Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı
Hadisə
1604
18 Jul 2024 | 14:24

Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı

Mingəçevir su anbarında batmış şəxsin meyiti aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər