Prezident İlham Əliyevə Almaniyadan şok müraciət... - FOTOLAR
Kriminal
Oxunub: 26156
19 Nov 2015 | 01:35
Prezident İlham Əliyevə Almaniyadan şok müraciət...  - FOTOLAR
MTN ətrafında yaşanan tükürpədici cinayət olaylarından xəbər tutan daha bir terror qurbanı olan və hal - hazırda Almaniyada yaşayan Mətanət Şilder prezident İlham Əliyevə Açıq Məktub ünvanlayıb. 

Moderator.az-a göndərilən həmin məktubu təqdim etməzdən öncə oxucuların yaddaşını təzələmək zərurəti yarandığını vurğulamaq yerinə düşər...

Xatırladaq ki, Mətanət Şilderin adı 2013-cü ilin mayın 2 - də övladı Vüsalın qətlə yetirilməsindən sonra mətbuatın gündəmindən düşmürdü və Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilderin qətlində prezidentin köməkçisi Taryel Ağayevin Xəyal adlı kürəkəninin adının hallanması cəmiyyətin bu cinayət işinə marağını birə beş artırmışdı. Ancaq alman vətəndaşına ərə getdiyindən həyat yoldaşının soyadını götürən Mətanət Şilderin vəkili tanınmış hüquqşünas Aslan İsmayılovun da məhkəmə proseslərindəki ifşaedici çıxışları belə, cinayətin bütün iştirakçılarının tapılaraq ifşa edilməsinə gətirib çıxarmadı. Əksinə, Aslan İsmayılovun özünü ölümlə təhdid etdikləri iddiası dilə gətirildi və vəziyyətin əndazəni aşdığını görən Mətanət Şilder vəkildən imtina edərək Almaniyaya köçmək zorunda qaldı... 

2014-cü ilin 29 avqustunda Mətanət Şilder sonuncu dəfə bəyanatla çıxış edərək “teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq” istəmədiyinə görə obrazlı ifadə olunsa, taym-aut götürdüyü, amma mübarizədən imtina etmədiyi barədə övladının qatillərinə, eyni zamanda bu cinayəti hər vəchlə ört-basdır etmək istəyənlərə ultimatum göndərmişdi:

“Vüsalın qətli ilə bağlı aparılan cinayət işində gördüklərim qanunsuzluqlar, özbaşınalıqlar, vicdansızlıqlar mənə göstərdi ki, bu işin ədalətli, qanuni araşdırılmasına cavabdeh olan şəxslər nəinki qanundan, heç Uca Allahdan da qorxmurlar. Ona görə də bundan sonra Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq istəmirəm. Bu, faciə teatrında heç bir rolda çıxış etmək istəmirəm. Sadəcə, bu saxta məhkəmələrdə baş verən oyunlara, kinayə baxışlara dözə bilmərəm. Ömrümün sonunacan günahkarların cəzalandırılmasına çalışacam. Ancaq bundan sonra rahat oğlumun yanına köçə bilərəm.
Dediklərimlə bağlı bildirirəm ki, oğlumun qətli ilə bağlı bu işin arxasında dayananların hansı murdarlıqlara qadir olduqlarını bildiyimdən, Aslan İsmayılova olan təhdid və təhlükələrdən qorumaq üçün onunla həyat yoldaşım Adolf Şilderlə bağladığımız müqaviləni pozuram və bu gündən sonra heç kim bizim adımızdan bu işlə bağlı hansısa fikir bildirə bilməz.
Mən bir Ana kimi vicdanımı, namusumu göstərdim və mübarizəmi davam edəcəm, qoy bundan sonra bu işin ədalətli araşdırılmasına cavabdeh olan kişilər öz kişiliklərini, namuslarını göstərsinlər, bəlkə onda Uca Allah onları əfv edə”.

İndi isə Mətanət xanım prezident İlham Əliyevə müraciət edərək cinayətkarların təkcə MTN-də deyil, digər strukturlarda da kök ataraq dövlətə, millətə, şəxsən prezidentin özünə təhlükə yaratdığını, onlardan ən qısa zamanda qurtulmağın vaxtının yetişdiyini bildirir:

"Mənim ehtimallarıma görə nəinki nazirlərin, hətta Taryel Ağayevin də sizdən məharətlə gizlətdiyi qoçu dəstəsi var. Onun əli o qədər uzundur ki, hətta bizim telefon danışqılarımızı da dinlətdirərək özü üçün müdafiə səddi təşkil edirdi. Təsəvvür edin ki, rəhmətlik oğlum Vüsalla Taryel Ağayevin qızı Lalənin çoxsaylı qarşılıqlı mesajları və bir - birinə göndərdikləri fotoların hamısı bizim xəbərimiz olmadan oğlumun qətlindən sonra ona məxsus mobil telefonların yaddaşından silindi. Buradan da belə qənaətə gəlmək çətin deyil ki, Taryel Ağayev istədiyi anda “Azercell”ə təsir edərək ona lazım olan informasiyanı əldə edə və ya lazım olmayan materialları sildirə bilib. Mən qətiyyən şübhə etmirəm ki, oğlumun qətlinin istintaqını həyata keçirən müstəntiq Pərviz də onlarla əlbir olub və ya ən azı onların sifarişini can ”“ başla yerinə yetirib. Təkcə Pərviz deyil, istintaq dövründə və məhkəmə proseslərində də çoxları təklif olunan pulların qarşısında susmağa üstünlük verdi. 

Cənab prezident!

Mən üzləşdiyim bu faciəyə və həyatımın alt - üst olmasına, bu dünyada yaşamaq üçün gücümün qalmadığına baxmayaraq sizə sonsuz ümidim var və oğlumun qatilinin sifarişçilərinin ədalət mühakiməsi qarşısına çıxmasını görmədən bu namərd dünya ilə vidalaşmaq istəmirəm. 
Mən fürsətdən istifadə edib Aslan İsmayılovla bağlı da dövlət başçısına üz tuturam. Möhtərəm prezident, xalqın səsini Sizlərə çatdırmaq üçün hüquqşünas Aslan İsmayılov əlindən gələni əsirgəmir. Amma Sizi izolyasiyada saxlayaraq törətdikləri tükürpədici cinayətlərin Sizə çatmaması üçün dəridən - qabıqdan çıxanlar bir zirehli qatar kimi Sizinlə xalqın arasına keçilməz sədd şəkiblər. Ona görə də Aslan İsmayılov kimi xalqın dərdlərini dilə gətirən bir tanınmış hüquqşünasın çağırışları Sizə çatdırılmır. Mən sinəsinə övlad dağı çəkilmiş bir ana kimi Sizdən xahiş edirəm ki, Aslan İsmayılovu qəbul edin. O təkcə mənim deyil, yüzlərlə, minlərlə faciələrlə üzləşən vətəndaşımızın dərdini sizə çatdırmağa qadirdir.  

Möhtərəm Prezident!

Çıxışlarınızın birində demişdiniz ki, vəzifə pul yığmaq üçün yox, xalqa xidmət etmək üçündür. Şəxsən mənim bu sözlərin səmimiliyinə zərrə qədər də şübhəm yoxdur. Sizin bu xalqın bir nömrəli xidmətçisi olduğunuzu görür və qiymətləndirirəm. Amma xalqa xidmət etməyi özünə yaraşdırmayan harınlamış insanlarla bağlı həqiqətlərin heç olmasa bir qismini bilmək istəyirsinizsə xahiş edirəm bu xalqa illər uzunu təmənnasız xidmət edən Aslan İsmayılovu şəxsən dəvət edib dinləyin. Əminəm ki, o zaman xüsusi xidmət orqanlarının Sizə verdiyi informasiyalardan daha çox məlumat əldə edəcəksiniz. Bunu etsəniz cəmiyyətdəki nüfuzunuz daha da artar və bu xalq ayağınızı qoyduğunuz hər yerə başını qoyar.  

Sonda ümid edirəm ki, möhtərəm İlham Əliyev cənabları mənim bu fəryadıma biganə qalmayacaq və mən günlərin bir günü Vüsalın qətlini sifariş edənlərin da qoluna qandal, başına torba keçiriləcəyini görməklə təsəlli tapacam".

Redaksiyadan: Məktubda adları çəkilən, eyni zamanda ittiham olunan şəxslərin mövqeyini də olduğu kimi təqdim etməyə hazır olduğumuzu bildiririk.
Prezident İlham Əliyevə Almaniyadan şok müraciət... <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9719.jpg">Prezident İlham Əliyevə Almaniyadan şok müraciət... <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9720.jpg">
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər