“Vərəm heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir...”
Oxunub: 3833
18 Nov 2015 | 09:49
“Vərəm heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir...”
Əhali arasında öskürək, təngnəfəslik, tənəffüslə bağlı müxtəlif narahatlıqlar izlənməkdədir. Bu əlamətlər hansı xəstəliklərin göstəricisi ola biler? 
Bu haqda Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq İdris oğlu Bayramovla danışmışıq”¦

- Vərəm xəstəliyinin əlamətləri nədir?

- Bütün xəstəliklərdə olduğu kimi vərəm xəstəliyinin də mütləq patoqnomik əlaməti yoxdur. Yəni elə bir əlamət yoxdur ki, ona görə biz əminliklə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu söyləyək. Ancaq vərəm xəstəliyində daha çox rast gəlinən əlamətlər, ümumi halsızlıq, axşamüstü zəif subfebril hərarətin (37,2-37,4) olması və səhərə yaxın boyun-ənsə, kürək nahiyyəsinin tərləməsidir.  Bu əlamətlərin olmasına görə hər hansı bir orqanın vərəm xəstəliyindən şübhələnmək olar.  Amma diaqnozun təsdiqi üçün kompleks müayinənin aparılması lazımdır.

- Müəyyən bir insan əlamətlərinə görə vərəm xəstəsi olduğundan xəbər tuta bilərmi ya bu ancaq laborator muayinələr zamanı aşkarlanır?

- Əvvəlcə də söylədiyim kimi, əlamətlərə görə vərəm xəstəliyindən yalnız şübhələnmək olar. Yəni, vərəmin daha çox rast gəlinən forması olan tənəffüs orqanlarının, ağciyərlərin vərəmi zamanı yuxarıda söylədiyim əlamətlərlə yanaşı bəlğəmli öskürək, döş qəfəsində ağrı, təngnəfəslik, qanhayxırma  və s. müşahidə olunur. Dəqiq diaqnozun qoyulması üçün isə xəstənin tam müayinəsi vacibdir.

- Doğrudurmu ki, güclü immunitetə malik olan insanlar vərəm xəstəliyinə tutula bilməz?

- Çox yerinə düşən bir deyim var ki, vərəm elə xəstəlikdir ki, heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir. Bu baxımdan hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var ki, o, insanlarda vərəm daha çox rast gəlinir. Bu risk qrupunu təşkil edən insanlarda  immunitetin zəifləməsi əsas faktorlardan biridir. Qeyd etmək istəyirəm ki, normal həyat tərzi keçirən, zərərli vərdişləri və vərəmə meylliliyi artıran yanaşı xəstəlikləri (məs. şəkərli diabet, hormonal preparatların qəbulu) olmayan, həmçinin irsi olaraq bu xəstəliyə davamlı olan şəxslər vərəmlə çox az-az hallarda xəstələnir. 

- Bu mövzuda işlərkən “viraj” termininə rast gəldim. Anlamı nədir?

- Viraj, vərəmə görə profilaktik müayinədə və  vərəmin diaqnostikasında  istifadə olunan tuberkulin sınağının (Mantu sınağı) ilk dəfə müsbət olmasıdır. Yəni uşaqlarda hər il istifadə olunan Mantu sınağı mənfi olub, növbəti dəfə müsbət olarsa bu tuberkulin sınağının virajı adlanır. Viraj hərfi mənada döngə, geriyə dönmə demək olub,  sağlamlıqdan xəstəliyə dönmə anlamı verir və vərəm infeksiyasına yoluxmanı göstərir. Ona görə də viraj olan uşaqlar vərəmə görə kompleks müayinə olunmalıdır. 

- Cəmiyyətimizdə bir vərəm qorxusu var, yəni hansısa ailədə vərəm xəstəsinin olması üzə çıxarsa, o zaman bundan məlumatlı olan ətrafdakılar o ailə ilə ünsiyyətdən qaçırlar. Buna görə də çox vaxt bu xəstəliyə yoluxanlar gizlətməyə çalışır, bu xəstəliyin daşıyıcısı olduğunu etiraf etməkdən utanırlar.. Çünki xəstə insanlar öz xəstəliklərinin başqa adla - keçici olmayan xəstəlik kimi təqdim etməklə qarşı tərəfin ona yoluxma riskini artırırlar. Bu haqda qısaca”¦

- Bəli, cəmiyyətdə vərəm xəstəliyinə münasibətin birmənalı və müsbət olmaması vərəmə tutulan şəxslərin əksər hallarda öz xəstəliyini gizlətməyə çalışmasına səbəb olur. Burada bir səbəb də, cəmiyyətdə vərəmlə    qeyri-normal, o cümlədən tüfeyli həyat tərzi keçirən şəxslərin, alkoqoliklərin, narkomanların, həsxanada olanların  xəstələnməsi fikrinin olmasıdır. Düzdür bu insanlarda vərəm daha çox rast gəlinir. Ancaq tam normal həyat tərzi və yaşayış şəraiti  olan  şəxslər də vərəmlə xəstələnə bilər. Buna görə də, cəmiyyətdə bu məsələ ilə bağlı  maarifləndirmə tədbirlərinin artırılması yaxşı olardı. Onu da qeyd edim ki, vərəm tam sağalan xəstəlikdir. Sadəcə xəstəlik nə qədər erkən aşkar olunub düzgün müalicə olunarsa daha effektli olar. Vərəmlə xəstələnənlər vaxtında aşkar olunub kompleks müalicə olunmalı, bu xəstələrlə təmasda olanlar isə profilaktik müayinə və müalicə kursu qəbul etməlidirlər.

- Quru öskürək və bəlğəmli öskürək bunların müalicə üsulları da müxtəlifdirmi ? Yəni öskürəyin növünü araşdırmadan aptekden hər hansı bir öskürəyə qarşı dərman alıb içmək nə dərəcədə düzgün sayıla bilər?

- Həm quru, həm də bəlğəmli  öskürək tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin əlamətləridir. Bu xəstələrin müalicəsində  müxtəlif dərman preparatlarından istifadə edilir. Quru öskürəkdə öskürək əleyhinə preparatlar, bəlğəmli öskürəkdə isə bəlğəmgətiricilər daha effektlidir. Buna görə də özünümüalicə ilə məşğul olmaq və aptekdən həkim təyinatı olmadan öskürək əleyhinə preparatın alınıb qəbul edilməsi düzgün deyil. Çünki, bəlğəmli öskürəkdə yalnız öskürək əleyhinə preparartların istifadə edilməsi öskürəyin dayanmasına və nəticədə tənəffüs yollarındakı bəlğəmin xaric edilməməsi nəticəsində xəstənin vəziyyətinin daha da pisləşməsinə səbəb olar. Onu da qeyd etmək lazımdır ki, öskürək əlamətdir. Ona səbəb olan əsas xəstəliyin aşkar olunub, müalicə edilməsi lazımdır.

- Xalq arasında çox populyar olan turpu ovub içinə bal töküb suyunu içmək kimi bir mualicə doğrudanmı öskürəyin qarşısını ala bilər ?

- Öskürəyin aradan qaldırılması üçün çoxsaylı kimyəvi preparatlar və türkəçarə üsulları var. Söylədiyiniz türkəçarə metodunun da xeyri var. Ancaq yenə təkrar edim ki, öskürək tənəffüs orqanlarının xəstəliklərinin əlamətlərindən biridir. Ona görə də öskürəyin səbəbini araşdırıb, əsas xəstəliyi kompleks müalicə etmək daha effektli olar. 

- Və sonda soyuq ayların üz tutması ilə əlaqədər oxucularımıza bir həkim məsləhətiniz..

- Xəstələnməmək üçün soyuqdan qorunsunlar, idmanla məşğul olsunlar və orqanizmin immun qabiliyyətini normal səviyyədə saxlamaq üçün gündəlik qida rasionlarında meyvə-tərəvəzlərə üstünlük versinlər. Xəstələndikdə isə dərhal mütəxəssislərə müraciət etsinlər.
Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq