“Bu, mafiya üsuludur...” - Mübariz Mənsimov
Oxunub: 1947
29 Nov 2015 | 15:25
“Bu, mafiya üsuludur...”  - Mübariz Mənsimov

Azərbaycanda doğulmuş türkiyəli iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ANS TV-yə müsahibə verib.

Moderator.az-ın məlumatına görə, Mirşahin Ağayevin suallarını cavablandıran azərbaycanlı milyarder qlobal böhrandan, İŞİD-dən danışıb, ona ünvanlanan bir çox ittihamlara münasibət bildirib.

-Son zamanlar həm Azərbaycanda, həm də Türkiyə müzakirə olunan mühüm məsələlərdən biri Türkiyədə keçirilən parlament seçkiləri idi. Parlament seçkiləri məhz Rəcəb Tayyib Ərdoğanın böyük üstünlüyü ilə başa çatdı. Bir iş adamı olaraq necə bilirsiniz, bu qələbədən sonra sahibkarların vəziyyəti daha da yaxşı olacaq? Yoxsa hər hansı bir dəyişiklik gözləmək hələ tezdir?

-Bilirsiniz, bu, surpriz deyildi. Hazırda AKP son 10 il müddətində həm iqtisadi, həm də insanların rifah səviyyəsinin yüksəldilməsi istiqamətində çox böyük işlər görüb. Rəcəb Tayyib Ərdoğan artıq dünyada qəbul olunacaq güclü bir liderdir. Türkiyədə AKP-nin təkbaşına iqtidara gəlməsi ilə, nəticə etibarilə Türkiyə daha da inkişaf edəcək.

Məhz bunun Türkiyə üçün pozitiv effekti olmacağını düşünürəm. Əsas da bunun bir sürpriz olduğunu qətiyyən qəbul etmirəm. Çünki xalq tərəfindən seçilib. Çox rahat bir şəkildə bəyan edə bilərəm ki, Türkiyədə keçirilən seçki demokratikliyi ilə Avropa ölkələrindən də üstündür. Bu gün xalq AKP-ni seçibsə, deməli, ona inanır.

-Bir müddət əvvəl də xalq AKP-ni seçmişdi. Amma bu seçimin nəticəsində hakimiyyətə gəlmiş bir partiya olaraq təkbaşına iqtidarı idarə edə biləcək gücə malik olmadı. Bu müddət ərzində nə baş verdi ki, AKP təkrar seçkilərdə böyük üstünlüklə qalib gəldi və yenidən hakimiyyəti təkbaşına təşkil etmək gücə sahib oldu?

-Dünyada baş verən məlum hadisələrdən sonra Türkiyə terrorizmə qarşı mübarizədə daha aktiv rol oynamağa başladı. Bu sırada Türkiyədə PKK-nın yenidən aktivləşməsi müşahidə olundu. AKP bunun qarşısını almaq istiqamətində lazımi addımlar atdı. Nəticə etibarilə hökumətin son 6 ay ərzində həyata keçirilən yenilikləri xalqı çox sevindirir. Türkiyə güclü bir dövlətdir. Amma insanların daxilində bir terror xofu var. Məhz AKP-nin “Terrora yox” deməsi və ona müharibə elan etməsi xalqın buna qarşı inamını bir daha artırdı.

-Yəni hesab edirsiniz ki, Ankara və İstanbulda baş verənlər seçicinin qəti qərara gəlməsinə təkan verdi?

-Mən elə düşünürəm. Bəlkə səhv edirəm, amma belə görürəm.

-Terrorizmin bu dərəcədə mütəşəkkil şəkil alması, miqyasını genişləndirməsində iş adamı olaraq siz hansı təhlükələri görürsünüz? Buna qədər - İŞİD-li və İŞİD-siz bu günə qədər”¦ İŞİD daha çox itirir, ya daha çox qazanır?

-Əlbəttə ki, itirir. Terrorizmdən qazanan şirkətlərin özü də terrorist sayılır. Bu, mənim fikrimdir. Düzgün iş adamları isə terrorun vurduğu ziyandan öz neqativ təsirini alır. Məsələn, Parisdəki son hadisələr iqtisadiyyatın istənilən sahəsinə neqativ təsir edir. Bunlar insanlara ziyan verən insanlardır.

-Mübariz Mənsimov olaraq siz öz biznesinizi terrordan necə qoruyursunuz?

-Bizim işimiz çox rahatdır. Bilirsiniz, aldıq yük, apardıq yük. “Palmali” bu gün dünyanın ən önəmli şirkətləri ilə işləyir: BP, “Total”, SOCAR, “LUKoil”. Dənizçilik sektorunda indi çox şəffaflıq var. Amma bəzən bizim də adımızı hallandırırlar. Mən bunun üstündən gülüb keçirəm.

-Mən elə onu soruşmaq istəyirdim. Deyirlər ki, sizi birbaşada olmasa da dolayı yollarla İŞİD-lə əməkdaşlıqda az qala günahlandırırlar...

-Bunu deyən insanlar özləri də dediklərinə inanmırlar. Çünki bu, xəyal edilə bilməyəcək bir şeydir. “Palmali”nin son 12 ildə bütün gəmilərinin hansı yükü haradan götürüb hara apardığına qədər hər şey var. Yüklərin analiz sertifikatı olur. Bu da var bizdə. İstəyən şəxs internetə girib 24 saat, hətta 10 gün əvvəldən gəminin gedişatını izləyə bilər.

-Razılaşaq ki, mətbuatda, internet şəbəkəsində, sosial səhifələrdə müzakirəyə çıxarılmış mövzu olaraq bu və ya dirgər cəhətdən sizin mənsub olduğunuz sahəyə toxunur. Yəni işgüzar nüfuzunuza ziyan gətirir. Bununla bağlı hansı addımlarınız var?

-Biz bu məsələləri hüquqi yolla həll edirik və edəcəyik də. Onu qeyd edim ki, Azərbaycanda bəlli saytlar yazır, mən onları dırnaqarası media və saytlar adlandırıram. Onlar bizi illərdir əzməyə çalışırlar. Bunu bəlkə kiminsə sifarişi ilə və ya öz reytinqləri xatirinə edirlər. Bilmirəm. Bu, mafiya üsuludur. Biz bunların heç birində olmamışıq. Azərbaycan da hüquqi bir dövlətdir və biz buna inanırıq. Biz bu media qurumlarına qarşı məhkəmə iddiası qaldırmışıq və sonuna kimi gedəcəyik.

-Son məlumatlardan biri də Mübariz Mənsimovun Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə dostluq münasibətidir. Daha doğrusu, onun oğlu ilə biznes əlaqələrinin olması ilə bağlıdır. Guya siz nəsə vermisiniz onlara...

-Bunu Türkiyədə də yazdılar. Bəli, mən Rəcəb Tayyib Ərdoğana hörmətim sonsuzdur. Mən onu prezident olmamışdan əvvəldən də çox hörmət etdiyim bir insan və böyüyüm kimi tanıyırdım. O, hər zaman iş adamlarının yanında olub. O bilir ki, Türkiyənin gələcək inkişafı üçün nələr etmək lazımdır. Amma inanın ki, mən Rəcəb Tayyib Ərdoğanın oğullarını belə tanımıram. Hər kəs boş-boş danışır.

-Necə bilirsiniz, Mübariz Mənsimovu kim belə məşhurlaşdırmaq istəyə bilər? Nə münasibətlə birdən-birə?

-AKP-yə çox böhtanlar atırlar. Bəlkə düzü də var - bilmirəm. Amma bu gün hamıya aydındır ki, “Məcid Aslanov”, “Fariz İsmayılxanov” və “Leyla Şıxlinskaya” gəmiləri kimindir. Bunlar hamısı üzdə olan məlumatlardır. Sadəcə yalan xəbər yaymaqla deyil. Yalan xəbərin arxasında durmaq lazımdır. Gəmilərimizə verdiyimiz adlar Azərbaycanla bağlıdır. Bunlar Azərbaycanın elm xadimləri, qəhrəmanları, şəhid olmuş əsgərləri, tanınmış şəxsiyyətləridir.

Bu gəmilərə bu adları mən vermişəm və mən həyatda olacağım müddətdə onlar dəyişməyəcək. Çünki mən bir azərbaycanlı olaraq öz xalqımla qürur duyuram. Bu gün onları belə ucuz ssenari ilə bir oyun hissəsi edən media mənsubları var. Utanmalıdırlar. Hər şeydən öncə onların köklərini öyrənmək lazımdır, araşdırmaq lazımdır ki, bunlar Azərbaycanı sevən insanlardırlarmı, Azərbaycanı sevirlərmi, yoxsa bir meyvənin içində olan qurd kimi Azərbaycanın içində ziyan verənlərdilər? Dəyişən, inkişaf edən Azərbaycanın içində...

-Hazırda dünya qlobal krizis keçirdir, maliyyə böhranı var. Siz də bu dünyanın tərkib hissəsi olaraq böhrandan kənarda deyilsiniz. Ümumiyyətlə, biznes adamları yaranmış vəziyyətdən çıxmaq üçün necə mübarizə aparır? Elə milyarderlər, milyonçular Azərbaycanda da var ki, onlar bu vəziyyətdən çıxa bilmir və müfsilləşirlər. Sizin bununla bağlı hansı reseptiniz var?

-Bizim əsas işimiz dənizçilik və gəmiçilkdir. Lazım olanda biz sənayedən kənara çəkilsək də əsas işimizi görəcəyik. Hazırda dünyanın bir çox yerlərində hazırlanan gəmilərimiz var. Təbii ki, bir logistik şirkət olaraq krizisdən öz payımızı alırıq. Heç bir şirkət deyə bilməz ki, krizis bizə təsir etmədi. Buna inanmaq bir az çətindir. Biz yeni gəmilər yaradaraq Azərbaycan qəhrəmanlarının adlarını yaşatmaqda davam edəcəyik.

-Bu qlobal böhran hansısa bir planınıza mane olmadı ki? Və Azərbaycanda, Türkiyədə və Rusiyada hansısa yeni işlər planlaşdırırsınızmı?

-Bilirsiniz ki, Azərbaycanda qida sektorunda işlər görürük. Məncə, “Pal Süd” Azərbaycanda yaxşı bir marka hesab olunur. Bundan başqa tək bir büromuz var. “Palmali”də 400-dən çox Azərbaycan dənizçisi işləyir. Bunların arasında dənizçisi də, aşpazı da, mekaniki də var. Başqa bir layihə yoxdur. Rusiyada da Sankt-Peterburq, “Rostov, Novorossiysk limanlarında işlər davam edir. Turizm işimiz də var. Amma orada azalmalar etmək fikrindəyik. Yenə də deyirəm, ən çox əsas işimizlə məşğul oluruq.

-Bizim mətbuatda sizin bəzi mehmanxanalarınızı guya satmağınız haqqında da yazırlar.

-Türkiyədə əvvəllər “Ağzı olan danışır” adlı reklam var idi. Bizim markalarımızın hamsı bizdədir. Heç bir şey satılmayıb, hamsı da işləyir. Sadəcə onlar genişlənməyəcək.

-Oturuşunuz, müvazinətiniz rahatdır. Mən düşünürəm ki, biznesini qurmuş və onun üçün arxayın olan adamın pozasıdır. Bununla da siz müəyyən mesajlar vermiş olursunuz. Təsəvvürümdə yanılmıram ki?

-Yanılmırsınız. Biz “Palmali” olaraq sovetlər birliyindən sonra qurulmuş bir şirkətik. Gələn il 20 illiyimizi keçirəcəyik. Nə qoca, nə də yeni şirkət deyilik. Artıq ilk istehsal olunan gəmilərimiz ömrünü başa vurdu. Yeni nəsil gəmilər yarandı. İşimizi sevirik və dünyada dənizçilik sektorunda işini ən yaxşı bacaranlardan biri olduğumuza inanıram. Biz dənizçilikdə inkişafa davam edəcəyik. Dayanmaq yoxdur!

Oxşar xəbərlər
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:22
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:27
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 12:32
Tanınmış müəllim vəfat etdi - FOTO
04 May 2024 | 12:39
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
04 May 2024 | 12:41
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
04 May 2024 | 12:22
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO