Eldəniz Quliyev Kamil Vəlinin tayıdır...
Müsahibə
Oxunub: 5816
25 Sep 2014 | 22:05
Eldəniz Quliyev Kamil Vəlinin tayıdır...

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsini təqdim edir:

 

”“ Sentyabrın 22-23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur Azərbaycanda səfərdə olub, Bakıda müxalifət partiya rəhbərləri ilə də görüş keçirilib. Bu görüş və səfərdən təəssüratınız necə oldu?

 

”“ Əslində, bu cür səfər və ya görüşlərdən narahat olmaq lazım deyil. Azərbaycana bu cür səfərlər nə qədər tez-tez təşkil olunsa, düşünürəm ki, bu, ümumi işimizin xeyrinə olar. Yəni, belə səfərlər xalqımızın maraqlarına cavab verir.

 Amma Anne Brasseurun Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə münasibəti yolverilməzdir. AŞPA prezidenti Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşən zaman Azərbaycan parlamentində müxalifətin fəaliyyəti ilə bağlı maraqlandı. Görüş zamanı mən ona bildirdim ki, biz ölkədə proporsional seçki sisteminin bərpa olunmasını, Azərbaycanın parlament respublikasına keçidini və hazırda həbsdə olan bəzi qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin azadlığa buraxılmasını istəyirik.

Eyni zamanda, bildirdik ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlara uyğun siyasət yürüdür və Azərbaycan dövlətinin və xalqının tam haqqıdır ki, onları buna görə ittiham etsin. Mən söylədim ki, axı nə üçün siz Azərbaycanda ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına xüsusi diqqət yetirdiyiniz halda, Ermənistanın etnik təmizləmə və işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüməsini görmürsünüz? Nə üçün Azərbaycana Avropa Birliyi tərəfindən yardım edilməsinin dayandırılmasını tələb etdiyiniz halda,  işğalçı Ermənistana qarşı belə bir qərar qəbul etmirsiniz? Onun bizə cavabı da çox absurd oldu. AŞPA prezidenti bizə bildirdi ki, Avropa Şurası Ermənistan ilə Azərbaycan arasında mövcud olan münaqişəyə heç bir müdaxilə etmir və sairə. O həm də dedi ki, Avropa Şurasında bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb və sairə. Ancaq Ermənistan tərəfi bu İşçi Qrupunda iştirak etmir. Hətta yenə də Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.

Sonra Anne Brasseur açıqladı  ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl baş verib. Hesab edirəm ki, belə yanaşmalar çox məntiqsiz və absurddur. Bunu heç cür qəbul etmək doğru olmaz. Bu qədər ədalətsiz və tərəfli şəxslərin gəlib Azərbaycanda haqq-ədalətdən danışması böyük qıcıq yaradır. Mən bunu onun üzünə də söylədim.

Hesab edirəm ki, biz belə görüşlər zamanı çalışmalıyıq ki, Azərbaycan xalqı bu cür Avropa siyasətçilərini daha yaxından tanısın və əsl istək və niyyətlərinin nədən ibarət olduğunu anlasın.

 

”“ Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev  AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müdafiəsinə qalxaraq, digər müxalifət partiya rəhbərlərinin ünvanına bir sıra ittihamlar yağdırıb. Bu ittihamlara münasibətiniz necədir?

 

”“ Bilirsiniz, Eldəniz Quliyev də Kamil Vəlinin tayıdır. O, danışığını qanmır. Eldəniz Quliyev danışığını bilmədiyinə və qanmadığına görə də məhkəməyə verilib. İndi də məsuliyyətə cəlb olunacağından qorxduğu üçün pişiklənir. Bu adamın əsl mahiyyəti və kimliyi Rüstəm İbrahimbəyov layihəsində yer alan zaman bəli oldu. Çünki Eldəniz Quliyev də Rüstəm İbrahimbəyov kimi əmin idi ki, Rusiya Azərbaycanda prezident seçkiləri öncəsi ölkəmizin daxili siyasətinə ciddi müdaxilə edəcək, Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və sairə. Ona görə də hər kəs gördü ki, Eldəniz Quliyev süni şəkildə cənub bölgəsində etnik qarşıdurma yaratmaq üçün guya talışların hüquqlarının pozulduğunu iddia edərək “talışların müdafiə komitəsi” yaratdı. Yəni bu adam sırf təxribatçı və səviyyəsizdir. Onun kimi adamların Kamil Vəlinin müdafiəsinə qalxması gözlənilən idi. Çünki mənəviyyat baxımından hər ikisi bir-birinə oxşardır.

