İŞİD-in İsrailə raket atması hər iki tərəfə də lazımdır
Müsahibə
Oxunub: 4686
17 Jul 2014 | 14:50
İŞİD-in İsrailə raket atması hər iki tərəfə də lazımdır

Yaxın Şərqdə baş verənlərlə bağlı hüquqşunas alim Rafael Qasımovun Moderator.az-a verdiyi müsahibəni təqdim edirik.

 -Bir çoxları İŞİD-in beynəlxalq güc mərkəzləri tərəfindən ortaya atılan kart olduğuna inanırlar. İŞİD isə İsrailə roket ataraq sanki onlara cavab verdi. Siz bu barədə nə düşünürsünüz?

-Hansısa bir təşkilatın hərdən öz ağalarına qarşı nəsə bir şey etməsi və ya söz deməsi hələ onlar arasında əlaqələrin olmadığına dəlalət etmir. Ümumiyyətlə belə məsələlərdə deyilən sözlərə, atılan hansısa mənasız addımlara baxıb nəticə çıxarmaq doğru deyil. Hadisəyə geniş çərçivədən baxılmalıdır. Təşkilatın məramı nədir, nəyə qulluq edir, fəaliyyəti nəticə etibarilə hara aparır? Məncə, cavabı axtarılacaq əsas suallar bunlardır. İŞİD İsrailə üç ədəd içi boş roket atdı və bunlar hansısa yaşayış məskəninin ətrafında partladı kimi xəbərlər sadəcə gözdən pərdə asmaq, hədəfi yayındırmaq, yalançı nüfuz qazanmaq və ya kiməsə nüfuz qazandırmaq üçün də ola bilər. Üstəlik, İŞİD kimi sosial bazaya ehtiyacı olan təşkilatların bu yalançı qəhrəmanlığa hava və su qədər ehtiyacı var. Təşkilat hər gün döyüşlərdə onlarla canlı qüvvəsini itirir və itkinin yerini doldurmaq tələb olunur. Bunun üçün də sadəlövh mömünlərin imanını istismar edəcək addımlar atılmalıdır. Belə vəziyyətdə təşkilatın əsas sahibləri yeri gələndə özlərinə qarşı cüzi hərəkərlərə nəinki göz yuma, hətta vacib hesab edə bilərlər. Digər tərəfdən İŞİD-in İsrailə atdığı roket mahiyyət etibarilə qarşı tərəfə heç bir ziyan vurmur. Əksinə həm ölkə əhalisini İsrail hökuməti ətrafında daha sıx birləşdirir, həm də xarici təzyiqlərə qarşı kozır olaraq istifadə olunur. Bəlkə də İsrail Fələstindəki qanlı əməliyyatlarına bu tipli hücumlarla haqq qazandırır. Odur ki, İsrailə roket atəşinə yalnız bir bucaqdan baxmaq doğru olmaz. Mahiyyət belə kiçik detallarda yox, böyük planın tamamında ortaya çıxır.

-İŞİD-in fəaliyyətinin əsl mahiyyəti nədən ibarətdir?

-İŞİD-in fəaliyyəti çoxspektrlidir. O, həm İraqın və Suriyanın bir neçə hissəyə bölünməsinə, Yaxın Şərq coğrafiyasının yenidən müəyyənləşdirilməsinə, həm də islam dünyasını məzhəblər savaşına sürükləməyə xidmət edir. Sözsüz ki, İŞİD silahlıları öz əməllərinin fərqində deyillər. Onlar səmimi şəkildə könül verdikləri bir imanın davasını aparırlar. Elə təhlükəli yanları da budur. İmperializmin geopolitik oyunlarında cani-dildən xidmət etdikləri üçün lazım gələrsə bu yolda canlarını, ailələrini, uşaqlarını belə fəda etməkdən çəkinmirlər. Nəticədə onlar ən yaxşı döyüşən, qorxmaz muzdlu əsgərdən daha keyfiyyətli hərbi qüvvəyə çevrilirlər. Həm də bütün İslam dünyası bunu hansısa məzhəbin əməli kimi qiymətləndirir və ona ya mənfi, ya da müsbət reaksiya verir. Verilən reaksiyaların fərqliliyi isə təbii ki, müsəlmanları bölür, üz-üzə qoyur. Onlar bir-birinə qarşı savaşlardan zəifləyərək Qərb dövlətlərinin himayəsinə sürüklənirlər. Qərb dövlətləri də asanlıqla bölgənin sərvətlərinə yiyələnir.

-Belə çıxır ki, İŞİD hərəkatını həm də imperialist güclərin neft strategiyasının tərkib hissəsi hesab edirsiniz?

-Yalnız neft strategiyasının deyil, həm də dünya hegemonluğunun tərkib hissəsi. Ən əsası isə müsəlman dünyasında bu cür ziddiyyətlərin yaranması İsrailin strateji hədəflərinə uyğundur. Bilirsiniz ki, II Dünya Müharibəsindən sonra Fələstin torpaqlarında məskunlaşan və ərazilərini ərəblərin faciəsi hesabına genişləndirən İsrailin hərəkətləri bütün müsəlman dünyasında sərt təpkiylə qarşılanır, onları məzhəb fərqinə baxmayaraq İsrail əleyhinə birləşməyə vadar edirdi. Təbii şəkildə yaranan bu ittifaq isə rəsmi Tel-əvivi və onun strateji müttəqi ABŞ-ı ciddi şəkildə qorxudurdu. Çıxış yolu düşməni zəiflətmək üçün araya nifaq toxumu səpilmək və onları bir-birinə qırdırmaq idi. Məzhəb savaşlarının qızışdırılmasının əsas səbəblərindən biri budur. İŞİD bu planda özünəməxsus rol oynayır. Son dövrlər sözügedən təşkilat yalnız dini ədavəti deyil, həm də özü istəmədiyi halda etnik bölünmələri də sürətləndirir. İraqın şimalında ortaya çıxan kürd yönətiminin müstəqillik arzularının İŞİD-in bölgədə fəailiyyətini artırmasıyla eyni vaxta düşməsi bu mənada təsadüfi deyil.

-İsrail kimi qüdrətli dövlətə “one munite” deməyi bacaran Türkiyənin bu məsələyə laqeyd davranışlarını necə qiymətləndirə bilərsiniz?

- İŞİD Quzey İraqda yeni-yeni peyda olanda gözləmək olardı ki, bölgədə yaşananlara ən sərt cavabı Türkiyə verə bilər. Əvvəla, ona görə ki, Şimali İraqda ortaya çıxacaq kürd dövləti hər kəsdən daha çox Türkiyənin torpaq bütünlüyünü təhdid edir. Çünki dünyada kürdlərin ən çox yaşadığı ölkə Türkiyədir. Müxtəlif statistik məlumatlara görə burda yaşayan kürdlərin sayı hardasa 11-15 milyon arasında dəyişir. Digər ölkələrdə-Suriya, İraq, İranda yaşayanların hamısı belə heç bu qədər etmir. Odur ki, rəsmi Ankaranın bu proseslərə laqeyd qalması mümkün deyildi. Di gəl ki, İŞİD İraqdakı ilk hərbi fəaliyyətini Mosula etdi və bu şəhərdə yerləşən Türkiyə səfirliyinin əməkdaşlarını girov götürdü. Görünür, bu əməliyyatı düşünənlər Türkiyənin əlini, qolunu bağlamaq istəyirdilər və buna da nail oldular. Təsəvvür edin, Türkiyənin baş naziri Fələstini bombalayan İsrailə barmaq silkələdiyi halda İŞİD-lə nəzakətlə danışmağa çalışır, onları türk diplomatlarını azad etməyə çağırır. Bunun İslamda yeri olmadığı barədə yumşaq bəyanatlar verir. Bir növ siyasi hədədən çox, xahişə, minnətə oxşayan bu mövqenin bir səbəbi var- İŞİD-in üzərinə çox gedilərsə həmin girovların “təntənəli şəkildə” qətlə yetirilməsi, başlarının kəsilmə səhnələrinin youtube-də yayınlanması ehtimalı Ankaranı qorxudur. Həm diplomatlarının təhlükəsizliyini, həm də geopolitik nüfuzuna zərbə dəyəcəyini düşünən Türkiyə rəsmiləri İŞİD önündə çarəsiz görünürlər. Ən əsası isə İraq bataqlığına çəkiləcəyi təqdirdə qardaş ölkəni nə gözlədiyi də bilinmir. Mənə elə gəlir ki, türk diplomatlarının girov götürülməsi qardaş ölkənin qoluna vurulmuş qandaldan başqa bir şey deyil.

-İŞİD Türkiyəyə girərkən bir sıra politoloqlar bunun Kürdüstan layihəsinə qarşı ortaya atılmış yeni kart olduğunu düşünürdülər. İndisə sizin də qeyd etdiyiniz kimi İŞİD-lə kürd separatçıları eyni cəbhədə görünürlər. Bunu necə izah edə bilərsiniz?

-Bu cür düşünənlərin əsas arqumenti Kürdüstan layihəsinin bölgədə çox dəhşətli qanlar hesabına başa gəlməsi ehtimalıyla bağlıdır. Bilindiyi kimi, kürd dövlətinin yaranması bölgənin bütün dövlətlərinin maraqlarını təhdid edir. Bununla bağlı İran da, Suriya da, hətta bölgədən xeyli uzaqda yerləşən Misir də kəskin əks-mövqelərini ortaya qoyublar. Əlbəttə, bu nigarançılığın səbəbi var. Yaşanacaq hadisələrdən bütün bölgə dövlətləri zərərli çıxacaqlar. Ən çox isə kürdlər qlobal güc mərkəzlərinin bölgədəki uzantısı kimi qəbul ediləcəklərindən ən çox itirən tərəf olacaqlar. Belə bir qanlı planın həyata keçirilməsi çox qorxunc olduğundan bir çox insanlar buna inanmaq istəməmirlər. Bir də İŞİD ilk hərəkata Şimali İraqdan başlamışdı deyə hədəfin kürd yönətimi olduğu sanılırdı. Sonrakı proseslərdə isə İŞİD-in Şimali İraqı ötürüb mərkəzə doğru yönəldiyi görüldü. Aydın oldu ki, ABŞ-ın İraqı işğal edərkən ortaya atdığı üç yerə bölünmə planı həyata keçirilir. Bu plana görə İraqın şimalı kürdlərə, cənubu şiələrə, mərkəzi isə sünnilərə veriləcək. İraqın bu cür parçalanmasında ən çox itirən yenə onun mərkəzi hissəsi olacaq. Belə ki, ölkənin əsas gəlir mənbəyi sayılan neftin 60%-i Bəsrədə, 40%-i isə Mosulda toplanıb. Mərkəzi İraq isə əsasən neftayırma zavodlarıyla tanınır. İndi mərkəzin hədiyyə edildiyi İŞİD həm də o zavodları yerlə yeksan etməklə məşğuldur. Belə görünür ki, imperializmə İraq neftinin xammal vəziyyətində alınması sərf edir və bu səbəbdən də təbii zənginlikləriylə tanınan bu dövləti yaşatmaq istəmirlər. Məqsəd hər quyunun başında bir Kuveyt yaratmaqdır. Mərkəzi İraq isə acından ölürsə, cəhənnəmə ölsün. Yəqin ki, oranı da məzhəb savaşçılarının yetişdirildiyi hərbi poliqona çevirəcəklər. Dünyanın bir çox yerindən buraya axın edən "müqəddəs dava yolçuları"  terrorizmin sirlərinə yiyələndirilib öz ölkələrində qarışıqlıq yaratmağa göndəriləcəklər.

Bununla belə bölgədə baş verən hadisələr sanıldığı kimi “Böyük Kürdüstan” projesinin həyata keçirilməsi planı deyil. Əgər plan bu olsaydı, İŞİD-in əliylə Suriyanın Şimalındakı kürdlərə toxunulmazdı. Bilirsiniz ki, Suriyanın Kobani bölgəsində yerləşən kürd silahlıları tamamilə sıradan çıxarılır və bölgə İŞİD-in əlinə keçirilir. Kobanisiz, ümumiyyətlə Şimali Suriya torpağı Quzey İraqdakı regional hakimiyyətlə birləşdirilmədən Böyük Kürdüstandan söhbət gedə bilməz. Bu gün faktiki olaraq həmin ehtimal sıradan çıxarılıb. Kürdlər əsasən İranla Dəclə -Fərat çayı arasında sıxışdırılıb. Onlar qərbdən və cənubdan İŞİD, şərqdən İran arasında qalıblar. Bu gün hələ İŞİD-lə müəyyən məsələlərdə anlaşa bilsələr də gələcəkdə iki siyasi qurum arasında ciddi problemlərin yaşanacağını proqnozlaşdırmaq olar. Məncə, Barzani hakimiyyətini yalnız və yalnız Türkiyəyə biət xilas edə bilər.

Oxşar xəbərlər
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim