“YAP-ın ciddi müdafiə etdiyi namizədləri udmaq çətin məsələdir” - Qüdrət Həsənquliyev
Müsahibə
Oxunub: 327
13:40, Bu gün
“YAP-ın ciddi müdafiə etdiyi namizədləri udmaq çətin məsələdir” - Qüdrət Həsənquliyev
“Ümumi mənafelər naminə biz onları seçkilərdə dəstəkləyəcəyik”
 
Bu ilin əvvəlində keçirilmiş növbədənkənar prezident seçkisində iddiasını ortaya qoyan daha bir deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Partiya sədrinin namizəd olduğu dairəyə sənədlər təqdim edilib.
 
Bundan sonrakı mərhələdə sənədlərlə tanışlığın ardınca imza vərəqələri veriləcək. Q.Həsənquliyev onu da deyib ki, ƏHD-nin İdarə Heyətinin iclası keçirilib və 20 dairədən partiyanın namizədləri müəyyənləşdirilib. Moderator.az xəbər verir ki, "Yeni Müsavat”ın mövzu ilə əlaqədar geniş müsahibə almaq üçün müraciət etdiyi Qüdrət Həsənquliyev bildirib ki, namizədlər müəyyənləşdirilərkən əsas ağırlıq paytaxtdakı seçki dairələrinə verilib:
 
- Rəsmi qərarımız olmasa da, partiya rəhbərliyində təmsil olunan şəxslərin ümumi bir fikri var idi ki, təqribən 40 nəfər namizədlə çıxış edək. Hətta ilkin olaraq namizədliyini irəli sürmək istəyən 40 nəfərin sənədləri də hazırlanmışdı. Amma İdarə Heyətinin iclasında ciddi müzakirələrdən sonra bu qərara gəldik ki, namizədlərin sayını iki dəfə azaldaq. Bu, imkan verəcək ki, partiya digər namizədlər üçün daha çox maliyyə vəsaiti ayıra bilsin. Bütün resurslarımızı səfərbər edək ki, parlamentdə yerlərimizin sayını artıraq. Biz bilirik ki, ödənişsiz efir vaxtı üçün 60-dan artıq dairədə namizədin qeydə alınması tələb olunur. Efir vaxtı almaq üçün resursları bu qədər dağıtmağı da məqsədəuyğun hesab eləmədik. Ona görə növbəti müzakirələrdən sonra 40 deyil, 20 namizədin üzərində dayandıq. Hesab edirik ki, onların hər birinin öz dairəsində seçkiləri udmaq imkanları var. Düzdür, bu, həm də o dairələrdən hakim partiyanın irəli sürəcəyi namizədlərin kimliyindən asılı olacaq.
 
- Qüdrət bəy, bunun üçün bir az da səbir etmək, YAP-ın İdarə Heyətinin iclasını və hakim partiyanın namizədlər siyahısını gözləmək olmazdımı?
 
- Biz çox da gözləyə bilmirik. (Müsahibə YAP İdarə Heyətinin iclasından əvvəl götürülüb və onadək namizədlərin siyahısı açıqlanmamışdı-E.P.) Ona görə ki, hakim partiyaya bir neçə gün kifayətdir ki, imzaları toplayıb, təqdim eləsin. 450 imza tələb olunur, azı 50 imza da artıq toplamalısan. Bunun üçün bizə vaxt lazımdır. Zaman baxımından biz artıq YAP-ın siyahısını gözləyə bilmədik. Ona görə də öz namizədlərimizin irəli sürülməsi istiqamətində qərar qəbul elədik. Buna baxmayaraq, İdarə Heyətində belə bir qərar qəbul olundu ki, rayon təşkilatlarımızın olduğu bütün dairələrdə biz müşahidəçilər irəli sürək, partiya üzvləri seçkini müşahidə etmək üçün prosesdə aktiv iştirak etsinlər. Təqribən 5 min 200 nəfər müşahidəçi 110-dan artıq dairədə seçkiləri müşahidə edəcək. Biz prezident seçkisində də müşahidələr vermişdik. Bu dəfə də istəyirik ki, partiya üzvləri maksimum sayda seçki prosesinə qatılsınlar və seçkidə iştirak etsinlər. Biz digər dairələrdə isə çalışacağıq ki, həm bitərəflərin - o şəxsləri ki, parlamentdə görmək istəyirik və o dairələrdən öz namizədimiz yoxdur - namizədliyini, yaxud başqa partiyaların namizədlərini dəstəkləyəcəyik. Bütün gücümüzü səfərbər edəcəyik ki, başqa partiyalardan daha çox iddiaçı parlamentə düşə bilsin, nəticədə parlamentdə deputat fraksiyasının yaradılması mümkün olsun. Bu baxımdan xalq hərəkatında olmuş, özünün siyasi hazırlığı, qərəzsiz mövqeyi ilə seçilən şəxslərdən söhbət gedir. Başqa partiyanın üzvüdürsə, deməli, bizim bir çox məsələlərdə fərqli baxışlarımız var. Amma hər halda, ümumi mənafelər naminə biz onları seçkilərdə dəstəkləyəcəyik.
 
- Qüdrət bəy, sizin namizədliyinizi irəli sürdüyünüz dairədən başqa tanınmış iddiaçılar varmı?
 
- Vallah, mən oradan tanınmış şəxslərdən kiminsə namizəd olub-olmadığını bilmirəm, hələlik dəqiq məlumatım yoxdur ki, oradan kimlər namizədliyini irəli sürür. Ümumiyyətlə, çox istəyərdim ki, YAP 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən namizəd irəli sürməsin. Biz YAP-a müraciət də eləmişdik, təşəbbüslə çıxış etmişdik ki, 83-dən artıq dairədən namizədlər irəli sürməsin, bununla da digər partiya nümayəndələrinin parlamentə düşmək imkanı olsun. Açıq söyləyək, YAP-ın 800 minə yaxın üzvü var, az qala 1 milyona yaxın üzvdən söhbət gedir, maliyyə, inzibati resursları var. Üstəgəl, YAP xalqımızın qarşısında duran tarixi bir problemi həll edib. Qarabağ nəinki işğaldan azad edilib, həm də birdəfəlik erməni separatizminə son qoyulub. Artıq Ermənistanla dinc, yanaşı yaşaya bilməyimiz üçün imkan yaradılıb. Yəni elə bir vəziyyət yaradılıb ki, böyük güclər etnik məsələdən qarşıdurma yaratmaq üçün istifadə edə bilməsinlər, bizim aramızda etnik düşmənçiliyə, nəhayət, son qoyulması üçün şərait formalaşdırılıb. Bütün bu məsələləri hakim partiya, sözsüz ki, Prezidentin liderliyi ilə, cərrahiyyə yolu ilə çözüb. Bu da çox önəmli, vacib faktordur. O baxımdan YAP-ın cidd-cəhdlə müdafiə etdiyi namizədləri udmaq doğrudan da çox çətin məsələdir. Bizim təşəbbüsümüz də buradan qaynaqlanırdı. Biz YAP-ın qiymətini veririk, amma deyirik ki, parlamentdə fraksiyalar olmalıdır, başqa siyasi qüvvələr təmsil olunmalıdır, ölkədə çoxpartiyalılığın inkişafına təkan vermək üçün... Hikmət Babaoğlu bizim partiyaya cavab vermişdi ki, istəyirlərsə çox üzvləri olsun, yaxşı çalışsınlar, camaatla yaxşı işləsinlər. Əlbəttə, onun dediyində həqiqət var, partiyalar əhali ilə yaxşı işləməyə çalışmalıdır. Amma iqtidarın da, hakim partiyanın da borcudur ki, elə islahatlar aparsın, qərarlar qəbul eləsin ki, digər partiyalar inkişaf eləyə bilsin. Yəni əgər bir ölkədə parlamentə müxalifət düşməyəcəksə, bu, həmin iqtidarın uğuru sayılmamalıdır ki, “bax, görürsünüz, biz o qədər güclüyük ki, bir dənə də müxalifət parlamentə düşə bilmir”. Ona görə də Hikmət Babaoğlu bir tərəfdən haqlıdır ki, bəli, biz partiyalar işləməliyik, digər tərəfdən isə iqtidar da öz üzərinə düşənləri eləməldidir. Biz ona görə YAP-a müraciət etmişdik ki, 83-dən artıq dairədən namizəd irəli sürməyin. Onsuz da qanunlar 63 səs çoxluğu ilə qəbul olunur, konstitusion qanunlar isə 83 səs çoxluğu ilə qəbul olunur. Bu baxımdan görək indi YAP bizim təklifi, ümumiyyətlə, dəyərləndiribmi, nəzərə alıbmı? Hər halda, mən çox ümidliyəm ki, YAP elə qərarlar qəbul edəcək ki, parlament çoxpartiyalı əsasda formalaşsın və bu əsasda da fəaliyyət göstərsin.
 
- Yeri gəlmişkən, ötən seçkilərdə sıra sayı fərqli olsa da, həmin ərazidən Rauf Arifoğlu və İqbal Ağazadə rəqib olmuşdular, kifayət qədər ciddi mübarizə getmişdi... Həmin dairəni seçərkən tərəddüdləriniz olmadı ki?
 
- Yox. Əslində keçən çağırış seçkilərdə də mənim dairəm 36-cı seçki dairəsi idi, indi yenə də 36 saylı dairədir. Orada dəyişikliklər olub. Düzdür, mənim daha çox seçicilərimin olduğu məntəqələrin bir hissəsi indi 35-ci dairəyə düşüb. Amma açıq söyləyək, mən bir neçə dəfə prezident seçkisinə qatılmışam. Bu baxımdan Azərbaycanın elə bir guşəsi yoxdur ki, məni orada tanımasınlar. Mənim ünvanıma gələn ərizə və şikayətlərin 10-dan biri öz dairəmdən olur, 8-9-u çox müxtəlif, hətta ucqar rayonlardan olur. Bu da onu göstərir ki, insanlar parlamentin fəaliyyəti ilə maraqlanırlar və ümid yeri kimi, partiya sədri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olaraq şəxsən mənə müraciət edirlər, onların bu və ya digər problemlərinin həllində yardımçı olum. Deməli, mənim çıxışlarımı da izləyirlər, fəaliyyətimlə də tanışdırlar. Bu baxımdan bəzi namizədləri bəlkə onların seçicilərlə işləməsi ilə əlaqədar konkret dairə ərazisindəki seçicilər yaxşı tanıyırlar. Amma mənim o problemim yoxdur. Mən İsmayıllıdan da, Goranboydan da, Naxçıvandan da, Xətaidən də millət vəkili seçilmişəm. İndi də Xətaidən, 36-cı dairədən namizədliyimi vermişəm. Əlbəttə, başqa dairədən də namizəd ola bilərdim, əgər qərarımı verənədək YAP öz siyahısını açıqlasaydı. YAP öz siyahısını açıqlamaqda tələsmir, bizimsə artıq zamanımız yoxdur. Bildiyimə görə, 36-cı dairədən nə Rauf Arifoğlu, nə də İqbal Ağazadə namizədliyini irəli sürüb.   
 
Oxşar xəbərlər
15:53, Bu gün
Trampı güllələmək istəyən şəxs kral ailəsinin üzvünə qarşı sui-qəsd hazırlayırmış - FOTO
15:47, Bu gün
"İndi Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtıdır" - Ursula fon der Lyayen
15:41, Bu gün
Palma yağından hazırlanan qidalar zərərlidir? - AÇIQLAMA
15:36, Bu gün
Sərnişinlə mübahisə edən sürücü cəzalandırıldı - VİDEO
15:29, Bu gün
İlham Əliyev Oksfordda "Enerji və əlaqə" mövzusunda dəyirmi masada iştirak edir - FOTO
15:23, Bu gün
İlham Əliyevin iştirak etdiyi zirvə toplantısından - Maraqlı fotolar
15:22, Bu gün
Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
15:19, Bu gün
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manata yaxınlaşır
15:17, Bu gün
Meşədə meyitləri tapılan sevgililərin şok məktubu üzə çıxdı - VİDEO
15:14, Bu gün
İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirilib
15:09, Bu gün
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı
15:03, Bu gün
İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
14:57, Bu gün
Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT
14:50, Bu gün
Çörçill və Ruzveltin məxfi Hamburq əməliyyatı – müharibə tarixinin ən dəhşətli hadisələrindən biri  
14:44, Bu gün
Moskva ilə İrəvan arasında yaxınlaşma olmayacaq - Paşinyan qalmaqal istəyir - MÜSAHİBƏ
14:37, Bu gün
Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilir - FOTO
14:30, Bu gün
"Belə sanksiyalarla bizə yaxınlaşanları dərhal özümüzdən uzaqlaşdırırıq" - Tramp
14:24, Bu gün
Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı
14:12, Bu gün
Bakıda dəhşətli cinayət: "Dedim, qızımla nə etmisiz, hamısını danış..." – ŞOK
14:05, Bu gün
İlham Əliyev Viktor Orban ilə söhbət etdi
14:00, Bu gün
İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət etdi
13:58, Bu gün
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
13:53, Bu gün
Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina etdi - Hikmət Hacıyev AÇIQLADI
13:46, Bu gün
"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - FOTO/VİDEO
13:40, Bu gün
“YAP-ın ciddi müdafiə etdiyi namizədləri udmaq çətin məsələdir” - Qüdrət Həsənquliyev
13:34, Bu gün
“Bəlkə kinonu kişilər çəkir, ona görədir bu?”-qadın aktrisalarımız baş rollar istəyir-ARAŞDIRMA+ÖZƏL
13:29, Bu gün
İlham Əliyev Lüksemburqun Baş naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
13:25, Bu gün
"Təbliğat rusiyalıları daha 10 il müharibəyə hazırlayır" - ISW
13:22, Bu gün
Leyla Quliyeva oğlu ilə... - FOTO
13:15, Bu gün
Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib
13:08, Bu gün
Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
13:00, Bu gün
Orqan köçürmə ilə bağlı yeni qərar - ölkədə bu qədər xəstə...
12:53, Bu gün
Şahruddin Məhəmmədəliyev rəsmən "Qarabağ"da
12:50, Bu gün
İlham Əliyev Blenheim sarayına gəldi - YENİLƏNİB
12:47, Bu gün
DSX və DİN birgə əməliyyat keçirdi - 4 nəfər SAXLANILDI - FOTO
12:41, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI 
12:35, Bu gün
Trampı öldürmək istəyən şəxsin sui-qəsd cəhdindən bir saat əvvəlki görüntüsü yayıldı - VİDEO
12:29, Bu gün
Argentinada Messi ilə bağlı qalmaqal: İşə ölkə prezidenti də qarışdı - FOTO
12:22, Bu gün
Qızılı “qızıl qiymətinə” qaldıran səbəblər
12:16, Bu gün
ŞOK! İran Azərbaycana qarşı kibermüharibəni gücləndirir
12:10, Bu gün
Çimərliyə gedənlər mütləq oxusunlar - Bu halda infeksiyaya yoluxa bilərsiz...
12:04, Bu gün
Bu gün ANAMA əməkdaşlarının peşə bayramıdır
11:59, Bu gün
Kişi "qızını əxlaqsızlıqda ittiham edirsən" deyən arvadını bıçaqladı
11:48, Bu gün
Tovuzun bu kəndlərində işıq olmayacaq
11:43, Bu gün
Bu bakteriya hər il yarım milyon insanı öldürür - Xəbərdarlıq
11:38, Bu gün
Erkin Qədirlinin rəqibi olan kafedra müdiri kimdir?
11:33, Bu gün
"Zirə" "Şerif"i qəbul edəcəkAvropa Liqası
11:29, Bu gün
Snayperlərimiz “düşmən” hədəflərini vurdu - VİDEO
11:28, Bu gün
345 manatlıq ödənişin veriləcəyi tarix açıqlandı
11:25, Bu gün
Məktəbəhazırlıq qruplarına qəbul məcburidir?
11:22, Bu gün
Parlament seçkilərinə namizəd olan təhsil adamları
11:20, Bu gün
İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə...
11:15, Bu gün
"Kapital Bank"dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir
11:14, Bu gün
Ətraf aləmdən təcrid olunmuş qəbilənin fotoları yayıldı - FOTO
11:10, Bu gün
Pul problemi ilə üzləşəcək BÜRCLƏR
11:08, Bu gün
Azərbaycana I yarımildə 42 mindən çox avtomobil idxal edilib
11:05, Bu gün
Eser Yenenler 15 gündə 7 kilo arıqladı - Hamını ÇAŞDIRDI  
11:02, Bu gün
Azərbaycanda keçmiş məmur VƏFAT ETDİ - FOTO
11:00, Bu gün
Bakının əsas prospektində hərəkət dəyişdirilir - VİDEO
10:57, Bu gün
Quranda dialektika qanunları ilə izah oluna bilməyən “Allahın Ol qanunu” - Görəsən Hegelin xəbəri olubmu?
10:55, Bu gün
Bu ilin I yarısında 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilib
10:50, Bu gün
Goranboyda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən sürücü saxlanılıb
10:44, Bu gün
Özü qəzada öldü, övladı doğuldu - Ailə dramı - FOTO
10:40, Bu gün
BDU-nun magistraturasına qəbul olan şəxslərin qeydiyyatı başa çatır
10:38, Bu gün
2024-cü ildə harada dincəlmək lazımdır?- Dünyanın ən yaxşı çimərlikləri
10:33, Bu gün
Bakıda avtomobil piyada keçidinə düşdü - VİDEO
10:28, Bu gün
Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb
10:27, Bu gün
Pezeşkian Qəzza üçün real addımlar ata biləcəkmi?..-Sabiq səfir cavablandırır...
10:24, Bu gün
Medvedçuk Trampa məktub yazaraq ona qarşı sui-qəsddə "Ukrayna izi"ndən danışıb
10:23, Bu gün
Türk Tarix Qurumu ilə Azərbaycan-Türkiyə, ortaq tariximizə dair layihələr müzakirə olunub
10:23, Bu gün
Vüqar Bayramov da namizəd oldu
10:18, Bu gün
Meşədə meyitləri tapılan sevgililərin FOTOları
10:13, Bu gün
COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya təşkil edib
10:08, Bu gün
Azərbaycanda internetin sürəti ilə yanaşı, qiyməti də artacaq - EKSPERT DETALLARI AÇIQLADI
10:04, Bu gün
“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”
10:03, Bu gün
Bakıda vəzifəli şəxs doğum günündə faciəvi şəkildə ölübmüş
09:58, Bu gün
Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
09:52, Bu gün
Beyləqanda DƏHŞƏT: borcu olan kişi özünü asdı
09:47, Bu gün
Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu
09:42, Bu gün
Rusiya əslən şuşalı Heydər Camalın köməkçisi olmuş bloqçunu axtarışa verdi -NİYƏ?..-FOTO
09:42, Bu gün
Yük maşını qoyun sürüsünə çırpıldı
09:36, Bu gün
Bakıda 73 yaşlı qadını avtomobil vuraraq öldürüb
09:30, Bu gün
Beyləqanda silahlı insident olub
09:24, Bu gün
Co Bayden COVİD-19-a yoluxdu
09:18, Bu gün
Bakıda çoxmərtəbəli binada yanğın baş verib
09:12, Bu gün
Kondisioneri işləməyən avtomobil sahiblərinin NƏZƏRİNƏ
09:06, Bu gün
Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb
09:00, Bu gün
Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar
08:54, Bu gün
Usta deyə evə çağırdılar - Çəkiclə ailənin 4 üzvünə xəsarət yetirdi
08:48, Bu gün
Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb
08:42, Bu gün
Bu, göz xəstəliklərinin qarşısını alır
08:35, Bu gün
Balın təzə qalması üçün onu necə düzgün saxlamaq olar?
08:29, Bu gün
Bakı yollarındakı son vəziyyət açıqlanıb
08:23, Bu gün
Dünyanın 10 ən yaşamalı şəhəri bunlardır -Siyahı
08:17, Bu gün
Azərbaycanda professor vəfat etdi - FOTO
08:11, Bu gün
Qərbin Zəngəzur tələbi güclənir, dəhliz açılacaq - Ananyan
08:05, Bu gün
Çörçillin anadan olduğu qəsrdə 45 dövlət və hökumət başçısı toplanacaq
08:04, Bu gün
Ekspert ilin sonunadək Ermənistanla sülh sazişinin imzalanacağını gözləmədiyini bildirdi…
07:59, Bu gün
Almaniya kansleri silahlarla bağlı dünya liderlərinə müraciət edib
07:51, Bu gün
Bu dörd gündəlik vərdiş xərçəngə səbəb olur
GÜNLÜK
17 Jul 2024 | 18:46
Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq
17 Jul 2024 | 16:50
Azyaşlı uşaqlarda aqressiyanın SƏBƏBİ
17 Jul 2024 | 16:34
Azərbaycanlı turist Türkiyədə “Duty-Free”də 13 milyona yaxın alış-veriş edib
17 Jul 2024 | 22:50
Hovuzlarda dəri xəstəlikləri yayılır – Səbəb
17 Jul 2024 | 17:02
Növbə mədəniyyətimiz niyə yoxdur? - Sosioloq AÇIQLADI
17 Jul 2024 | 16:28
Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib
17 Jul 2024 | 16:56
Onlar deputat olmaq istəmədilər
17 Jul 2024 | 19:56
Azərbaycanda orqan alverinin “QARA BAZAR”I - QİYMƏTLƏR
17 Jul 2024 | 17:18
Rusiya Ukrayna ilə sərhəddə "sanitar zona" yaradır, amma Putin belə planlaşdırmayıb
17 Jul 2024 | 17:39
“2021-ci ildən Azərbaycan qazının da xaricə ixrac edilməsinə başlanıldı...”- TARİX
HƏFTƏLİK
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
AYLIQ
17 Jul 2024 | 18:46
Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq
17 Jul 2024 | 16:50
Azyaşlı uşaqlarda aqressiyanın SƏBƏBİ
17 Jul 2024 | 16:34
Azərbaycanlı turist Türkiyədə “Duty-Free”də 13 milyona yaxın alış-veriş edib
17 Jul 2024 | 22:50
Hovuzlarda dəri xəstəlikləri yayılır – Səbəb
17 Jul 2024 | 17:02
Növbə mədəniyyətimiz niyə yoxdur? - Sosioloq AÇIQLADI
17 Jul 2024 | 16:28
Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib
17 Jul 2024 | 16:56
Onlar deputat olmaq istəmədilər
17 Jul 2024 | 19:56
Azərbaycanda orqan alverinin “QARA BAZAR”I - QİYMƏTLƏR
17 Jul 2024 | 17:18
Rusiya Ukrayna ilə sərhəddə "sanitar zona" yaradır, amma Putin belə planlaşdırmayıb
17 Jul 2024 | 17:39
“2021-ci ildən Azərbaycan qazının da xaricə ixrac edilməsinə başlanıldı...”- TARİX