Eldəniz Quliyevdən soruşmaq lazımdır ki, sən, doğrudan da, özünü obyektiv göstərməyə çalışırsansa, o zaman sən çıx mənim Kamil Vəli haqqında söylədiklərimə cavab ver. De ki, Kamil Vəli haqqında Qüdrət Həsənquliyev doğru söyləmir. Mən yenə də söyləyirəm. Mərhum Əbülfəz Elçibəy vaxtilə Kamil Vəliyə istefa verməsini deməmişdi? O vaxtı bütün nazirlər vəzifələrini dondurdu, amma Kamil Vəli Heydər Əliyevin keçirdiyi müşavirədə oturub başını yelləyirdi, başı üzərində dayanmırdı və sifətinə yaltaq  təbəssüm ifadəsi vermişdi. Bütün bu kadrlar AzTV-nin arxivində də var. İndi Eldəniz Quliyev də desin ki, Kamil Vəli Nərimanoğlu bu cür yaltaqlıq etməyib və sairə. Desin ki, o adam bu gün mənəvi lideri adlandırdığı Əbülfəz Elçibəyin tapşırıqlarını yerinə yetirib, gedib istefa verib. Nə üçün konkret suallarımdan yayınırlar? Fakt qalır bir yanda, bunlar faktı deyən adamın üzərinə hücum etməyə başlayır. Həmin Eldəniz Quliyevin mənəviyyatı budur.

İndi də Eldəniz Quliyevin qorxudan daxili işlər nazirinə necə pişiklənməyini hamı görür. Bu adamlar özlərindən qəhrəman düzəltmək istəyir, amma əsl mənəviyyatları ortaya çıxır. Bu adamların hamısı milli maraqları satmış adamlardır. İndi hər kəs görür ki, onlar gecə-gündüz nələr yazırlar, nələr söyləyirlər. Obama belə dedi, Avropa bunu dedi və sairə. İndi də özlərini Azərbaycan xalqına Qərb yönlü kimi göstərmək istəyirlər. Halbuki bu adamlar ötən il Rusiyanın agenti olan Rüstəm İbrahimbəyovun ətrafında birləşmişdi. Onlar yaxşı bilirdi ki, Rüstəm İbrahimbəyov Rusiyanın agentidir. Məhz bunu bildikləri üçün Milli Şuranın təsis sənədində yazdılar ki, biz Azərbaycanın xarici siyasət kursunu referendum yolu ilə müəyyən edəcəyik. İndi Eldəniz Quliyev bu sualıma da cavab versin ki, niyə bu müddəanı o sənədə salmışdınız? Adətən, hər hansı siyasi qüvvə öz siyasi kursunu bəyan edir, sonra da xalqa müraciət edib deyir ki, mən bu siyasi kursu dəstəkləyirəm və sairə. Baxın, budur bunların riyakar sifəti. Bu adamlar Azərbaycanı Rusiyaya satmağa hazırlaşırdı. İndi də bir sıra mətbu orqanlarda gecə-gündüz bəyan edirlər ki, guya bunlar Rusiyaya qarşıdır və sairə. Çünki ötən il prezident seçkiləri ərəfəsində Rusiya Milli Şuradan çox gözəl istifadə etdi. Bunlar istifadə olunduqlarının da fərqindədir. Ona görə də Eldəniz Quliyev mənim buradan ünvanladığım bu suallara konkret cavab versin. Əgər Eldəniz Quliyev düşünürsə ki, başqasını təhqir etməklə bu cür əməllərini xalqa unutduracaq, o zaman böyük səhv edir. Azərbaycan xalqı Eldəniz Quliyevin Rusiyanın əlində necə oynadılmasını, separatizmi və etnik ayrı-seçkilik salmağı necə dəstəkləməsini yaxşı bilir. Azərbaycan xalqı bunu heç zaman unutmayacaq. Onlar hər zaman indiki durumlarında, hətta bundan da pis olacaqlar.      

Ümumiyyətlə, bu düşərgədə olan insanların əksəriyyəti hakimiyyətə gəlmək naminə şeytanla da əməkdaşlıq etməyə hazırdır. Azərbaycan xalqını təhqir edən və qardaşının səsini yayan Azər Əsgərovun timsalında bunların əsl simasını hamı gördü. Bunlar Pavlik Morozov kimi atasını satan bolşeviklərdir. Bunlar öz valideynlərini, qardaşlarını satan adamlarla, şeytanla əməkdaşlıq etməklə hakimiyyətə gəlmək istəyən adamlardır. 

Konkret bir misal çəkim. Ötən prezident seçkiləri ərəfəsi bunlar İranın xüsusi xidmət orqanları ilə bağlılığı heç kəsdə şübhə doğurmayan İslam Partiyası üzvlərini də Milli Şuraya qatmaq istəyirdi. Çünki  yaxşı bilirdilər ki, Azərbaycana qarşı olan müəyyən məsələlərdə Rusiya və İran ortaq fikir yürüdür. Ona görə də Milli Şura ötən il Azərbaycanda hakimiyyət dəyişikliyi  edilməsi üçün İranın da dəstəyini almağa görə İslam partiyası üzvlərini də Milli Şuraya cəlb etmişdi. Yəni, bunların əsl mahiyyəti budur. Milli Şuraya toplaşan adamların əksəriyyəti zor gücünə müxalifət olan şəxslərdir. Onların davası demokratiya və insan haqları deyil. Sadəcə olaraq, onların bu şüarlarla Azərbaycanda hakimiyyəti ələ keçirmək iddiaları var. Amma Azərbaycanda insanların da əksəriyyəti başa düşür ki, bu cür qüvvələrin əli ilə Azərbaycanda da Suriya, İraq, Liviya və Misirdəki kimi sabitlik pozula və ölkə qana bulana bilər. Ona görə də Milli Şuranın Azərbaycan xalqından heç bir dəstəyi yoxdur. Bunu hər kəs də görür.

 

”“ AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibi Azər Əsgərov mətbuatda bu partiyanı və onun sədri Əli Kərimlini ittiham edən fikirlər səsləndirib. O, AXCP və Əli Kərimlini onu yetərincə müdafiə etməməkdə günahlandırıb. Bu məsələyə sizin münasibətiniz necədir?

  

”“ Əlbəttə ki, əgər bu adamın əmlakı qəzalı vəziyyətdə olduğu üçün uçurulubsa, o zaman dövlət tərəfindən ona kompensasiya verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar təxirəsalınmaz müvafiq qərar qəbul etməlidir.

Digər tərəfdən isə deyim ki, bu adam da mənəviyyat baxımından Əli Kərimliyə oxşar adamdır. Misal üçün, bu adam öz qardaşının səs yazısını qeydə alıb və mətbuatda da həmin səs yazısı açıqlanıb. Həmin səs yazısından da aydın görünür ki, onun qardaşı Azərbaycan xalqını küçə adamı səviyyəsində təhqir edir. Buna baxmayaraq, guya Azərbaycan xalqının hüquqları uğrunda mübarizə aparan bu adam öz qardaşına irad bildirmir ki, xalq haqqında bu cür danışma və sairə.

Digər tərəfdən isə, o özü də qeyd edir ki, seçkilər zamanı Naxçıvan Muxtar Respublikasında seçki komissiyasının üzvü olan zaman seçilən şəxsin protokolu cırıb kənara ataraq, onun yerinə protokol yazaraq başqa bir adamı deputat elan edir. Bu adam seçkiləri bu cür saxtalaşdırdığını özü də etiraf edib. Bütün bunlardan sonra Əli Kərimli də bu cür adamlarla sıx əməkdaşlıq edirdi. Hətta,  Əli Kərimli son yazısında da onu çox cəsarətli və mübariz adam kimi təqdim etməyə çalışıb. Yəni, bu cür mənəviyyatın sahibi olan və seçkini saxtalaşdıran adamlardan daha nə gözləyəsən? Amma hər kəs də gördü ki, Əli Kərimli belə bir adamla çox gözəl əməkdaşlıq edirdi. Sözsüz ki, bu cür mənəviyyatın sahibi olan adam görəndə ki, Əli Kərimli və ətrafında olan adamların dəstəyi ilə ona vurulan bu ziyan ödənilmir, ona görə də bu adamlar başlayır bir-birini ifşa etməyə. Çünki  hamısı şəxsi maraqları naminə çalışırlar. Artıq Əli Kərimlinin ətrafındakı bir sıra şəxslər də onu ittiham etməyə başlayıblar. Söylədiyim kimi, hazırda Əli Kərimlinin ətrafında olan adamlar əsasən bu dəyərlərə sahib olanlardır. Ola bilsin ki, bəzi gənclər hələ real vəziyyətin nə olduğunu bilmirlər. Amma tam əminəm ki, həmin gənclər də oradakı real vəziyyətin nə olduğunu biləndən sonra oradan uzaqlaşacaqlar. Proseslər də onu göstərir ki, hələ qarşıda AXCP-də çox ciddi istefalar olacaq və ictimaiyyət də bunun şahidi olacaq.     

Oxşar xəbərlər
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub