənlərin yanındadır. Bizi ruhən bölə bilməzlər, biz problemlərdə bölünməli deyilik. Türkiyənin problemi türk dövlətlərində yaşayan türklərin, həmçinin bizim problemimizdir, bizim problem də onların problemidir. Biz bu gün onların yanında olmasaq, sabah onlar bizim yanımızda olmayacaqlar. Düşmənlərimiz öz fəaliyyətləri ilə zorən bizi bir yerdə olmağa məcbur edirlər. Türk dünyası içərisində “Böyük Ermənistan” qurmaq çağırışları etməklə, “soyqırım” məsələsini ortaya atmaqla təkcə Türkiyəni təhdid etmirlər. Onlar artıq Azərbaycanın böyük bir hissəsini işğal ediblər. Ağrı dağını Ermənistan öz gerbinə həkk edib və qardaş ölkəyə, həmçinin bizə qarşı ərazi iddiasındadır. Rusiya da türk dünyası içərisində “Böyük Ermənistan” yaratmağa çalışır. Yəni düşmənlərimiz birgə mövqedən çıxış edirlərsə, biz mütləq millət olaraq onların qarşısında birgə dayanmalıyıq, milli maraqlarımızın əzilməsinə imkan verməməliyik. Məsələyə beynəlxalq hüquq normaları tərəfindən yanaşanda da Türkiyə və türkmənlər haqlı tərəfdir. Rusiya-İran birliyi və başqaları İŞİD-lə mübarizə adı altında türkmənləri, türkləri qırırlar. Bu soyqırımdır. Hər kəs öz yerini bilməlidir. Türkiyə sərhədlərini pozan rus qırıcılarına qarşı doğru addım atıb. Bir də təkrarlayıram ki, Moskva rəsmən Türkiyədən üzr istəməli, bunun hesabatını verməlidir. Əminəm ki, yaxın zamanlarda Rusiyanın hegemonluğuna son qoyulacaq. Dünya qarşısında etdiyi haqsızlıqlara görə, qınağa tuş gələcək, bunların əvəzini ağır formada verəcək. Mən “Türkiyənin yanında olaq!” çağırışları edənləri alqışlayıram, Rusiyanın yanında olanların da ağıllı olmalarını və düşünmələrini arzu edirəm.

- Rusiyanın Gürcüstandan başlatdığı imperiya müharibəsi var və bu gün bu proses Yaxın Şərqdə davam edir. Fərəc bəy, Rusiya özünü burada boxova sala bilər? Ukrayna və Gürcüstanla müqayisədə Rusiyaya qarşı Suriya əməliyyatlarına münasibətdə digər dövlətlər çoxdurlar, həmçinin aqressivdirlər.

- Rusiya bütün zamanlarda öz xilasını müharibələr törətməklə axtarır. Həmişə özü yıxılanda öz uçqunlarının zir-zibilləri altına qonşularını salmaq cəhdləri olub. Jirinovski deyir ki, “Biz Türkiyə ilə bir neçə dəfə müharibə aparmışıq və qalib gəlmişik”. Bunların hamısı Pirr qələbələri olub. İkinci Dünya Müharibəsindən də bu görünür. Rusiya hal-hazırda ən geridə qalmış dövlət səviyyəsindədir. Hesab edirəm ki, Əfqanıstanda yaşadığı biabırçılığı Suriyada təkrarlayacaq. Artıq daxildə azadlıq mübarizəsi aparan xalqlarla qarşı-qarşıya qalacaq. Rusiyanın tükənməsinin, sonunun başlandığını görürəm.

Bu hadisələrdən sonra artıq Rusiyaya ərköyün uşaq münasibəti göstərməyəcəklər. Bildiyiniz kimi, Böyük Britaniya Rusiya ilə bütün əlaqələri kəsmək barədə qərar verdi. Digər dövlətlər də bu cür davranacaqlar. Zatən beynəlxalq sanksiyalar Rusiyanı çökdürmüş vəziyyətdədir.

Hansısa ölkədə müharibə başladıb bununla pul qazanmaqla vəziyyətdən çıxmaq mümkün deyil. Rusiya özü-özünü dalana dirədi. Hesab edirəm ki, nəhayət dünya bu imperiyanın təhdidlərindən qurtulacaq. (“Cümhuriyət”)

Oxşar xəbərlər
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb