Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti mediada onun koronavirusa yoluxması ilə bağlı yayılan xəbərləri təsdiqlədi...
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
"Bu gün günortadan sonra mənim "COVID-19" üçün testim müsbət çıxdı. Lakin özümü yaxşı hiss edirəm və hər kəsə xoş arzularına görə təşəkkür edirəm",- deyə o, sosial mediadakı mesajında yazıb.
"Mən sağalana qədər təcrid olunacağam və bu müddət ərzində Amerika xalqı üçün işləməyə davam edəcəyəm", -deyə ABŞ dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti 2022-ci ildən bəri artıq üçüncü dəfədir ki, koronavirusa yoluxur.
O da xatırladılır ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının 20-yə yaxın demokrat üzvü açıq şəkildə Baydeni 2024-cü il seçkilərində prezidentlik uğrunda mübarizəni dayandırmağa çağırıb...
S.Laçın